Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3680/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X üsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 16.01.1974-cü ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. Həmçinin iddiaçı 01.01.1991-ci ildən 01.12.2005-ci ilədək 4 saylı X1 Zavodunda “sement boşaldan fəhlə” kimi işləmişdir. İddiaçı ona 57 yaşdan, yəni 20.08.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbə 30.10.2018-ci il tarixli məktubla bildirmişdir ki, güzəştli iş stajını təsdiq edən müvafiq arayış şöbəyə təqdim edildiyi təqdirdə iddiaçının pensiya hüququna yenidən baxılacaqdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni 20.08.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin də birdəfəyə ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1126/2019 saylı, 26 aprel 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 57 yaşdan, 20.08.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda fiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1126/2019 saylı, 26 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 16.01.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 31.10.1974-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, 08.12.1974-cü ildən 17.11.1976-cı ilədək sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 01.01.1977-ci ildən müxtəli f iş yerlərində işləyərək 01 yanvar 2006-cı il tarixə kimi 30 ildən 9 aydan artıq ümumi staja malik olmuşdur ki, bu qanunda nəzərdə tutulmuş 25 ildən artıqdır. İddiaçı 01.01.1991-ci ildən 01.12.2005-ci il tarixə kimi 4 saylı X1 zavodunda sement boşaldan fəhlə işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 14-cü “Tikinti materialları istehsalı” bölməsinin 14.1-ci “sement istehsalı” yarımbölməsində “sement yükləməsi ilə məşğul olan yükləyicilər” peşəsi, 14.10-cü “Dəmir-beton və beton məmulatlarının istehsalı” yarımbölməsində “sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul ol an yükləyicilərin maşinistləri” peşəsi kimi nəzərdə tutulmuşdur. İddiaçı həmin peşə üzrə 14 ildən artıq işləmişdir və bu da qanunla nəzərdə tutulmuş 12 il 6 ay güzəştli stajdan artıqdır. Göründüyü kimi, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Cavabdehin imtinasının əsasını iddiaçı tərəfindən cavabdeh inzibati orqana iddiaçının güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi təşkil edir. İddaçı həmin arayışı məhkəmə kollegiyasının iclasında təqdim etmişdir. Belə ki, “Bakı Dəmir Beton 4” ATSC-nin 27 avqust 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 01.01.1991- ci il il tarixdən 01.12.2005-ci il tarixə qədər 4 saylı X1 zavodunda sement boşaldan fəhlə işləmişdir. 01.03.2001-ci il tarixdə Dövlət Əmla k Nazirliyinin 100 saylı Sərəncamına əsasən 4 saylı X1 zavodu “Bakı Dəmir Beton 4” ATSC-yə çevrilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddianın mümkünlük məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, güzəştli iş stajını təsdiq edən müvafiq arayış şöbəyə təqdim edildiyi təqdirdə iddiaçının pensiya hüququna yenidən baxılacaqdır. Bu məktub iddiaçının müraciətinə imtina kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddiaçının 01.01.1991-ci il tarixdən 01.12.2005-ci ilədək 4 saylı X1 Zavodunda işlədiyi sement boşaldan fəhlə vəzif əsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmamışdır. Siyahıda nəzərdə tutulan “sement yükləməsi ilə məşğul olan yükləyici vəzifəsi” və “sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyici vəzifəsi” iddiaçının işlədiyi sement boşaldan fəhlə vəzifəsindən fərqlənir. Bundan əlavə, qanunvericilikdə birdəfəlik ödəniş nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı 2018-ci il tarixdə pensiya təyini ilə bağlı müraciət etdiyindən pensiyanın hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının müraciət etdiyi an qüvvədə olan normaları nəzərə alınmalıdır. Kassator İPM-nin 33.1, 33.2, 35.1, 38.2-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 6,9.8, 32.1-1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 25 sentyabr 2019-cu il tarixli 2-1(103)1573/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il t arixli 2-1(103)-1573/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 16.01.1974-cü ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. Həmçinin iddiaçı 01.01.1991-ci ildən 01.12.2005-ci ilədək 4 saylı X1 Zavodunda “sement boşaldan fəhlə” kimi işləmişdir. İddiaçı ona 57 yaşdan, yəni 20.08.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbə 30.10.2018-ci il tarixli məktubla bildirmişdir ki, güzəştli iş stajını təsdiq edən müvafiq arayış şöbəyə təqdim edildiyi təqdirdə iddiaçının pensiya hüququna yenidən baxılacaqdır. Göründüyü kimi, iddiaçı ona 57 yaşdan, yəni 20.08.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh güzəştli iş stajını təsdiq edən müvafiq arayışın şöbəyə təqdim edildiyi təqdirdə iddiaçının pensiya hüququna yenidən baxılacağını bildirmişdir. Beləliklə, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etməmiş, güzəştli iş stajını təsdiq edən müvafiq arayışı tələb etmişdir. İddiaçı isə həmin tələbi imtina kimi qiymətləndirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayış təqdim edilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən arayışı tələb etmək hüququ olmuş, iddiaçı isə həmin arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qəra rının 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsin ə uyğun yoxlamalıdırlar. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüq uqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq iddianın mümkünlük şərtlərini yoxlamadan iş üzrə qərar qəbul etmişdir. Bundan əlavə, iddiaçı 01.01.1991-ci il tarixdən 01.12.2005-ci ilədək 4 saylı X1 Zavodunda sement boşaldan fəhlə kimi işləmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi qeyd olunan peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulan “sement yükləməsi ilə məşğul olan yükləyici vəzifəsi” və “sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul o lan yükləyici vəzifəsi” ilə eynilik təşkilik etdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi t əkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3680/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3680/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver