Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3684/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 39 il 1 ay 6 gün sığorta stajına əsasən ##.##.2002ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2011-ci tarixində vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq ##.##.2006-cı il tarixinədək 46 il 3 ay 22 gün sığorta stajı (təqdim etdiyi diplomun surətinə əsasən ##.##.1958-ci il tarixindən ##.##.1962-ci il tarixinədək 3 il 10 ay 23 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən ##.##.1962-ci il tarixindən ##.##.1974-cü il tarixinədək, ##.##.1974-cü il tarixindən ##.##.1975-ci il tarixinədək, ##.##.1975-ci il tarixindən ##.##.1990-cı il tarixinədək, ##.##.1990-cı il tarixindən ##.##.1996-cı il tarixinədək, ##.##.1996-cı il tarixindən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixinədək, 01,02.2002-ci il tarixindən ##.##.2006-cı il tarixinədək 42 il 4 ay 29 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən ##.##.2006-cı il tarixindən ##.##.2011-ci tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 953,33 manat (5 il 8 ay 8 gün sığorta stajına uyğun olaraq) pensiya məbləği nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Məlumat üçün bildiririk ki, iddiaçının ##.##.2023-cü il tarixli müraciətinə əsasən, əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində istifadə olunmayan pensiya kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ən çoxu əvvəlki 3 il üçün olmaqla ##.##.2020-ci il tarixindən yenidən hesablanmış və 313,23 manata çatdırılmışdır. İddiaçı əmək pensiyasının məbləği ##.##.2021-ci il tarixindən 348,94 manat, ##.##.2022-ci il tarixindən 360,81 manat, ##.##.2023-cü il tarixindən 432,95 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vətəndaşın təqdim etdiyi sənədlər üzrə mübahisələndirilən əmək fəaliyyəti dövrü mövcud deyil. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** nömrəli ##.##.2023-cü il tarixli xidməti məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə X2 Təsərrüfatı Mərkəzi tərəfindən İddiaçı xeyrinə 2006-2011-ci illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların öz əksini tapdığı qeyd olunmuşdur (Sözügedən xidməti məktub qoşmaya əlavə edilir). Bildiririk ki, Fondun keçmiş Sabirabad rayon şöbəsi tərəfindən İddiaçı xeyrinə 2006-2011-ci illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2011-ci il tarixində yenidən hesablama zamanı nəzərə alınmışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, İddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3220,74 manat (##.##.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı Mərkəzi Filialın ##.##.2023-cü il tarixli qərarı ilə yenidən hesablama zamanı nəzərə alınmış və əmək pensiyasının məbləği 430,95 manatdan 432,95 manata çatdırılmışdır. 3.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X1 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2002-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il ######ın #-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il ## #### tarixindən yenidən hesablanır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən təhsil aldığı müddət nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək sığorta stajı 46 il 4 ay 3 gün təşkil edir. Qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək 46 il 4 ay 3 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 89,83 manat təşkil edir. ((46+(3/30gün)+4)/12ay)x1,94= 89,83). Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən, iddiaçıya pensiya təyin olunduğu ##.##.2006-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2011-cİ il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 953,33 müəyyən edilmişdir: 953,33:76= 12,54 ##.##.2011 - 89,83+12,54+85=187,37 Pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablanmışdır: ##.##.2018 102,37+102,37x7,9%+85(baza hissə)= 195,46 ##.##.2019 110,46+110,46x1,1 %+85(baza hissə)= 196,68 ##.##.2013 111,68+100 (baza hissə)= 211,68 ##.##.2020 111,68+111,68x2,4%+100 (baza hissə)= 214,36 ##.##.2021 114,36+114,36x1,4% +100 (baza hissə)= 215,96 ##.##.2022 115,96+115,96x4%+100 (baza hissə)= 220,60 ##.##.2017 120,60+110 (baza hissə)= 230,60 ##.##.2023 120,60+120,60x12,4%+110 (baza hissə)= 245,55 ##.##.2023 245,55+245,55x5,7%=259,55 ##.##.2024 259,55+259,55x3%=267,34 ##.##.2025 267,34+267,34x16,6%=311,71 ##.##.2026 311,71 +311,71 x11,4%=347,25 ##.##.2027 347,25+347,25x3,4%=359,06. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən, vətəndaşın əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 375,72 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, indeksləşdirilərək əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 430,95 manata çatdırılmışdır. 4.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-A-******/**** nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği 2023-cü il üzrə 432,95 manat, 2024-cü il üzrə 481,44 manat aylıq ödəniş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a.Birinci instansiya məhkəməsindəki icraat 5.İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1940-cı il tarixdə anadan olmuşdur. Yaşa görə pensiya alır. Ona pensiya təyin olan vaxt onun Əli Bayramlı meşə ustası vəzifəsində işlədiyi ##.##.2002-ci il tarixdən ##.##.2011-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır və bu səbəbdən onun hazırda aldığı pensiya məbləği almalı olduğu məbləğdən azdır. Belə ki, onun işlədiyi bütün idarə və müəssisələr əmək kitabçasında öz əksini tapır, müəssisə və idarələrin möhürü ilə təsdiq edilmişdir. Pensiya məbləğinin yenidən hesablanması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini düzgün araşdırmayıb və ona araşdırma barədə düzgün məlumat verməmişdir. İş stajı əmək kitabçasında qeyd edilmiş və idarələrin möhürü ilə öz təsdiqini tapmışdır. 7.Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim – Ş.Musayev). 8.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından, həmçinin iddiaçının pensiya işindən görünür ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, iddiaçının pensiyasının məbləği 430,95 manat təşkil edir və düzgün hesablanmışdır. İddiaçının pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablandığı üçün iddiaçı pensiyasının düzgün hesablanmasını xahiş etməkdə haqlı deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmişdir (Sədrlik edən – F.Hüseynov, hakimlər – P.Hacıyev, P.Əhmədov).
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, cavabdeh ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği nəzərə alınmaqla 2023-cü ildə pensiyanın yenidən hesablandığını bildirsə də, ekspert rəyində iddiaçıya 2023-cü ildə pensiya hesablanması qaydası və məbləği “120,60+120,60x12,4%+110(baza hissə)=245,55” qaydada qeyd edilmiş, filialın məktubunda isə “351,42+351,42x14,7%=403,08” kimi müəyyən edilmişdir. Həmçinin ekspert rəyində gəlinmiş nəticənin hüquqi və faktiki əsasları şərh edilməmiş, ümumi ifadələrdən istifadə edilməklə cavabdeh orqanın təqdim etdiyi faktlar sadalanmışdır.
12. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya 2002-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş və işləyən əmək pensiyaçısı statusunda olmuşdur. 2011-ci ilin sentyabr ayında işləməyən əmək pensiyaçısı statusuna keçdikdən sonra ##.##.2006cı il tarixindən ##.##.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı nəzərə alınmaqla pensiya yenidən hesablansa da, iddiaçı ödənilmiş pensiya məbləğini mübahisələndirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya ödənişi barədə məlumatdan görünür ki, 2011-ci ilin sentyabr-dekabr ayları üzrə müvafiq olaraq, 202,79, 174,83, 209,11, 187,37 manat pensiya ödənişi həyata keçirilmişdir. Rəqəmlərdən də göründüyü kimi, pensiya ödənişi artan və azalan templə getmiş, bunun əsasları isə cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 39 il 1 ay 6 gün sığorta stajına əsasən ##.##.2002-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2011-ci tarixində vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq ##.##.2006-cı il tarixinədək 46 il 3 ay 22 gün sığorta stajı (təqdim etdiyi diplomun surətinə əsasən ##.##.1958-ci il tarixindən ##.##.1962-ci il tarixinədək 3 il 10 ay 23 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən ##.##.1962-ci il tarixindən ##.##.1974-cü il tarixinədək, ##.##.1974-cü il tarixindən ##.##.1975-ci il tarixinədək, ##.##.1975-ci il tarixindən ##.##.1990-cı il tarixinədək, ##.##.1990-cı il tarixindən ##.##.1996-cı il tarixinədək, ##.##.1996-cı il tarixindən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixinədək, 01,02.2002-ci il tarixindən ##.##.2006-cı il tarixinədək 42 il 4 ay 29 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən ##.##.2006-cı il tarixindən ##.##.2011-ci tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 953,33 manat (5 il 8 ay 8 gün sığorta stajına uyğun olaraq) pensiya məbləği nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanmışdır. İddiaçının ##.##.2011-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar cavabdeh tərəfindən ##.##.2011-ci il tarixində sərəncam qəbul edilmişdir.
15. Məlumat üçün bildiririk ki, iddiaçının ##.##.2023-cü il tarixli müraciətinə əsasən Mərkəzi Filialın ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3220,74 manat (##.##.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ən çoxu əvvəlki 3 il üçün olmaqla ##.##.2020-ci il tarixindən yenidən hesablanmış və 313,23 manata çatdırılmışdır. İddiaçının əmək pensiyasının məbləği ##.##.2021-ci il tarixindən 348,94 manat, ##.##.2022-ci il tarixindən 360,81 manat, ##.##.2023-cü il tarixindən 432,95 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vətəndaşın təqdim etdiyi sənədlər üzrə mübahisələndirilən əmək fəaliyyəti dövrü mövcud deyil.
16. Bundan əlavə, iş birinci instansiya məhkəməsinin icraatında olan zaman verilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli, */*** saylı ekspert rəyindən də görünür ki, iddiaçının pensiyasının məbləği ##.##.2023-cü il tarixində 430,95 manat təşkil edir və düzgün hesablanmışdır. Ekspert rəyində iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 953,33 manat pensiya kapitalına münasibətdə əmək pensiyasının sığorta hissəsində 12,54 manat artım (953,33:76=12,54) hesablanmışdır. Rəydə ##.##.2011-ci il üçün 89,93+12,54+85=187,37 manat pensiya məbləği göstərilmişdir. Həmçinin ekspert rəyinin tədqiqat prosesinin təsviri və nəticə hissəsində pensiyanın hesablanma qaydası və məbləğlər illər üzrə qeyd olunmuşdur. Lakin nəticə hissəsində texniki səhv olaraq məbləğlərin qarşısında illər düzgün qeyd olunmamışdır. Belə ki, təsviri hissədə ##.##.2012-##.##.2022-ci illər üzrə hesablanma aparılsa da, nəticə hissəsində səhvliklə eyni hesablanmanın qarşısında ##.##.2018- ##.##.2027-ci illər qeyd edilmişdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa ##.##.2023cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən, vətəndaşın əmək pensiyasının məbləği ##.##.2023cü il tarixindən 375,72 manat müəyyən edilmişdir.
18. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 430,95 manata çatdırılmışdır.
19. Mərkəzi Filial tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubla iddiaçıya 2006-2011-ci illər üzrə ödənilmiş pensiya məbləğinin aylar üzrə məbləği barədə çıxarış təqdim edilmişdir. Çıxarışda 2011-ci il oktyabr ayında 174,83 manat, noyabr ayında 209,11 manat, dekabr ayında 187,37 manat pensiya ödənildiyi əks olunmuşdur.
20. Göründüyü kimi, iddiaçıya ekspert rəyində 2011-ci il üçün hesablanan 187,37 manat məbləğin həqiqətən ödənilməsi qeyd olunan çıxarışla təsdiq olunur. Həmçinin nəzərinizə çatdırırıq ki, iddiaçıya oktyabr ayında ödənilən 174,83 manat məbləğ və dekabr ayında ödənilən 187,37 manat məbləğ arasındakı fərq ekspert rəyi ilə müəyyən edilən 12,54 manatdır.
21. Beləliklə, cavabdeh tərəfindən ##.##.2011-ci il tarixdə pensiyanın yenidən hesablanması ilə bağlı sərəncam qəbul edildikdən sonra iddiaçının pensiyasında sərəncamda da qeyd edildiyi kimi 12,54 manat artım Mərkəzi Filial tərəfindən təqdim olunan ödəniş cədvəlindən çıxarışla öz təsdiqini tapır.
22. İddiaçının əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar pensiya məbləğində yaranan fərqi müəyyən etmək məqsədilə, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubla iddiaçının ##.##.2006-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2011-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmasaydı əmək pensiyasının məbləği və hesablanma qaydası təqdim edilmişdir.
23. Ekspert rəyi və cavabdeh tərəfindən təqdim olunmuş mütəxəssis rəyinin müqayisəsi zamanı aydın olur ki, həqiqətən də cavabdeh tərəfindən iddiaçının ##.##.2006-##.##.2011-ci illər arasındakı dövr üzrə malik olduğu pensiya kapitalı nəzərə alınaraq pensiya yenidən hesablanmışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş pensiya kapitalı nəzərə alınmadığı halda illər üzrə pensiyanın məbləğləri ilə ekspert rəyində pensiya kapitalı nəzərə alındığı halda illər üzrə pensiya məbləğləri arasındakı fərq aşkar görünür. Məsələn, ekspert rəyində ##.##.2023-cü tarixinə 430,95 manat hesablandığı halda, pensiya kapitalı nəzərə alınmadığı halda isə ##.##.2023-cü il tarixinə 403,08 manat hesablanır.
24. Qeyd edilməlidir ki, ekspert rəyində qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddiaçıya 430,95 manat pensiya məbləği ödənilmiş, cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə pensiya məbləği 432,95 manata artırılmışdır. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-##.##.2011-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablanması cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2011-ci il tarixli sərəncamla, 2006-2011-ci illər üzrə pensiya ödəniş cədvəlindən çıxarışla, həmçinin ekspert rəyi ilə təsdiqləndiyi halda, apellyasiya məhkəməsi göstərilən halları səthi yanaşaraq əsassız olaraq iddiaçının apellyasiya şikayətini təmin etmiş, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.
25. Cavabdeh tərəfindən iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2023cü ildə deyil, iddiaçının müraciəti üzrə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar ##.##.2011-ci il tarixində yenidən hesablanmış və bununla bağlı sərəncam qəbul edilmişdir. Daha sonra iddiaçının ##.##.2023-cü il tarixli müraciətinə əsasən, cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək istifadə olunmayan pensiya kapitalına görə pensiya yenidən hesablanmış 430,95 manatdan 432,95 manata artırılmışdır. Məhkəmə tərəfindən müqayisə edilən hesablanma qaydasına gəldikdə isə bildiririk ki, ekspert rəyində “120,60+120,60x12,4%+110(baza hissə)=245,55” 2023-cü il üçün deyil, ##.##.2017-ci il üçün olan pensiya məbləğidir və ekspert rəyində ##.##.2017-ci il üçün olan hesablanmanın cavabdehin pensiya kapitalı nəzərə alınmadığı halda təqdim etdiyi ##.##.2023-cü il tarixinə olan pensiya məbləği ilə qarşılaşdırılması qeyri-məntiqi və absurddur. Məhkəmə araşdırması zamanı eyni illər üzrə düzgün müqayisə aparılmamış, yuxarıda qeyd etdiyimiz kimi 2023-cü il üzrə pensiya kapitalı nəzərə alındığı (430,95 manat) və nəzərə alınmadığı (403,08 manat) hallarda pensiyanın məbləğindəki fərq aşkar olsa da, məhkəmə tərəfindən əsassız olaraq iddianın təmininə yönəlmiş mövqe əks olunmuşdur.
26. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubda iddiaçıya 2011-ci ildə ödənilmiş pensiya məbləğlərindəki fərqin əsasları barədə məlumat verilmişdir. Belə ki, iddiaçının əmək pensiyasının indeksləşdirilməsi, yenidən hesablanması və qeyd olunanlarla əlaqədar olaraq yaranmış əskik ödəmələrin əmək pensiyasına əlavə edilərək ödənilməsi nəticəsində pensiya məbləğində fərq yaranmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh tərəfindən məhkəmə prosesi zamanı iddiaçıya oktyabr ayında ödənilən 174,83 manat və dekabr ayında ödənilən 187,37 manat arasındakı fərqin ekspert rəyi ilə müəyyən edilən 12,54 manat artım məbləği olduğu və iddiaçının iddia etdiyi qaydada pensiyanın yenidən hesablanması ilə əlaqədar yarandığı izah edilsə də, məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, qərarda cavabdehin dəlillərinə münasibət bildirilməmiş, ümumiyyətlə işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.3-1-ci maddəsinə görə 2006-cı il ######ın #-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il ## #### tarixindən yenidən hesablanır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir.
35. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən pensiyanın düzgün hesablanmasının müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
36. Məhz məhkəmə qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** saylı ekspert rəyi təqdim edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi rəyə istinad etməklə iddianı rədd etmişdir.
37. Buna baxmayaraq məhkəmə kollegiyası ekspert rəyini “gəlinmiş nəticənin hüquqi və faktiki əsaslarının şərh edilməməsi, ümumi ifadələrdən istifadə edilməklə cavabdehin təqdim etdiyi faktların sadalanması” əsası ilə mötəbər hesab etməmiş, lakin daha sonra təkrar (və ya əlavə) ekspertiza və ya araşdırma aparmadan iş üzrə iddianın təmin edilməsi barədə qərar çıxarılmasını mümkün hesab etmişlər.
38. Kollegiya göstərilən mövqe ilə razılaşmayaraq qeyd edir ki, əgər ekspertiza təyin etməklə hesablanmış pensiya məbləğinin düzgün olub-olmamasının müəyyən edilməsi zəruri hesab edilmişdirsə və məhz həmin ekspert rəyinə istinadən iddianı təmin edən aşağı instansiya məhkəməsinin qərarı ləğv edilmişdirsə, bu halda həmin imkan sonradan tükətilməlidir. Nəzərə almaq lazımdır ki, bu halların aydınlaşdırılması müvafiq olaraq iddia tələbinin əsaslılığına qiymət verilməsi baxımından həlledicidir.
39. Bundan başqa, adıçəkilən ekspertiza qərardadından görünür ki, ekspert qarşısında qoyulan suallar mübahisələndirilən ##.##.2006-cı il tarixindən ##.##.2011-ci il tarixinədək olan dövrlə bağlı olmayaraq ümumi xarakter daşıdığından düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki halların müəyyən olunmasına çətinlik yaratmışdır. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının tələbinin əsaslı sayılıbsayılmaması
40. məsələsinə düzgün qiymət verilə bilər.
41. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
45. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.