Məhkəmə qərarları › İş №2-1(102)-369/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-369/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-369/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, peşələrin uyğunluğu) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-323/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx xxxxxx 2006-cı ilədək 20 ildən artıq ümumi iş stajına və 10 ildən çox xüsusi-zərərli iş stajına malik olduğunu nəzərə almaqla ona 52 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tələblə cavabdehdə müraciət etmişdir. 2.Cavabdeh *********** saylı xx xxxxxx 2019-cu il tarixli imtina m əktubunda bildirmişdir ki, tələb olunan 20 il sosial sığorta stajına qarşı 17 il 03 ay 20 gün sosial sığorta stajı olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bundan başqa, xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxx 1982-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibəti yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı məhkəməyə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx xxxxx 1985-ci ildən xx xxxxxx 1995-ci ilə kimi Sumqayıt Tikinti Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsi) qaz-quraşdırıcı-çilingər, xx xxxxxx 1995-ci ildən xx xxxx 1998-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sahəsində butadien, spirt, kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi “xxxx” MMC-də qaynaqçı, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək həmin zavodda qaynaqçı ustabaşı, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə kimi “xxxx” MMC-də qaynaqçı ustabaşı, xx.xx.2010-cu xx.xx.2012-ci ilə kimi “xxxx” ASC-də qazla kəsici, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi “xxxx” MMC-də qaynaqçı vəzifələrində işləmiş, xx.xx.2016-cı ildən hazırki vaxtadək isə “xxxx” MMC-də qaynaqçı işləyir. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə istinad etmişdir. 5.Cavabdeh iddiaya qarşı etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinad etmişdir. 6.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(085)789/2019 saylı qərarı (hakim – Z.R.Pirverdiyev) ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx xxxx 2016-cı il tarixdən (52 yaş) güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 7.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən peşələrdə çalışması ilə əlaqədar xx xxxxxx 2006-cı il tarixədək 20 ildən artıq əmək stajına, o cümlədən 10 ildən çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. 8.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 9.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-541/2019 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – Z.İ.Məmmədov, hakimlər – N.M.Nəsibov və H.Ç.Babayeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(085)-789/2019 nömrəli qərarı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 10.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən qərarı xx xxx 2019-cu il tarixdə qəbul olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxx 2019-cu il tarixli, ***********saylı əmrinin 1-ci bəndinə əsasən isə xx xxx 2019-cu il tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. 11.İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsində işin baxılmasının davam etdirilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat

12. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(102)386/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi ha kim - K.Bədəlov, hakimlər R.Nəbizadə və A.Hüseynov) apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi İPMin 45.5.2-ci maddəsinin tələbini nəzərə almamışdır. Belə ki, iddia birinci instansiya məhkəməsinin icraatına daxil olarkən aidiyyət qaydalarının pozulması müəyyən edilməmişdir və sonradan aidiyyət şərtlərinin dəyişməsi iddianın aidiyyətinin dəyişməsinə əsas vermir. Belə olduqda, işin aidiyyəti dəyişmədiyindən apelyasiya instansiyası məhkəməsi cavabdehin əvəz edilməsi məsələsini tam hüquqlu məhkəmə kimi səlahiyyətləri çərçivəsində özü həll etməli olduğu halda, işin baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almaqla prosessual pozuntuya yo l vermişdir d. apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat 14.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-323/2020 nömrəli qərardadı (sədrlik edən və məruzəçi hakim – F.G.Zeynallı, hakimlər – T.O.Quliyev və F.Ə.Məmmədov) ilə iş üzrə Azərbaycan Respublikası Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. 15.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-323/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – F.Ə.Məmmədov, hakimlər – T.Q.Məmmədov və S.A.Qafari) ilə cavabdehin apellyasiya şikayəti təmin olunmayaraq, Sumqayıt İnzi bati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(085)-789/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının xx xxxxx 1985-ci ildən xx xxxxxx 1995-ci ilə kimi Sumqayıt Tikinti Quraşdırma məhdud məsuliyyətli cəmiyyətində (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) quraşdırıcı-çilingər və xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxx 1998-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunda quraşdırıcı çilingər peşəsində işləməsini əsas götürmüş və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 1-ci siyahısının 8-ci bölməsinin 1080A010 şifri ilə güzəştli pensiya hüququ verən peşələrə aid olmasını qeyd edərək onun güzəştli şərtlərlə pensiya hüququnun olmasını qeyd etmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 1-ci siyahısının 8-ci bölməsinin 1080A010 şifrəsi ilə qeyd edilmiş peşələr həmin Qərarın Vİİİ bölməsində 10800000 kodu ilə qeyd edilmiş Kimya sahəsinə aid olan peşələrə aiddir.

20. Lakin, iddiaçının xx xxxxx 1985-ci ildən xx xxxxx x 1995-ci ilə kimi quraşdırıcıçilingər peşəsində işlədiyi Sumqayıt Tikinti Quraşdırma məhdud məsuliyyətli cəmiyyətinin (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) adından da göründüyü kimi, qeyd edilən müəssisənin iş sahəsi bilavasitə kimya sənayesində kimyəvi maddələr istifadə edilməklə istehsalat sahəsi deyil, həmin müəssisənin iş sahəsi Tikinti Quraşdırma sahəsidir və həmin sahədə iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz.

21. Məhz bu səbəbdən iddiaçının işlədiyi güzəştli pensiya hüququ verən peşədə işlədiyi müddət “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində qeyd edilmiş 10 il müddətindən azdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayəti nə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək b u Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahıs ı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi xx xxxxxx 1997-ci ildən başlayaraq xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 28. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dö vlət pensiyası almaq hüququna malikdirlər.

29. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 30. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tar ixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: 10800000 – Xİİ. Kimya istehsalatı bölməsinin 1080A00-17541 kodu istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İddiaçının tələbinin təmin olunması üçün onun xx.xx.2006-cı ilə qədər 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olmalıdır. İddiaçının 20 illik ümumi iş stajının mövcudluğu iş materiallarında olan iddiaçıya məxsus sənədlər (əmək kitabçası, iş yerindən arayışlar) ilə təsdiq olunur. Belə ki, iddiaçı xx.xx.1979-xx.xx.1982-ci il tarixləri arasında texniki peşə məktəbində təhsil almış (02 il 10 ay 12 gün), xx.xx.1982-xx.xx.1984cü il tarixləri arasında hərbi xidmətdə olmuş (2 il), xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək keçmiş “Azneftkimyaquraşdırma” trestində (09 il 09 ay 27 gün), xx.xx.1995-ci ildən xx. xx.1998-ci ilədək keçmiş “Sintezkauçuk” zavodunda (03 il 04 ay 19 gün), xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək “xxxx” MMC-də (xx.xx.2006-cı ilədək – 02 il 01 ay 01 gün) işləmişdir.

37. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının tikinti quraşdırma sahəsində işlədiyinə görə güzəştli stajının mövcud olmadığı ilə bağlıdır. Məhkəmə tərkibi aşağıda göstərilənlərə əsasən həmin dəlili əsassız hesab edir.

38. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək keçmiş “Azneftkimyaquraşdırma” trestində neft və kimya sənayesində avadanlıqlar üzrə quraşdırıcı-çilingər, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək keçmiş “Azneftkimyaquraşdırma” trestində quraşdırıcı çilingər və avadanlıqların quraşdırılması üzrə divinil, spirt, kauçuk istehsalatları ü zrə 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir. Bundan əlavə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01/06 saylı, xx xxxx 2018-ci il tarixli arayışda iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilə kimi həmin müəssisədə (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) quraşdırıcı-çilingər vəzifəsində işlədiyi göstərilmişdir. Həmin arayışda qeyd olunur ki, iddiaçının işlədiyi müəssisədə istehsal olunan məhsulun adı “butadien”, “sulfat turşusu”, “divinil”, “ilkin-benzol” qeyd olunmuşdur. Həmçinin, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun arayışı ilə xx xxxxxxxx 1995-ci ildən xx xxxx 1998-ci ilə kimi keçmiş “Sitezkauçuk” zavodunun təmir quraşdırma sahəsinə butadien, spirt, kauçuk istehsalatları üzrə quraşdırıcı çilingə r peşəsində işləməyi təsdiq edilmişdir. Arayışlarda həmçinin göstərilmişdir ki, həmin vəzifə Azərbaycan Respubikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320No-li qərarına əsasən istehsalatda 1-ci siyahıya 8-ci bölməyə aid edilir.

39. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən ed ilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

40. Belə olan halda, iş materiallarına əsasən iddiaçı cavabdehin qeyd etdiyi kimi tikinti quraşdırma sahəsində deyil, kimya sahəsində işlədiyinə görə, həmin bölmədə isə (1 nömrəli Siyahının Vİİİ bölməsi) 1080A00-17541 kodu ilə “kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri” nəzərdə tutulduğundan həmin müəssisələrdə işlədiyi dövr iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmalıdır.

41. Beləliklə, yuxarıda qeyd olunan sübutlarla iddiaçının işlədiyi peşənin 1 n ömrəli Siyahının Vİİİ bölməsinə, bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən peşələrə aid olduğu, həmçinin iddiaçının tələb olunan ümumi stajı olduğundan iddia tələbi əsaslı olmuşdur.

42. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-323/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar