Məhkəmə qərarları › İş №2-1(102)-369/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-369/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-369/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı “mənzilin sökülməsi il bağlı kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2629/202 1 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, 16 fevral 2018-ci il tarixli Qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövl ət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1ci bəndində qeyd olunur ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçü n alınsın.

3. İddiaçı söküntü ilə bağlı kompensasiya ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanı ilə bağlı mülkiyyətdə və istifadədə olan tikili üzrə 25.200 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 7.000,00 manat, kompensasiya məbləğinə 20% əlavə olaraq 5.040,00 manat, çətinliyə görə ümumi məbləğin 10% kimi 2.520 manat, köçürülmə ilə əlaqədar 1.000,00 manat pul vəsaitinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsində bildirmişdir ki, onun yaşadığı Bakı şəhəri, M.A.Əliyev küçəsi, 28 saylı ev Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı dövlət ehtiyacları üçün alınan ərazidə yerləşir. İstifadəsində olan ev 43 kv.m olmuşdur. Həmin evdə qeydiyyatda olmuş, bütün kommunal və digər xərcləri ödəmişdir. Evdə tək yaşamişdir. Cavabdehin təşkil etdiyi Komissiyada dəfələrlə olmuşdur. Hər dəfə Komissiyada olanda bildirmişlər ki, onu çağıracaqlar. Ərazidə söküntü işləri aparılan zaman gəfildən gəlib onu məcburi evdən çıxararaq evi sökmüşlər. Ev əşyaları söküntü altında qalmışdır. Onun 30 yanvar 2020-ci il tarixli müraciəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhər Yasamal RİH-nə 7 fevral 2020-ci il tarixdə göndərdiyi müraciətinə bu gü nədək cavab verilməmişdir. Hesab edir ki, mülkiyyətdə və istifadədə olan tikili üzrə 25.200 AZN, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 7.000 AZN, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizi - 5.040 AZN, çətinliyə görə ümumi kompensasiya məbləğinn 10 faizi - 2.520 AZN və köçürülmə ilə əlaqədar 1000 AZN kompensasiya cavabdehdən tutularaq ona ödənilməlidir.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4197/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim:R.L.Kərimli) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85 9/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən hər hansı yaşayış sahəsi (mənzil) hazırkı iddiaçının mülkiyyətində olmadığından, əvvəllər ona məxsus olmuş müvafiq mənzilin 1/2 hissəsi alqı-satqı yolu ilə başqa şəxsə satıldığından, habelə yaşayış sahəsi sonuncuya müvafiq məbləğdə pul vəsaiti ödənilməklə söküldüyündən, iddiaçı daşınmaz əmlakın sökülməsi nəticəsində dəymiş ziyan kimi kompensasiya tələb etmək hüququna malik deyil. Bundan əlavə, iddiaçının kompensasiya tələb etmək hüququ olmadığından, o, söküntü ilə əlaqədar köçürülmə və çətinliyə görə müvafiq məbləğləri, habelə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2. 3-cü bəndinə nəzərdə tutulan 20% əlavə haqqı tələb etməkdə haqlı deyildir. Sökülmüş mənzildə iddiaçıya məxsus daşınar əşyaların olmasına dair də iddiaçı heç bir sübut təqdim etmədiyindən, iddia tələbi bu hissədə də əsaslı sayıla bilməz.

10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2629/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: H.Ü.Həmidov və E.E.Nağıyeva) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə qeyd edilir ki, hər iki məhkəmə instansiyası təqdim edilmiş sənədlərə hüquqi qiymət vermədən iddia tələbini rədd etmişdir. Lakin məhkəmələrə məlumdur ki, iddiaçı qeyd edilən ünvanda olan mənzilini satdıqdan sonra həmin ünvanda 43.0 kv.m sahədə özünə ev inşa etmişdir. Həmin ev faktiki olaraq iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda, iddiaçı evdə yaşadığı müddətdə bütün kommunal xərcləri ödəmişdir.

15. Şikayətçi hesab edir ki, apelyasiya instansiyası məhk əməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verm ək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir:... 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ö dənişi;... 247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxı lır. Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Bəhs edilən yaşayış sahəsinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini n bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarının 1-ci bəndinin təsiri altına düşməsi və dövlət ehtiyacları üçün alınması işin mübahisəsiz halıdır. Tərəflər bu halı mübahisə etmir.

25. İddiaçı bildirir ki, göstərilən ərazidə yerləşən, mülkiyyətində və istifadəsində olan evin sökülməsi ilə əlaqədar ona müvafiq kompensasiya və həmin kompensasiyaya əlavələr, eləcə də evin sökülməsi ilə əlaqədar daşınar əşyalarının məhv olması nəticəsində ona dəymiş ziyan ödənilməlidir. Cavabdeh isə ona kompensasiya ödəməkdən imtina edir.

26. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, qeyd edilən evə münasibətdə iddiaçının heç bir hüququ mövcud deyildir.

27. Belə ki, iş materiallarında olan daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 17 fevral 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: “Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4 iyul 2009-cu il tarixli 4Ə-02-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən mübahisəli mənzilin 1/2 hissəsi həmin tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilən 6 oktyabr 2010-cu il tarixli 4Ə-488 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 adına özgəninkiləşdirilmişdir.”

28. İş materiallarına əsasən müəyyən olunur ki, yeni mülkiyyətçi X3 ilə Bakı şəhəri Yasamal RİH (qurumun adından çıxış edən X2) arasında 4 dekabr 2018-ci il tarixd ə AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndindən isə görünür ki, “satıcı” X3 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 25.9 kv.m, yaşayış sahəsi 18 kv.m, yardımçı sahəsi 7.8 kv.m olan 1 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini “alıcı” Bakı şəhəri Cavabdeh mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, daşınmaz əmlakı “satıcı” 99.486 manat qiymətinə satdı, “alıcı” isə həmin qiymətə aldı.

29. Göründüyü kimi, iddiaçı mübahisəli ünvanda yerləşən mənzildən ona düşən 1/2 hissəsini mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirdikdən sonra həmin payını “X3” adında şəxsə satmış, bu sonuncu da həmçinin, evə həmin hissədə mülkiyyət hüququnu rəsmiləşdirmiş, daha sonra isə hazırkı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, sözügedən ev sonuncu tərəfindən kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün alınmışdır.

30. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli ünvanda yerləşən ona məxsus tikilinin, kompensasiya verilmədən qanunsuz söküldüyünü iddia edərək ona kompensasiya ödənilməsi və həmin kompensasiya məbləğinə əlavələrin verilməsi barədə tələbləri tamamilə əsassızdır.

31. İddiaçının, söküntü zonasında ona məxsus daşınar əşyaların cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhv edilməsi və bununla bağlı ona dəymiş ziyanın ödənilməsi tələbinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin ünvanda onun əmlaklarının mövcudluğu, daha konkret, evin yeni mülkiyyətçisi X3 tərəfindən dövlət ehtiyacları çərçivəsində torpağı alan o rqana satılmasınadək həmin ünvanda saxlanıldığı və cavabdehin təqsirli hərəkətləri nəticəsində onların məhv edilməsini sübut etmək vəzifəsi məhz, iddiaçının öz üzərinə düşür. Qanunun tələbləri baxımından, iddiaçı tərəfindən məhv edildiyini iddia etdiyi əşyaların, eyni zamanda, həmin əmlaklara münasibətdə cavabdehin qanunsuz hərəkətləri iddiaçı tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh inzibati orqan delikt törətmiş şəxs hesab edilərək mülki məsuliyyətə cəlb edilsin. Lakin iddiaçı mötəbər əsaslardan çıxış edərək məhkəməyə qeyd olunan hallara dair əsaslandırıcı sübutlar təqdim etməmişdir. Halbuki, o, İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci i l tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68).

32. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının ona mübahisəli ünvanda yerləşən evə və əmlaklarına görə kompensasiya və ziyan tələbində haqlı olması istisna olunur.

33. Bəhs edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessu al hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2629/2021 saylı iş üzrə 04 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar