Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-369/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-213/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli arayışa əsasən iddiaçı 26 oktyabr 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 433 saylı, 07 avqust 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının vəkilinin Cavabdeh tərəfindən söküntüsü həyata keçirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri kü çəsində yerləşən 13Q saylı evdə yaşamış və evin sökülməsinə görə müvafiq kompensasiya verilmiş şəxslərin həmin evlərdə hansı əsaslarla yaşaması, həmin evlərdə yalnız qeydiyyatda olmuş şəxslərə İcra Hakimiyyəti tərəfindən kompensasiya verilibverilməməsi barədə sorğusuna baxılmış və bildirilmişdir ki, qeyd olunan ünvanda aparılan köçürülmə (kompensasiya verilməsi və s.) işlərini Cavabdehndə yaradılmış komissiya tərəfindən baxılaraq qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur.
4. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 1/1288 saylı, 26 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsində yerləşən 13Q saylı bina qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər köçürü lmüş və həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara kompensasiya ödənilmişdir. 5. "xxxx" ASC tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli, FJB**********112 saylı məxaric orderinə əsasən X3 37410 manat məbləğində kompensasiya ödənilmişdir.
6. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 1/1863 saylı, 27 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, qəzalı vəziyyətdə olan Sabunçu qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı evin 17 saylı iki otaqlı, ümumi sahəsi 36,91 kv.metr olan mənzilinə görə X1 olaraq 36910 manat, köçürülmə və 1 aylıq kirayə xərclərinə görə 500 manat, ümumilikdə 37410 manat vəsait ödənilmişdir.
7. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 1/468 saylı, 07 aprel 2021-ci il tarixli məktubdan görünür ki, məhkəmənin təkrar sorğusuna cavab olaraq bildirilmişdir ki, X2 qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı evin 17 saylı mənzilində 2005-ci ildən qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Qəzalı vəziyyətdə olan Sabunçu qəsəbəsi, Pişəvari küçəsi, 13Q saylı evin 17 saylı iki otaqlı, ümumi sahəsi 36,91 kv.metr olan mənzilinə görə X1 olaraq 36910 manat, köçürülmə və 1 aylıq kirayə xərclərinə görə 500 manat, ümumilikdə 37410 manat vəsait ödənilmişdir. Həmin məktuba əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 148 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən Cavabdehnə ünvanlanmış 15 saylı, 05 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi ev 13Q-da 1 otaqlı yaşayış sahəsi 21 kv.metr və ümumi sahəsi 36,91 kv.metr olan 17 saylı mənzilində X5 2005-ci ildən qeydiyyatdadır. X5 göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Bina 2019-cu ildə sökülmüş və sakinlər köçürülmüşdür.
8. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu RİH başçısının İ müavinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində yerləşən 8 qəzalı binanın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə köçürülməsi və bunun üçün vəsait ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunan ünvan 4 ünvanında yerləşən 18 mənzildən ibarət olub bina haqqında məlumatlar 2019-cu ilin fevral-mart aylarında Mənzil İstismar Sahəsi tərəfindən Rayon İ cra Hakimiyyətinə təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixdə qəzalı vəziyyətdə olan həmin binaların sökülməsi və orada yaşayan vətəndaşlara kompensasiya ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. Ödənilən kompensasiyanın məbləği ümumi sahəsi 30 kv.metrədək olan mənzil üçün 30000 (otuz min) manat, ümumi sahəsi 30 kv.metrədən artıq olan mənzillər üçün isə hər kv.metr üçün 1000 (min) manat hesablanmışdır. Orada yaşayan sakinlər barədə ümumi məlumat məktuba əlavə edilmişdir. Məktuba əlavə edilmiş ünvan 4 ünvanında mövcud vəziyyətdə yerləşən texniki cəhətdən tam kəskin qəzalı vəziyyətdə olan binada yaşayan ailələr haqqında 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 148 saylı MKİS-i tərəfindən tərtib edilmiş siyahıda 18 nəfərin adı qeyd olunsa da, iddiaçının adı həmin siyahıda y er almamışdır. Eyni zamanda həmin siyahıda iddiaçının iddia etdiyi 15 saylı mənzildə yaşayan şəxslərin sırasında X4 adı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, 13Q saylı evin 15 saylı iki otaqlı, sahəsi 37 kv.metrdən ibarət olan ona məxsus mənzilinin sökülməsinə görə 37000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, 13Q saylı evin 15 saylı mənzili 2 otaqdan ibarət, sahəsi 37 kv.metr olmuşdur. Həmin mənzildə o, və iki uşaqları X6 və X10 ilə birlikdə qeydiyyatdadırlar. Artıq uzun illərdir ki, o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Hal-hazırda həmin mənzil qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh tərəfindən həmin bina sökülür və oranın bütün sakinlərinə kompensasiya ödənilir. Lakin nədənsə cavabdeh ona mənzilə görə kompensasiya ödəmək istəmir. Belə ki, o, bir müddət Bakı şəhərində olmamışdır və onun mənzilinə məcburi köçkünlər girərək orada məskunlaşmışlar. Ona görə də o, bir müddət öz mənzilində yaşaya bilməmişdir. Cavabdeh ona bildirmişdir ki, artıq o gecikmişdir, ona görə də ona kompensasiya düşmür. Belə ki, cavabdeh onun mənzilində yaşayan məcburi köçkünə mənzil vermişdir. Hesab etmişdir ki, əgər ona söküləcək öz mənzilinin əvəzinə görə yeni mənzil v erilmirsə, onda ona sökülən mənzilə görə kompensasiya ödənilməlidir. Cavabdeh ona kompensasiya ödəməkdən imtina etdiyi üçün o, məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, kompensasiya ödənilmədən ona məxsus mənzilin cavabdeh tərəfindən sökülməsi onun konstitusion qaydada müdafiə olunan sahiblik, istifadə, mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir ki, bu da hazırki iddianın qaldırılmasına səbəb olmuşdur.
11. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində yerləşən 8 qəzalı binanın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə sakinlərin köçürülməsi və həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan orada yaşayan sakinlər barədə məlumatlar cari ilin fevral-mart aylarından başlayaraq onlar tərəfindən Cavabdehnə təqdim olunmuşdur. İddiaçı ünvan 5 ünvanında yaşaması barədə məlumat Cavabdehnə təqdim olunmamışdır. Sabunçu qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı binanın 15 saylı mənzili dövlət mülkiyyətində olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd edilən mənzilin İddiaçı mülkiyyətində, icarəsində və ya istifadəsində olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Hüquqmüəyyənedici sənəd dedikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam, məhkəmə qətnaməsi nəzərdə tutulur. Sabunçu qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı binanın 15 saylı mənzili İddiaçı istifadəsinə, icarəsinə və mülkiyyətinə verilməmiş, həmçinin o, qeyd edilən ünvanda bir gün belə yaşamamışdır. Bina sakinləri həmin ünvanda köçürüldükdən və bina tamamilə söküldükdən bir neçə ay sonra İddiaçı Cavabdehnə müraciət edərək, sökülmüş binada mənzilinin olduğunu bildirmiş və kompensasiya tələb etmişdir. Qeyd olunanlara əsasən İddiaçı həmin binada yaşaması müəyyən olunmadığından ona kompensasiya verilməsi məsələsinə baxılmamışdır. Laçın rayonundan məcburi köçkün X11 1997-ci ildən 4 nəfər ailə tərkibi ilə qeyd edilən mənzildə məskunlaşmış və bina sökülən zaman Qaçqın və X7 üzrə Dövlət Komitəsi tərəfindən onlar “Qobu Park-2” yaşayış kompleksində mənzillə təmin olunmuşlar. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3426/2019 saylı, 10 oktyabr 2019cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır.
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2858/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3426/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə göndərilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati icraata üçüncü şəxs qismində cəlb olunmuşdur.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-563/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarı ilə (hakim: F.İ.Mədətli) iddia rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlər əsasında iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsində yerləşən 13Q saylı binada yerləşən 15 saylı mənzilində pasport qeydiyyatında olması müəyyən edilsə də, lakin yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. İddiaçı iddia ərizəsind ə ilk növbədə uzun illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını qeyd etsə də, lakin daha sonra mənzilində məcburi köçkünlərin məskunlaşdığını qeyd etmiş və ona düşəcək kompensasiyanın həmin şəxslərə ödənildiyini göstərmişdir.
17. Məhkəmə araşdırması nəticəsində həmçinin iddiaçının həmin mənzilə dair hər hansı hüququnun mövcud olmaması ilə yanaşı, sözügedən mənzildə yaşamadığı da müəyyən edilmişdir. Belə ki, Laçın rayonundan məcburi köçkün X11 1997-ci ildən 4 nəfər ailə tərkibi ilə qeyd edilən mənzildə məskunlaşmışlar və bina sökülən zaman Qaçqın və X7 üzrə Dövlət Komitəsi tərəfindən onlar “Qobu Park-2” yaşayış kompleksində mənzillə təmin olunmuşlar. Həmçinin bina sakinləri həmin ünvanda köçürüldükdən və bina tamamilə söküldükdən bir neçə ay sonra İddiaçı Cavabdehnə müraciət e dərək sökülmüş binada mənzilinin olduğunu bildirərək, kompensasiya tələb etməsi onun həmin mənzildə yaşamadığına dəlalət edir.
18. Göründüyü kimi iddiaçı sözügedən mənzilin davamlı istifadəsində olduğunu və daimi yaşayış yeri olduğunu iddia etsə də, söküntü aparıldığı günədək mənzilin istifadəsində olmaqla, orada yaşamasını təsdiq edəcək hər hansı mötəbər sübutu istər cavabdeh inzibati orqana, istərsə də məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçının sözügedən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmaması ilə yanaşı, həmçinin həmin mənzildə ümumiyyətlə yaşamadığından cavabdeh tərəfindən ona kompensasiya ödənilməsindən imtina edilməsi əsaslı olmuşdur.
19. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-213/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-563/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlilləri iddia təl əbinin dəlilləri ilə uyğunluq təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi sözügedən mənzildə məcburi köçkün olaraq yaşamış X4 məhkəməyə ünvanlamış olduğu ərizəyə, həmçinin AR DİN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa hüquqi mövqeyini bildirməmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əs asən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərə rin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş z ərərin əvəzini ödəmək öhdəliyi qoyur.
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə lə ğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə isti nad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Belə ki, hazırkı işin hallarına əsasən iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə iddiaçının qeydiyyatda olduğu mənzilin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaran mış mübahisədir və bu iddia tələbinin hüquqi əsasları kimi “İnzibati icraat haqqında” qanunun 89.1-ci maddəsi, Mülki Məcəllənin 21-ci maddəsi və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 7-ci maddəsinin tətbiqi üçün iddiaçı iddia ərizəsində göstərilən evin onun mülkiyyətində və ya istifadəsində olduğunu sübut etməlidir.
33. Lakin, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsi 13Q saylı binada yerləşən 15 saylı mənzilin ona məxsus olduğunu bildirsə də, həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, iddiasını həmin mənzildə pasport qeydiyyatına alınması və orada yaşaması ilə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının sözügedən mənzildə pasport qeydiyyatında olması müəyyən edilsə də, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla özözlüyündə qeydiyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir.
35. Bundan başqa, iddiaçı ərizəsində uzun illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını bildirsə də, daha sonra mənzilində məcburi köçkünlərin məskunlaşdığını qeyd etmiş və ona düşəcək kompensasiyanın həmin şəxslərə ödənildiyini göstərmiş, lakin məhkəmə araşdırması nəticəsində iddiaçının həmin mənzilə dair hər hansı hüququnun mövcud olmaması ilə yanaşı, sözügedən mənzildə yaşamadığı da müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı sözügedən mənzilin davamlı istifadəsində olduğunu və daimi yaşayış yeri olduğunu iddia etsə də, söküntü aparıl dığı günədək mənzilin istifadəsində olmaqla, orada yaşamasını təsdiq edəcək hər hansı mötəbər sübutu istər cavabdeh inzibati orqana, istərsə də məhkəməyə təqdim edə bilməmişdir.
36. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yuxarıda qeyd olunan mənzilin sökülməsinə dair kompensasiya ödənilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə kollegiyası mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasi ya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-213/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.