Məhkəmə qərarları › İş №2-1(102)-3692/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3692/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3692/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi edilməsi və əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi edilməsi və əlilliyin bərpa edilməsi tələbinə” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli 3 ədəd müayinə aktlarından görünür ki, Akt nömrəsi *******0006 olan birinci halda “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2011-ci ildən stasionar müalicələri yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış klinikada ətraflı müayinə və müalicə məsləhət görülür” səbəbi ilə İddiaçı əlillik təyinatından imtina edilmiş, Akt nömrəsi *******0007 olan ikinci halda iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik təyin olunmuş, Akt nömrəsi *******0008 olan üçüncü halda isə “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ### 2023-cü il tarixli, T ***/**** saylı rəyində göstərilmişdir ki, 1.2. vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş bütün diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. O, hazırda da yuxarıda göstərilən həmin xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar onun hazırda əlavə ixtisaslaşdırılmış bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## #### 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan yoxlamalar zamanı vətəndaş İddiaçı Agentliyin ##.##.2022ci il tarixli, *********** nömrəli müayinə protokoluna əsaslanaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində ##.##.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (##.##.2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyin olunduğu qeyd olunsa da, əslində həmin siyahıda şəxsin adının olmadığı aşkar olunmuşdur. Bundan sonra qeyd edilən uyğunsuzluğun müəyyən edilməsi məqsədə ilə Agentlik tərəfindən şəxs barəsində inzibati icraat başlanılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli 11 nˆmrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın ## #### 2025-ci il 3-17-4/2-15422/2025 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, vətəndaş məktub əsasında ##.##.2022-ci il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Qiymətləndirmə nəticəsindən narazı olan İddiaçı sonuncu dəfə ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli, *******0009 saylı qərarının ləğv edilməsi və ona ## #### 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ##.##.1970-ci il təvəllüdlü şəxs kimi 2012-ci ildən ürək xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlilliyi var. Həmin əlilliyə uyğun ona pensiya müəyyən edilmişdir. Ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ## ####### 2022-ci il tarixli, *********** saylı bildiriş təqdim olunmuşdur. Həmin bildirişlə onu Agentliyə ##.##.2022-ci il tarixdə əyani müayinəyə dəvət etmişdirlər. Həmin bildirişlə ona əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində inzibati akt qəbul ediləcəyi bildirilmişdir. O, həmin dövrdə səhhəti ilə əlaqədar müayinəyə gedə bilmədi. Belə ki, həmin dövrdə ağır xəstələnmişdi. Ona həmin Agentlik tərəfindən ## ###### 2023-cü il tarixli, *-**-*/*-R-***/**** saylı bildirişlə məlumat verildi ki, qeyd olunan tarixdə əyani müayinəyə getmədiyi üçün ona ##.##.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bildirir ki, o, əyani müayinəyə xəstəliyi ilə əlaqədar gedə bilməmişdir. Həmin məktub ona ## ###### 2023-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati qərarı əsassızdır və ona görə də həmin qərar ləğv edilməlidir. Belə ki, o, uzun illərdir ki, 2-ci dərəcəlik əlillik qrupu üzrə xəstədir. Bu illər ərzində xəstəliyi daha da şiddətlənib və ağırlaşıbdır. Onu əyani müayinəyə dəvət edən zaman ağır xəstə idi, ona görə də həmin müayinəyə gedə bilməmişdir. O, ağır xəstə olduğundan və uzun illər 2-ci dərəcəli əlillik olan şəxs olduğu halda həmin əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmək əsassız və qeyriqanunidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Lənkəran rayon sakini ##.##.1970ci il təvəllüdlü İddiaçı (FİN:1 A8TYGU) dair tibb müəssisəsinin *******AAMXN nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS: 22420032472). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş ##.##.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. İş üzrə əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş edirik. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

7. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – F.Abbasov).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən iddiaçı ona ilk əlilliyin təyin olunduğu ##.##.2012-ci il tarixdən sonra stasionar müalicə və müayinə olunmuş, bu müddət ərzində xəstəliyi ilə əlaqədar səhhətində nəinki müsbət dəyişikliklər, əksinə, ağırlaşmaların baş verdiyi təsdiq olunmuşdur. Qeyd olunan ağırlaşmalar cavabdeh tərəfindən ona əlilliyin təyinatından ilk imtinanın verildiyi ##.##.2021-ci il, daha sonra ##.##.2021-ci il və ##.##.2024-cü il tarixli diaqnozlarda da öz əksini tapmış və iddiaçının malik olduğu xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin onun müayinəsi ilə bağlı verilmiş göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli № *** qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin birinci dərəcə əlilliyin təyinatına əsas verən 2.1.1-ci, ikinci dərəcə əlilliyin təyinatına əsas verən 2.2.1 və 2.2.8-ci, üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.4.1-ci bəndlərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “Qan dövranı sistemi xəstəlikləri” bölməsinin 2.1.1, 2.1.2, 2.2.1, 2.2.2, 2.6.1, 2.6.1.2, 6.1.10.1, 6.1.10.2-ci bəndlərinə tam uyğunluğu təsdiq olunur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya icraatı zamanı iddiaçının “Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ## ###### 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən əlilliyin bərpa edilməsi” barədə tələbin dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ## ###### 2022-ci il tarixli qərarı ləğv edilmişdir. İddiaçıya ## ###### 2021-ci il tarixdə təyin edilmiş əlilliyin “Əlillik” altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – F.Hüseynov, hakimlər – P.Hacıyev, P.Əhmədov).

12. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, təqdim edilmiş əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya 2012-ci ildə 1 il, 2015-ci ildə 1 il, 2016-cı ildə 5 il və ##.##.2021-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir. Sonuncu təyinatın 5 il müddətinə müəyyən edilməsinə baxmayaraq, cavabdeh orqan qanunla müəyyən edilmiş konkret əsaslar olmadan onu əyani müayinəyə dəvət etmiş, bildirişdə müayinəyə cəlb edilmənin əsası kimi TSEK-nın qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olmasını göstərmişdir. Buna baxmayaraq, cavabdeh həmin əsasların nədən ibarət olması barədə nə iddiaçıya, nə də məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

13. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələlərdən biri “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdeh orqanın yeganə dəlili "Əlillik" altsistemində ##.##.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (##.##.2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyin olunduğu qeyd olunsa da, hansısa siyahıda şəxsin adının olmadığı aşkar olunmamasıdır ki, bu hal məhkəmə kollegiyasına bir daha bu qənaətə gəlməyə əsas verir ki, qeyd olunan vəziyyət iddiaçının barəsində aparılmış əlillik təyinatının qanunsuz sayılması və ya risk qrupuna salınması üçün yetərli sayıla bilməz.

14. Həmçinin əlillik altsistemində qeydiyyat və bununla bağlı cavabdehin müəyyən etdiyi siyahı məhz cavabdeh tərəfindən tənzimləndiyindən və idarə olunduğundan həmin sistemdə və sənədlərdə olan uyğunsuzluq əlillik təyinatı aparılmış şəxsin ziyanına şərh oluna bilməz. Odur ki, cavabdeh iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qanunvericilik normaları sadalanmış və əlavə olaraq bildirilmişdir ki, istinad edilən maddi hüquq normalarının tələbləri baxımından Şirvan Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassız olmuşdur. İddiaçı barəsində diaqnozun öz təsdiqini tapmaması cavabdehin ekspertləri tərəfindən müəyyən edilmişdir. Apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə demək olar ki, ümumiyyətlə məhəl qoymamış, iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. İnzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmuşdur. Faktiki olaraq apellyasiya instansiyası məhkəməsi də yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmadan yola çıxaraq cavabdehin iddiaçı barəsində qəbul edilmiş qərarın ləğv edilməli olması qənaətinə gəlmişlər. Nəzərə alınmamışdr ki, inzibati orqan tərəfindən aparılmış araşdırma məhz mövcud sənədlər üzrə aparılmışdır. TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsas sübut isə elə iddiaçının adının müvafiq siyahıda olmaması olmuşdur ki, bu halda cavabdeh qurum qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmuşdur. Başqa sözlə deyilsə, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsası ortaya çıxarmış olmuşdur. Belə bir sübutun mövcudluğu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, bu istiqamətdə hərtərəfli araşdırma, hüquqi qiymətləndirmə aparılmamış, formal mülahizələr əsas götürülmüşdür ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş siyahını“ hansısa siyahı” adlandırmaqla kifayətlənməyi üstün tutmuşdur. Göründüyü kimi, məhkəmə iddiaçı barədə diaqnozun öz təsdiqini tapmaması barədə komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun qərarı faktiki olaraq görməzdən gəlinməklə, qərarın ləğv edilməli olması, əlilliyin bərpa edilməli olması qənaətinə gəlmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz edilməmiş

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir.

27. Nəzərə alınmalıdır ki, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

28. İşə baxan apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, əlillik altsistemindən çıxarışlarına əsasən, iddiaçıya 2012-ci ildə 1 il, 2015-ci ildə 1 il, 2016-cı ildə 5 il və ##.##.2021-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir. Sonuncu təyinatın 5 il müddətinə müəyyən edilməsinə baxmayaraq, cavabdeh qanunla müəyyən edilmiş konkret əsaslar olmadan onu əyani müayinəyə dəvət etmiş, bildirişdə müayinəyə cəlb edilmənin əsası kimi TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olmasını göstərmişdir. Buna baxmayaraq, cavabdeh həmin əsasların nədən ibarət olması barədə nə iddiaçıya, nə də məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

29. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin o mövqeyi ilə də razılaşır ki, əlillik altsistemində qeydiyyat və bununla bağlı cavabdehin müəyyən etdiyi siyahı məhz cavabdeh tərəfindən tənzimləndiyindən və idarə olunduğundan həmin sistemdə və sənədlərdə olan uyğunsuzluq əlillik təyinatı aparılmış şəxsin ziyanına şərh oluna bilməz. Odur ki, cavabdeh iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır.

30. Kassasiya şikayətinin “diskresion səlahiyyətə müdaxilə edilməsi” dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

31. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

32. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar