Məhkəmə qərarları › İş №2-1(102)-3694/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3694/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3694/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər Bank VTB (Azərbaycan) ASC, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar söz: çıxarışların ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər Bank VTB (Azərbaycan) ASC, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin iştirakı ilə) qarşı çıxarışların, elektrik enerjisinə, sudan istifadə edildiyi və istifa dəsində olan qaz sayğaclarına verilmiş kodların etibarsız hesab edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2-1(107)-586/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 dekabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı 07.09.2016-cı il tarixli RX seriyalı ******* saylı, RX seriyalı ******* nömrəli, RX serialı ******* nömrəli çıxarışların, elektrik enerjisinə, sudan istifadə edildiyi və istifadəsində olan qaz sayğaclarına verilmiş kodların etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansi ya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29 avqust 2019-ci il tarixli iş № 2-1(84)-1121/2019, (sədrlik edən hakim İ.Cabbarov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29 avqust 2019-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və məhkəmə baxışına təyin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23 oktyabr 2019-cu il tarixli iş № 2-1(107)-586/19 (hakimlər – G.Abbasov sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərardadı iləbirinci instansi ya məhkəməsinin 29 avqust 2019-ci il tarixli qərardadınındəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası apelyasiya şikayətini rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməyib, eləcə də hüquq normalarını tətbiq edərkən onları səhv təfsir edib. Belə ki, birinci instansiya məhkəməsi, eyni zamanda apelyasiya instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaya baxılması üçün iddianın mümkünlük şərtləri mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Bank VTB (Azərbaycan) ASC və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı 07 sentyabr 2016-cı il tarixli RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışların, elektrik enerjisinə, sudan istifadə edildiyi və istifadəsində olan qaz sayğaclarına veril miş kodların etibarsız hesab edilməsi» tələbi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qərardad qəbul edərkən kobud prosessual pozuntulara yol verib və bu da nəticədə düzgün olmayan qərardad qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5.1 maddəsinə əsasən belə hallar qərarın Kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2-1(107)-586/2019 nömrəli qərardadını ləğv edərək, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini n 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 23 oktyabr 2019-cu il tarixli, 2-1(107)-586/2019 saylı qərardadla, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2-1(84)-1121/2019 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.2, 35.3, 78, 87.6-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3, 262.4-cü maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 23 oktyabr 2019-cu il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı MMC DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 sentyabr 2016-cı il tarixli RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxar ışların, elektrik enerjisinə, sudan istifadə edildiyi və istifadəsində olan qaz sayğaclarına verilmiş kodların etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, hazırkı mübahisənin predmetini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, eləcə də onlardan qaynaqlanan elektrik enerjisinə, sudan istifadəyə və istifadəsində olan qaz sayğacına verilmiş kodların etibarsız hesab edilməsi təşkil edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli qərarına müraciət edilməlidir. Be lə ki, həmin qərarda deyilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli qərarında inzibati aktın anlayışı ilə bağlı mövqeyini ifadə etmiş və inzibati aktın hansı əlamətlərə malik olmasını açıqlamışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRXd ə qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Bununla belə, Mülki Məcəllənin 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alı nmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəali yyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, eyni ilə elektrik enerjisinə, sudan istifadə edildiyi və istifadəsində olan qaz sayğaclarına verilmiş kodların etibarsız hesab edilməsi tələbi ilə bağlı münasibətlərin mülki hüquq münasibətlərindən irəli gəlməsi şübhəsizdir. Lakin hazırkı işdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi, “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Buna görə də hazırkı iş inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbində də isə göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 35, 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 21(107)-586/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçının iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar