Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3698/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, ** nömrəli Qərarına əsasən, İddiaçı “Sad bud çanaq oynağının və saq bazunun əzilməsi'’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş T198/2024 ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli R00116601 KQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “G83.1-Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın parezi, M54.1- Radikulopatiya, M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin milopatiya ilə zədələnmələri (G99.2), F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlət, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fıksasiyası əməliyyatından sonrakı vəziyyət, R26.0-ataktik yeriş, hərəkət və yeriş funksiyasının pozulması, R33- sidik ifrazının ləngiməsi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, R47-başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları” diaqnozu ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kiiniki, laborator müayinələri əsasında müəyyən edilmişdir.
3. Azərbaycan Respubilkası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin məhkəmə tibbi-eksperizası şöbəsinin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyinə əsasən, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: G83.1-Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi; Ağırlaşmalar: M54.1- Radikulopatiya; F98.5-kəkələmə (hıqqına-hıqqına danışmaq); Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallofıksasiyası əməliyyatından sonrakı vəziyyət, R26.0-ataktik yeriş, hərəkət və yeriş funksiyasının pozulması, R33-sidik ifrazının ləngiməsi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, M51.O-Bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələri (G99.2); bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnməsi; R47-başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları; Yanaşı xəstəliklər: 110-Essensial (birincili) hipertoniya. Arterial hipertenziya II, M16-Koksartroz. Bud-çanaq oynağının artrozu” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı hər iki aşağı ətrafda diz refleksləri canlı və bərabər alınmış, axil refleksi sağda nisbətən zəifləmiş, solda alınmamış, əzələ gücü və tonusu norma daxilində otmuş, heç bir atrofıya, parez, iflic əlamətləri izlənilməmiş, nitqində kəkələmə müşahidə olunmuşdur. ##.##.2025-ci il tarixdə özünün əyani müayinəsində aşağı ətraflarda hərəkət pozğunluğu, parez, iflic, atrofıya müəyyən edilməmişdir. Qərardadın müvafiq bəndində göstərilən hal meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 1-ci bəndinə görə Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirildiyini bildirmişdilər.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1974-cü il tarixdə Balakən rayonu, Meşəşambul kəndində anadan olmuşdur. Balakən rayon Hərbi Komissarlığı tərəfindən ##.##.1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. ##.##.1992-ci il tarixdə Ağdərə rayonunun kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarında mərmi partlaması nəticəsində sağ qolundan və sağ ayağından xəsarət almışdır. Bununla əlaqədar Tərtər Hərbi Səhra Cərrahiyyə hospitalında təxminən bir həftə müalicə almışdır. ##.##.1992-ci il tarixdə Ağdərədə qrad mərmisinin partlaması nəticəsində belindən və burnundan qəlpə yaraları, döş qəfəsinin solundan isə güllə yarası almışdır. Hərbi xidmət dövrü almış olduğu bədən xəsarətləri ilə əlaqədar ona 2006-cı il tarixdən əlillik verilmiş və pensiya təyin olunmuşdur. Xəstəliyi ilə əlaqədar ona "aşağı ətrafların monoplegiyası, sol əşağı ətrafın parezi" diaqnozu qoyulmuşdur. 2021-ci il tarixədək pensiya almışdır. Lakin əlillik müddətinin bitməsi ilə əlaqədar pensiyası 2021-ci il tarixdə dayandırılmışdır. Sənədləri dəfələrlə əlilliyin qiymətləndrilməsi ilə bağlı "TSEK"-nın sisteminə daxil edilmiş, lakin "TSEK" cavabında hər dəfə müəyyən səbəblərdən imtina etmişdir. Sonuncu dəfə TSEK cavabı diaqnoz əlillik əlaməti təyin etmir cavabı verilmişdir.
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşağı ətrafların monoplegiyası, Sol aşağı ətrafın parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin *******AANE* nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 22420399120). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015ci il tarixli ** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ bud çanaq oynağının və sağ bazunun əzilməsi'’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
7. Vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində fiksatorla müayinəyə daxil olmuş, nitqində kəkələmə elementləri izlənilsə də, ünsiyyətə normal daxil olmuş, belində və asadı ətraflarında olan ağrılardan şikayətlənmişdir. Obyektiv baxış zamanı hər iki ətraflarda hərəkətlər tam həcmdə olmuş, əzələlər atrofiyasız, əzələ gücü, tonusu normal, reflekslər normal çağırılmış, ətraflarda iflic, parez aşkar edilməmişdir. Anamnestik məlumatlarda 25 ildir ki, nitqində problem yarandığını ifadə etmiş, lakin bununla əlaqədar müalicə və müayinə olunmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına hər iki qolunda qoltuq ağacı ilə daxil olmuş, nitqində kəkələmə müşahidə olunmuş, anamnezində kəkələmənin 1992-ci ildən başladığını qeyd etmişdir. Müayinə zamanı sağ bud-çanaq oynağında və sağ çiyin və digər oynaqlarda hərəkətlər normal olmuşdur. Nevroloji statusda hər iki aşağı ətrafda diz refleksləri canlı və bərabər alınmış, axil refleksi sağda nisbətən zəifləmiş, solda alınmamış, əzələ gücü və tonusu norma daxilində olmuş, heç bir atrofiya, parez, iflic əlamətləri izlənilməmişdir. Balakən Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023- ##.##.2023-cü il tarixli *** nömrəli Çıxarışında diaqnoz “Bel fəqərəarası disk zədələnməsi ilə mielopatiya. Asağı paraparez. Kiçik çanaq orqanlarının funksiya pozğunluğu, Yerişin pozulması L4-L5-S1 fəqərələrin transpedikulyar metalofiksasiyası. Yüksək dərəcədə kəkələmə" kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2023- ##.##.2023-cü il tarixli ****** nömrəli Çıxarışında diaqnoz “Diskogen radikulopatiya. L5 fəqərənin dekompressiv laminoektomiyası. L5-S1 fəqərələrinin transpedikulyar metallofiksasiyası əməliyyatından sonrakı vəziyyət. Sol asağı ətrafın monoparezi. Servikalqiya. Xroniki xolesistit. Xroniki qastrit. Qaraciyərin piy deqenerasiyası. Xroniki pankreatit” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 ##.##.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi “L5-4 və L4-5 diskində posterior geniş əsaslı 4.5 mm ölçüsündə yırtıq (protruziya) qeyd edilir. Hər iki neyroforamen inferiordan daralmış olub, sinir kompressivası qeyd edilmir. Hər iki lateral ressesdə S1 spinal sinirlərinə minimal təmas qeyd edilir'’ kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – V.Musayev).
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əsas diaqnoza münasibətdə G83.1, ağırlaşmalara münasibətdə M54.1, F98.5, Z98.5, R26.0, R33, M51.0, R47, yanaşı xəstəliklərə münasibətdə İ10, M16 XBT kodlarına istinad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə G83 XBT kodunda serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) öz əksini tapmışdır. Tibbi göndərişdə qeyd edilmiş – digər diaqnozlardan yalnız M51.0, R47, İ10, M16 XBT kodları “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə öz əksini tapmışdır. Bununla belə, M51.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.6.3-cü bəndində (digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri) göstərilib və 6.6.3.1- 6.6.3.6-cı bəndlərdə qiymətləndirmə halları müəyyən edilib, R47 XBT kodu Əlavənin 10.3cü bəndində (Nitqə və səsə aid olan simptomlar və nişanələr) göstərilib və 10.3.1-10.3.3-cü bəndlərdə qiymətləndirmə halları nəzərdə tutulub, İ10 XBT kodu Əlavənin 2.1-ci bəndində (Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər) göstərilib və 2.1.1- 2.1.3-cü bəndlərdə qiymətləndirmə halları müəyyən edilib, M16 XBT kodu Əlavənin 13.4-cü bəndində (Koksartroz (bud-çanaq oynağının artrozu)) göstərilib və 13.4.1-13.4.45-ci bəndlərdə qiymətləndirmə halları müəyyən edilib. Bütün hallarda yalnız müvafiq bəndlərdə göstərilən qiymətləndirmə meyarlarının mövcudluğu əlillik təyin olunmasına əsas verə bilər. Yəni, əlilliyin təyin edilməsi üçün yalnız bu diaqnozların mövcudluğu kifayət etmir. Sözügedən diaqnozlara uyğun əlilliyin təyini, yalnız müvafiq tibbi diaqnozların mövcudluğuna deyil, eyni zamanda bu diaqnozların uyğun gəldiyi qiymətləndirmə meyarlarına əsaslanmalıdır. Belə ki, məhz qiymətləndirmə meyarları mövcud diaqnozun şiddətini, funksional pozulmanın dərəcəsini, müddətini, gündəlik fəaliyyətə təsirini, müalicəyə cavab verməyini və sosial adaptasiya qabiliyyətini nəzərə alaraq əlillik dərəcəsini müəyyənləşdirir.
10. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş T198/2024 ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli R00116601 KQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “G83.1-Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın parezi, M54.1- Radikulopatiya, M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin milopatiya ilə zədələnmələri (G99.2), F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fıksasiyası əməliyyatından sonrakı vəziyyət, R26.0-ataktik yeriş, hərəkət və yeriş funksiyasının pozulması, R33- sidik ifrazının ləngiməsi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, R47-başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kiiniki, laborator müayinələri əsasında müəyyən edilmişdir.
11. İddiaçının əyani müayinəsi zamanı nevroloji statusunda parez, atrofiya, iflic əlamətləri aşkar olunmadığından belə qənaətə gəlmək olar ki, o, hazırda “F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallofiksasiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi, istinad olunan ekspert rəyində niddiaçının evroloji statusunda parez, atrofiya, iflic əlamətləri aşkar olunmadığı qeyd olunur.
12. Həmçinin ekspert rəyi ilə M51.0, R47, İ10, M16 XBT kodlarında müəyyən edilmiş diaqnozların da, iddiaçıda aşkar edilmədiyi müəyyən olunur. Odur ki, həmin kodlarda təsbit edilmiş diaqnozların əlavə qiymətləndirmə hallarının yoxlanılmasına lüzum yoxdur. Sözügedən ekspert rəyində iddiaçının əziyyət çəkdiyi diaqnozlar olaraq aşağıdakılar qeyd olunmuşdur: - “F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fiksasiyası əməliyyatından sonrakı vəziyyət”. Nəzərə alınmalıdır ki, ekspert rəyi ilə müəyyən edilmiş F98.5 və Z98.8 XBT kodlarında nəzərdə tutulmuş mövcud diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə əliiliyin təyin edilməsi üçün əsas olaraq müəyyən edilməmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ ##.##.2025-ci il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozların əlilliyin təyin edilməsi üçün yenilənmiş meyarlara uyğun gəlmədiyi, xəstənin əlavə müayinə üçün Respublika Klinik Xəstəxanasına göndərişlə təmin edildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Rəfiyev, hakimlər – E.İsayev, T.Musayev).
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tibb-ekspertizasının ##.##.2024-cü il tarixli ekspert rəyində yalnız parez, atrofiya, iflic diaqnozlarına münasibət bildirilmişdir. Ekspert rəyi ilə iddiaçıda olan M54.1- Radikulopatiya, M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin milopatiya ilə zədələnmələri (G99.2), R26.0-ataktik yeriş, hərəkət və yeriş funksiyasının pozulması, R33- sidik ifrazının ləngiməsi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, R47-başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları” xəstəliklərinin olması inkar edilməmişdir. Ekspert rəyindən görünür ki, həmin xəstəliklər əyani müayinə zamanı aşkar edilmişdir. Lakin məhkəmələr tərəfindən ekspert rəyi tam tədqiq edilməmişdir.
19. Bundan əlavə, ekspert rəyində iddiaçının əziyyət çəkdiyi diaqnozlar olaraq aşağıdakılar qeyd olunmuşdur: “F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fiksasiyası əməliyyatından sonrakı vəziyyət”.
20. Şəki İnzibati Məhkəməsi tərəfindən “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə məktub göndərilmiş məktubda iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş diaqnozların öz əksini tapmış xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hansı bəndində qeyd olunmuş xəstəliklərin əhatə dairəsinə düşməsi barədə sorğu verilmişdir. “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ məhkəmənin sorğusuna cavab vermişdir. İddiaçı Balakən MRX-də baş həkim tərəfindən dinlənildi. Xəstəliyi təsdiq edən sənədlərinə, müayinə və müalicə barədə xəstəxanadan verilən epikrizlərə baxıldı. Son müayinə 2022-2023-cü illərdə icra edilmişdir. Həmin xəstəxanada qoyulmuş diaqnozlar əlilliyin təyin olunması üçün yenilənmiş meyarlara uyğun gəlmədiyinə görə xəstə Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) göndərilə bilmir. Xəstə əlavə müayinə üçün Respublika Klinik Xəstəxanasına göndərişlə təmin edildi. “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş məktubu təhlil etdikdə görünür ki, xəstəxananın məhkəmənin sorğusuna verilmiş cavabı tam fərqli cavabdır. Məhkəmə “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞdən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndində qeyd olunmuş xəstəliklərin əhatə dairəsinə düşür sualını qoymuş, Xəstəxana isə tam fərqli cavab vermişdir.
21. Qeyd etdiyi əsaslar Şəki Apellyasiya Məhkəməsinin diqqətinə çatdırılmışdır. İddiaçıya əlilliyin təyini ilə bağlı forma 88 doldurularkən “F98.5 kəkələmə (hıqqına-hıqqına), Z98.8 – digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya, L5-S1 fəqərələrin transpedikulyar metallo-fiksasiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu qeyd olunmuşdur. Forma 88 doldurularkən Nazirlər Kabinetinin *** saylı qərarına istinad olunmuşdur. Qeyd etdikləri əsasında belə bir sual yaranır. İddiaçıda əyani müayinədə öz təsdiqini tapmış diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hansısa bəndində qeyd olunmamışdırsa o zaman “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ Forma 88 göndərişi doldurarkən hansı meyarlara istinad etmişdir?.
22. Buradan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda “F98.5 kəkələmə (hıqqına-hıqqına), Z98.8 – digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya, L5-S1 fəqərələrin transpedikulyar metallo-fiksasiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozları vardır.
23. Ekspert rəylərini tədqiq etdikdə müəyyən olunur ki, məhkəmə tibbi-ekspertizasının ##.##.2025-ci il tarixli rəyi iddiaçı barəsində daha öncə keçirilmiş məhkəmə tibbiekspertizasının ##.##.2024-cü il tarixli rəyinin təkrarını əks etdirir.
24. Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadında ekspert qarşısında qoyulmuş 3-cü suala cavab verilməmiş, həmin suala ekspert tərəfindən cavab olaraq bildirilmişdir ki, qərardadın müvafiq bəndində göstərilən hal meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "X2”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
25. Oxşar işlər üzrə məhkəmə tibb-ekspertiza tərəfindən fərqli rəylərin verilməsi, birində şəxsin sağlamlıq vəziyyətinin aşkar edilmiş xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nin təyinində olan meyarlara uyğun neçə faiz pozulmasına dair mövqe bildirməsi, İddiaçı isə qərardadın müvafiq bəndində göstərilən hal meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilməsinə dair mövqe bildirməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.
26. Bundan əlavə qeyd edir ki, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” cavabdehin təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdehin hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu, həm də müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və sair ilə izah oluna bilər. Bununla belə, müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir. Odur ki, hazırkı işdə də, məhkəmə ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəyini işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.
37. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər.
38. Bütün hallarda yalnız müvafiq bəndlərdə göstərilən qiymətləndirmə meyarlarının mövcudluğu əlillik təyin olunmasına əsas verə bilər. Yəni, əlilliyin təyin edilməsi üçün yalnız bu diaqnozların mövcudluğu kifayət etmir. Sözügedən diaqnozlara uyğun əlilliyin təyini, yalnız müvafiq tibbi diaqnozların mövcudluğuna deyil, eyni zamanda bu diaqnozların uyğun gəldiyi qiymətləndirmə meyarlarına əsaslanmalıdır. Belə ki, məhz qiymətləndirmə meyarları mövcud diaqnozun şiddətini, funksional pozulmanın dərəcəsini, müddətini, gündəlik fəaliyyətə təsirini, müalicəyə cavab verməyini və sosial adaptasiya qabiliyyətini nəzərə alaraq əlillik dərəcəsini müəyyənləşdirir.
39. İşə baxan apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, ekspert rəyində iddiaçının nevroloji statusunda parez, atrofiya, iflic əlamətləri aşkar olunmadığı qeyd olunur. Həmçinin ekspert rəyi ilə M51.0, R47, İ10, M16 XBT kodlarında müəyyən edilmiş diaqnozların da, iddiaçıda aşkar edilmədiyi müəyyən olunur. Odur ki, həmin kodlarda təsbit edilmiş diaqnozların əlavə qiymətləndirmə hallarının yoxlanılmasına lüzum yoxdur. Sözügedən ekspert rəyində iddiaçının əziyyət çəkdiyi diaqnozlar olaraq aşağıdakılar qeyd olunmuşdur: - “F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fiksasiyası əməliyyatından sonrakı vəziyyət”. Nəzərə alınmalıdır ki, ekspert rəyi ilə müəyyən edilmiş F98.5 və Z98.8 XBT kodlarında nəzərdə tutulmuş mövcud diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə əliiliyin təyin edilməsi üçün əsas olaraq müəyyən edilməmişdir.
40. Apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.