Məhkəmə qərarları › İş №2-1(102)-37/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-37/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-37/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (Pensiyanın dövlət qulluqçusu vəzifəsinə görə yenidən hesablanması, 5( beş) il dövlət qulluğu stajının zəruriliyi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı Ağabala oğlunun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Ağabala oğlunun cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı əlillik pensiyasının dövlət qulluqçusu vəzifəsinə görə yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1813/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1967-ci il tarixdən xx.xx.1970-ci il tarixədək Azərbaycan SSR X1, xx.xx.1982-ci ildən xx.xx.19 84-cü il tarixə qədər Azərbaycan SSR Maliyyə Nazirliyində, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixə qədər Azərbaycan Respublikası turizm və ekskursiya sovetinin nəzarət və təftiş şöbəsində işlədiyi illər nəzərə alınmaqla, ona pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət və dövlət qulluğundakı ixtisas dərəcəsi pensiya hesablanarkən nəzərə alınaraq, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. Onun dövlət qulluğunda 5 ildən çox iş stajı vardır. Lakin ona pensiya təyin olunarkən bu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 №-li Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»na və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunları qüvvəyə minənədək sovet partiya orqanlarında, nazirliklərin və dövlət komitələrinin aparatında, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri işləmiş dövlət qulluğuna daxil olan vəzifələrdə işləmiş işçilərə pensiya hesablanarkən onların da məvaciblərinin təsnifata uyğun hazırda dövlət qulluğunda işləyən işçilərin məvacibinə bərabər götürülməsi nəzərdə tutulmuşdur. İddiaçı təyin olunmuş pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli cavab məktubu ilə bundan imtina etmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2019-cu il tarixli, 15/**********5 saylı etiraz təqdim edərək iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1831/2019 nömrəli, xx xxx 2019cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1970-ci il tarixinədək Azərbaycan SSR X1, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Azərbaycan SSR Maliyyə Nazirliyində, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu ilə qədər Azərbaycan Respublikası turizm və ekskursiya sovetinin nəzarət və təftiş şöbəsində işlədiyi illər nəzərə alınmaqla, ona pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşı həcmində müavinət və dövlət qulluğundakı ixtisas dərəcəsi nəzərə alınmaqla, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1813/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1831/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. A pelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. Onun dövlət qulluğunda 5 ildən çox iş stajı vardır. Lakin ona pensiya təyin olunarkən bu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pen siyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunları qüvvəyə minənədək sovet partiya orqanlarında, nazirliklərin və dövlət komitələrinin aparatında, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri işləmiş dövlət qulluğuna daxil olan vəzifələrdə işləmiş işçilərə pensiya hesablanarkən onların da məvaciblərinin təsnifata uyğun hazırda dövlət qulluğunda işləyən işçilərin məvacibinə bərabər götürülməsi nəzərdə tutulmuşdur. İddiaçı təyin olunmuş pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli cavab məktubu ilə imtina onun müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən on un pensiyasi yenidən hesablanmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. Onun dövlət qulluğunda 5 ildən çox iş stajı vardır. Lakin ona pensiya təyin olunarkən bu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə, hər kəs qanu nla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmçinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları i lə yalnız bir pensiya təyin edilir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qul luqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının istinad etdiyi, onun əmək kitabçasının qeydləri üzrə çalışdığı - xx.xx.1967-xx.xx.1970-ci illərdə (3 il 2 ay 27gün) Azərbaycan SSR X1 təsərrüfat müdiri və xx.xx.1984-xx.xx.1989-cu illərdə (4 il 11 ay 6 gün) isə Azərbaycan Respublikası turizm və ekskursiya sovetinin nəzarət və təftiş şöbəsində nəzarət-təftiş şöbəsinin müdiri vəzifələri dövlət qululuğu vəzifələri kimi nəzərdə tutulmamış, hazırkı Təsnifat Toplusu üzrə hazırkı dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluğu vəzifəsi kimi istinad etdiyi, onun əmək kitabçası üzrə xx.xx.1982 - xx.xx.1984-cü illərdə (1 il 6 ay 22gün) Azərbaycan SSR Maliyyə Nazirliyində işlədiyi böyük mühasib ekspert vəzifəsinin isə qeyd edilən uyğunlaşdırma Siyahısının 2.9-cu bəndi nəzərə alınmaqla dövlət qulluğunun hazırkı Təsnifat Toplusunda «baş məsləhətçi» kimi dövlət qulluğu vəzifəsinə uyğunlaşd ırılması mümkün olsa da, həmin vəzifədə onun iş stajı 5 ildən az olduğundan, həmin dövlət qulluğu stajına görə onun pensiyası yenidən hesablana bilməz. Çünki, «Əmək pensiyaları haqqında” Qanunun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan: -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının tələbini n təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edil məklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1813/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar