Məhkəmə qərarları › İş №2-1(102)-37/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-37/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-37/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıMMC-nin Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi, inzibati aktın qanuniliyinin səbəbi, məzmun və məqsəd ünsürü baxımından yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi, iddiaçının vəkili iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehə qarşı (üçüncü şəxs “xxxx” MTK) “ayrıc aktının, eskiz layihəsinin, sərəncamların ləğv edilməsi və tikilinin MTK-nın hesabına sök ülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il tarixli 21 iyul 2-1(103)-1314/2020 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Bakı şəhər XDS İK-nin xx xxxx 1989-cu il tarixli *** saylı qərarı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2005-ci il tarixli *** saylı sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Sumqayıt şossesi “Turist” mağazasının şimal-şərq hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi üçün 2.3 ha torpaq sahəsi ayrılmışdır. 2.Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən həmin torpaq sahəsi dövlət aktı qeydiyyat kitabında 1006 nömrə ilə x x xxxx 2006cı il tarixdə qeydiyyatda alınaraq İddiaçı MMC-yə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. 3.Daimi istifadədə olan torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edilmiş və həmin əmlak DƏDRDX-də qeydiyyata alınaraq İddiaçı MMC-nin adına mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixdə ****** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 4.“Avtovağzal”xxxx İddiaçı MMC-nin daimi istifadəsində olan göstərilən torpaq sahəsinin bir hissəsi Cavabdehin xx xxxxxxx 2014-cü il tarixli **** saylı sərəncamı ilə “xxxx” QSC-nin razılığı ilə yeni metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə (icarə əsasında) əvəzləşdirilərək hündür mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. 5.Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2006-cı il tarixli ****** nömrəli Qeydiyyat vəsiqəsini, xx.xx.2014-cü il tarixli **** nömrəli Sərəncamı, xx.xx.1995-ci il ***** nömrəli Texniki pasportun surətini və xx.xx.2006-cı il tarixli ***** nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktını nəzərə alaraq xx.xx.2015-ci il tarixdə ümumi sahəsi 270.4 kv.m yeni inşa edilən qeyri-yaşayış binasının yeni texniki pasportunu tərtib edərək orada torpaq ayrıma sənədləri üzrə faktiki istifadədə 1266.0 kv.m torpaq sahəsi olduğunu göstərmişdir. 6.Cavabdeh1 Başçısının *** saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə ünvanda yerləşən torpaq sahəsində “xxxx” MTK-ya ictimai-iaşə və ticarət obyektinin tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 7.İddiaçı məhkəməyə müraciət edərək, ünvanda “xxxx” MTK-nın adına verilən xx.xx.2015-ci il tarixli Ayrıc aktının, Cavabdeh1 Başçısının *** saylı, xx xxxx 2016-cı il tarixli Sərəncamının, Cavabdeh1 Başçısının *** saylı, xx.xx.2016-cı il tarixli Sərəncamının ləğv edilərək, İddiaçı MMC-yə məxsus torpaq sahəsinin hüdudları daxilində “xxxx” MTK tərəfindən inşa edilən 2 mərtəbədən ibarət tikilinin MTK-nın hesabına sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 8.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müraciəti ilə torpaq sahəsi uzun müddətdir ki, İddiaçı MMC-nin qanuni istifadəsində olmasına baxmayaraq onlara heç bir məlumat verilmədən Cavabdeh1 *** saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə “xxx x” MTK-ya ünvanda 1 mərtəbəli iaşə obyektinin tikintisinə icazə vermiş və sonuncu orada tikinti işləri aparmağa başlamışdır. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli **** nömrəli və xx xxxxxxx 2018-ci il tarixli **** nömrəli ekspert rəylərinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli **********05 saylı mütəxəssis rəyinin məlumatına əsasən, mülki iş materiallarının 24-cü və 33-cü səhifələrinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı MMC-nin sərhədləri müəyyən edil mişdir. Mübahisələndirilən ərazidə digər şəxslər tərəfindən inşa edilmiş tikintisinin tam olaraq, İddiaçı MMC-nin adına verilmiş Texniki pasportda göstərilmiş koordinatlara əsasən (çıxarış, reyestr nömrəsi **********20-06301), İddiaçı MMC-nə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı MMC-nin adına olan texniki pasportda göstərilmiş (çıxarış, reyestr nömrəsi *************) koordinatların hüdudları daxilində yerləşən “xxxx” MTK-nın adına olan Ayrıc aktında göstərilmiş koordinatların hüdudları daxilində yerləşən torpaq sahəsinin (**** nömrəli ayrıc aktı, 1-ci sahə, 715 kv.m torpaq sahəsi) üst-üstə düşdüyü müəyyən olunmuşdur. 10.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-47/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim - A.Abdulla yeva) İddiaçı MMC-nə məxsus torpaq sahəsinin hüdudları daxilində “xxxx” MTK tərəfindən inşa edilən 2 mərtəbədən ibarət tikilinin MTK-nın hesabına sökülməsi hissəsində mümkün sayılmamışdır. 11.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-47/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı (hakim - A.Abdullayeva) ilə iddia tələbi təmin edilmişdir. 12.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üst-üstə düşür. Belə ki, Cavabdeh1 mübahisəli sərəncamları ilə “xxxx” MTK-ya ayrılmış torpaq sahəsi 715 kv.m hissədə İddiaçı MMC-yə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən, İcra Hakimiyyəti qanunvericiliyin tələblərini pozaraq İddiaçı-in qanuni istifadəsində olan torpaq sahəsində “xxxx” MTK-nın tikinti aparmasına icazə verməkdə haqlı olmamışdır 13.H əmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 14.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2273/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim- V.Baxışova, hakimlər - E.Nağıyeva və H.Həmidov) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-47/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya məxsu s qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixdə tərtib edilmiş texniki pasportunda istifadədə olan torpaq sahəsinin ölçüsü xx xxxxxxx 20147-cü il tarixli *** saylı sərəncam qəbul edildiyi andan hüquqi qüvvəsini itirmiş xx.xx.2006-cı il tarixli *** nömrəli dövlət aktı və xx.xx.1995-ci il tarixli **** nömrəli əvvəlki texniki pasport (həmin texniki pasportda torpağın sahəsi sənəd üzrə deyil, həqiqi sahə bölməsində qeyd edilmişdir) əsasında tərtib edildiyindən qeyd edilən texniki pasport mübahisəli torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun mövcudluğunu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.

16. İddiaçı həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kasasiya instansiya məhkəməsindəki birinci icraat

17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-547/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - K.Bədəlov, hakimlər - İ.Hüseynov və S.Hüseynova) apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kasasiya instansiya məhkəməsi qeyd etmişdir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinə sərəncam vermək hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair sərəncam vermək səlahiyyətinin olub-olmamasını müəyyən etməli olduğu halda, bunu aydınlaşdırmamışdır. O cümlədən, cavabdeh inzibati orqan, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. d. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1314/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - M.Tağızadə, hakimlər Ü.Mayılov və X.Cəmilova) üçüncü şəxs “xxxx” MTK-nın apellyasiya şikayəti təmin olunmayaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-47/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 20.Apellyasiya məhkəməsi qeyd etmişdir ki, X1 üzərində mülkiyyət hü ququ dövlət qeydiyyatında tanınmışdır və belə olan halda həmin ölçüdə daşınmaz əmlaka münasibətdə üçüncü şəxsin adına verilmiş ayrıc aktı və cizgi, eləcə də cavabdehin müvafiq sərəncamlarının ləğv edilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

21. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a) Kasasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxsin kasasiya şikayətinin dəlillərinə görə iddiaçıya bütövlüklə ayrılmış torpaq sahəsi digər torpaq sahəsi ilə əvəzləşdirilmişdir, 2,3 ha torpaq sahəsi əvəzinə 2,1 ha torpaq sahəsi verilmişdir və 0,2 ha torpaq sahəsi az olduğundan iddiaçıya torpaq sahə sinin ayrılması məqsədi istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsindən daha üstün və sərfəli hesab edilən hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədinə və təyinatına dəyişdirilmişdir. 23.Ona görə, həmin ərazidə artıq iddiaçıya aid tikiliyə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi çıxarış təqdim edərkən çıxarışda 270,4 kv.m. qeyri-yaşayış sahə mülkiyyət göstərməklə yanaşı torpaq sahəsini isə 0,02348 ha qeyd etmişdir. Texniki pasportda torpaq sahəsi sənəd üzrə bölmədə heç bir məlumat əks etdirməyərək, yalnız faktiki sahəni göstəriblər. Texniki pasport sözügedən xx.xx.2014-cü cü il tarixli sərəncamı əsasında və o cümlədən dövlət aktı, əvvəlki texniki pasport və 2006-ci il tarixli qeydiyyat vəsiqəsi əsa sında tərtib edilmişdir və əgər reyestr xidmətinin əməkdaşları iddiaçının hüquqlarını 0,2 ha torpaq sahəsini tanısaydılar, onda çıxarışda 0,02348 ha yox, 0,2 ha torpaq sahəsi, texniki pasportda torpaq sahəsini faktiki istifadə qrafasmda yox, sənəd üzrə qrafasında əks etdirəcəkdilər.

24. Kasasiya şikayətinin digər dəlilinə görə, apellyasiya məhkəməsi qeyd edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpağın özəlləşdirilməsi təklifi barədə iddiaçıya müraciət olunması həmin torpaq sahəsinin sonuncunun qanuni istifadəsində olması qənaətinə gəlməyə əsas verir. 25.Əslində isə həmin məktub o qənaətə gəlməyə əsas verir ki, xx xxxxxxxx 2017-ci il tarixli məktuba iddiaçı 15 gün müddətində münasibət bildirmədi və beləliklə torpaq hərrac yolu ilə başqa səxslərə keçir. Ona görə bu məktuba əsaslanıb bu günədək iddiaçının bu torpaq sahəsinə istifadə hüquqlarının mövcud olması nəticəsi yanlışdır. 26.. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi sözügedən məktubda münasibət bildirmədikdə torpaq sahəsi satılacaqdır ifadəsi imperativ qaydada vurğulanır, məhkəmə bu torpağın başqa şəxslərə satılıb- satılmadığını araşdırmalı idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 27.İddiaçı və cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 29.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçü ncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat ha qqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqınd a" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadı: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır... 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirl ər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə ria yət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. 32.İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏD LƏRİ 33.Kasasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 34.İş üzrə üçüncü şəxs tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Məhkəmə tərkibi kassasiya şikayətinin əsas dəlillərindən biri olan iddiaçıya bütövlüklə ayrılmış torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəzləşdirilməklə 2,3 ha torpaq sahəsi əvəzinə 2,1 ha torpaq sahəsi verildiyinə dair dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarındakı sənədlərdən göründüyü kimi iddiaçıya hüquq müəyyənedici sənədlərlə ayrılmış sahə 2,3 ha olmuş, Cavabdeh1 Başçısının 2014-cü il 21 oktyabr tarixli *** saylı sərəncamı əsasında isə onun yalnız 2,1 ha hissəsi əvəzləşdirilmişdir. Müvafiq olaraq iddiaçının 0,2 ha torpaq sahəsinə münasibətdə hüququ qalmaqda davam etmişdir.

37. İş üzrə keçirilmiş ekspert rəyləri əsasında isə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi barəsində sərəncam vermişdir. Həmin sərəncamlar isə bu qə rarın 29-cu bəndində göstərilmiş səbəb, məzmun və məqsəd ünsürü baxımından qüsurlu olmuşdur. Belə ki, həmin sərəncamların qəbul edilməsi üçün əlverişli və yetərli səbəblər olmamış, onların doğuracağı nəticələr iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə etmiş, eləcə də inzibati aktın qəbul edilməsi ilə nail olmaq nəticə (məqsəd) qanuni (legitim) olmamışdır. Halbuki, İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır.

38. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxsin kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 iyul tarixli 2-1(103)1314/20 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar