Məhkəmə qərarları › İş №2-1(102)-37/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-37/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-37/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğvi, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(104)-38 6/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1idə yerləşən 0,12 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1idə yerləşən 0,12 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Göygöl rayon Qızılca bələdiyyəsinin adına qeydiyyata alınmışdır.

3. Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli protokol qərarına əsasən, ünvan 1i ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,12 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə bilavasitə alqı-satqı qaydasında Abışova Dilarə Xanlar qızının xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

4. Göygöl rayon Qızılca bələdiyyəsi ilə Abışova Dilarə Xanlar qızı arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,12 hektar olan torpaq sahəsi Abışova Dilarə Xanlar qızına satılmışdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci i l tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1048 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0,12 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Göygöl rayon Qızılca bələdiyyəsi tərəfindən Abışova Dilarə Xanlar qızına satılmışdır. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə (üçüncü şəxs Abışova Dilarə Xanlar qızı) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Abışova Dilarə Xanlar qızına 0,12 hektar həyətyanı torpaq sahəsinin satılması barədə Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli qər arının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Yeni Qızılca kəndində 0,12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,8 kv.metr olan yaşayış evi RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/2 payla iddiaçının və X1 mülkiyyətindədir. Çıxarışda qeyd olunan 0,12 hektar torpaq sahəsindən əlavə onların zəbtində 0,3479 hektar torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi 30 ildən artıqdır onların sahibliyində və istifadələrindədir, onlar qeyd olunan torpaq sahəsində meyvə ağacları əkmişlər və uzun müddətdir əkib becərirlər. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərkən də dövlət orqanı tərəfindən müəyyə n edilib ki, iddiaçının mülkiyyətində 0,12 hektar torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifadəsində 0,4679 hektar torpaq sahəsi vardır. Qeyd edildiyi kimi, iddiaçı torpaq sahəsini 30 ildən artıqdır hasarlayaraq istifadə edir, orada uzun ömürlü meyvə ağacları əkmiş və hazırda da həmin ağaclar bar verir. Buna baxmayaraq, Göygöl rayon Qızılca bələdiyyəsi iddiaçıya heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarla faktiki olaraq iddiaçının sahibliyində olan torpaq sahəsinin 0,12 hektar hissəsinin Abışova Dilarə Xanlar qızına satılmasını qərara almışdır. Torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2021-ci il tarixli, 05 nömrəli iclas protokolundan çıxarışın surəti Notariat Kontoruna verilsə də qeyd olunan qərar hazırda yoxdur. Birincisi qərarda qeyd olunur ki, Dilarə Abışova 5 ildən artıqdır bələdiyyənin ərazisində yaşayır, ikincisi, qeyd olunur ki, guya torpaq sahəsinin Dilarə Abışovadan geri qaytarılması mümkün deyil. Halbuki bunların hamısı yalandır. Dilarə Abışovanın qeyd olunan torpaq sahəsinə heç bir aidiyyəti olmayıb, torpaq sahəsi həmişə iddiaçının istifadəsində olub. Dilarə Abışova xx.xx.2018-ci il tarixdə Qızılca kəndinə qeydiyyata düşüb, ancaq həmin kənddə yaşamayıb. Mübahisəli torpaq sahəsi 30 ildən artıqdır sahibliyində olmaqla, iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Ona görə də həmin torpaq sahəsi ilk növbədə iddiaçıya təklif olunmalı, belə olmayan halda hərraca çıxarılmalı, ilk növbədə onlara təklif olunmalı, onlar imtina etdiyi halda başqa şəxslərə satılmalı idi. Lakin cavabdeh bu ardıcıllığa və qanunun tələblərinə əməl etməmiş, qanunsuz və əsassız olaraq mübahisəli torpaq sahəsini Dilarə Abışovaya satmışdır ki, bu da, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı 1998-ci ildə mərhum Hüseynov Vaqif ilə ailə qurmuş və ərinin valideyinlərinə məxsus mübahisəli sahədə yerləşən evdə yaşamağa başlamışdır. Sonra həmin sahədə ev tikmişlər, lakin təmirsiz olduğuna görə orada yaşamamışlar. 2000-ci ildən 2016-cı ilədək Xalça kombinatının yataqxanasında yaşamışlar. 2016-cı ildə həmin tikdikləri evə qayıtmış və orada yaşamağa başlamışlar. İddiaçının əri 2016-cı ildə rəhmətə getmişdir. Dilarə Abışova 2016-cı ildə mübahisəli sahədə qayınatası tərəfindən tikilmiş evə köçmüş və orada yaşamağa başlamış, 2018-ci ildə məhkəmə qərarı ilə həmin evdən çıxarılmışdır. Mübahisəli ərazidə 0,12 hektar iddiaçının mülkiyyətindədir, 0,12 hektar hissə qaynı Bakirin, 0,12 hektar hissə isə Ağaların istifadəsindədir, qalan 0,10 hektar hissəni isə iddiaçı zəbt edib istifadə edir. Bələdiyyə iddiaçının zəbtində və istifadəsində olan 0,10 hektar və Bakirin istifadəsində olan 0,02 hektar hissəni satmışdır.

8. Üçüncü şəxs Abışova Dilarə Xanlar qızı iddiaya qarşı etirazında bildirmişdir ki, ümumilikdə 0,46 hektar sahə onun valideyinlərinin istifadəsində olmuş, onlar sağlığında sahəni faktiki olaraq hərəsi 0,12 hektar olmaqla onun və digər qardaş- bacılarının arasında 4 yerə bölmüşlər. 0,12 hektar sənədli hissəni isə onun anası iddiaçının ərinə, yəni onun qardaşına bağışlamışdır. İddiaçı mülkiyyətində olan 0,12 hektar və ona bitişik cəmi 0,46 hektar sahəni özü istifadə edir, hətta bələdiyyədən aldığı sahədən də istifadə etməyə imkan vermir.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 20 fevral 2023-cü il tarixli, 2-1(114)-338/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələbinə əsasən, torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar satılması və ya icarəyə verilməsi üçün paralel 2 şərt:bələdiyyənin ərazisində daimi yaşamaq və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmaq nəzərdə tutulmuşdur. Buna baxmayaraq, bələdiyyə hazırda mübahisələndirilən qərarla qeyd olunan şərtləri nəzərə almadan, yəni xx.xx.2018ci il tarixdən həmin kən ddə pasport qeydiyyatında olan şəxsə torpaq sahəsini hərrac və müsabiqə keçirmədən birbaşa satmışdır.

11. Üçüncü şəxs Abışova Dilarə Xanlar qızı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Afiq Hüseynzadə) 17 may 2023-cü il tarixli, 2-1(104)-386/2023 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı üçüncü şəxs Abışova Dilarə Xanlar qızına 0,12 hektar həyətyanı torpaq sahə sinin satılması barədə Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla üçüncü şəxsə satılan torpaq sahəsi illərdir ki, onun faktiki istifadəsindədir. İş materiallarından mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu müəyyən edilir. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Be lə olan halda, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmək barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçın ın kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu kifayət qədər sübutlarla əsaslandırdığına diqqət yetirməmişdir. Yəni iddiaçı 30 ildir mübahisəli torpaq sahəsini hasarlayaraq meyvə ağacları əkmiş, yetiştirdiyi meyvə-tərəvəzi sataraq himayəsində olan sağlamlıq imkanları məhdud övladının tələbatlarına xərcləmiş, halhazıradək də həmin torpaq sahəsi onun istifadəsindədir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmadığını hesab etmişdir. kassasiya şikayətinə qarşı etirazın də lilləri

16. Üçüncü şəxs Abışova Dilarə Xanlar qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını n əzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunve ricilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, i ddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsas sızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxs Abışova Dilarə Xanlar qızına 0,12 hektar həyətyanı torpaq sahəsinin ayrılması barədə Göygöl rayon Qızılca bələd iyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı üçüncü şəxsə satılan həmin torpaq sahəsinin illərdir onun faktiki istifadəsində olduğuna istinadən hesab edir ki, mübahisələndirilən qərarla onun hüquqları pozulmuşdur.

25. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

26. Bu baxı mdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hü quqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 28. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən təl əb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 30. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradı r. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

31. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.

32. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahə sinin bələdiyyə mülkiyyəti olduğu müəyyən olunur. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmək barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizl iyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.

33. Nəzərə almaq lazımdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsindən hər hansı qanuni əsas olmadan faktiki istifadə etməsi (iddiaçının özünün ifadəsi ilə torpaq sahəsinin “zəbtində” olması) bələdiyyənin mülkiyyətində olan həmin sahənin üçüncü şəxsə ayrılmasını istisna edə bilməz. Bu zaman həm də iddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyəyə ayrıldığı, həmin torpaq sahəsinin bələdiyyəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında bələdiyyənin mülkiyyət hüququnun reyestrdə qeydiyyata alındığı və bu barədə müvafiq çıxarışın verildiyi də nəzərə alınmalıdır.

34. Məhkəmə kollegiyası qeyd e dir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şika yəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(104)-386/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar