Məhkəmə qərarları › İş №2-1(102)-370/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-370/2017

07.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-370/2017 07.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-370/2017) Bakı şəhəri 07 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı (bundan sonra cavabdeh) qarşı“g üzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1533/16 saylı, 26 oktyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, 14.12.1982-ci il tarixdən 01.07.1999cu il tarixədək Qum adası, NQÇİ-də elmi-tədqiqat və istehsalat işləri üzrə kimyəvi analiz laboratoriyasında, 15.07.1999-cu il tarixdən 02.12.2003-cü ilə tarixədək X10 Təmir Tikinti Birliyində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensi yasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 14.03.2016-cı il tarixli məktubla müraciətin təminindən imtina etmişdir. İddiaçı 08 aprel 2016-cı il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 14.12.1982-ci il tarixdən 01,07.1999cu il tarixədək “Qum Adası” (keçmiş Serebrovski) NQÇl-də işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı’nda nəzərdə tutulan xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 17.07.2007-ci il tarixdən (47 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsi və hesablama zamanı yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahişetmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciətinə baxılmış və pensiya təyin edilməsindən imtina olunmuşdur. İddiaçının zərərli stajı nəzərə alınmamış və bu səbəbdən də 47 yaşdan güzəştli şərtlərlə əmək pensiya təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, onun əmək kitabçası üzrə 1982-ci ildən 1999cu ilədək Qum adasında işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən i stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na müvafiq olaraq zərərli peşələr hesab olunmalıdır. Həmin peşələr işin xüsusiyyətləri və əmək funksiyalarına görə zərərli olmaqla güzəştli əmək stajı kimi nəzərə alınmalıdır. 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarın 1-ci siyahısı üzrə: qadınlar - 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddə tin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. İddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı və 10 ildən çox zərərli iş stajı var. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149, “Əmək pensiyaları haqqında” Qanunun 3.1.1, 21.1, 31.1, 32.1, Əmək Məcəlləsinin 87.1, Mülki Məcəllənin 7.1-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-1691/16 saylı iş) 02 may 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 17 iyul 2007-ci il tarixdən yarandığından, pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27-c i maddələrinin 17 iyul 2007-ci il tarixdə qüvvədə olmuş tələbləri əsasında təyin edilərək hesablanmalı və yaranmış fərq məbləği birdəfəlik ödənilməlidir. Cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X3 və X6, 2-1(103)-1533/16 saylı iş) 26 oktyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 02 may 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixədək azı 15 il sığorta stajına malik olması və bu müddətin azı 7 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması və 47 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırkı iş üzrə iddiaçıya münasibətdə ödənilmir. İddiaçı 07 noyabr 2016-cı il tarixdə qərarın surətini almış, 18 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2016-cı il tarixli qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qərarında ləğv üçün istinad etdiyi (güzəştli iş stajının olmaması səbəbi) iddiaçının güzəştli iş stajı ümumiyyətlə mübahisə predmetinə daxil deyil. Cavabdehin imtinası və yaapellyasiya şikayətində bu barədə hər hansı qeyd yoxdur və mübahisələndirilməyib. Göründüyü kimi məhkəmə kollegiyası öz qərarında qanunlara və normativ aktlara deyil, formal mülahizələrə əsaslanmış, ətraflı araşdırma aparmamışdır. Qeyd olunan xüsusatlarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin onlarla analoji qərarları mövcuddur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və ye ri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı 1960-cı ildə anadan olmuşdur. O, 15 il ümumi stajı olduğunu, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə çalışdığını və 47 ya şı olduğunu bəyan edərək 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 47 yaşdan (17 iyul 2007-ci ildən) güzəştli şərtlə ona pensiya təyin edilməsini xahiş edir. İddiaçı güzəştli şərtlə pensiya təyin edilməsini fəaliyyət göstərdiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərinin 1 saylı Siyahısı”na aid olduğunu bildirir. Apellyasiya instansiyası məhkəməsi 01 yanvar 2006-cı il tarixədək azı 15 il sığorta stajına malik olması və bu müddətin azı 7 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması və 47 yaş həddinə çatması şərtlərinin hazırkı i ş üzrə iddiaçıya münasibətdə ödənilmədiyi nəticəsinə gəlmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının əmək kitabçasının surətində 1982-1999-cu illərə aid rus dilində göstərilən hansı peşələr ilə məşğul olmasını, həmin peşələrin həqiqətən 1 saylı Siyahıda olmamasını müəyyən etməmiş, sübutları tam və hərtərəfli araşdırmamışdır. İşdən görünür ki, məhkəmə iddiaçı ilə 1 saylı Siyahıda adları qeyd edilən hansı peşədə işləməsi barədə sorğu-sual aparmamış, iddiaçının iş yerinə sorğu edib onun işləmiş olduğu peşənin həqiqətən 1 saylı Siyahıda olan peşəyə aid olub-olmamasını araşdırmamışdır. İddiaçı ərizəsində göstərir ki, 01.01.2006-cı ilədək 20 ildən çox ümumi stajı, 10 ildən çox zərərli iş stajı mövcuddur. Cavabdeh iddiaçıya ünvanladığı 14 mart 2016-cı il tarixli məktubunda bildirmişdir ki, ərizənizdə qeyd etdiyiniz güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən 20 il ümumi iş stajı və həmin dövrün 10 ilini zərərli işlərdə işləmiş qadınlara 52 yaşdan təyin edilir. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh imtinasında işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutları göstərməmiş, məhkəmə də həmin halları araşdırmamış, iddiaçıya hazırkı tələbinə İPM-in 12 və 13-cü maddələrinin tələb etdiyi həddə yardım göstərməmiş, cavabdehin 14 mart 2016-cı il t arixli məktubunda istinad etdiyi hüquq normasının iddiaçıya münasibətdə tətbiqi mümkünlüyünə aydınlıq gətirməmişdir. Bəhs edilən hallar mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıyır. İşə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilərək mübahisə edilən qərar ləğv edilməli, iş təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş olunmuşdur. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 oktyabr 2016-cı il tarixli 2-1(103)-1533/2016 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar