Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-370/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabel iyində Dövlət Sosial Müdafiə Fondu X10 1 saylı regional ərazi filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 1 saylı regional ərazi filialına (bundan sonra cavabdeh) qarşı “sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-314/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1 959-cu il tarixdə doğulmuş, əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə başlamış, Quba sovxoztexnikumuna fəhlə işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixədək həmin işdə işləmişdir. Həmin müəssisə üzrə iddiaçının sosial sığorta stajı 7 il 2 ay 11 gün təşkil edir. Bundan sonra iddiaçı 1994-cü ilədək əmək fəaliyyətində fasilə vermişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən yenidən əmək fəaliyyətinə başlamış, kiçik fasilələrlə əmək fəaliyyətini 2006-cı ildən sonra da davam etdirmiş, əmək kitabçasında olan sonuncu qeydə əsasən iddiaçının xx.xx.2015-ci il tarixdə əmək fəaliyyətini davam etdirməsi görünür.
2. İddiaçının oğlu X5 xx.xx.1986-cı il tarixdə doğulmuşdur.
3. Sumqayıt şəhər Ruhi–Əsəb xəstəlikləri Dispanseri tərəfindən verilən 333 nömrəli, xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, (..) X5 xx.xx.1998-ci il tarixdən Sumqayıt şəhər Ruhi–Əsəb xəstəlikləri Dispanserində qeydiyyatdadır, “doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın diblilik dərəcəsi, qıcolma tutmaları və psixopatabənzər davranışla” diaqnozu üzrə xəstədir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş arayışa əsasən xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.2002ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin arayışda “əlilliyin səbəbi” qrafasında “uşaqlıqdan” sözləri qeyd olunmuşdur.
5. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh x xxxxxxxx 2019-cu il tarixli məktubla pensiya təyin edilməsinin mümkün olmadığını bi ldirmişdir. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, əlillik dərəcəsi xx.xx.2002–ci il tarixdən (yəni 16 yaşından sonra) müəyyən edildiyi üçün, vətəndaşa oğlu X3 əlil olmasını nəzərə alıb, yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı x xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılm ışdır ki, iddiaçı xx xxxxxx 1959-cu ildə anadan olmuş, onun oğlu X5 anadangəlmə psixi qüsurlu xəstə olmaqla, tibb müəssisələrində qeydiyyatda olmuş və 12 yaşından, 1998–ci il tarixdən xəstəliyi ilə bağlı müavinət almış, 2ci qrup əlil hesab olunmuşdur. Bundan başqa oğlu Ceyhun Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(060)-2459/2014 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilmiş və o, oğluna qəyyum təyin edilmişdir. Onun xx.xx.1977-ci ildən bu günə kimi işləməklə 30 ildən çox ümumi əmək stajı vardır. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq öz hüquqlarından istifadə edərək ona sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır.
8. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027–ci il iyulun 1-dək hər il altı ay artırılır. Vətəndaşın xx.xx.2006-cı ilədək əmək kitabçasına əsasən əmək stajı 17 il 05 ay 28 gün təşkil edir. xx.xx.2007–ci ildən xx.xx.2017 –ci ilədək sosial sığorta stajı 9 il 11 ay. Fərdi hesabında toplanan sığorta kapitalı-7753.03 manat təşkil edir. Vətəndaşın şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959cu il təvəllüdlüdür, oğlu X3 TSEK–də müayinə barədə məlumatına əsasən əlillik dərəcəsi xx.xx.2002–ci il tarixdən (yəni 16 yaşından sonra) müəyyən edildiyi üçün, vətəndaşa oğlu X3 əlil olmasını nəzərə alıb, yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X6, 2-1(118)-300/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı X1 yaşına kimi qulluq etdiyini nəzərə alınaraq, xx.xx.2016-cı ildə etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün sağlamlıq imkanlarının məhdudluğunun nə vaxt müəyyən edildiyi deyil, nə vaxt yarandığı əhəmiyyət kəsb edir. X4 əlillik 16 yaşından sonra təyin edilsə də, əlilliyin uşaqlıqdan olduğu müəyyən edilmişdir, sonradan əlillik dərəcəsi təyin edilməsi isə əlilliyin həmin tarixdən yarandığı qənaətinə gəlməyə əsas vermir. İş materiallarından olan çoxsaylı sağlamlıq vəziyyətinin müayinə aktları, epikrizlər, tibbi kartadan çıxarışlardan d a görünür ki, X5 “doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın diblilik dərəcəsi, qıcolma tutmaları və psixopatabənzər davranışla” diaqnozu üzrə xəstədir. Qeyd olunanlar isə X3 doğulduğu tarixdən sağlamlıq imkanlarının məhdud olması faktını təsdiqləyir. Bu səbəbdən də cavabdehin imtinası əsassız olmuşdur və iddiaçını sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qəbul etmək olar. Əmək pensiyaları qanunvericiliyində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçının bu sahədə topladığı sosial sığorta stajı - qeyd edilən sağlamlıq imkanları məhdud uşağa 18 illik qulluq dövrünün 8 ilini əhatə etmişdir (oğlunun doğulduğu 1986-cı ildə n təkrar əmək fəaliyyətinə qayıtdığı dövrə -1994-cü ilədək). İddiaçının ona yaşa görə pensiya təyini üçün 25 ildən artıq sosial sığorta stajına malik olması müəyyən olunur.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər Babayeva Hökümə Çingiz qızı-məruzəçi, X8 və X11, 2-1(105)-314/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Cavabdeh xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. Cavabdehin kasasiya şikayətinin dəlilləri iddiaya qarşı verilmiş etirazın dəlilləri ilə eynidir. b) Kasasiya şi kayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına ç atmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilin də yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (x xxxx 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (x xxxx 2017-ci ildən qüvvəyə minmiş redaksiya).
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasi ya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarı pensiyanın hansı vaxtdan təyin edilməsi hissəsində ləğv edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ananın ümumi pensiya yaşı 5 il azaldılır. İddiaçının uşağının əlilliyi xx xx x 2002-ci ildə, yəni 16 yaşında müəyyən edilmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır.
26. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Qanunvericiliyin yuxarıdakı tələbləri ümumi qaydada iddiaçıya tətbiq edilərsə, 25 il sığorta stajı və xx xxxxxx 1959-cu ildə doğulduğundan xx xxxxxx 2020-ci ildə, yəni 60 yaşı olduqda pensiya hüququ yaranmış olur. İddiaçının 25 il sığorta stajının mövcudluğu mübahisə doğurmur.
28. Hazırkı vəziyyətdə mübahisə olunan hal sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olması barədə Qanunun 8.2-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq olunmasının mümkünlüyü ilə bağlıdır.
29. Qanunun 8.2-ci maddəsi tətbiq olunduğu halda isə iddiaçının xx xxxxxx 2015-ci ildə pensiya hüququ yaranmış olur.
30. İddiaçının oğlu C.C.Məmmədov xx xxxxxx 1986-cı ildə doğulmuşdur. xx xxx 2002-ci ildə, yəni 16 yaşı tamam olduğu vaxtdan sonra ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi “uşaqlıqdan” sözü yazılmışdır.
31. Həmçinin C.C.Məmmədov barəsində xəstəlik kağızlarında diaqnoz “doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın diblilik dərəcəsi. Qıcolma tutmaları və psixopatabənzər davranış” göstərilmişdir.
32. Göründüyü kimi, C.C.Məmmədova əlillik 16 yaşından sonra təyin edilsə də, əlilliyin səbəbinin “uşaqlıqdan” olduğu yazılmışdır. Əlillik dərəcəsinin 16 yaşdan sonra təyin edilməsi əlilliyin verildiyi vaxtdan yaran dığı qənaətinə gəlməyə əsas vermir.
33. Əvvəllər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun əsas anlayışlar adlanan 2-ci maddəsində qeyd edilmişdir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqorqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra-sağlamlıq imkanları məhdud olan uşaqdır (18 yaşınadək şəxsdir).
34. Qanunun mənasına görə müəyyən xəstəliyi olan 18 yaşınadək şəxslər sağlamlıq imkanları məhdud uşaqlar sayılır.
35. Cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, C.C.Məmmədovun əlilliyi 16 yaşı tamam olduqdan sonra müəyyən edilməsinə baxmayaraq onun əlilliyinin səbəbi uşaqlıqdan olduğundan və bu hal həm də işdə olan digər sənədlərlə təsdiq edildiyindən cavabdehin şikayətinin dəlili əsaslı sayıla bilməz.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edil məsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
37. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi x xxxxxxx 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, x xxxxxxx 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.
38. Birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin qərarına görə iddiaçı xx xxxx 2019-cu ildə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
39. İddiaçının xx xxxx 2019-cu ildə cavabdehə müraciəti işdə olan hər hansı dəlill ə təsdiq olunmur.
40. Cavabdehin x xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı x xxxxxxxx 2019-cu il tarixdə pensiyanın təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.
41. İddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin fərqi iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, iddiaçı pensiya təyini ilə bağlı x xxxxxxxx 2019-cu ildə cavabdehə müraciət etdiyindən, bu hissədə apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, pensiyanın hesablanmasının əvvəli x xxxxxxxx 2019cu ildən sayılmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələ rini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-314/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı pensiyanın xx xxxx 2016-cı ildən təyin edilməsi hissəsində ləğv edilsin. Pensiyanın təyin edilməsinin əvvəli x xxxxxxxx 2016-cı ildən sayılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.