Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3702/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Əliyev Vüsal Arif oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Əliyev Vüsal Arif oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müsahibənin nəticəsi ilə bağlı cavabdehin hərəkətlərinin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı 2006-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun keçmiş Bakı şəhəri Səbail rayon, 2013-2015-ci illərdə isə keçmiş Suraxanı rayon şöbələrinin pensiya təyinatı sektorunda işləmiş, Dövlət Sosial Müdafiə Fondunun ##.##.2015-ci il tarixli, 1387/k N-li əmri ilə ##.##.2015-ci il tarixdən “vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyinə görə” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə əsasən tutduğu vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir.
2. Iddiaçı Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ## ###### 2018-ci il tarixdə elan edilmiş və ## ###### 2019-cu il tarixində keçirilmiş ümumi müsahibədə iştirak etmiş, lakin iddia etdiyi vəzifə üzrə (Daxili nəzarət və audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunda sektor müdiri) dövlət qulluqçusu kimi təyin edilməsi ilə bağlı qərar qəbul edilməmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Vüsal Arif oğlunun ## ###### 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinin tutulması məqsədi ilə elan edilmiş ümumi müsahibəni müvəffəqiyyətlə keçərək, iddia etdiyi vəzifəyə uyğun hesab edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsahibənin nəticəsi ilə bağlı hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1983-cü il təvəllüdlü Əliyev Vüsal Arif oğlu X2 tərəfindən keçirilmiş müsabiqə üzrə müsahibədə iştirak etmiş və ##.##.2019-cu il tarixdə onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinə uyğun hesab edilməsi barədə məlumat dərc edilmişdir. X1 uyğun hesab edildiyi vəzifəyə təyin edilməmişdir. Bununla bağlı X2 müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Vüsal Əliyevin müsahibə sənədləri təyinat məsələsinə baxılması üçün X2 tərəfindən # ###### 2019-cu il tarixli, **/**-**/**** nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş, lakin müsahibənin nəticələri ilə bağlı qəbul edilmiş qərar barədə X2 heç bir məlumat daxil olmamışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, məlumat verilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ərizəni imzalayan şəxs haqqında məlumat: Sosial Müdafiəsi Nazirliyi isə müraciətinə cavab olaraq bildirmişdir ki, X2 # ###### 2019-cu il tarixli, **/**-**/**** nömrəli məktubuna ##.##.2019-cu il tarixli, *********** nömrəli məktubla müvafiq cavab verilmişdir. Yenidən X2 müraciət edərək, # ###### 2019-cu il tarixli, **/**-**/**** nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ##.##.2019-cu il tarixli, *********** nömrəli məktubla cavab verilib-verilməməsi, cavab verilmişdirsə həmin cavabın nədən ibarət olması, qeyd edilən cavabda Əliyev Vüsal Arif oğlu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyinin nədən ibarət olması barədə cavab verilməsini xahiş etmişdir. X2 müraciətinə cavab olaraq bildirmişdir ki, həqiqətən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə ## ###### 2018-ci il tarixdə elan edilmiş və 2019-cu ilin 21-1 yanvar tarixlərində keçirilmiş ümumi müsahibədə uğur qazanan namizədlərin müvafiq vəzifələrə təyin edilməsi barədə məlumatlar Nazirliyin # #### 2019-cu il tarixli *********** nömrəli məktubu ilə Mərkəzə təqdim edilmişdir. Həmin məktubda Əliyev Vüsal Arif oğlu barədə hər hansı məlumat qeyd edilməmişdir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının və digər normativ aktların tələbləri kobud şəkildə pozulmuşdur. Məlumat üçün bildirirlər ki, Vüsal Əliyev 2019-cu ilin avqust ayından istintaq təcridxanasında saxlanılır.
5. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmədən sadəcə cavabdehin müsahibənin nəticəsi ilə bağlı hərəkətlərinin (hərəkətsizliytinin) qanunsuz hesab edilməsini xahiş edir. Belə ki, cavabdehin onun barəsində hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi işin hazırki mərhələsində iddiaçıya heç bir nəticə və ya üstünlük vermir. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbilə bağlı məhkəməyə müraciət etməkdə çatmağı arzuladığı məqsədin nədə ibarət olması qeyri-müəyyəndir və cavabdeh hərəkət və ya hərəkətsizliyi məhkəmə tərəfindən müəyyən olunub təsdiq olunduğu halda iddiaçının cavabdeh inzibati orqana münasibətdə hər hansı üstünlük əldə etməsi müəyyən olunmur. Iddia tələbinin “hərəkətlərin qanunsuz hesab edilməsi” formasında iddianın təmin etməsi qeyri-müəyyənlik yaratmaqla düzgün iddia növünün seçilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, AR IPM-2.2.4 maddəsi inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) aiddir ki, iddiaçı inzibati akt olmadığından cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi eləcə də qadağanedici tədbirin tətbiqinə aid olmayan ayrılıqda tələb kimi hər hansı hüquqi nəticəsi olmayan təkcə “hərəkətlərin qanunsuz hesab edilməsi” formasında iddianın mahiyyəti üzrə qiymətləndirilməsi məhkəmə hesab edir ki, mümkünlük şərtlərini ödəməmişdir. Nəzərə alınmalıdır ki, hazır iddia tələbi təmin olunacağı təqdirdə həmin məhkəmə qərarı iddiaçının çatmaq istədiyi məqsəd baxımından hər hansı nəticə doğurmamaqla faktiki olaraq icrası mümkün olmayan, qeyri-dəqiq nəticə hissəsində ibarət olacaqdır. Iddianın nəticə hissəsinin ifadə tərzi işə mahiyyəti üzrə qiymətləndirilməsinə, iddiaçının hüquqi marağının konkret olaraq nədən ibarət olmasına imkan vermir. Iddiaçının məhkəmədən tələbi ehtimallarla bağlı olmuş, xəyali pozuntu ehtimalına əsaslanmaqla hazırkı tələblə müraciət edilmişdir. Belə ki, iddiaçının hazırki gözləntisinin nədən ibarət olunduğu müəyyən edilmir və hüquqi marağının aydın olmadığını göstərir. Belə ki, iddiaçının hazırki iddia tələbi üzrə hüquqi marağın mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi mümkünlük şərtlərini ödəmir.
7. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin baxılmasının mümükün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
11. Iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini mümkün sayılmamış hesab edərkən hüquqi marağın mövcudluğunu düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı X2 tərəfindən keçirilmiş müsahibədən uğurla keçərək müvafiq vəzifəyə uyğun hesab edilsə də, onun həmin vəzifəyə təyin olunmaması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi belə bir tələbin təmin olunacağı halda iddiaçı üçün hər hansı hüquqi nəticə və ya üstünlük yaranmayacağı qənaətinə gələrək iddianı mümkün sayılmamış hesab etmişdir. Şikayətçi hesab edir ki, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab olunması gələcəkdə vurulmuş ziyanın tələb olunması üçün hüquqi əsas yarada biləcəyindən bu hal hüquqi marağın mövcudluğunu istisna etmir. Bundan əlavə, məhkəmə iddiaçının barəsində sonradan çıxarılmış məhkumluq hökmünə istinad etməklə onun iddiasının hüquqi nəticə doğurmayacağı qənaətinə gəlmiş, halbuki iddiaçı müsahibədən uğurla keçdiyi tarixdən azadlıqdan məhrum edildiyi tarixədək uyğun hesab edildiyi vəzifəyə təyin olunmaq və əmək haqqı almaq imkanına malik olmuşdur. Şikayətçi hesab edir ki, bu halların nəzərə alınmaması nəticəsində məhkəmə onun məhkəmə müdafiəsi hüququnu və vurulmuş ziyanın əvəzinin tələb olunması imkanını əsassız şəkildə məhdudlaşdırmışdır.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə cavabdeh etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
13. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
14. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
22. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
23. Lakin hazırkı halda iddia tələbi üzrə hüquqi marağın mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi mümkünlük şərtlərini ödəmir.
24. Belə ki, iddiaçı X2 tərəfindən keçirilmiş ümumi müsahibədə müvafiq vəzifəyə uyğun hesab edilməsi faktına istinad etməklə cavabdeh inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etmişdir. Lakin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən müsahibədən keçmə faktı özlüyündə şəxsin müvafiq vəzifəyə təyin olunmasını şərtləndirmir və bu məsələnin həlli inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsində həyata keçirilir. Bu baxımdan yalnız müsahibənin nəticəsi ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsinə dair iddia tələbinin təmin olunması iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik yaratmağa yönəlmiş real hüquqi nəticə doğurmur və onun hüquqi marağının mövcudluğunu təsdiq etmir.
25. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə çatmaq istədiyi məqsədin nədən ibarət olduğu müəyyən edilmir və həmin hərəkət və ya hərəkətsizliyin qanunsuz hesab edilməsi iddiaçının hüquqi vəziyyətində dəyişiklik yaratmağa yönəlmiş nəticə doğurmur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi yalnız inzibati orqanın hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi formasında irəli sürülmüş, lakin həmin tələbin təmin olunacağı halda iddiaçının hüquqlarının bərpasına və ya hüquqi vəziyyətinin dəyişdirilməsinə səbəb olacaq konkret hüquqi nəticə müəyyən edilməmişdir. Bu isə seçilmiş müdafiə vasitəsinin əlverişli iddia növü kimi qiymətləndirilməsinə imkan vermir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması barədə gəlinmiş nəticə işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun olmuş, kassasiya şikayətinin dəlilləri həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.