Məhkəmə qərarları › İş №2-1(102)-371/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-371/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-371/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması; qiyabi təhsil, tədris dili giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 və vəkili X6 iştirakı ilə, İddiaçı X2 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınm ası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2465/2019 saylı, 22 oktyabr 2019cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Rusiya Federasiyası Volqoqrad Dövlət Texniki Universiteti tərəfindən 20 iyun 2017-ci ildə verilmiş diplomda və ona əlavə edilmiş sənədlərdə iddiaçının “iqtisadiyyat” ixtisası üzrə təhsil aldığı müəyyən edilmişdir. İddiaçı diplomunun tanınması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəs i qənaətbəxş olmamışdır. İddiaçı 21 iyun 2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasının Volqoqrad Dövlət Texniki Universiteti tərəfindən 20 iyun 2017-ci ildə verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasında hesab etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olmamışdır. O, 2013-cü ildə ali məktəbin əyani şöbəsinə qəbul olunmuş, 2017-ci ildə bitirm işdir. “Təhsil haqqında” Qanunun tələbinə görə onun ali təhsil almaq hüququ olmuşdur. Bu hüquq cavabdeh tərəfindən tanınmalıdır. Cavabdeh iddiaya etiraz etmiş və etirazını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64-nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndi ilə əsaslandırmışdır. Cavabdehin mövqeyinə görə ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(82)-2592/2018 saylı iş) 24 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərb aycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64-nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda nəzərdə tutulan hallar olmadığından cavabdehin imtinası qanuni olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X7 və X11, 2-1(103)-2465/2019 saylı iş) 22 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin24 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı qiyabi təhsil almışdır, təhsil m üddəti 2013-2017-ci illər olmaqla 4 il olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. İddiaçının təhsil müddəti həmin normativə, yəni 5 illik təhsil müddətinə uyğun deyildir. İddiaçı 4 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 29 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi yalnız Azərbaycan Respublikasının “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 3.6 və 3.7-ci bəndlərini tətbiq etməklə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Ekspert rəyində tədris planı, fənlərin həcmi, attestasiyanın nəticələri nəzərə alınmaqla yanaşı, həmçinin, xaricdə alınmış təhsilin dövlət standartlarına uyğun olmaması halında uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları göstərilməli olduğu halda cavabdeh təşkilat tərəfindən ekspert rəyi verilərkən qanunvericiliyin yuxanda göstərilən tələbləri nəzərə alınmamışdır və apellyasiya instansiya məhkəməsi tərəfindən bu hallara düzgün qiymət verilməmişdir. Əldə edilmiş rəsmi sənədlərə görə iddiaçı 2012-ci ildə ali məktəbə qəbul edilmiş, 20 17-ci ildə isə bitirmişdir, yəni iddiaçının təhsil dövrü Azərbaycan Respublikasında olan normativlərə uyğun olaraq 5 il olmuşdur. Apellyasiya məhkəməsi təhsil dövrünün 4 il olması barədə səhv nəticəyə gəlmişdir. Şikayətin hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 13, 14-cü maddələrinə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları” və “Təhsil proqramlarının yerinə yetirilməsi müddəti” barədə Qaydalara istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilmə məsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşdə olan sənədlərə görə iddiaçı 2017-ci ildə Rusiya Federasiyası Volqoqrad Dövlət Texniki Universitetini iqtisadiyyat ixtisası üzrə bitirmişdir. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul e tmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdehin ekspert rəyinə əsasən iddiaçının tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. İddiaçının təhsilinin müddəti 4 il olduğundan, bu müddət Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin standartlarına (5 il müddətinə) uyğun gəlmədiyindən iddia təmin ed ilə bilməz. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanın ın 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq m üqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisası n tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Resp ublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh idd iaçının müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmiş, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, habelə məhkəmə icraatı zamanı tədris dili ilə bağlı mübahisə açmamışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini iddiaçının qiyabi təhsil dövrünün 5 il əvəzinə 4 il olması ilə əsaslandırsa da, kassasiya şikayətinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçının ali təhsil dövrü 5 il olmuşdur. Yəni iddiaçı 5 il müddətində qiyabi təhsil aldığından xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasın da təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. İPM-in 96.7-ci maddəsində qeyd edilir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsi ilə razılaşmadığını bildirərək qeyd edir ki, apellyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması halları olsa da, qərar yuxarıdakı əsaslara görə düzgün olduğundan iddiaçının kassasiya şikayəti təmin edilə bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2465/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar