Məhkəmə qərarları › İş №2-1(102)-371/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-371/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-371/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X15 üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: “əl ilə elektrik qaynaqçısı” peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X15 üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-414/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərdənizneftinşaat” trestinin 2 saylı X4 elektrik qaynaqçısı (4 il 2 ay 25 gün), xx.xx.198 9cu il tarixdən xx.xx.1990-cı il tarixədək Xidmət kooperativində elektrik qaynaqçısı (1 il 3 ay 18 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X3, İnk.” Şirkətində 6-cı dərəcəli elektrik qaynaqçısı (4 il 2 ay 5 gün), xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, “xxxx” ASC-də 6-cı dərəcəli elektrik qaynaqçısı (3 ay 3 gün), xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “xxxx” Birgə Müəssisəsində əl ilə qaynaqda elektrik qaynaqçısı (3 il 10 ay 12 gün), xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “xxxx* X18-088 layihəsində Daşçı (1 il 2 ay 28 gün) peşələrində işləmişdir.

2. SOCAR “Neftqaztikinti” trestinin xx xxxxxx 2018-ci il tarixli arayışın a əsasən iddiaçı xx xxxxxx 1985-ci ildən “Azərdənizneftinşaat” trestinin 2 saylı X5 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx xxxxx 1989-cu il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. 3. “xxxx” Birgə Müəssisəsinin xx xxxx 2017-ci il tarixli arayışına əsasən iddiaçı xx xxxxxx 2010-cu ildən xx xxxxxxxx 2012-ci ilədək və x xxx 2014-cü ildən xx xxx 2016-cı ilədək “xxxx” Birgə Müəssisəsində əl ilə qaynaqda elektrik q aynaqçısı işləmişdir. 4. “xxxx” Şirkətinin xx xxxxxx 2018-ci il tarixli A/18/026 saylı arayışından görünür ki, iddiaçı xx xxxxxx 2002-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək və xx xxxxxx 2007-ci il tarixdən xx xxxxxxx 2007-ci il tarixədək “xxxx” Şirkətində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)313/2018 saylı qərarı ilə iddiaçının 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2007-ci ilə kimi “Makdermot” və “X10” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tari xli 2-1(105)-269/2018 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Qərarı dəyişdirilmiş, iddiaçının 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2006-cı ilə kimi “Makdermot” və “X10” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almışdır.

6. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qaynaqçıların əl ilə qaynaq aparmalarının dəqiqləşdirilməsi onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən olunmasında böyük əhəmiyyət daşıdığı, iddiaçının təqdim etdiyi sənədlərdə onun əl ilə qaynaq aparması barədə məlumat və tələb olunan azı 25 il sığorta stajının və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam 12 il 6 ay əmək stajının olmadığı üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qus ar rayon Şöbəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2- 1(85)-313/2018 saylı qərarı ilə cavabdehə qarşı iddiası təmin edilmiş, 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və x xxxxxx 2002-ci ildən xx xxxxxx 2007-ci ilə kimi “Makdermot” və “X10” MMCdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Şərh olunan Qərardan verilmiş apellyasiya şikayəti qi smən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(105)269/2018 saylı qərarı ilə onun 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və x xxxxxx 2002-ci ildən x xxxxxx 2006-cı ilə kimi “Makdermot” və “X10” MMC-də işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. x xxxx 1978-ci il tarixdə adına tərtib edilmiş HT-İ ******* saylı əmək kitabçasında və qeyd olunan məhkəmə qərarlarında təsdiqlənmiş sosial sığorta stajı elektrik qaynaqçısı işlədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verdiyi halda, cavabdeh xx xxxxxx 2018-ci il tarixli 37/503 saylı məktubu ilə məhkəmə qərarlarında “əl ilə qaynaq apar ması”nın əks etdirilmədiyini əsas tutaraq güzəştli şərtlərlə əmək pensiyasının hesablanmasından imtina etmiş, imtinasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarına istinad etmişdir. Cavabdehin imtinasından işlədiyi təşkilata “SOCAR-ın Neftqaztikinti” trestinə etdiyi şikayətə xx xxxxxx 2018-ci il tarixdə rəsmi cavab verilmişdir. Şərh olunan cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Azərbay can Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci “Ümumi peşələr” bəndinin müvafiq yarımbəndlərində “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları”, həmçinin “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” göstərilmişdir. Göründüyü kimi cavabdeh şərh olunan Siyahıda göstərilən yarımbəndlərdən yalnız birinə istinad etmiş, bununla da güzəştli şərtlərlə əmək pensiyasına olan hüququnu pozmuşdur. “SOCAR” Neft şirkətinin xx xxxxxx 2018-ci il tarixli məktubu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Siyahının müvafiq yarımbəndləri, habelə HT-İ ******* saylı əmək kitabçası və iddiaya əlavə edilən digər rəsmi sənədlər əsasında cavabdehin xx xxxxxx 2018-ci il tarixli 37/503 saylı məktubu etibarsız sayılmalıdır.

9. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci ümumi peşələr bölməsində göstərilən əmək şəraiti xüsusilə zərərli və ağır olan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışan sığortaolunan kişilər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. Siyahıda nəzərdə tutulan işlərdə tam iş günü məşğul olanlar və konkret işin bu və digər istehsalata aid olması müəssisədə tətbiq olunan ixtisas-tarif dərəcələrinin faktiki texnoloji proseslərin əməyinin ödənilməsi şərtlərlə işləyənlər güzəştli pensiya hüququna malikdirlər. Qaynaqçıların əl ilə qaynaq aparmalarının dəqiqləşdirilməsi onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən olunmasında böyük əhəmiyyət daşıyır. İddiaçının təqdim etdiyi sənədlərdə onun əl ilə qaynaq aparması barədə məlumat və tələb olunan azı 25 il sığort a stajı olmadığı üçün onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Lakin, iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 1992-ci ilin fevral ayından 1995- ci ilin avqust ayına kimi 42 ay, yəni 3 il 6 ay sabiq “Əzizbəyov” adına sovxozda, həmçinin xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2007-ci ilə kimi “Makdermots” və “X10” məhdud məsuliyyətli cəmiyyətlərdə işlədiyi dövrlər onun pensiyanın hesablanması zamanı sığorta stajı kimi nəzərə alınsın. Amma əl ilə qaynaq aparılması barədə heç bir iddia qaldırılmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-313/2018 saylı xx xxxxxx 2018- ci il tarixli qərarı ilə iddiaçının 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və xx xxxxxx 2002-ci ildən xx.xx.2006-cı ilə kimi “Mak dermott” və “X12” məhdud məsuliyyətli cəmiyyətlərdə işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmin qərarda iddiaçının əl ilə qaynaq aparması əks etdirilməmişdir. Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam 12 il 6 ay əmək stajı olmadığı üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(085)-542/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarına uyğun olaraq zərərli sahə hesab edilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləsə də işləd iyi müddət kişilər üçün tələb olunan 12 il 6 ay müddətdən azdır.

12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X15 İdarəsi ilə əvəz edilmişdir.

14. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati koll egiyası (hakimlər X11-məruzəçi, X13 və X6, 21(105)-473/2020 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzəçi, X7 və X14, 2-1(102)-742/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kasasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən yuxarıda müəyyən edilmiş qaydada hesablama aparıldıqda iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin 13 ildən artıq olması mübahisəsizdir. Belə olan halda, məhkəmənin iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması qənaətinə gəlməsi anlaşılan deyil. Apelyasiya instansiyası məhkəməsinin iddiaçının konkret olaraq hansı iş dövrünü güzəştli iş stajı kimi qəbul etməməsi qərardan aydın olmur. Dolayısı yolla, apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasından belə nəticəyə gəlmək olar ki, məhkəmə iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiy i bütün dövrləri deyil, yalnız əl ilə qaynaq aparılan dövrü güzəştli iş stajı kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci “Ümumi peşələr” bəndinin müvafiq yarımbəndlərində “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” peşəsi ilə bərabər “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaq çıları” peşəsi də nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının elektrik qaynaqçısı işlədiyi bütün dövrlərin güzəştli iş stajına aid olub-olmaması barədə ətraflı araşdırma aparmamışdır. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Babayeva Hökümə Çingiz qızı-məruzəçi, X16 və X22, 2-1(105)-414/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

19. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci “Ümumi peşələr” bəndinin müvafiq yarımbəndlərində “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” peşəsi ilə bərabər “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları” peşəsi də nəzərdə tutulmuşdur. SOCAR “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar ta rixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci maddəsinə əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında yalnız əl ilə qaynaq aparan qaynaqçılar deyil, eyni zamanda elektrik qaynaqçıları peşəsi də güzəştli peşələr sırasına daxil edildiyindən, iddiaçının əl ilə qaynaq aparan və elektrik qaynaqçısı olaraq çalışdığı illər 12 il 06 aydan çox olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşı tamam olan zaman, yəni xx xxxx 2017-ci il tarixdə yaranmışdır.

20. Cavabdeh x xxxxxx 2020-ci il tarixd ə qərarın surətini almış, xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

21. İddiaçının təqdim etdiyi sənədlərdə onun “Makdermot” və X10” şirkətlərində işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr deyillər, həmçinin iddiaçının tələb olunan azı 25 il sığorta stajı olmadığı üçün onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yoxdur.

22. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 1992-ci ilin fevral ayından 1995- ci ilin avqust ayına kimi 42 ay, yəni 3 il 6 ay sabiq “Əzizbəyov” adına sovxozda, həmçinin xx xxxxxx 2002-ci ildən xx xx xxxx 2007-ci ilə kimi “Makdermots” və “X10” məhdud məsuliyyətli cəmiyyətlərdə işlədiyi dövrlər onun pensiyanın hesablanması zamanı sığorta stajı kimi nəzərə alınsın. Lakin, iddiaçı tərəfindən cavabdehə onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması barədə heç bir arayış təqdim etməmişdir.

23. Apelyasiya instansiyası məhkəməsi iddiaçının “Makdermot” və “X10” şirkətlərində işlədiyi elektrik qaynaqçısı peşəsini heç bir əsas olmadan, qanunsuz olaraq AR Nazirlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsində nəzərdə tutulan şəxslərə güzəştli peşə olan “ rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” və “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları” peşələri ilə uyğunlaşdırmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış şikayətin təmin olunmamasını xahiş etmişdir.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirak ı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-x xxxx 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 i l sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (x xxxx 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsası nda müəyyən edilir.

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

30. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır.

33. İddiaçı 57 yaşının tamam olduğu xx xxxx 2017-ci ilə qədər əl ilə qaynaq aparan elektrik qaynaqçısı və elektrik qaynaqçısı peşəsində azı 12 il 6 ay işlədiyinə görə güzəştli şərtlə pensiya hüququnun yarandığını bildirmişdir.

34. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsinə dair sübut təqdim etməmiş, işlədiyi peşə Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda mövcud olmamış, həmçinin iddiaçı 25 il ümumu stajı toplamamışdır.

35. Mübahisəyə əv vəllər bir dəfə Ali Məhkəmənin inzibati kollegiyasında baxılmış və apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar apelyasiya baxışına göndərilmiş və Ali Məhkəmə xx xxxx 2020-ci il tarixli qərarında bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının elektrik qaynaqçısı işlədiyi bütün dövrlərin güzəştli iş stajına aid olub-olmaması barədə ətraflı araşdırma aparmamışdır. Halbuki, apelyasiya instansiyası məhkəməsi xidməti vəzifəsinə görə işin hallarını tam, hərtərəfli araşdırmağa borclu olduğundan iddiaçının əl ilə qaynaq aparılan dövr istisna olmaqla, elektrik qaynaqçısı işlədiyi digər dövrlərin də güzəştli iş stajına aid edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün iddiaçının həmin dövrlərdə məşğul olduğu işləri müəyyən etməklə, onun həmin dövrdə işlədiyi peşənin Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahası”nın 35-ci “Ümumi peşələr” bəndinə uyğun olub-olmamasını aydınlaşdırılmalı idi.

36. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilmişdir.

37. İddiaçı xx.xx.1978-ci il tarix dən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərdənizneftinşaat” trestinin 2 saylı X4 elektrik qaynaqçısı (4 il 2 ay 25 gün), xx.xx.1989cu il tarixdən xx.xx.1990-cı il tarixədək Xidmət kooperativində elektrik qaynaqçısı (1 il 3 ay 18 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X3, İnk.” Şirkətində 6-cı dərəcəli elektrik qaynaqçısı (4 il 2 ay 5 gün), xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, “xxxx” ASC-də 6-cı dərəcəli elektrik qaynaqçısı (3 ay 3 gün), xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “xxxx” Birgə Müəssisəsində əl ilə qaynaqda elektrik qaynaqçısı (3 il 10 ay 12 gün) peşələrində işləmişdir.

38. SOCAR “Neftqaztikinti” trestinin xx xxxxxx 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx xxxxxx 1985-ci ildən “Azərdənizneftinşaat” trestinin 2 saylı X5 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx xxxxx 1989-cu il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir.

39. Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları və sair peşələr əksini tapmışdır.

40. İddiaçı da əl ilə qaynaq aparan elektrik qaynaqçısı və elektrik qaynaqçısı peşəsində işləmişdir.

41. Apelyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında yalnız əl ilə qaynaq aparan qaynaqçılar deyil, eyni zamanda elektrik qaynaqçıları peşəsi də güzəştli peşələr sırasına daxil edildiyindən, iddiaçının əl ilə qaynaq aparan və elektrik qaynaqçısı olaraq çalışdığı illər 12 il 06 aydan çox olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşı tamam olan zaman, yəni xx xxxx 2017-ci il tarixdə yaranmışdır.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında yalnız əl ilə qaynaq aparan qaynaqçılar deyil, eyni zamanda elektrik qaynaqçıları peşəsi də güzəştli peşələr sırasına daxil edildiyindən, iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı və elektrik qaynaqçısı olaraq çalışdığı illər 12 il 6 aydan çox olmuşdur.

43. İddiaçının 57 yaşının tamam olduğu vaxt ümumi iş stajının 25 ildən az olması barədə şikayətin dəlilini əsaslı saymayan məhkəmə kollegiyası bildirir ki, əmək kitabçasında olan məlumatlara əsasən x xxxxxxxx 1977-ci ildən 1 illik peşə təhsili almağa başlayan hərbi xidmət dövrü də daxil olmaqla iddiaçının 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.

44. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğu, həmçinin xx xxxx 1960-ci il təvəllüdlü olduğunu nəzərə alaraq, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Bun a görə də apelyasiya məhkəməsi haqlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin x xxxx 2017-ci ilə qədər olan redaksiyasına görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiya hüququna malik olması nəticəsinə gəlmişdir.

45. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

46. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati ko llegiyasının 2-1(105)-414/2020 saylı, x xxxxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar