Məhkəmə qərarları › İş №2-1(102)-371/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-371/2022

09.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-371/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: intizam tənbeh tədbirinin ləğv edilməsi) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1330/2021 saylı qərarından cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 aprel 2020-ci il tarixli **********7 nömrəli əmri ilə öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduqları üçün bir sıra dövlət qulluqçularının barəsində intizam tənbeh tədbirləri tətbiq edilmiş, o cümlədən Mərkəzi Laboratoriyada baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir. Əmrin verilməsinə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin 14 aprel 2020-ci il tarixli **********7 nömrəli yazılı məruzəsi əsas kimi göstərilmişdir.

2. Daxili nəzarət və audit şöbəsinin 14 aprel 2020-ci il tarixli **********7 nömrəli Nazirə ünvanl anmış yazılı məruzəsində isə qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əməkdaşlarının əlillik vəziyyətlərinin vaxtından əvvəl təkrar qiymətləndirilməsi zərurəti yarandığından həmin şəxslərdən növbəti 155 nəfər dəvət olunmuş və 105 nəfər əyani müayinəyə gəlmişdir. Əyani müayinəyə gələn şəxslərdən hissəvi reabilitasiya olunaraq 15 nəfərin əllik dərəcəsi 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirilmiş, 33 nəfərin əlilliyinin düzgünlüyü öz təsdiqini tapmış, 26 nəfər əlavə müayinə olunmaq üçün səhiyyə müəssisəsinə göndərilmiş, 27 nəfərin cari tarixə tam reabilitasiya olunması səbəbindən, eləcə də 4 nəfərin Nazirliyə müraciəti əsasında əlillik dərəc əsinin ləğvi barədə qərarlar qəbul olunmuşdur.

3. Sözügedən yazılı məruzədə qeyd olunanlar nəzərə alınaraq aşağıdakı tədbirlərin görülməsi təklif edilmişdir: “1) Tam reabilitasiya olunduqları nəzərə alınmaqla əlillik dərəcələri ləğv edilmiş 27 nəfərin, eləcə də əlillik dərəcələrinin ləğvi ilə bağlı Nazirliyə müraciət etmiş 4 nəfərin “Əlillik” altsistemindəki müayinələrinin nəticələrinin etibarsızlaşdırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi Nazirliik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırılsın. 2) Hissəvi reabilitasiya olunmuş və əlillik dərəcələri ləğv edilmiş şəxslərin artıq ödənilmiş pensiya məbləğinin müvafiq hesablara bərpa olunması istiqamətində zəruri tədbirlərin görülməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın. 3) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 12-ci maddəsinin tələblərini pozmaqla qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etdiklərinə görə qeyd olunan əməkdaşlar barəsində intizam tənbeh tədbirlərinin görülməsi, habelə əyani müayinəyə gəlməyən digər əməkdaşların müayinədə iştiraklarının təmin edilməsi Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə tapşırılsın”.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirmə barədə 13 mart 2020-ci il tarixli Protokolundan görünür ki, İddiaçı əlillik vəziyyəti 25.05.2016-cı il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş v ə ona ümumi səbəb 5 il müddətinə 26.05.2021-ci ilə kimi İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Təkrar qiymətləndirmə zamanı aparılmış əyani müayinə zamanı onun hazırkı sağlamlıq vəziyyətinin İİİ (üçüncü) dərəcə əlilliyin təyini üçün əsas verdiyi müəyyən olunmuş, buna görə də, 13.03.2020-ci il tarixdən ona İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 5.İddiaçı məhkəməyə müraciət edərək cavabdehin 30 aprel 2020-ci il tarixli, **********7 nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun barəsində tətbiq edilmiş intizam tənbeh tədbiri qanunsuz olmuşdur. Belə ki, işlədiyi 20 il müddət ərzində əmək funksiyalarını lazımınca yerinə yetirmiş, nöqsansız xidmət etmişdir. Barəsində intizam tənbeh tədbiri tətbiq edilərkən onun izahatı alınmamış, həmin tədbiri tətbiq etmək üçün əsaslar mövcud olmamışdır. 7.Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsinə əsas Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin 14 aprel 2020-ci il tarixli **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında Exidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əməkdaşlarının əlillik vəziyyətlərinin vaxtından əvvəl təkrar qiymətləndirilmə si aparılmışdır. Yoxlama zamanı həmçinin İddiaçı əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən təkrar qiymətləndirilmişdir. Aparılmış müayinələrin nəticələri barədə **********0 saylı protokol tərtib edilmiş, xəstənin hazırkı vəziyyətinin üçüncü dərəcəyə uyğun gəldiyi nəzərə alınaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 8.Cavabdeh etirazında tətbiq edilmiş intizam tənbeh tədbirinin “Dövlət qulluğu haqqında” Qanununun 25.2.1-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 10.1, 12.1 və 23.1-ci, eləcə də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.3 və 9.3.5-ci maddələrinə uyğun olduğunu bildirmişdir. 9.Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(112)-2022/ 2021 saylı qərarı (hakim – F.İ.Mədətli) ilə iddia rədd edilmişdir. 10.Məhkəmənin mövqeyinə əsasən inzibati orqanın tabeliyində olan müvafiq komissiya tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi məqsədilə ətraflı müayinə aparılaraq ona İİİ dərəcəli əlillik təyin edildiyindən, İddiaçı barəsində verilən qərar qanuni və əsaslı olmuşdur. 11.İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli 2-1(103)-1330/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – X.A.Cəmilova, hakimlər – M.N.Tağızadə və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2022/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş **********7 saylı 30 aprel 2020-ci il tarixli əmr İddiaçı aid hissədə ləğv edilmişdir. 13.Apellyasiya instansiyası məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçıya münasibətdə ləğv edilməsi tələb olunan inzibati aktın (əmrin) qəbul edilməsi üçün istinad olunan halların mövcudluğu müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ona İİİ dərəcə əlillik verilməli olduğu təqdirdə İİ dərəcə əlilliyin verilməsi ilə bağlı sonuncunun öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozmasını, o cümlə dən imtiyaz və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsini, vəzifə səlahiyyətindən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələnin həllinə təsir etməsini təsdiq edən halların nədən ibarət olduğunu, bunun iddiaçının hansı hərəkətlərində ifadə olunduğunu əsaslandıra bilməmiş, bu barədə hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir.

14. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Hazırki işdə isə iddiaçı barəsində “töhmət” intizam tənbeh tədbirinin görülməsi qənaətinə gələn cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi iddiaçının izahatı alınmamış, məsələyə onun münasibəti öyrənilməmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən 30 aprel 2020-ci il tarixli qərar qəbul edilərkən bunun əsası kimi nəinki sadalanan maddi hüquq normalarına düzgün istinad olunmamış, həmçinin inzibati icraat haqqında qanunvericiliyin tələbləri də pozulmuşdur.

15. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbu l etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. 16.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, İddiaçı əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı hissəvi reabilitasiyanın baş verdiyi müəyyən olunmuş, aparılmış müayinələrin nəticələri, xəstənin hazırki vəziyyətinin üçüncü dərəcəyə uyğun gəldiyi nəzərə alınaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göründüyü kimi, iddiaçı artıq reabilitasiya olduğunu bilə-bilə bu halı gizlətmişdir.

18. Bundan başqa, inzibati orqanın tabeliyində olan müvafiq komissiya tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi məqsədilə iddiaçı barəsində verilən qərarın qanuni və əsaslı olduğu müəyyən edilmiş və Bakı İnzibati Məhkəməsinin qərarı ilə “İİ qrup əlilliyin bərpa olunması” barədə iddia tələbi təmin edilməmişdir.

19. Qanunvericiliyin tələblərinə görə dövlət qulluqçusunun i mtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi etik davranış qaydalarını pozması kimi qəbul edilir, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək isə vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Hər iki hüquqpozma dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

20. Mübahisələndirilən əmr “Dövlət qulluğu haqqında” Qanunun 34-cü və Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən altı ay müddətinə qüvvədə olduğuna görə hazırda qüvvəsini itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Dövlət qu lluğu haqqında” Qanun: Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: Maddə18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Maddə 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci m addəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə

34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 23. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Maddə 12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əl də etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Maddə 23.1 Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 24. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun: Maddə 2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: 2.1.3. inzibati vəzifə tutan dövlət qulluqçuları; Maddə 9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: 9.3.5. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

25. Əmək Məcəlləsi: Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay mü ddətində qüvvədə olur. 26.İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərard adını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 27.Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 28.Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edərkən onun dövlət qulluqçusu kimi etik davranış qaydalarını pozmasına və korrupsiyaya şərait yaradan hüquq pozmalar törətməsinə istinad etmişdir. Cavabdehin mövqeyinə görə etik davranış qaydalarının pozulması onunla bağlı olmuşdur ki, iddiaçı artıq reabilitasiya olunduğunu bilə-bilə bu halı gizlətmişdir. Dövlət qulluqçusunun imti yazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi etik davranış qaydalarını pozması kimi qəbul edilir. Vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək isə vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir.

31. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən etik davranış qaydalarının pozuntusuna yol verilmədiyi ilə bağlı apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti daha əvvəl bu sahədə səlahiyyətli olan dövlət orqanı tərəfindən 25.05.2016-cı il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona ümumi səbəb 5 il müddətinə 26.05.2021-ci ilə kimi İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. B u hal onu təsdiq edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada əlillik statusu əldə etmiş və həmin statusdan irəli gələn imtiyaz və güzəştlərdən yenə qanunla müəyyən olunmuş qaydada istifadə etmişdir.

32. Daha sonra cavabdehin tabeliyindəki qurum tərəfindən aparılmış təkrar qiymətləndirmə zamanı onun hazırkı sağlamlıq vəziyyətinin İİİ (üçüncü) dərəcə əlilliyin təyini üçün əsas verdiyi müəyyən olunmuş, buna görə də, 13.03.2020-ci il tarixdən ona müddətsiz İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi qərara alınmışdır.

33. Nəzərə almaq lazımdır ki, inzibati orqan özü daha əvvəl təyin etdiyi İİ (ikinci) dərəcə əlilliklə bağlı qərarda həmin statusun qüvvəsini 26.05.2021-ci il tarixədək müəyyən etmişdi. Buna görə, həmin anadək qanunvericiliyin göstərişinə görə iddiaçının əldə etdiyi status v ə ondan irəli gələn imtiyazlardan istifadə tam qanuni hesab olunmalıdır. İddiaçının həmin tarixdən əvvəl sağlamlıq vəziyyətini yoxlamaq üçün inzibati orqana gəlməklə bağlı qanunvericilikdən irəli gələn vəzifəsi olmamışdır. Digər tərəfdən isə, keçən dövr ərzində nisbi reabilitasiyanın baş verməsi tamamilə mümkün və ağlabatandır. Lakin iddiaçı tibbi müayinədən keçmədən reabilitasiyanın baş verdiyini bilə bilməzdi. Çünki reabilitasiyanın baş verdiyi yalnız xüsusi biliklər, yəni tibbi müayinə nəticəsində verilən qərarla təsdiq oluna bilərdi. Odur ki, təkrar tibbi müayinə üçün dövlət orqanının özünün daha əvvəl müəyyən etdiyi müddət bitmədiyi halda, iddiaçının üzərində reabilitasiya olunduğunu bilmək və ya bunu öyrənmək üçün təkrar müayinəyə gəlmək vəzifəsi yoxdur. Müvafiq olaraq iddiaçı cavabd ehin bildirdiyinin əksinə olaraq onda təqsirləndirilə bilməz ki, o, artıq reabilitasiya olunduğunu bilə-bilə bu halı gizlətmişdir. Çünki o, reabilitasiya olunduğunu bilmirdi və tibbi müayinədən keçmədiyi üçün bilə bilməzdi. Onun sağlamlığında nisbi reaibiltasiyanın baş verdiyi yalnız cavabehin tabeliyində olan qurumun apardığı təkrar tibbi müayinədən sonra aşkar edilmişdir. Ona görə də, iddiaçı etik davranış qaydalarını pozmaqda təqsirləndirilə bilməz.

34. Məhkəmə tərkibi qeyd edir ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 12.1-ci maddəsi dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsini qadağan edir. Hazırki işin hallarından isə görü nür ki, iddiaçı tərəfindən bu qaydada hər hansı qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) edilməsi müəyyən olunmur. İddiaçı qanuni əsaslarla İİ qrup əlillik əldə etmiş və yenə qanuni əsaslarla həmin statusdan irəli gələn imtiyazlar və ya güzəştlərdən istifadə etmişdir. Bundan başqa, cavabdeh apardığı təkrar müayinə zamanı iddiaçıya daha əvvəl 26.05.2016-cı ildə təyin olunmuş İİ qrup əlilliyin qanunsuz və əsassız olduğunu da müəyyən etməmişdir. Əksinə, İİ qrup əlilliyin düzgün təyin olunduğu müəyyən olunmuş, lakin keçən dövr ərzində iddiaçının sağlamlığında nisbi reabilitasiya baş verdiyi və onun artıq İİİ qrup əlil olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçı tərəfindən imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş qanunsuz hərəkətlər edildiyi öz təsdiqini tapmadığı halda, cavabdeh düzgün olmayaraq bu halın varlığı nəticəsinə gəlməklə iddiaçının barəsində intizam tənbeh tədbiri tətbiq etmişdir.

35. Məhkəmə tərkibi həmçinin hesab edir ki, iddiaçı tərəfindən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verildiyi halı da iş üzrə müəyyən edilmir. İddiaçı tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin edildiyi təsdiq olunmur. Həmin maddəyə görə vəzifəli şəxsin statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Bununl a bağlı qeyd edilməlidir ki, cavabdeh iddiaçının həmin maddənin mənasında vəzifəli şəxs olduğunu sübut etməmişdir. Bundan başqa, iddiaçının təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi halı da müəyyən olunmur. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh iddiaçının barəsində əvvəllər təyin olunmuş İİ qrup əlilliyin qanuni olduğunu qəbul etmiş, daha sonra isə özünün başladığı icraat nəticəsində nisbi reabilitasiya halının yarandığına istinadla onun əlilliyini İİİ qrupa dəyişmişdir. Belə olan halda, iddiaçının özü barəsində olan hansı qanunsuz məsələnin həllinə təsir etdiyi qeyri-müəyyəndir. 36. “Dövlət qulluğu haqqında” Qanunun 2 5.3-cü maddəsi aşkar şəkildə təsbit edir ki, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Lakin hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən qanunvericiliyin bu tələblərinə də riayət olunmamışdır. Belə ki, iddiaçı barəsində intizam tənbeh tədbirinin görülməsi qənaətinə gələn cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi iddiaçının izahatı alınmamış, məsələyə onun münasibəti öyrənilməmişdir. Hazırki işin x üsusi halları nəzərə alındığında yol verilmiş bu pozuntu İPM-in 70.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallara aid vəziyyəti yaradır.

37. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, mübahisələndirilən əmr “Dövlət qulluğu haqqında” Qanunun 34-cü və Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən altı ay müddətinə qüvvədə olduğuna görə hazırda qüvvəsini itirmişdir. Bununla bağlı olaraq məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, inzibati aktın qəbul edilməsinin özünün qanunsuzluğunu mübahisələndirməyə dair iddiaçının hüquqi marağı vardır. İnzibati aktın qüvvədə olma müddətinin bitməsi, həmin aktın qəbul edilərkən qanunsuzluğuna məhkəmə qaydasında qiymət verilməsi imkanını ortadan qaldırmır. Əmr qəbul edilərkən iddiaçıya münasibətdə həm inzibati icraat bu barədə qanunvericiliyin pozulması ilə aparıldığından, inzibati aktın məzmununda istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, həm də istinad olunan halların iddiaçının hərəkətlərində mövcudluğu sübuta yetirilmədiyindən həmin inzibati akt iddiaçının hüquqlarını pozduğu üçün ləğv edilməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1330/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar