Məhkəmə qərarları › İş №2-1(102)-371/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-371/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-371/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2308/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçası və № 822024 saylı diplomu ilə müəyyən edilmişdir ki, xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilə qədər 29 nömrəli ŞPTM-də təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər Azon zavodunda 3 nömrəli sexdə elektron texnika detallarının v ə cihazlarının ikinci dərəcəli sınaqçısı, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər hermetizasiya sahəsində mikrosxem montajçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixə qədər oymaçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər “Firdovsi” təsərrüfat sahəsində texnik, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Ədəbiyyat Fondunda kassir, xx.xx.2011-ci il xx.xx.2011-ci il tarixə qədər Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasına aşbaz peşələrində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 9 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “təqdim edilən xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçasına və № 822024 saylı diplomunun surətinə əsasən sığorta stajı 19 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 14733,35 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi Azərbaycan Respublikasının Yazıçılar X3 aid arxiv sənədləri saxlanılmadığından sözügedən dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin Qanununun 22-1.5-ci 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edil ərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 17 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta ixtisas təhsili almış və xx.xx.1977-ci ildən xx.xx.2011-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, ümumilikdə 25 ildən çox sosial sığorta stajı var. Qeyd olunan sığorta stajı iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə müraciət edərək pensiyanın təyin edilməsini xahiş etmiş, lakin 25 ildən az əmək stajının olduğu əsas gətirilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən ona imtina edilmişdir. Cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.1977-ci ildən xx.xx.2011-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajının əmək kitabçasında qeyd olunmasına baxmayaraq, yəni 25 il sosial sığorta stajı olmasına baxmayaraq cavabdehin 25 ildən az sosial sığorta stajı olduğunu əsas gətirərək imtina etməsi iddiaçının pensiya hüququnu pozmuşdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının ümumi iş stajı (19 il 04 ay) qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. İstər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajı na daxil edilir. Azərbaycan Yazıçılar X3 aid şəxsi heyətə dair sənədləri arxivdə saxlanılmadığından, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almaması, həmin müəssisənin sığortaolunan kimi qeydiyyatdan keçməsi, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Yazıçılar X2 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamış, bu halda onun cəmi 19 il 4 ay sosial sığorta stajı mövcud olmuşdur. Beləliklə, iddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şə rtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-1988/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, iddiaçıya 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilə qədər 29 nömrəli ŞPTM-də təhsil alaraq (2 il 11 ay), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər Azon zavodunda 3 nömrəli sexdə elektron texnika detallarının və cihazlarının ikinci dərəcəli sınaqçısı (1 il 4 ay 3 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər hermetizasiya sahəsində mikrosxem montajçısı (10 il 1 ay 27 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixə qədər oymaçı (3 il 09 ay 27 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər “Firdovsi” təsərrüfat sahəsində texnik (10 ay 28 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Ədəbiyyat Fondunda kassir (6 il 9 ay 4 gün), xx.xx.2011-ci il xx.xx.2011-ci il tarixə qədər Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasına aşpaz (3 ay) peşələrində işləməklə 26 il 01 ay 29 gün iş stajını toplamışdır. Cavabdeh tərəfindən isə iddiaçının Azərbaycan Respublikası Yazıçılar X2 kassir (6 il 9 ay 4 gün) peşəsində işlədiyi dövrün iş stajına nəzərə alınmaması isə qanunsuz və əsassız olmuşdur. Həmin müəssisədə iddiaçıya aid arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri olmamış, yaxud da ondan asılı olmayan hal olduğundan onun ziyanına şərh edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən həmin vəzifədə işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. İddiaçının 62 yaşının tamam olduğu xx.xx.2021-cu il tarixdə 25 il əmək stajı toplanmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və idd ia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2308/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X5 və X9) ilə Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmı ş, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi Azərbaycan Yazıçılar X3 aid əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə aşkar edilmədiyindən, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-ci il tarixdən məcburi sosial sığorta haqları hər vətəndaşa münasibətdə şəxsi hesabına ödənildiyi halda, iddiaçıya münasibətdə hər hansı ödəniş aşkar edilməmişdir. Bu səbəbdən iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Yazıçılar X2 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun hesab edilməməlidir. b. kassasiya şikayətinə etirazı n dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 16. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 17. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Madd ə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, ap ellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçası və diplomu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilə qədər 29 nömrəli ŞPTM-də təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər Azon zavodunda 3 nömrəli sexdə elektron texnika detallarının və cihazlarının ikinci dərəcəli sınaqçısı, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər hermetizasiya sahəsində mikrosxem montajçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixə qədər oymaçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər “Firdovsi” təsərrüfat sahəsində texnik, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Ədəbiyyat F ondunda kassir, xx.xx.2011-ci il xx.xx.2011-ci il tarixə qədər Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasına aşpaz peşələrində işləməklə 26 il 1 ay 29 gün iş stajını toplamışdır.

26. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Yazıçılar X2 kassir (6 il 9 ay 4 gün) peşəsində işlədiyi dövrün iş stajına nəzərə alınmaması isə qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin müəssisədə iddiaçıya aid arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri olmamış, yaxud da ondan asılı olmayan hal olduğundan onun ziyanına şərh edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən həmin vəzifədə işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edil miş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. İddiaçının 62 yaşının tamam olduğu xx.xx.2021-cu il tarixdə 25 il əmək stajı toplanmışdır.

27. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2308/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar