Məhkəmə qərarları › İş №2-1(102)-371/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-371/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-371/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin digər ünvana dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı “qeydiyyat ünvanının dəyişdirilərək yeni şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 14.*9.2*23-cü il tarixli, 2-1(1*3)-2*68/2*23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1966-cı ildə Ağdaş rayonun Ağcayazı kəndində doğulub.

2. İddiaçı 1986-cı ildə Bakı Sənaye Texnikumuna daxil olmuş və 199*-cı ildə kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir (iş səh. 13).

3. İddiaçı 2*.*9.1991-ci ildə 1*1 saylı Texniki Peşə məktəbinə təyinatla gəlmiş və orada işləmişdir.

4. İddiaçı 1991-ci ildə Binə qəsəbəsi Fioletov küçəsindəki 4 nömrəli binada qeydiyyata alınıb (iş səh, 8, 9). 5. 1*1 nömrəli Texniki Peşə məktəbinin müdiriyyəti xx.xx.1991-ci il tarixli məktubla Əzibəyov (indiki Xəzər) rayon İH başçısına müraciət edərək, iddiaçının mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin 1*.*1.1992-ci il tarixli 9 saylı sərəncamı ilə iddiaçı 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir. Həmin sərəncamda da iddiaçının Binə qəsəbəsi Fioletov küçəsi 4, 1*1 nömrəli Texniki Peşə məktəbinə məxsus yataqxanada 17.1*.1991-ci il tarixdən qeydiyyatda olduğu qeyd olunmuşdur.

6. İddiaçıya Əzizbəyov rayon pasport masasına təqdim olunması üçün verilmiş 27.*4.2**4-cü il tarixli arayışda onun Binə qəsəbəsi X2 qeydiyyatada olduğu qeyd olunub. Lakin iddiaçıya 3*.*4.2**4-cü il tarixdə və 14.1*.2*16-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqələrində onun qeydiyyat yeri kimi Xəzər rayonu, Binə qəsəbəsi, İlqar Əhmədov 4 ünvanı qeyd olunub.

7. X6 Liseyinin 29.*4.2*22-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan (ünvan 4 ünvanı X6 Liseyinin yataqxanasının ünvanı deyildir. X6 Liseyinin yataqxanasının düzgün ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə 1-dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini 14.1*.2*16-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 X5 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh DİN BPQMİ-nin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh DİN BPQMİ-nin əsl Cavabdeh2 (bundan sonra-“cavabdeh” və ya “Xəzər RPİ”) ilə əvəz edilməsini, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini 14.1*.2*16-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X5 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Xəzər RPİ-nin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuşdur. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 1*.*1.1992-ci il tarixli 9 saylı sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir. Güzəştli mənzil növbəsinə qəbul edildiyi vaxtdan-1992-ci ildən hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyinin yataqxanasında qeydiyyatda olmuş, ona Xəzər RPİ-nin Qeydiyyat və X1 tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyinin yataqxanası göstərilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən yataqxananın ünvanı Fioletov küçə si 4 olaraq dəqiq göstərilmişdir, indiki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (X5) kimi qeyd edilmişdir. 14.1*.2*16-cı il tarixdə 5 saylı “ASAN xidmət" mərkəzi tərəfindən AZE seriyalı №******** saylı şəxsiyyət vəsiqəsi verilən zaman qeydiyyatda olduğu ünvan səhv olaraq ünvan 11 qeyd edilmişdir. Halbuki iddiaçı həmin ünvanda nə yaşamış, nə də orada qeydiyyata alınması ilə bağlı hər hansı müraciət etmişdir. İddiaçıya şəxsiyyət vəsiqəsi verildiyi vaxtdan uzun müddət sağlamlığında problemlər olduğundan yataq xəstəsi olmuş və şəxsiyyət vəsiqəsindəki səhvin səbəb və aradan qaldırılması ilə maraqlana bilməmişdir. Hazırda Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 1*.*1.1992-ci il tarixli 9 saylı Sərəncamı ilə iddiaçının 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyinin yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 12 bildirilmişdir. İddiaçı 3* ildir ki, mənzil növbəsi gözləyir. Hazırda şəxsiyyət vəsiqəsində səbəbləri ona məlum olmayan bir yanlışlıq üzündən gözlədiyi 3* ili hədər gedə bilər. İddiaçının yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanı deyildir. Həmin evin kimə məxsus olması və hansı əsasla, həmin ünvana qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişən zaman həmin ünvanın sahibi iddiaçının həmin ünvana qeydiyyata düşməsi ilə bağlı razıl ıq ərizəsi təqdim etməmiş, iddiaçıya məlum olmayan şəxsə məxsus evə hansı səbəbdən (əgər varsa, hansı məqsədlə) qeydiyyata alınması barədə məlumatı yoxdur. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin 16.*9.2*22-ci il tarixli, 2-1(112)-9711/2*22 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh DİN BPQMİ əsl cavabdeh Xəzər RPİ ilə əvəz edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin *3.*2.2*23-cü il tarixli, 2-1(112)-1427/2*23 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin *7.*9.2*22-ci il tarixli *18-2*7*1-1222 nömrəli məktubundan görünür ki, iddiaçı *8.*4.2**4-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, İ.Əhmədov küçəsi, ev 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Xəzər RPİ tərəfindən ilk dəfə verilmiş AZE-*17*394* nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası həmin idarənin arxivində aşkar edilməmişdir.

15. Göründüyü kimi, müvafiq inzibati orqan iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən onun ünvanının Bakı şəhəri, Xəzər rayonu, İ.Əhmədov küçəsi, ev 4 olduğunu, buna görə də 2*16-cı ildə ona yeni şəxsiyyət vəsiqəsi verilərkən yanlışlıq olmadığını bildirmişdir.

16. Bu halı işdə olan iddiaçıya məxsus AZE s eriyalı, *17*394* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti də təsdiq edir.

17. Belə ki, 3*.*4.2**4-cü il tarixdə Əzizbəyov RPİ tərəfindən iddiaçıya verilən həmin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının yaşayış yeri üzrə ünvanı 14.1*.2*16-cı il tarixdə verilən AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindəki ünvanla eynilik təşkil etmiş, ünvan olaraq Bakı şəhəri, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 4 göstərilmişdir.

18. Məhkəmə onu da qeyd edir ki, işdə olan iddiaçıya məxsus şəxsi vərəqədən görünür ki, o, 2*.*9.1991-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndindən gələrək 17.1*.1991-ci il tarixdə Binə qəsəbəsi, Fioletov 4 ünvanında qeydiyyata alınmışdır, hansı ki, həmin ünvan hazırda İ.Əhmədov 4 ünvanı ilə eynidir.

19. Belə olan halda aydın ol ur ki, iddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı zaman yaşayış yeri üzrə düzgün olaraq ünvan 15 ünvanına qeydiyyata alınmış, daha sonra 5* yaşının tamam olması ilə əlaqədar 2*16-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən yaşadığı yeni ünvanla bağlı hər hansı bir sənəd təqdim etmədiyindən yeni şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə ünvanı dəyişdirilmədən saxlanılmışdır.

20. Buna görə də iddiaçının yaşayış yerinin 14.1*.2*16-cı il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X5 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi barədə tələbi təmin edilə bilməz.

21. İddiaçı tələbinin əsası kimi X6 Liseyinin 2**7-ci il tarixli 96 saylı arayışına istinad etsə d ə, məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

22. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.*9.2*23-cü il tarixli, 21(1*3)-2*68/2*23 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *3.*2.2*23-cü il tarixli, 2-1(112)-1427/2*23 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı təyinatla X6 Liseyinə (əvvəlki 1*1 saylı Texniki Peşə Məktəbi) göndərilib. İşə qəbul edildikdən sonra iddiaçı yaşayış yeri üzrə 17.1*.1991-ci il tarixdən həmin məktəbin yataqxanasına qeydiyyata alınıb. Sonradan yaşayış yeri üzr ə dəyişikliklə bağlı hər hansı orqana müraciət etməyib. Həmin vaxtdan hal hazıradək həmin liseydə müəllim işləyir. Yataqxananın ünvanı Binə qəsəbəsi, Fioletov küçəsi 4 ünvanı olub. İddiaçının ilk şəxsiyyət vəsiqəsində də ünvan Binə qəsəbəsi, Fioletov küçəsi ev 4 yazılıb. Sonradan ona verilən şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 qeyd edilib. İddiaçının tələbinin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd edilən ünvanın qeydiyyata alındığı X6 Liseyinin ünvanı ilə eyni olsun. İddiaçının şəxsiyyət vəsiqəsində Liseyin əvvəlki ünvanın qeyd edilməsi onun mənzil təminatı ilə bağlı əsassız maneə yaradır. İddiaçı güzəştli mənzil növbəsinə qəbul edildiyi vaxtdan-1992-ci ildən hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyini n yataqxanasında qeydiyyatda olmuşdur. Şəxsiyyət vəsiqəsindəki ünvanla Liseyin ünvanının fərqli olması onun ev növbəsində olan şəxs kimi mənzil almasına problem yaradır. Məhkəmə işə baxan zamanı araşdırmadığı və nəzərə almadığı ünvan dəyişikliyinə dair uyğunsuzluqlar aşağıdakılardır: İşdə olan yazılı sübutlardan (X6 Liseyinin 2**7-ci il tarixli 96 saylı arayışı, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin sorğuya cavab məktubu və s) və tam araşdırılmayan faktiki hallardan müəyyən edilir ki: 1) İddiaçı əvvəldən X6 Liseyinin (əvvəlki 1*1 saylı Texniki Peşə Məktəbi)nin hüquqi ünvanı olan Binə qəsəbəsi, Fioletov küçəsi 4 ünvanına qeydiyyata alınıb. İşdə olan X6 Liseyinin 2**7-ci il tarixli 96 saylı arayışından, iddiaçının təqdim etdiyi 2***-ci ildə verilən forma 9-dan və 18.1*.2 *23-cü il tarixli 117 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, iddiaçının yataqxanaya qeydiyyata alındığı vaxt, yəni 17.1*.1991-ci ildə Liseyin ünvanı Binə qəsəbəsi, Fioletov 4 olmuşdur. 2) 1-ci dəyişiklik- Bakı ŞİH başçısının *5.*9.1995-ci il tarixli sərəncamı ilə Fioletov küçəsinin adı dəyişdirilərək İ.Əhmədov küçəsi olub. (bax: işdə olan Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin məhkəmənin sorğusuna cavab məktubu və BAM qərarının 5-ci səhfəsinin 3 abzası). Yəni səlahiyyətli inzibati orqanın qərarı ilə iddiaçının qeydiyyatda olduğu məktəbin yataqxanasının ünvanı olan Fioletov küçəsinin adı dəyişərək İ.Əhmədov küçəsi olub. 3) 2-ci dəyişiklik - Liseyin ünvanı sonradan İ.Əhmədov küçəsindən, iddiaçıya bəlli olmayan səbəbdən Əli İsazadə küçəsinə dəyişdirilib. Baxma yaraq ki, Liseyin ünvanı addəyişmə ilə bağlı BŞİH-nin *5.*9.1995-ci il tarixli sərəncamına əsasən Fioletov küçəsindən İ.Əhmədov küçəsinə dəyişdirilməli idi. Məhkəmə işə baxan zamanı mütləq qaydada bu uğyunsuzluqala bağlı araşdırma aparmalı və bu hala hüquqi qiymət verməli idi. Məhkəmə nəzərə almayıb ki, iddiaçının qeydiyyat ünvanı, yəni yataqxananın ünvanı olan Fioletov küçəsi İ.Əhmədova dəyişdirilsə də, ancaq Liseyin ünvanı sonradan Əli İsazadə küçəsinə dəyişdirilib. 4) 3-cü dəyişiklik - Məhkəmənin diqqətdən qaçırdığı məsələlərdən biri də ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin sorğuya cavab məktubunda Liseyin ünvanı olan Əli İsazadə küçəsi 1 ünvanına AR Prezidentinin 1*.*2.2*12-ci il tarixli fərmanına uyğun olaraq bir daha dəyişiklik edilərək Əli İs azadə küçəsi, 2-ci döngə, 37 ünvanı verilib. İşin hallarından belə məlum olur ki, Liseyin ünvanı iddiaçı qeydiyyata alındıqdan sonra 3 dəfə dəyişdirilib. Ancaq iddiaçının şəxsiyyət vəsiqəsində ancaq 1-ci dəyişiklik qeydiyyata alınıb. Hətta hazırda Liseyin yataqxanasına qeydiyyatda olan şəxslərin qeydiyyat ünvanı 2ci dəyişiklik üzrə aparılır və 3-cü dəyişiklik faktiki olaraq nəzərə alınmır. Bütün bu dəyişiklik iddiaçı və həmin Liseyin yataqxanasında qeydiyyatda olan şəxslər üçün problemlər yaradır. 5) Məhkəmənin araşdırmalı və hüquqi qiymət verməli olduğu əsas məsələlərdən biri isə iddiaçının qeydiyyata alındığı Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanının mövcud olub olmaması və mövcud olduğu təqdirdə ünvanın hansı şəxsə, quruma aidiyyətinin müəyyən edilməməsidir.

28. İddiaçı xüsusi ilə qeyd etmək istəyir ki, onun şəxsiyyət vəsiqəsində qeyd edilən, ünvan 21 ünvanı mövcud deyil və həmin küçədə 4 saylı ev və yaxud hər hansı tikili mövcud deyil. Apellyasiya Məhkəməsi ümumiyyətlə bu hala qiymət verməyib və bununla bağlı araşdırma aparmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

30. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya pros es iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma his səsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən t əmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

35. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

36. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

37. Mübahisəyə dair işin müəyyən olunmuş halla rından görünür ki, iddiaçı Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 1*.*1.1992-ci il tarixli 9 saylı sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzil növbəsinə qəbul edilmiş, güzəştli mənzil növbəsinə qəbul edildiyi vaxtdan-1992-ci ildən hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyinin yataqxanasında qeydiyyatda olmuş və ona Xəzər RPİ-nin Qeydiyyat və X1 tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyinin yataqxanası göstərilmişdir.

38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona məlum olmayan bir yanlışlıq üzündən mənzil növbəsi ilə əlaqədar gözlədiyi 3* ilinin hədər getməməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, X6 Liseyinin yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 12 bildirilmişdir.

39. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı *8.*4.2**4-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, İ.Əhmədov küçəsi, ev 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Xəzər RPİ tərəfindən ilk dəfə verilmiş AZE-*17*394* nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası həmin idarənin arxivində aşkar edilm əmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin məhv edilməsi və fərdi uçot kartoçkasının arxivdə olmaması iddia tələbinin təmin edilməsinə mane olmamalıdır. İddiaçıya Əzizbəyov rayon pasport masasına təqdim olunması üçün verilmiş 27.*4.2**4-cü il tarixli arayışda onun Binə qəsəbəsi X3 qeydiyyatda olduğu qeyd olunduğu halda ona 3*.*4.2**4-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat yeri kimi Xəzər rayonu, Binə qəsəbəsi, İlqar Əhmədov 4 ünvanı qeyd olunmasının əsaslı və qanuni oilmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

41. İlk öncə qeyd edilməlidir ki, işə baxan məhkəmə X6 Liseyinin 29.*4.2*22-ci il tarixli məktubuna düzgün hüquqi qiymət verməli idi. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçının şəxsiyyət vəsi qəsində qeyd olunan (ünvan 23 ünvanı X6 Liseyinin yataqxanasının ünvanı deyildir. X6 Liseyinin yataqxanasının düzgün ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə 1-dir.

42. X4 Peşə Liseyinin iddiaçının vəıkilinə ünvanlandığı 18.1*.2*23-cü il tarixli məktubunda qeyd olunur ki, iddiaçı 17.1*.1991-ci il tarixdən X6 Liseyinin (əvvəlki 1*1 saylı Texniki Peşə məktəbi) yataqxanasında qeydiyyata alınıb. İddiaçı yataqxanada qeydiyyata alındığı vaxt Liseyin ünvanı Fioletov 4 ünvanı olub. İddiaçı yataqxanada qeydiyyata alındırqan sonra Liseyin ünvanı dəyişdirilərək, Ə.İsazadə 1 adlanmışdır.

43. Həmçinin 1991-ci ildən sonra, hətta 2**4 və 2*16-cı illərdə iddiaçıya qeydiyyat yeri kimi Binə qəsəbəsi İ.Əhmədov küçəsi 4 yazılmasına baxmayaraq, şəxsiyyət vəsiqələri verildikdən sonra da iddiaç ı ilə rəsmi yazışmalarda onun ünvanı TPM-nin yataqxanası kimi göstərilmişdir.

44. Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının *5.*9.1995-ci İl tarixli, 9/2 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonunda Fioletov küçəsinin adı dəyişdirilməklə İ.Əhmədov küçəsi, xx.xx.1993-cü il tarixli, 21/2*5 nömrəli sərəncamı əsasında isə Bakı şəhəri, Xəzər rayonunda Ə.Bayramov küçəsinin adı dəyişdirilməklə Ə.lsazadə küçəsi adlandırılmışdır. X4 Peşə Litseyinin yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Əli İsazadə küçəsi, 1 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2**8-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbayca n Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin1*.*2.2*12-ci il tarixli, 59* nömrəli Fərmanına uyğun qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Əli İsazadə, 2-ci döngə, 37 ünvan rekviziti müəyyən edilmişdir.

45. Məhkəmə işə baxan zamanı mütləq qaydada bu uğyunsuzluqla bağlı araşdırma aparmalı və bu hala hüquqi qiymət verməli idi. Xüsusilə iddiaçının hazırda harada yaşaması, yaşadığı ünvanın məhz yataqxana və liseyin ünvanı ilə eyni olub-olmaması müəyyən edilməli idi.

46. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olm ayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

47. Həmin qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür

48. İşə baxan məhkəmə hazırkı iş üzrə tam araşdırma aparmamışdır. Məhkəmə ancaq iddiaçının 2**4-cü ildə verildiyi iddia edilən şəxsiyyət vəsiqəsinin surətinə isti nad etməklə qərar qəbul etmiş və bununla da işini tamamlamış hesab etmişdir.

49. Ancaq məhkəmə işi tam araşdıraraq, BŞİH başçısının *5.*9.1995-ci il tarixli sərəncamına əsasən Liseyin əvvəlki ünvanı olan Fioletov küçəsinin, İ.Əhmədov küçəsi adlandırılmasını nəzərə alaraq, Liseyin hansı əsasla sonradan Əli İsazadə küçəsi 1 ünvanına dəyişdirildiyini və bu dəyişiklikdən sonra iddiaçının şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanının hansı əsasla 2*16-cı ildə yenidən köhnə ünvanın qeyd ediləsinin səbəblərini aydınlaşdırmalı idi.

50. Məhkəmənin araşdırmalı və hüquqi qiymət verməli olduğu əsas məsələlərdən biri də iddiaçının qeydiyyata alındığı Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanının mövcud olub olmamasının araşdırılması idi.Lakin məhkəmə kollegiyası bu əsasda sübutlar toplamamış və bu məsəl əyə hüquqi qiymət verməmişdir.

51. Cavabdeh iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri təkzib edən sübutları təqdim edə bilməmişdir.

52. Təkrar apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd edilən məsələləri nəzərə almalıdır.

53. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bi lməz.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2**8-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilmə lidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2**7-ci il 21 yanvar tarixli qərarı).

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.*9.2*23-cü il tarixli, 21(1*3)-2*68/2*23 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar