Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3710/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin məktubu imtina qəbul edilməklə (hərəkəti və hərəkətsizliyi) qanunsuz və əsassız hesab edilməli, Qaradağ rayonu, Körgöz Bələdiyyəsinin ərazisində yerləşən iddiaçıya məxsus 600 kv metr torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Korgöz Bələdiyyəsinin ** saylı, ## ####### 2007-ci il tarixli “Qaradağ rayon, Sahil qəsəbə sakini, ev 3, mənzil 1-də yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə “Protokundan çıxarışdan görünür ki, Qaradağ rayon, Sahil qəsəbə sakini, ev 3, mənzil 1-də yaşayan İddiaçı, Korgöz Bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilməsi və ona “Bələdiyyə torpaqlarının ayrılması haqqında” Azərbaycan Respublikasının Qanununa, “X3 X2 və RazılaşdırılmasıQaydaları Haqqında” Əsasnaməyə müvafiq Korgöz qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır.
2. ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Korgöz bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Korgöz bələdiyyəsi ərazisində yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsi alıcı İddiaçı salınmışdır. Torpaq sahələri üzərində hüquqlar, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə bu müqavilə dövlət kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada əmlakın dövlət reyestrində qeydiyyatan keçməlidirlər. Alıcıya torpaq hüququna dair şəhadətnamə verilmişdir. Satılan torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə alıcının mülkiyyətinə verilmişdir.
3. ******* nömrəli ##.##.2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Korgöz Bələdiyyəsinə 768 manat torpaq haqqı ödəmişdir.
4. Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktdan görünür ki, İddiaçı müraciəti əsasında torpaq sahəsinə bələdiyyə orqanının iclasında baxılmış və Korgöz bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə ##.##.2007-ci il tarixli ** saylı qərar qəbul edilmişdir. Müqavilə əsasında İddiaçı 768 manat haqq ödəmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli, ************ nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin məktubu imtina qəbul edilməklə (hərəkəti və hərəkətsizliyi) qanunsuz və əsassız hesab edilməli, Qaradağ rayonu, Körgöz Bələdiyyəsinin ərazisində yerləşən iddiaçıya məxsus 600 kv metr torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 2007-ci il tarixli ** saylı Qaradağ rayonu Körgöz Bələdiyəsinin qərarı, ## ####### 2007-ci il tarixli alqı satqı müqaviləsinə əsasən 600 kv m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona alqı-satqı yolu ilə satılmış, ## ###### 2007-ci il tarixli qəbzə əsasən o, 768 manat ödəniş etmişdir. Körgöz bələdiyəsinin sədrinin və Qaradağ RİH-nin təsdiq etdiyi sxemə əsasən 600 kv metr torpaq sahəsi ona təhvil verilmişdir. O həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir.
Cavabdehin etirazı:
8. Cavabdeh iddiaya dair etirazını təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinin mülkiyyətə ayrılmasına dair bələdiyyənin qərarı deyil, protokoldan çıxarış təqdim edilmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində yerləşir və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş və ## #### 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 2024-cü il ## ##### tarixli, e-*-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmamasını qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və K.H.Əkbərov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ##### tarixli, e-*-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkəmənin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertiza təyin olunaraq ekspert qarşısında torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi, bələdiyyə ərazisinə ayrılmış torpaq sahəsinə aid olub-olmamasına dair və s. suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert Rəyində rəyə gəlinmişdir ki, torpaq sahəsinin sərhədlərinin bir tərəfi hasar, üç tərəfi isə şərtidir. Üzərində tikili yoxdur. Faktiki sahəsi 0.06 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyinə əsasən də iddia edilən sahənin bələdiyyə ərazisi olmaması, sahənin dövlət mülkiyyəti torpağı olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
16. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd edilməni əsaslandırarkən qərarında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Qaradağ rayonu Korgöz Bələdiyyəsinin qərarı əsasında iddiaçıya ayrılsa da, iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamışdır. İnzibati icraat haqqında” AzərbaycanRespublikasının Qanununun (İİH ARQ) 2.0.1-ci maddəsinə əsasən bələdiyyələr inzibati orqan hesab edilirlər. İİH ARQ-nin 2.0.8-ci maddəsinə əsasən “qarşılıqlı etimad” dedikdə inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam nəzərdə tutulur. İİH ARQ-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. İİH ARQ-nin 13-cü maddəsinə əsasən bu prinsiplərdən biri də etimad hüququnun qorunması prinsipidir və bu prinsipə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Etimad hüququnun qorunması prinsipi ilə bağlı “X.Mustafayevanın şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci i l tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarının rəhbər tutulması məqsədəmüvafiqdir. Bu Qərarda qeyd edilmişdir ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibatiaktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıraqərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşıiş üzrə 2007-ci il13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015- ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qanunvericiliyin müvafiq normalarını, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi yanaşmalarını təhlil etdikdə aydın olur ki, iddiaçı bu məsələ ilə bağlı, yəni bələdiyyə tərəfindən ayrılmış və daha sonra iddiaçıya satılmış müvafiq torpaqla bağlı inzibati orqanın inzibati praktikasına etimad bəsləmiş və məhz bundan irəli gələrək ora mübahisəsiz sahiblik etmişdir. Qanunvericiliyə əsaəsən iddiaçının etimad hüququnun qorunmalı olduğu halda digər inzibati orqan olan cavabdeh (DƏDRKX) tərəfindən bu hüququn kobud şəkildə pozulması yolverilməzdir, çünki iddiaçının bu etimada əsaslanan gələcəkdə onun barəsində mülkiyyət hüququnu qeydiyyata almaq ilə ehtiva edilən qanuni gözləntiləri olmuşdur. Əgər ortada hansısa dövlət orqanı (inzibati orqan) tərəfindən yol verilən səhv olsa belə, bu səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Beləliklə, bu əsaslandırmalardan bəlli olur ki, cavabdeh (DƏDRKX) verdiyi imtina ilə iddiaçının qanunla qorunan etimad hüququnu (bu hüququn qorunması prinsipini) kobud şəkildə pozmuşdur. Müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Göründüyü kimi ## ####### 2007-ci il tarixli ** saylı Qaradağ rayonu Körgöz Bələdiyəsinin qərarı, ## ####### 2007-ci il tarixli alqı satqımüqaviləsinə əsasən 600 kv . metr torpaq sahəsi 768 manat müqabilində torpağı əldə etməyim və bu günə kimi həmin qərarın qüvvədə olması, müqavilənin etibarsız hesab edilməməsi və torpağın yalnız iddiaçının mülkiyyətində bu günə kimi olması və onunla bağlı dövlət, bələdiyyə və hər hansı fiziki şəxsin tələbi olmaması, torpaqdan sahiblik və istifadə etməyim mənim həmin torpaq sahəsinə mülkiyyət hüququm qeydiyyata alınması üçün ciddi əsaslardır. ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert Rəyində bələdiyyə torpağının dövlət torpağı kimi qeyd edilməsinin yeganə əsası DƏDRX-nin verdiyi mütəxəssis rəyidir. Cavabdeh orqanın mütəxəssis rəyinin əsasən ekspertiza rəyinin tərtibi özlüyündə həmin ekspertiza rəyini şübhə altına alır. Ümumiyyətlə cavabdeh orqanın mütəxəsisizin işə cəlb edilməklə rəy alınması işin başqa bir qanunsuz tərəfidir. Cavabdeh orqan həmin torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus olmasına dair hər hansı əsaslı sübut məhkəməyə təqdim etməməsinə baxmayaraq məhkəmə qanunsuz və əsassız qərar çıxarmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
19. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Korgöz Bələdiyyəsinin ** saylı, ## ####### 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməsə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yeni qərarla iddia rədd edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsi iddianın rədd olunmasına dair gəldiyi nəticəni iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə əsaslandırmışdır. Bu nəticəyə isə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert Rəyi əsasında gəlmişdir. Həmin rəydən görünür ki, ekspert rəydə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə istinad edərək vahid elektron baza məlumatlarına əsasən mübahisəli sahənin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olmasını qeyd etmişdir.
31. Kollegiya razılaşır ki, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Lakin baza məlumatlarında mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti kimi göstərilməsi hələ bu torpaq sahəsinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 1999-cu il ## ###### tarixli, *** nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Korgöz bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinə birmənalı aid edilmədiyi anlamına gəlmir anlamına gəlmir.
32. Qeyd olunmalıdır ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 1999-cu il ## ###### tarixli, *** nömrəli Azərbaycan Respublikası Qanununa görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər.
33. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qanuna uyğun olaraq Korgöz bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılıb-ayrılmadığı (ayrılması nəzərdə tutulmuş torpaq sahələri ilə bağlı müvafiq sənədlər (dövlət orqanının aktı, torpaqayrma sənədləri, yerquruluşu planı və s.) araşdırılmaqla), mübahisəli torpaq sahəsinin məhz həmin sənədlər əsasında Korgöz bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşibyerləşmədiyi müəyyənləşdirməlidir. Hazırkı mübahisəyə münasibətdə qanunauyğun qərarın qəbulu üçün məhz qeyd olunan xüsusat həlledici əhəmiyyət daşıyır və həmin hallar araşdırılmadan qəbul olunmuş məhkəmə qərarı əsaslı sayıla bilməz.
34. Eyni zamanda iş materiallarında Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən bəzi torpaq sahələrinə dair vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışlar (iş vərəqi 39, 40, 41) mövcuddur. 2024-cü il ## #### tarixli məhkəmə iclasının protokolundan və həmin iclasın video-audio yazısından aydın olur ki, həmin çıxarışlar iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş və həmin torpaq sahələrinin ərazidə olan qonşulara məxsus olması bildirilmişdir.
35. Kollegiya bildirir ki, həmin torpaq sahələrinin həqiqətən də iddiaçıya ayrılan torpaq sahəsi ilə qonşuluqda (həmsərhəd) yerləşməsi müəyyən edilməmiş, qeyd olunan çıxarışların verilməsinə əsas olan hüquqmüəyyən edici sənədlər tələb edilməmiş, ümumiyyətlə bu məsələyə hər hansı münasibət bildirilməmişdir.
36. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.