Məhkəmə qərarları › İş №2-1(102)-3711/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3711/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3711/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Sədərək rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Sədərək rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2012-ci il tarixli, ** nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ### 2025-ci tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” ##.##.1997-ci il tarixli, *** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, iddiaçı, Sədərək rayon MTT və MİB-nin yanacaqdoldurma məntəqəsini satın almışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə Sədərək rayon Dövlət Notariat Kontorunda ##.##.1997-ci il tarixdə qeydiyyata alınan *E/*** nömrəli razılaşma sənədi, Türkiyə Respublikasının vətəndaşı İsa Bilir Bəhlul oğlunun və Naxçıvan şəhər sakini X2 ##.##.1998-ci il tarixli ərizələri nəzərə alınaraq, Sədərək rayon MTT və MİB-nin yanacaq doldurma məntəqəsinin özəlləşdirilməsinə dair iddiaçının adına verilmiş ##.##.1997-ci il tarixli, *** qeydiyyat nömrəli şəhadətnamə ləğv edilmişdir. Sədərək rayon İcra Hakimiyyətinin ##.##.2012-ci il tarixli, ** nömrəli sərəncamı ilə, Sədərək rayonunun dövlət mülkiyyətinə aid olan Sədərək-Naxçıvan magistralının sol tərəfində Sədərək kəndi ərazisində 0,66 hektar torpaq sahəsi “Nəqşicahan Holding LTD” Şirkətlər Qrupunun “xxxx” MMC-nin daimi istifadəsinə verilərək həmin ərazidə yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam Naxçıvan MR Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ona məxsus yanacaqdoldurma məntəqəsinin olması barədə 1997-ci il tarixli şəhadətnamə təqdim etsə də, 1998-ci ildə həmin şəhadətnamə ləğv edilmişdir. Həmin yanacaqdoldurma məntəqəsinin mövcud olması, harada yerləşməsi, iddiaçı tərəfindən hansı tarixlərdə istifadə edilməsi, şəhadətnamədə göstərilən yanacaqdoldurma məntəqəsinin hazırda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə eyni məntəqə olması və ya eyni ərazidə yerləşməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, həmçinin iddiaçı bununla əlaqədar sübutlar təqdim etməmişdir. İddiaçı ona verilmiş şəhadətnamənin ləğv edilmədiyini, razılaşma sənədindən məlumatlı olmadığını və onun tərəfindən imzalanmadığını qeyd edir. Lakin iddiaçı yanacaqdoldurma məntəqəsinin 1998-ci il tarixdə və həmin tarixə qədər, həmiçinin həmin tarixdən sonra onun istifadəsində olması, harada yerləşməsi, 1998-ci il tarixdən sonra ona məxsus yanacaqdoldurma məntəqəsinin olduğu təqdirdə nə üçün ona sahiblik və ondan istifadə etməməsi barədə sübutlar təqdim etməmişdir. Həmçinin araşdırma nəticəsində həmin tarixlərdə və sonrakı dövrlərdə iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin olması, iddiaçı tərəfindən istifadə edilməsi halları müəyyən edilməmişdir. İddiaçı 1998-ci il tarixdən sonra ona məxsus yanacaqdoldurma məntəqəsinin olduğu təqdirdə həmin yanacaqdoldurma məntəqəsinin onun sahibliyindən hansı qaydada çıxması və hansı səbəbdən hüququ pozulduğu təqdirdə uzun illər inzibati orqana və məhkəməyə müraciət edərək mübahisələndirməməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş və bu istiqamətdə araşdırma aparılmış, lakin iddiaçının subyektiv hüququ müəyyən edilməmiş və iddiaçı subyektiv hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarları).

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar