Məhkəmə qərarları › İş №2-1(102)-3714/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3714/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3714/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi, iddianın mümkünsüzlüyü, tərəflərə münasibətdə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, ## ####### 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əməkhaqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını хаhiş еtmişdir.

2. Bakı Inzibati Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. Qərardan apellyasiya şikayəti verilmiş, apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən sərəncama götürülməsi barədə ##.##.2019-cu il tarixli, ****/***Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə ##.##.2019-cu il tarixli,****/****Ş nömrəli əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, ## ####### 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əməkhaqqının, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və apellyasiya məhkəməsinin ## ###### 2020-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli iş üzrə ## ###### 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

6. Qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında ## ####### 2019-cu il tarixli, ****/****Ş nömrəli əmri ləğv edilmiş, iddiaçı İddiaçı Gömrük orqanlarında ixtisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/***Ş nömrəli “İddiaçı gömrük orqanlarında vəzifəyə bərpa olunması haqqında” əmrinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin “Poçt göndərişləri” gömrük postunun inspektoru, R İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında” ## ####### 2019-cu il tarixli, ****/****Ş nömrəli əmri ləğv edilmiş, İddiaçı Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin “Poçt göndərişləri” gömrük postunun inspektoru vəzifəsinə təyin olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi qərara alınmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, gömrük orqanlarında xidmətinə qanunsuz olaraq xitam verildiyi ##.##.2019-cu il tarixdən gömrük orqanlarında xidmətə bərpa olunduğu ##.##.2023-cü il tarixədək olan müddət üçün ona ödənilməli olan pul vəsaitinin hesablanması və həmin pul vəsaitinin kompensasiya şəklində ona ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2003-cü il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin ##.##.2019-cu il tarixli, ****/****Ş nömrəli əmri ilə qanunsuz olaraq tutduğu vəzifədən azad edilərək gömrük orqanlarında xidmətinə xitam verilməsi səbəbindən hüquqlarını məhkəmədə müdafiə etmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının qanuni qüvvəyə minmiş ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı rəhbər tutulmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/***Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin ##.##.2019-cu il tarixli, ****/****Ş nömrəli əmri ləğv edilmiş, o, Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin “Poçt göndərişləri” gömrük postunun inspektoru vəzifəsinə təyin olunmaqla, əvvəlki vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin ##.##.2024-cü il tarixli, *-**/****Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə ##.##.2024-cü il tarixdən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/***Ş nömrəli əmri ilə gömrük orqanlarında xidmətə bərpa olunduqdan sonra ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək olan müddət ərzində ona çatası olan əməkhaqqı ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 130-cu maddəsində bilavasitə göstərilmişdir ki, xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əməkhaqqı ödənilir. Bu səbəbdən o, bir neçə dəfə bu barədə işlədiyi cavabdeh inzibati orqana şifahi müraciət etsə də, gömrük orqanlarında vəsait çatışmazlığı olduğu səbəbindən, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək olan müddət ərzində ona çatası olan pul vəsaitinin ödənilməsinin gecikdiyi bildirilmiş və ödəniləcəyi vəd edilmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə pensiyaya çıxmaq üçün ərizə ilə müraciət etdikdən sonra isə ona şifahi olaraq bildirilmişdir ki, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək olan müddət ərzində ona çatası olan pul vəsaiti bank kartına ödəniləcəkdir. Lakin qeyd etdiyi pul vəsaiti məbləğinin ona ödənilməsi təmin edilməmişdir. Cavabdeh inzibati orqana bununla bağlı yazılı müraciət etsə də, müraciətinə hər hansı münasibət bildirilməmişdir. Nəticədə, ona xeyli miqdarda maddi ziyan vurulmuşdur.

12. Bakı Inzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) ## ### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında ## ####### 2019-cu il tarixli, ****/****Ş nömrəli əmri ləğv edilərək, onun Gömrük orqanlarında ixtisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmiş, iddia qalan hissədə, yəni qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, ## ####### 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əməkhaqqı, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməmişdir. Iddiaçı hazırkı tələbində gömrük orqanlarında xidmətinə qanunsuz olaraq xitam verildiyi ##.##.2019-cu il tarixdən gömrük orqanlarında xidmətə bərpa olunduğu ##.##.2023-cü il tarixədək olan müddət üçün ona ödənilməli olan pul vəsaitinin hesablanaraq ödənilməsini mübahisələndirir. Iddiaçının hazırkı tələbi başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin tələbə qiymət verilmişdir. Eyni iddianın hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir.

14. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və N.X.Nəbizadə) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, hazırkı iddia “məcburi işburaxmaya görə ödənilməli olan əməkhaqqının” ödənilməsi barədə deyil. Cavabdeh inzibati orqanın iddiaçını işdən qanunsuz çıxarması və təxminən 4 ilə yaxın müddətdə onun əməkhaqqı qismində gəlirdən məhrum olması işin mübahisəsiz halıdır. 2024-cü ildə iddiaçının pensiyaya çıxması ilə əlaqədar xidmətinə xitam verilərkən, ona vurulmuş maddi ziyanın əvəzi kompensasiya edilməli olduğu halda cavabdeh inzibati orqan bu vəzifəsini yerinə yetirməmişdir. Ona görə də “Inzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən iddiaçının ona vurulmuş maddi ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Iddiaçının hazırkı iddiaya hüquqi marağı məhz ## ###### 2023-cü ildən sonrakı dövrdə cavabdeh inzibati orqanın hərəkətsizliyi nəticəsində ona vurduğu zərərin əvəzinin kompensasiya edilməsi ilə bağlıdır. Ona görə də Bakı Inzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin başqa iş üzrə qanuni qüvvəsində olan qərarın preyudisiallığına istinadla iddianı mümkünsüz sayması qanunsuzdur. Belə ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri ilə iddiaçıya vurduğu ziyanın əvəzinin ödənilməsindən faktiki imtinasından müdafiə olunmaq üçün irəli sürülmüş iddia tələbinin hüquqi taleyi - “əmrin ləğvi və işə bərpa...” tələbinə dair iş üzrə qərardan asılı hala salına bilməz. Iddia tələbində ifadə tərzindən asılı olmayaraq, hazırkı iddiada iddiaçının çatmaq istədiyi hüquqi marağı ## ###### 2023-cü ildən sonrakı dövrdə cavabdeh inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi olduğu nəzərə alınmalıdır. Əgər qoyulmuş iddia tələbinin ifadə formasına görə hər iki məhkəmə bu yeni tələbini əvvəlki (qərarla həll olunmuş) tələblə eyniləşdirmişdirsə, bu halda, Məhkəmə Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci və 13-cü maddələrinin tələblərinə riayət etməli idi.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi ... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi onun gömrük orqanlarında xidmətinə qanunsuz olaraq xitam verildiyi ##.##.2019-cu il tarixdən gömrük orqanlarında xidmətə bərpa olunduğu ##.##.2023-cü il tarixədək olan müddət üçün ona ödənilməli olan pul vəsaitinin hesablanması və həmin pul vəsaitinin kompensasiya şəklində ödənilməsinə nail olmaqdan ibarətdir.

30. Mübahisəyə dair hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında ## ####### 2019-cu il tarixli, ****/****Ş nömrəli əmri ləğv edilərək, iddiaçı İddiaçı Gömrük orqanlarında ixtisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmiş, iddia qalan hissədə, yəni qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, ## ####### 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əməkhaqqı, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməmişdir.

31. Göründüyü kimi, iddiaçının hazırkı tələbi başqa bir məhkəmə icraatının predmeti olmuş, həmin tələbə baxılaraq hüquqi qiymət verilmiş, bu barədə, məhkəmə qərarı hüquqi qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianın hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual qanunvericiliklə yolverilməzdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

33. Həmçinin, IPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

34. Eyni tərəflər araşında olan hazırkı mübahisəyə artıq bir dəfə baxılaraq, məhkəmə tərəfindən qərar qəbul edildiyi və həmin qərarın qanuni qüvvəyə mindiyi nəzərə alınmalı və iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu MPM-in 233.3-cü və IPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Bu anlamda, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz.

35. Kassasiya şikayətində qeyd edilir ki, iddia tələbində ifadə tərzindən asılı olmayaraq, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağının ## ###### 2023-cü ildən sonrakı dövrdə cavabdeh inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldiyi məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayır. Belə ki, IPMin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa yol verilmir.

37. Iddiaçı iddia ərizəsində gömrük orqanlarında xidmətinə qanunsuz olaraq xitam verildiyi ##.##.2019-cu il tarixdən gömrük orqanlarında xidmətə bərpa olunduğu ##.##.2023-cü il tarixədək olan müddət üçün ona ödənilməli olan pul vəsaitinin hesablanması və həmin pul vəsaitinin kompensasiya şəklində ona ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

38. Göründüyü kimi, iddiaçı kassasiya şikayətində qeyd edildiyi kimi, ## ###### 2023-cü ildən sonrakı dövrdə cavabdeh inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürməmişdir.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar