Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3718/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli və ##.##.2020 ci il tarixli, *** nömrəli əmrlərinə əsasən R İddiaçı, maliyyə bölməsinin rəisibaş mühasib, ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) 3 (üç) gün müddətinə ezamiyyətə göndərilmiş, ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissədən (Beyləqan rayonu) ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir.
2. N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2020-ci il tarixli *** nömrəli və ##.##.2020-ci il tarixli *** nömrəli ezamiyyə vərəqələrinə əsasən R İddiaçı N nömrəli hərbi hissəyə, Beyləqan rayonuna, xidməti zərurətlə əlaqədar olaraq ## ######## 2020-ci il tarixdən, ## ######## 2020-ci il tarixədək və ## ####### 2020-ci il tarixdən ##.##.2020ci il tarixədək ezamiyyə olunmuşdur. Təqdim olunmuş məntəqəyə getməsi və qayıtması haqqında qeydlər aparılaraq, hərbi hissələrin möhürləri ilə təsdiq edilmişdir.
3. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli * nömrəli arayışa əsasən, ##.##.2014-cü il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş R İddiaçı həqiqətən də, ## ######## 2020 ci il tarixdən ## ######## 2020-ci il tarixədək və ## ####### 2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində döyüş əməliyyatları zamanı döyüşlərdə istismar olunan avtomobil texnikalarının sazlığının saxlanılması (bərpa olunması) və ehtiyat hissələrinin aparılması üçün həmin ərazilərə ezam olunmuşdur.
4. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış ##.##.2024cü il tarixli 3- **-*/*-Q-****-**/**** nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə ezamiyyətdə olduğu ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli *** nömrəli Qərarına əsasən döyüş əməliyyatları aparılan ərazi olmadığına və ezamiyyətin xidməti ezamiyyət olması, döyüşlərdə iştirakı əmrlərlə təsdiqlənmədiyinə görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərabycan Reespublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissədə zabit kimi xidmət keçmişdir. Həmin hərbi hissədə xidmət keçərkən o, 44 X1 dövründə 2 dəfə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək və ##.##.2020-ci il tarixdən ##.##.2020- ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Ezamiyyəti 44 X1 döyüş əməliyyatları aparan hərbi hissələrin döyüş təminatı ilə əlaqədar olmuşdur. Lakin, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, bununla bağlı ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir və imtinanı qanunsuz və əsassız sayır.
Cavabdehin etirazı:
7. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 2024-cü il ## ###### tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçının N nömrəli hərbi hissə komandirinin əmrlərinə əsasən ## ######## 2020-ci il tarixdən ## ######## 2020-ci il tarixədək və ## ####### 2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) və Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində döyüş əməliyyatları zamanı döyüşlərdə istismar olunan avtomobil texnikalarının sazlığının saxlanılması (bərpa olunması) və ehtiyat hissələrinin aparılması üçün həmin ərazilərə ezam olunması və ezam olunduğu hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olması iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində xidməti vəzifəsini yerinə yetirmişdir. Beləliklə, cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
10. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) 2025-ci il ## ######## tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *- *(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “.....yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, * nömrəli arayışa əsasən, ##.##.2014cü il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş R İddiaçı həqiqətən də, ## ######## 2020-ci il tarixdən ## ######## 2020-ci il tarixədək və ## ####### 2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində döyüş əməliyyatları zamanı döyüşlərdə istismar olunan avtomobil texnikalarının sazlığının saxlanılması (bərpa olunması) və ehtiyat hissələrinin aparılması üçün həmin ərazilərə ezam olunmuşdur. Cavabdehə arayışda qeyd olunan (inzibati orqanın mövqeyinə görə) ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı sorğu verilsə də, arayışda göstərilənlər hər hansı formada təkzib edilməmiş, yalnız mücərrəd ifadələrdən istifadə edilərək hərbi hissənin ümumi olaraq dinc dövrdəki dislokasiyasının Beyləqan olmasına istinad edilmişdir. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə tələbindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir”.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi Müdafiə Nazirliyinin təqdim etdiyi sənədlərində göstərilənləri təhrif olunmuş formada və işə birtərəfli baxılması kimi qəbul olunmalıdır. Çünki, cavabdeh tərəfindən sorğu ilə bağlı aşağıda əks olunmuş məktublar məhkəmə iş materiallarına əlavə olunmuşdur: 1) N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli **/*** nömrəli cavab məktubunun aşağıda qeyd olunmuş abzası nədənsə məhkəmə qərarında öz əksini tapmamışdır. (orada göstərilmişdir: "... həmin vaxt (döyüşlərin aparılıması zamanı) N nömrəli hərbi hissənin rəhbərliyi və tabeliyində olan şəxslər texnikaların saz vəziyyətdə saxlanılması üçün məsul şəxs və ya şəxslər kimi fəaliyyət göstərməmişdir.") 2) Əməliyyat Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*- ****/**** nömrəli cavab məktubunda qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, orada Füzuli rayonun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərinin işğaldan azad edilməsi tarixləri göstərilmişdir. İddiaçı barədə təqdim olunmuş sənədlərdə qeyd olunmuş tarixlər işğaldan azad edilməsi xronologiyasına ziddir. Məhkəmə xidməti vəzifəsinə görə həmin məlumatları yoxlayıb, arayışda qeyd olunanlara tənqidi yanaşmalı idi. Göründüyü kimi, arayışda iddiaçının ezam olunduğu vaxtlarda orada qeyd olunmuş yaşayış məntəqələri, işğaldan azad edilməmişdir. Bu halda iddiaçının ora ezam olunması mümkün deyildi. Hətta, N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli **/*** nömrəli arayışında işğaldan azad edilmiş ərazilərə ezam olunub cümləsi işlədilmişdir. Məhkəmə həmin ifadəyə xüsusi diqqət yetirsə də (qalın şriftlə fərqləndirmişdir, qərar səh. 4) nədənsə bu xüsusatlara hüquqi qiymət verməmişdir. İkincisi, - Məhkəmə qərarından görmək olar ki, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi və həmin hərbi hissəni dislokasiyasının döyüş əməliyyatları aparılmayan ərazidə, yəni Beyləqanda yerləşməsi məsələsinə kifayət diqqət yetirilməyib, fərq qoyulmayıb və Müdafiə Nazirliyinin rəsmi məktublarında qeyd olunanlara şübhə ilə yanaşılsa da, nədənsə iddiaçının sözləri mötəbər faktlar kimi qəbul olunmuşdur. Belə ki, N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya yeri Beyləqan rayonu Mil qəsəbəsi olmuş və dəyişdirilməmişdir. Belə ki, Əməliyyat Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, 44 X1 dövründə N nömrəli hərbi hissənin dislokasiya yerinin dəyişdirilmədiyi müəyyən edilmişdir. Məhkəmə isə yuxarıda əks olunmuş rəsmi məlumata baxmayaraq, iddiaçının sözlərini xüsusilə vurğulayaraq (məhkəmə qərarında (səh.3, abzas 1) həmin cümlə qalın şriftlə göstərilmişdir) qeyd etmişdir: "Döyüş zamanı N nömrəli hərbi hissə Füzulidə, sülh zamanı isə Beyləqan rayonunda yerləşirdi". Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən qurumdur. Buna görə hərbi hissələrin dislokasiyanın və döyüş əməliyyatlarında iştirak etməsi Müdafiə Nazirliyi tərəfindən müəyyən olunur və təqdim olunmuş sənədlər mötəbər məlumatlardır. Həmin məsələlər dövlət qurumlarının səlahiyyətinə aid olduğundan, vətəndaşın buna dair mülahizələrinin hər hansı hüquqi qüvvəsi yoxdur. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir." İddiaçının hərbi hissənin dislokasiyasının yerləşdiyi Beyləqan rayonuna ezam olunması ona "Müharibə veteranı" adının verilməsi üçün əsas sayıla bilməzdi. N nömrəli hərbi hissənin isə döyüş əməliyyatlarında iştirak etməsi o, deməkdir ki, həmin hərbi hissənin şəxsi heyəti döyüş əməliyyatları aparılması üçün döyüş bölgəsinə göndərilmişdir. Dislokasiya yerinə isə ezam olunmuş şəxslər təbii ki, Beyləqanda qalırlar. Yuxarıda qeyd olunanlardan görmək olar ki, Danyarbəylinin Füzuli rayonunda olması rəsmi məlumatlarla üst-üstə düşmür və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə mötəbər sayıla bilməz. Üçüncüsü, Məhkəmə materiallarına əlavə olunmuş sənədlərin heç birində Danyarbəylinin N nömrəli hərbi hissəyə getib çatması barərədə məlumat yoxdur. Çünki, N nömrəli hərbi hissə tərəfindən verilmiş ezamiyyət vərəqəsində (üstündən xətt çəkilib) N nömrəli hərbi hissənin möhürü yoxdur. Beləliklə, Danyarbəylinin sənədlərində N nömrəli hərbi hissənin möhürü, əmri mövcud olmadığı halda, məhkəmə yalnız iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin təqdim etdiyi sənədləri əsasında belə qənaətə gəlib ki, o, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Bu isə özü-özlüyündə döyüş əməliyyatlarında onun iştirakını təsdiq etmir. Bu informasiya iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini və ya döyüş təminatı üçün ora ezam olunaraq xidmətini sübut etmir, çünki o, orada olsaydı adı həmin hərbi hissənin şəxsi heyətin siyahısına salınardı, əmrlərində, əlifba qeydiyyatı kitablarında olardı. Bo o deməkdir ki, şəxsin həmin hərbi hissəyə (037) gedib çatması təsdiq olunmayıb. Bunun üçün N nömrəli hərbi hissənin əmrləri və ya N nömrəli hərbi hissə tərəfindən verilmiş sənədlərin üzərində N nömrəli hərbi hissənin möhürü tələb olunurdu ki, Danyarbəylinin məhkəmə iş materiallarında mövcud deyil. N nömrəli hərbi hissənin sentyabr 2024-cü il tarixli *** nömrəli məktubunda (surəti əlavə olunur) da göstərilmişdir ki, R R İddiaçı N nömrəli hərbi hissəyə ezam olunması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir qeydiyyat yoxdur.
b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin əsassız olmasını bildirmiş və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
25. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsindən ibarətdir. Cavabdeh tərəfindən mübahisələndirilən məqam iddiaçının ezam olunduğu ərazilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli *** nömrəli Qərarına əsasən döyüş əməliyyatları aparılan ərazidə olmaması və ezamiyyətin xidməti ezamiyyət olması, iddiaçının döyüşlərdə iştirakının əmrlərlə təsdiqlənməməsidir.
26. Apellyasiya instansiya məhkəməsi iddianın əsaslı olmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, * nömrəli arayışa əsasən, ##.##.2014-cü il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş R İddiaçı həqiqətən də, ## ######## 2020-ci il tarixdən ## ######## 2020-ci il tarixədək və ## ####### 2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində döyüş əməliyyatları zamanı döyüşlərdə istismar olunan avtomobil texnikalarının sazlığının saxlanılması (bərpa olunması) və ehtiyat hissələrinin aparılması üçün həmin ərazilərə ezam olunmuşdur. Cavabdehə arayışda qeyd olunan (inzibati orqanın mövqeyinə görə) ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı sorğu verilsə də, arayışda göstərilənlər hər hansı formada təkzib edilməmiş, yalnız mücərrəd ifadələrdən istifadə edilərək hərbi hissənin ümumi olaraq dinc dövrdəki dislokasiyasının Beyləqan olmasına istinad edilmişdir.
27. Kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına tam cavab verməməklə, hazırkı mərhələdə iddianın təmin edilməsi üçün kifayət deyildir.
28. Kollegiya bildirir ki, yuxarıda qeyd olunan apellyasiya instansiya məhkəməsinin istinad etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, * nömrəli arayışda iddiaçının Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində olduğu qeyd olunsa da, iş materiallarında olan ezamiyyət vəsiqələrində, həmçinin həmin hərbi hissə komandirinin *** nömrəli, *** nömrəli əmrlərindən çıxarışlardan iddiaçının N nömrəli hərbi hissəyə (Beyləqan rayonuna) ezam olunduğu qeyd olunmuşdur. Belə olan halda qeyd olunan ziddiyyətin aradan qaldırılması istiqamətində atılacaq ən zəruri addım iddiaçının ezam oldunuğu N nömrəli hərbi hissəyə sorğu edilərək bu məsələnin aydınlaşdırılması olmalı idi.
29. Nəzərə alınmalıdır ki, iddiaçının N nömrəli hərbi hissədən Füzuli rayonunun həmin zaman işğal altında olan Qaraxanbəyli və Seyidəhmədli kəndlərində göndərilməsi barədə hazırkı vəziyyətdə daha mötəbər məlumat həmin hərbi hissə tərəfindən verilə bilər. Odur ki, təkrar apellyasiya araşdırması zamanı həmin hərbi hissəyə sorğu iddiaçının hansı ərazilərdə hansı tapşırıqları yerinə yetirməsi dəqiqləşdirilməlidir.
30. Qeyd olunanlardan əlavə olaraq isə Kollegiya bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
31. Bununla yanaşı, Əsasnamənin qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
32. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir.
33. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
34. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
35. Hazırı işin hallarından isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmış, apellyasiya instansiya məhkəməsi tərəfindən də qərar dəyişdirilmədən saxlanılmışdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.