Məhkəmə qərarları › İş №2-1(102)-372/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-372/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-372/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması, müharibə vəziyyəti ilə əlaqədar təhsil dövrünün bir hissəsinin distant qaydada keçirilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1927/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş HK 47746785 nömrəli, 30.01.2015-ci il tarixli diploma əsasən iddiaçı 2015-ci ildə Mariupul Dövlət Universitetinin tam kursunu bitirmişdir. “Dil və Ədəbiyyat (ingilis dili” ixtisası üzrə tam təhsilini bitirmiş və Filologiya, Ali məktəbdə ingilis və Alman dilləri və Xarici Ədəbiyyat müəlliməsi üzrə magistr dərəcəsi üzrə təltif olunmuşdur. Qeyd olunan diplom 30.08.2016-cı ildə Ukrayna Təhsil və Elm Nazirliyinin şöbə rəisi Fedotkina O.İ tərəfindən apostil olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 2014-cü il tarixli, 007568 qeydiyyat nömrəsi olan şəhadətnaməyə əsasən iddiaçıya 02.07.2013-cü ildə X3 Universiteti tərəfindən verilmiş HK seriyalı, 45471510 saylı bakalavr diplomu Azərbaycan Respublikası ərazisində tanınmışdır. Ali təhsil diplomuna əlavədə iddiaçının əyani təhsil formasında təhsil aldığı; təcrübə müddəti: ikinci xarici dil üzrə pedaqoji təcrübə - 04 həftə, əsas xarici dil üzrə elmi-pedaqoji təcrübə - 4 həftə, ikinci xarici dil üzrə təcrübə - 4 həftə, tədqiqat təcrübəsi -2 həftə göstərilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh məsələnin həllindən imtina etmişdir. Həmin imtinanı cavabdeh onunla əsaslandırmışdır ki, Ukrayna Respublikası Mariupol Dövlət Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. İddiaçı 31 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti tərəfindən onun adına verilmiş HK 47746785 nömrəli, 30.01.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə imtahan verərək texniki liseyə daxil olmuş və 2009-cu ildə ora nı fərqlənmə ilə bitirmişdir. Həmin ildə yüksək bal ilə Ukrayna Respublikasının Mariupol Dövlət Universitetinin “İngilis (alman) dili və ədəbiyyat” ixtisasına daxil olmuş və 2013-cü ildə Universiteti qırmızı diplomla bitirmişdir. 2013-cü ilin iyul ayında imtahan verərək Mariupol Dövlət Universitetinin magistratura pilləsində təhsilini davam etdirmiş, həmin ildə Ukrayna Respublikasında siyasi mübarizələr başlamışdır. Fövqəladə vəziyyət ilə əlaqədar olaraq Azərbaycana qayıtmış, ancaq çətinliklə də olsa təhsilini davam etdirmişdir. 30.01.2015-ci ildə magistraturanı bitirmiş, tədris müddəti 1 il 5 ay olub. İyul ayında imtahan verib magistraturaya daxil olmuş, 29.08.2013-cü ildə Azərbaycana ailəsiylə birgə qayıtmışlar. Bir iki ay qalıb yenidən Ukraynaya qayıtmaq fikrində olublar. Ancaq Donbas da vəziyyət gərginləşməyə başladı. Ona görə də qayıtmaq fikrindən daşınmışlar. Fakültə dekanı icazə verdi ki, təhsilini bir müddət distant şəkildə davam etdirsin. Bütün tapşırıqlar elektron formada göndərilmişdir. 30.12.2013-cü ildə təyyarə ilə Ukrayna Respublikasına qayıtmış. Yaşadığı və təhsil aldığı şəhər çatmaq üçün iki təyyarə dəyişmişdir. Bakı-Kiyev və Kiyev-Donetsk, sonra isə maşın ilə 2 saat yol. Sessiyanı 1 həftə müddətində verməli olmuşdur. 06.01.2014-cü ildə yenidən vətənə qayıtmışdır. İkinci sessiyaya 2014-cü ilin iyul ayında çətinliklə də olsa getmiş. Bu dəfə ilə təyyarə ilə deyil, maşın ilə getmişdir. May ayında Donetskdə yerləşən hava limanında partlayış baş vermiş, Artıq Donbasa çıxış və giriş demək olar ki, mümkün deyildir (digər şəhərlər deyil yalnız Donbasda yerləşən şəh ərlərə, əsasən Mariupol və Luqansk). 4 təcrübəmi (üçü 4 həftə və biri 2 həftə) burada rəhbərlik tərəfindən keçməsinə icazə verilmişdir. Təxminən bir ay qalıb sessiyanı verərək yenidən Mingəçevir şəhərinə qayıtmışdır. Tapşırıqlar yenə də əvvəlki kimi elektron formada göndərilirdi və cavablandıraraq onları dekan və dekan müavininə göndərirdi. Ukrayna Respublikasının Mariupol Dövlət Universiteti ali təhsil ocaqlarından biri hesab olunmaqla qanuni şəkildə fəaliyyət göstərir. İddiaçı göstərilənlərə və “Təhsil haqqında” Qanunun 27.4, 32, 33,44-cü maddəsinə, Qaydalarının 1.4-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimTağıyev Zaur Müzəffə r oğlu,21(82)-3623/2018 saylı iş) 4 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərəkUkrayna Respublikasının Mariupol Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş HK 47746785 nömrəli 30.01.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 18.07.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi İddiaçı diplomunun ekvivalentliyi barədə şəh adətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, AR NK-nın 13.05.2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 3.6-cı bəndində ekvivalentlik haqqında Şəhadətnamənin verilmə əsaslarından biri də Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərinə uyğunluğudur. Qeyd olunanlardan da göründüyü kim i iddiaçının magistr dərəcəsi üzrə aldığı Ali məktəbdə ingilis və Alman dilləri və Xarici Ədəbiyyat müəlliməsi ixtisası Azərbaycan Respublikasına təhsilin müvafiq strukturuna qoyulan tələblərə uyğundur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9-məruzəçi, X5 və X13, 2-1(103)-371/2019 saylı iş) 19 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6-məruzəçi, X2 və X7, 2-1(102)-1763/2019 saylı iş) 29 may 2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtis adi kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8-məruzəçi, X10 və X4, 2-1(103)-1927/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə qaldığı müddət (cəmi 29 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 88 saylı, 12 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.9-cu bəndi ndə nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdır. Ona görə də, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasına dair cavabdehin imtinasının və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı 30 oktyabr 2019-cu il tarixdə qərarın surətini almış, 2 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Ukrayna Respublikasının Mariupol Dövlət Universitetindən verilmiş 6 mart 2019-cu il tarixli arayışda Ukrayna Təhsil və Elm Nazirliyinin 04.06.2014-cü il tarixli məktubuna is tinad edilərək qeyd edilmişdir ki, universitetin administrasiyası təsdiq edir ki, Donetsk və Luqansk vilayətlərində yaranmış qeyri-stabil hərbi-siyasi vəziyyətlə bağlı həmin vilayətlərdə yerləşən ali təhsil müəssisələrində 2013-2015-ci tədris illərində dövlət attestasiyasını distant şəkildə təşkil edilməsini Ukrayna Təhsil və Elm Nazirliyi tövsiyə etmişdir. Birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə haqlı olaraq hesab etmişdir ki, ümumiyyətlə cavabdeh inzibati orqanın təqdim edilmiş diplomun ekspertizasını keçirmək səlahiyyəti olmamış və iki dövlət arasında olan sazişə əsasən Ukrayna Respublikasının təhsil müəssisəsi tərəfindən verilmiş diplomların ekvivalentliyi barədə şəhadətnamə ekspertiza keçirilmədən verilməlidir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 1.2, 1.3, 1.4, 2.1, 2.3, 2.4, 2.5, 3.2, 3.3, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edilərək qeyd edilmişdir ki, qeyd edilən Qaydaların tələblərinə əsasən iddiaçı ali təhsil sahəsində ixtisasların tanınması üçün zəruri olan sənədləri cavabdehə təqdim etmiş, eyni zamanda ixtisasın tanınması üçün Qaydaların 2.3-cü bəndində göstərilən şərtlər mövcuddur. Belə ki, iddiaçının adına verilmiş diplom 30 avqust 2016-cı il tarixdə Ukrayna Təhsil və Elm Nazirliyinin şöbə rəisi Fedotkina O.İ. tərəfindən apostil olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq e dilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin bəndin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyy ən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət form al baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, iddiaçı 2013-cü ildə Ukrayna Respublikası Mariupul Dövlət Universitetini bitirib bakalavr dərəcəsi üzrə diplom almış və bu diplom Azərbaycan Respublikasında tanınmışdır. İddiaçı 2015-ci ildə həmin universitetin Dil və Ədəbiyyat (ingilis dili” ixtisası üzrə tam təhsilini bitirmiş və Filologiya, Ali məktəbdə ingilis və Alman dilləri və Xarici Ədəbiyyat müəlliməsi üzrə magistr dərəcəsi üzrə təltif olunmuşdur. Qeyd olunan diplom 30.08.2016-cı ildə Ukrayna Təhsil və Elm Nazirliyinin şöbə rəisi tərəfindən apostil olunmuşdur. Ali təhsil diplomuna ə lavə iş materiallarına əlavə edilmişdir. İddiaçı magistr diplom üzrə ixtisasının tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtinası onunla əsaslandırmışdır ki, Ukrayna Respublikası Mariupol Dövlət Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəti cəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. İddiaçının təhsil müddəti Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin standartlarına uyğun gəlmir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisas ının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrə li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalen tlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh hes ab edir ki, iddiaçı magistratura pilləsi üzrə əyani təhsil alarkən Ukrayna Respublikasında qısa müddətdə olmuşdur. İddiaçı bildirir ki, təhsil aldığı müddətdə universitetin yerləşdiyi şəhər müharibə vəziyyətində olduğundan Ukrayna Respublikasında qısa müddətdə olmuşdur, lakin təhsilinin davamını distant formada həyata keçirmiş, bu səbəbdən ona diplom verilmiş və diplom apostillə təsdiq edilmişdir. Mariupol Dövlət Universitetinin 06.03.2019-ci il tarixli 01-24/334 saylı məktubunda Ukrayna Təhsil və Elm Nazirliyinin tövsiyəsinə əsasən hərbi-siyasi vəziyyətin qeyri sabitliyini nəzərə alaraq Ukraynanın Donetsk və Luqansk vilayətlərində yerləşən təhsil müəssisələrinə 2013-2015 təhsil illərində dövlət attestasiyasını (dövlət imtahanları verilməsini və magistr diplomlarının müdafiəsini) distant t əhsil formasının istifadə edərək İnternet vasitəsi ilə onlayn konfrans keçirilməsi tövsiyə edildiyi (Ukrayna Təhsil və Elm Nazirliyinin 04.06.2014-cü il tarixli 1/9-292 saylı məktubu) göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı magistratura təhsilini bütövlükdə distant formada almamışdır. O, təhsil müəssisəsinin yerləşdiyi şəhərdə olmuş, əyani təhsil dövrünün 29 gününü ali məktəbdə olmaqla fənlər tədris edilmiş, lakin hərbi-siyasi vəziyyətin qeyri-sabitliyi ilə bağlı təhsili özündən asılı olmayan səbəbdən ali məktəbin özündə davam etdirə bilməmiş, Ukrayna Təhsil və Elm Nazirliyinin tövsiyəsinə əsasən distant təhsil formasından istifadə edərək İnternet vasitəsi ilə onlayn konfrans əlaqəsi əsasında davam etdirmək məcburiyyətində qalmışdır. Bu isə iddiaçının magistratura təhsili nin distant formada alması kimi qəbul edilə bilməz. Odur ki, iddiaçı tələbində haqlı olmuşdur. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1927/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Ukrayna Respublikası Mariupol Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 yanvar 2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın tanınması və şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar