Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-372/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair i ş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(105)-377/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Corat bələdiyyəsinin 52 saylı 2 aprel 2021-ci il tarixli müraciətinə əsasən qəsəbə ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair Sumqayıt şəhəri İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 26 aprel 2021-ci il tarixli, 27 saylı rəyinə əsasən Corat qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılması məsələsinə baxılmış və yer quruluşu, təsərrüfat planına və baş plana uyğun 240 kv.m torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir.
2. Sumqayıt şəhər Corat bələdiyyəsinin 27 may 2022-ci il tarixli, 04 saylı protokol qərarı ilə bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Corat qəsəbəsi ərazisində 240 kv.m həyətyanı torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.2 və 16.3-cü və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10 və 23-cü maddələrinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Corat qəsəbəsi 546 saylı evdə yaşayan iddiaçının mülkiyyətinə ayrılmışdır.
3. Sumqayıt şəhər Corat bələdiyyəsi 23 iyul 2021-ci il qeydiyyat tarixli, ******** **83 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,024 ha torpaq sahəsini iddiaçıya satmışdır.
4. İddiaçı cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən 0,024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh 23 iyun 2022-ci il tarixli, **********81 nömrəli imtina məktubu ilə bildirmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, iddiaçının daimi qeydiyyat ünvanı Corat Bələdiyyəsinin ərazisində olmadığı halda, Sumqayıt şəhəri Corat Bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsi hərracdan kənar satılaraq bilavasitə iddiaçının mülkiyyətinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Corat bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 saylı qərarı ilə ayrılmış Corat qəsəbəsində yerləşən 0,024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Corat Bələdiyyəsinin 27 may 2022-ci il tarixli, 04 saylı protokol qərarı ilə iddiaçıya ayrılmış 0,024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, bununla bağlı Corat Bələdiyyəsinə müraciət etmiş, müraciəti ilə əlaqədar bələdiyyə tərəfindən Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət ünvanlanmışdır. Həmin İdarənin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan 240 kv.m torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, bələdiyyə tərəfindən bilavasitə (hərrac və ya müsabiqə olmadan) ona ayrılmışdır. Həmin məktubda bildirilmişdir ki, bələdiyyə tərəfindən təqdim olunmuş aktın surətindən də müəyyən olunur ki, uzun müddətdir iddiaçının istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və bu səbəbdən də torpaq sahəsinin geri qaytarılması mümkün olmaması nəzərə alınaraq Qanunun qeyd olunan 16.3-cü maddəsinin yaşayış və qeydiyyat ünvanından asılı olmayaraq faktiki sahibliyi nəzərə alınmaqla ayrılan torpaq sahəsi kateqoriyasına aid olunur. Həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsi nəzərə alınmaqla vətəndaşın qeydiyyat ünvanı deyil, torpaq sahəsindən uzun müddət istifadə etməsi və sahənin geri qaytarılmasının mümkün olmaması əsas gətirilərək belə bir qərar qəbul edilmişdir. Sonda göstərilmişdir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən bələdiyyələrin qəbul etdiyi aktların qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək yalnız Bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələrinin səalhiyyətlərinə aiddi r.
8. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(118)-2746/2022 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, Sumqayıt şəhəri Corat bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı qərarı ilə ayrılmış Corat qəsəbəsində yerləşən 0.024 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Corat qəsəbəsində deyil, Sumqayıt şəhərində qeydiyyatda olması iddianın təmin edilməsindən imtina üçün əsas ola bilməz. Torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Cavabdeh imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələblərinə uyğunlaşdırmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023cü il tarixli, 2-1(105)-377/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva -sədrlik edən, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki,. iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Corat bələdiyyəsinin 27 may 2022-ci il tarixli, 04 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Həmçinin Sumqayıt Regional Ədliyyə İdarəsi müvafiq məktubu ilə həmin bələdiyyə qərarının qanunauyğunluğuna hüquqi qiymət verərək iddiaçıya 240 kv.m torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun 09 nömrəli aktının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsin in tələblərinə uyğun qəbul edildiyini bildirmişdir.
14. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2.1, 15, “İnzibati icraat haqqında” Qanunun 64.2, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddələrinə, eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə istinad etmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1ci, Torpaq Məcəlləsinin 56-cı maddələrinə istin ad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillə rin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilm əsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə m üəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən büt ün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzah ir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı is tinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Corat bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 saylı qərarı ilə ayrılmış Corat qəsəbəsində yerləşən 0,02 4 ha torpaq sahəsinə çıxarışın verilməsinə yönəlmişdir.
30. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisələndirilən 240 kv.m həyətyanı torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.2 və 16.3-cü və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10 və 23cü maddələrinə əsasən (Qanun qüvvəyə minənədək istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələrinin onları istifadə edən şəxslərin mülkiyyətinə verilməsinə münasibətdə) Corat bələdiyyəsinin 27 may 2022-ci qərarı ilə iddiaçının mülkiyyətinə ayrılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ bu qərarın 19-c u bəndində istinad olunan normada təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Corat bələdiyyəsinin 27 may 2022-ci il tarixli, 04 saylı qərarına əsaslanır. Belə ki, həmin normaya görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu zaman nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Corat bələdiyyəsinin 27 may 2022-ci il tarixli, 04 saylı qərarı iddiaçının həmin bağ sahəsinin reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb hüququnun, cavabdehin isə iddiaçı qarşısında həmin bağ sahəsini qeydiyyata alma öhdəliyinin mövcudluğunu şərtləndirir.
32. Qeyd edilməlidir ki, həmin qərar hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmiş, etibarsız hesab edilməmiş və ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi barədə sübutlarda iş materialları ilə müəyyən olunmur. 33. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
34. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından im tinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmuşdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-20a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(105)-377/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.