Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3721/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 08 oktyabr 2025-ci il tarixli, 2-1(107)-616/2025 saylı qərardadından məhkəmə aidiyyətinin müəyyən olunmasına dair işə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı qanuni nümayəndəsi qismində atası Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Gəncə İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli 2-1(114)-4040/2025 nömrəli qərardadına (hakim X3) əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir
3. Birinci instansiya mə hkəməsi qeyd etmişdir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-37742025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim X2) inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-616/2025 saylı, 08 oktyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər X5 (məruzəçi), X4 və X6) inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhk əmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq 6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.... On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası nın xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hazırkı işin ərazi aidiyyətinin Şəki İnzibati Məhkəməsi olması qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.
9. Ərazi aidiyyatı ilə bağlı məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb iddiaçının qeydiyyat yeri ilə bağlı olmuşdur. Gəncə İnzibati Məhkəməsi iddia ərizəsini aiddiyati üzrə Şəki İnzibati Məhkəməsinə göndərərkən iddiaçının qeydi yyat yerinin Kəlbəcər rayonu, Əsrik kəndi olması göstərilsə də, onun faktiki olaraq Yevlax rayonu, Kövər kəndində müvəqqəti məskunlaşması hala istinad etmiş və bildirmişdir ki, Yevlax rayonu inzibati məhkəmələrin yurisdiksiyası baxımından Şəki İnzibati Məhkəməsinin ərazisinə aid olduğundan işə məhz həmin məhkəmədə baxılmalıdır.
10. Şəki İnzibati Məhkəməsi isə özünü hazırkı inzibati işə üzrə səlahiyyətli məhkəmə hesab etməyərək bildirmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qeydiyyat yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 3, mənzil 95 olduğundan inzibati işin ərazi yurisdiksiyası Şəki İnzibati Məhkəməsi ola bilməz.
11. Məhkəmə kollegiyası aiddiyat məsələsinə hüquqi qiymət verilməsi üçün ən əvvəl iddiaçının qeydiyyat yeri ilə bağlı məsələyə aydınlıq gətirilməsini məqsədə müvafiq hesab edir.
12. İş materiallarında olan AZ İİ N101750 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlüdür. İddiaçı qanunvericilik növqeyi nəzərdən yetkinlik yaşına çatmayan şəxs olduğundan onun hüquqları qanuni nümayəndə tərəfindən təmsil edilməlidir.
13. Məhz bu səbəbdən heç də təsadüfi deyil ki, iddia ərizəsi İddiaçı atası Qanuni nümayəndə tərəfindən imzalanmışdır (“Doğum haqqında şəhadətnamə”dən görünür ki, İmranov Qanuni nümayəndə Aynel Namiq qızı atasıdır). İddia ərizəsinin Qanuni nümayəndə tərəfindən imzalanması ona dəlalət edir ki, İddiaçı hüquqlarının müdafiəsi və hüquqi maraqlarının qorunması onun tərəfindən həyata keçirilir.
14. Məsələyə bu konteksdən yanaşan məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edi lən əsaslara görə inzibati işin aidiyyəti İddiaçı qeydiyyat yeri ilə deyil, qanuni maraqlarının təmsilçisi Qanuni nümayəndə yaşayış və ya qeydiyyat yeri ilə müəyyən edilməlidir. Belə bir yanaşmanın tətbiq edilməsinin qanuni əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində təsbit edilmişdir. Həmin normaya əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
15. Beləliklə, qeyd edilən hallarla müəyyən edilir ki, işin ərazi aidiyyəti yetkinlik yaşına çatmayan İddiaçı qeydiyyat yeri ilə deyil, atasının y aşayış və ya qeydiyyat yeri ilə müəyyən edilməlidir.
16. İş materiallarından görünür ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə qeydiyyat yeri Kəlbəcər rayonu, Əsrik kəndi olması göstərilsə də, o rəsmi olaraq Yevlax rayonu, Kövər kəndində müvəqqəti məskunlaşmışdır. 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
18. Başqa sözlə şəxsin hər h ansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir.
19. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının qanuni nümayəndəsi 1993cü ildən məcburi köçkün kimi Yevlax rayonunda məskunlaşmış və hal-hazırda da Yevlax rayonunda yaşayır.
20. İddiaçının qanuni nümayəndəsinin faktiki yaşayış yeri olan Yevlax rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
21. Odur ki, mübahisə ilə bağlı səlahiyyətli məhkəmə Şəki İnzibati Məhkəməsidir.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qə rara aldı: İş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.