Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3725/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: prokurorluq orqanlarında qulluq keçmiş şəxsin pensiyasının iki aylıq əmək haqqı məbləğində pul müavinəti və əmək haqqının ikiqat həcmində maddi yardım nəzərə alınmaqla hesablanması) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Nizami rayon şöbəsinə qarşı ona (id diaçıya) əmək pensiyasının yarandığı gündən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən iki aylıq (2 ilə dörd aylıq) əmək haqqı məbləğində pul müavinəti və 21.4-cü maddəsinə əsasən əmək haqqının ikiqat (2 ilə dördqat) həcmində maddi yardım nəzərə alınmaqla yenidən hesablanması və yenidən hesablanma üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınınxxx-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşd ur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh DSMF-nin Nizami rayon şöbəsinə qarşı ona (iddiaçıya) əmək pensiyasının yarandığı gündən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən iki aylıq (2 ilə dörd aylıq) əmək haqqı məbləğində pul müavinəti və 21.4-cü maddəsinə əsasən əmək haqqının ikiqat (2 ilə dördqat) həcmində maddi yardım nəzərə alınmaqla yenidən hesablanması və yenidən hesablanma üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İ ddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1976-cı ildən 2006-cı ilin sentyabr ayınadək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Yaş həddinə çatması ilə əlaqədar 20.08.2006-cı il tarixdə işdən azad olunmuşdur. Həmin vaxtdan ona 2002 - 2006-cı illərin ardıcıl gələn 60 ayının əmək haqqı nəzərə alınmaqla ömürlük əmək pensiyası təyin edilmişdir. Sonradan 2014-cü ilin iyun ayında pensiya 2014 - 2016-cı ilin son 24 ayı üzrə əmək haqqı üzrə yenidən təyin edilmişdir. Cavabdeh pensiya təyin edərkən pensiya təminatının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirməmiş və nəticədə onun (iddiaçının) sosial təminat hüququnun və bu hüququn ayrılmaz tərkib hissəsi olan pensiya almaq hüququnu kobud s urətdə pozmuşdur. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar onlara ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü, 20.1-ci, 20.8- ci, 20.8.3-cü, 26.1-ci, 29.3-cü maddələrinə əsasən əmək pensiyası yaşına çatmış prokurorluq işçilərinə əmək pensiyasına əmək haqqındakı sonrakı əlavələr və artımlar da nəzərə alınır. Bu artımlar nəzərə alınmaqla prokurorluq orqanlarında qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Lakin ona (iddiaçıya) əmək pensiyası hesablanarkən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən müalicə ilə əlaqədar müavinət, həmin Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş maddi yardım, habelə əmək haqqındakı sonrakı artım və əlavələr nəzərə alınmamışdır. O, qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsini n 12.06.2019-cu il tarixli, 2-1(82)-1716/2019, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının ona hüququ yarandığı gündən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən iki aylıq əmək haqqı məbləğində pul müavinəti və 21.4-cü maddəsinə əsasən əmək haqqının ikiqat həcmində maddi yardım nəzərə alınmaqla yenidən hesablanması və yenidən hesablanma üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edil məməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 12.06.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun müddəasından da göründüyü kimi, "aldıqları əmək haqqı" dedikdə iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, qanun aydın şəkildə iddiaçının və ya bir başqasınının qanunvericilikdənəzərdə tutulan əmək haqqından (və ya əmək haqqına daxil edilən əlavələr) deyil, aldıqları əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı "Prokurorluqda qulluqkeçmə haqqında" Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəs ində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınınxxx-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məh kəməsinin 26.09.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkə məsinin 26.09.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, qanunun müddəasından da göründüyü kimi, "aldıqları əmək haqqı" dedikdə iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, qanun aydın şəkildə iddiaçının və ya bir başqasınının qanunvericilikdənəzərdə tutulan əmək haqqından (və ya əmək haqqına daxil edilən əlavələr) deyil, aldıqlan əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan ş əxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı "Prokurorluqda qulluqkeçmə haqqında" Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 1976-cı ildən 2006-c ı ilin sentyabr ayınadək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, yaş həddinə çatması ilə əlaqədar 20 avqust 2006-cı il tarixdə işdən azad olunmuşdur. Həmin vaxtdan ona 20022006-cı illərin ardıcıl gələn 60 ayının əmək haqqı nəzərə alınmaqla ömürlük əmək pensiyası təyin edilmişdir. Sonradan 2014-cü ilin iyun ayında pensiya 2014-2016-cı ilin son 24 ayı üzrə əmək haqqı üzrə yenidən təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və " qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitu siyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı prokurorluq işçisi kimi 2006ci ildə pensiya yaşına çatdığından və ona pensiya həmin dövrdə təyin edildiyindən, ona pensiyanın yenidən hesablanarkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsi tətbiq oluna bilməz, 37.7-ci maddəsinin isə 01 iyul 2017-ci il tarixədək qüvvədə olan tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə ko nkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əliliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 31.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən aslı olmayaraq ödənilir. Azərbaycan Respublikası «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanununun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki ayiıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə görə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiy a təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə DSMF-nin məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin əsasnamənin 3.1.14-sü bəndinə görə əmək pensiyalarının və «Sosial sığorta haqqı nda» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək, 3.1.20-ci bəndinə görə əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək DSMF-nin vəzifələrinə aiddir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 26.09.2019-cu il tarixli qərarının ləğv edilm əsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi dəyişdirilmədən qüvvədə saxlanılsın. Kollegiyasınınxxxx nömrəli qərarı
Məhkəmə qərarları › İş №2-1(102)-3725/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3725/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver