Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3727/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi xxx və vəkili Əlizadə Kazimovun, cavabdehin nümayəndəsi xxx və vəkili Haqqı Cəlilovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı cavabdehin 15.01.2019-cu il tarixli A-03/04-ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi, Ukrayna Res publikasının “Sum Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 xxx nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx saylı iş üzrə xxxx-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı cavabdehin 15.01.2019-cu il tarixli A-03/04-ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi, Ukrayna Respublikasının “Sum Dövlət Universiteti” tərəfindən iddiaçının adına v erilmiş 30.06.2017-ci il tarixli, B17 xxx nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2013-cü ildə Ukrayna Respublikası Sumi Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 4 il həmin Universitetdə təhsil alaraq 2017-ci ildə bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 30.06.2017-ci il tarixdə xxx nömrəli diplom verilmişdir. Həmin diploma öyrənilmiş proqramların məzmunu və nəticəsi barədə eyni qeydiyyat nömrəli əlavə verilmişdir. Bu sənədlər 05.1 0.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq apostil edilməklə Rusiya Federasiyası dövləti tərəfindən rəsmi sənəd kimi təsdiq edilmişdir. Bundan sonra o, diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, o, Ukrayna Respublikası ərazisində qanunla müəyyən edilmiş qaydada oxuduğu universitetə qəbul olunmuş və universitetlə onun arasında rəsmi qaydada təhsil müqaviləsi b ağlanmışdır. Təhsil aldığı müddət ərzində universitetin çağırışları əsasında bütün sesiyalarda iştirak etmiş və bütün imtahanlar və yoxlama sınaqlarını vaxtlı-vaxtında vermişdir. Təhsil aldığı universitet Ukrayna Respublikasında qanuni əsaslarla yaradılaraq akkreditasiya edilmiş dövlət universitetidir. Birinci instansiya məhkəməsinin xxxx saylı (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbi təmin edilmiş, Ukrayna Respublikasının «Sum Dövlət Universiteti» tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 №xxx nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarınd an narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxxx-cu il tarixli, xxx saylı (hakimlər Ülvi Mayılov- sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xxx-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı «cavabdehin 15.01.2019-cu il tarixli, A-03/04-ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi, Ukrayna Respublikasının «Sum Dövlət Universiteti» tərəfindən iddiaçının adı na verilmiş 30.06.2017-ci il tarixli, B17 №xxx nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsi aldığı bilik bacarığını təyin etməkdən ötrü, xüsusi biliyə malik olan mütəxəssis məhkəməyə dəvət etmir. Odur ki, Ekspert Qrupunun rəyinə əsasən onun iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin mümkün olmamasını qeyd etməklə Apelyasiya Məhkəmə Kollegiyası yəqin ki, qərarda Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli Qərarının 1.6-cı bəndini qeyd edib göstərmiş, lakin yanlışlığa yol vermişdir. Həmi n qərarın 1.6-cı bəndinə görə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilməsi” -ni nəzərdən qaçırmışdır. Yəni apelyasiya məhkəmə heç bir faktiki və hüquqi sübutlar göstərmədən qeyd etmədən, “cavabdehin 15.01.2019cu il tarixli A-03/04-ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi, Ukrayna Respublikasının “Sumi Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilən 30.06.2017-ci il t arixli, B** JN ***64 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx-cu il tarixli qərarını ləğv etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli və iş № xxx nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ə.Kazımov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq norm alarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxxx-cu il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Rəhmanov da vəkili Ə.Kazımovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxxx-cu il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili H.Cəlilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xx-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxxx-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov da vəkili H.Cəlilovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxxx-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin fakt iki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxxx-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,Bakı Apelyasiya Məhkəməsi aldığı bilik bacarığını təyin etməkdən ötrü, xüsusi biliyə malik olan mütəxəssis məhkəməyə dəvət etmir. Odur ki, Ekspert Qrupunun rəyinə əsasən onun iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin mümkün olmamasını qeyd etməklə Apelyasiya Məhkəmə Kollegiyası yəqin ki, qərarda Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli Qərarının 1.6-cı bəndini qeyd edib göstərmiş, lakin yanlışlığa yol vermişdir. Həmin qərarın 1.6-cı bən dinə görə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilməsi” -ni nəzərdən qaçırmışdır. Yəni apelyasiya məhkəmə heç bir faktiki və hüquqi sübutlar göstərmədən qeyd etmədən, “cavabdehin 15.01.2019-cu il tarixli A-03/04ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi, Ukrayna Respublikasının “Sumi Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilən 30.06.2017-ci il tarixli, B** JN ***64 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx-cu il tarixli qərarını ləğv etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Təhsil haqqında» Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin t anınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası «Təhsil haqqında» Qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 4.1-ci maddəsinə əsasən «Bakalavr» dərəcəsi almış məzunlar: təhsil al dıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası nın 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. B u bənddə qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, «təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, «xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada ta nınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». Həmin bəndin c) yarımbəndində qeyd edir ki, «ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə anın verilməsi səpkisində baxılmalıdır». d) yarım bəndində qeyd edilir ki, «səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və s proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissə vi olmasının mümkünlüyünə baxılmalıdır». Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, «İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər». Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sa həsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin qaydaların 1.5-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyin də müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir». Həmin qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləy ən normativ hüquqi aktlar əsasında aparılır». Həmin qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respubiikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq stru kturlarına qoyulan tələblər uyğun olmalıdır. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ №-li Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» imzalanmış və həmin «Saziş»in 2-ci maddəsi ilə tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Həmin «Saziş»in 5-ci maddəsi ilə isə tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrin in «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, sözügedən «Saziş»in müddəaları ilə tərəflər bu dövlətlərdə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədləri qarşılıqlı surətdə tanınması və növbəti pillədə təhsili davam etdirərkən bu sənədlərin ekvivalent sayılması barədə razılığı gəlmişlər. Həmin Sazişin 5-ci maddəsi ilə isə Ukrayna Respublikasında verilmiş diplomlarının Azərbaycan tərəfindən tanınması müəyyən hal ilə şərtlənmiş və qeyd olunmuşdur ki, diplomların tanınması halda mümkündür ki, bu diplomlar Azərbaycan Respublikası ali təhsil müəs sisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun olsunlar. Göründüyü kimi, Sazişin 5-ci bəndində nəzərdə tutulan meyarların uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən müəyyən edilir. İşin hallarına görə isə iddiaçının müraciəti əsasında, cavabdeh inzibati orqanın Ekspert qrupu tərəfindən iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bütün yuxarıda göstərilənlərə istinadə n məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xxxx-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx-cu il tarixli xxx nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3727/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3727/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver