Məhkəmə qərarları › İş №2-1(102)-3727/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3727/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3727/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İmanov Ramiz Əyyub oğlunun cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İmanov Ramiz Əyyub oğlunun cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmə barədə ərizənin mümkün edilməməsi barədə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Səbail Rayon İcra Hakimiyyət Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları Üçüncü şəxs Camal oğlunun adına ilkin qeydiyyatdan keçmişdir.

2. ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Maraqlı şəxs adına özgəninkiləşdirilmişdir.

3. ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 adına özgəninkiləşdirilmişdir.

4. ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

5. İmanov Ramiz Əyyub oğlu (bundan sonra – “iddiaçı”) Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.1995-ci il tarixli, *** nömrəli sərəncamın etibarsız sayılması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin ##.##.1995-ci il tarixli, *** nömrəli sərəncamı etibarsız sayılmışdır.

7. Bundan sonra, ərizəçi Maraqlı şəxs tərəfindən ##.##.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmiş və qəbulundan imtina edilmişdir.

8. Ərizəçi Maraqlı şəxs məhkəməyə müraciət edərək, 2-1(112)- ****/**** saylı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməklə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin adı çəkilən qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsi Səbail RİH başçısının ## #### 1995-ci il tarixli, *** nömrəli sərəncamı ilə Üçüncü şəxs Camal oğluna verilmişdir. Ərizəçi ilə Üçüncü şəxs arasında bağlanılmış ##.##.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ona satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsinin Üçüncü şəxs Camal oğluna verilməsinə dair Səbail RİH başçısının ## #### 1995-ci il tarixli, *** nömrəli sərəncamının qeyr qanuni olmasından məlumatı olmamışdır. Buna görə də qanunvericiliyin tələbinə əsasən vicdanlı alıcıdır.

10. İddiaçı vəsatətə etiraz verərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi tərəfindən Üçüncü şəxs Camal oğluna adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 861 nömrə Reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına RX seriyalı, 1366281 çıxarışla özgəninkiləşdirilmişdir. Daha sonra ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həyat yoldaşının atası X2 adına özgəninkiləşdirilmişdir. Maraqlı şəxs ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. X2 Maraqlı şəxs həyat yoldaşı X3 atasıdır. Maraqlı şəxs X3 ilə ##.##.2021-ci ildə nikaha girmişlər. Sonradan saxta sənədlə zəbt olunmuş torpaq sahəsini ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həyat yoldaşı 28 gündən sonra X3 atası X2 adına özgəninkiləşdirilmişdir. ##.##.2021-ci il tarixli, 4Ə*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X1 bu ailəyə yaxın adamdır və Səbail rayonu Badamdar Bələdiyyəsinn # ######## 2005-ci il tarixli, *** nömrəli qərarının İmanov Ramiz Əyyub oğluna məxsus olmasından xəbəri var. Bakı İnzibati Məhkəməsi mübahisəni həll edərkən maraqlarına toxunan şəxs 3-cü şəxs kimi özünü tanıtmaq istəyən Maraqlı şəxs tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətin ## #### 1995-ci il tarixli sərəncamının Maraqlı şəxsn adının olması məhkəmə mübahisəsində onun hüquqlarının müəyyən edilməsini istisna edir. Torpaq sahəsinə dair sərəncam vermək, habelə torpaq sahəsindən çıxarılma məsələsinin həllinə dair məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması zamanı torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin, habelə dövlət mülkiyyətində olan torpağın hüquqi əsaslarının təhlili zəruridir. Ərizəçi Maraqlı şəxs mübahisəli Bakı şəhəri Səbail RİH-in ## #### 1995-ci il tarixli *** nömrəli sərəncamında ad və soyadı olmamışdır. ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən həyat yoldaşının atası X2 adına özgəninkiləşdirilmişdir, ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bununla da ərizəçi Maraqlı şəxs hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulmaması barədə irəli sürdüyü dəlillərə sənədlər və sübutlar təqdim etməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır (hakim – S.Quliyev).

12. Məhkəmə hesab etmişdir ki, ərizəçi Maraqlı şəxs mübahisəli daşınmaz əmlaka münasibətdə hər hansı hüquqmüəyyənedici və ya hüquqlarını təsdiq edən sənədə malik deyildir. İlkin məhkəmə araşdırması və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş etiraz məktubu ilə sabit olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları Səbail Rayon İcra Hakimiyyət Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamına əsasən Üçüncü şəxs Camal oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkiləşdirilmişdir. Daha sonra ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə olduğu halda ərizəçi Maraqlı şəxs iddiasında olduğu daşınmaz əmlak alqı-satqı ilə özgəninkiləşdirildiyindən ərizəçinin hazırkı ərizə üzrə subyekiv hüququ tanınmamaqdadır.

13. Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Məmmədov, hakimlər – Ş.Məmmədova, P.Hüseynov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

16. Maraqlı şəxs həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi ilə bağlı qərar qəbul edilən zaman onun mülkiyyətində olmuşdur. Belə olan halda həmin qərar birbaşa olaraq onun mülkiyyət hüququna və qanunla qorunan maraqlarına təsir göstərir. Hüququ və maraqlarının nəzərə alınmaması, məhkəmə qərarının ədalətliliyinə və obyektivliyinə şübhə yaradır. Bu səbəbdən məhkəmə tərəfindən onun icraata cəlb olunmaması prosessual hüquqlarının pozulması ilə yanaşı, həm də iş üzrə qəbul edilmiş qərarın qanuniliyinə ciddi xələl gətirir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz ərizəyə qarşı verilmiş etiraza uyğun əsaslanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır.

27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları Səbail Rayon İcra Hakimiyyət Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamına əsasən Üçüncü şəxs Camal oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. ##.##.2018-ci il tarixli, 4Ə- *** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkiləşdirilmişdir. Daha sonra ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

28. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, ərizəçi Maraqlı şəxs iddiasında olduğu daşınmaz əmlak alqı-satqı ilə özgəninkiləşdirildiyindən ərizəçinin hazırkı ərizə üzrə subyekiv hüququ tanınmamaqdadır.

29. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Maraqlı şəxs oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar