Məhkəmə qərarları › İş №2-1(102)-373/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-373/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-373/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: işə bərpa, müddətsiz əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilməsinin yolverilməzliyi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X2, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X5, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ve rgilər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2003/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə 29 oktyabr 2010-cu il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqavilə ilə iddiaçı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 29 mart 2011-ci il tarixə kimi qüvvədə olmuş, da ha sonralar Nazirliyin müvafiq əmrləri ilə müqavilənin qüvvədə olma müddəti uzadılmışdır. Bundan əlavə, iddiaçı ilə 30 dekabr 2016-cı il tarixli əmək müqaviləsi olmuş və iddiaçı Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müşaviri vəzifəsinə keçirilmişdir. Bu əmək müqaviləsinin qüvvədə olma müddəti Nazirliyin müvafiq əmrləri ilə uzadılmışdır. Vergilər nazirinin 12 iyul 2018-ci il tarixli əmri ilə iddiaçı ilə 11 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək tu tduğu Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müşaviri vəzifəsindən azad edilmişdir. İddiaçı cavabdehə qarşı 2 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 iyul 2018-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının verilməsi, vurulmuş 9.000 manat mənəvi zərərin əvəzinin ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı ilə (hakim X7, 2-1(82)-189/2019 saylı iş) iddia qismən təmin edilərək cavabdehin 12 iyul 2018-ci il tarixli əmri ləğv edilmiş, iddiaçı əvvəl ki işinə bərpa olunmuş, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər X8-məruzəçi, X6 və X3, 2-1(103)-2003/2019 saylı iş) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 22 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İş üzrə ərazi aidiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aiddir. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı 27 avqust 1990-cı il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 5 yanvar 2017-ci il tarixdən isə Vergilər Nazirliyinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departam entinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında sonuncu əmək müqaviləsi 5 yanvar 2017-ci il tarixdən 5 iyul 2017-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli xarakter daşımışdır. Məhz qeyd edilən əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iki dəfə uzadılmış hesab olunmuşdur. Nəhayət, əmək müqaviləsində müəyyən edilmiş 6 aylıq müddət sonuncu dəfə başa çatdıqdan sonra bir həftə ərzində Vergilər Nazirliyinin 12 iyul 2018-ci il tarixli əmrilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 6-cı hissəsinə əsasən xitam verilərək, o tutduğu vəzifədən azad edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir, lakin əmrin təsdiq edilmiş surətini məhkəmə iclasına gətirməmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassas iya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı çıxışında bildirmişdir ki, o cavabdeh orqanda işə götürülmüşdür, lakin mübahisə tam həllini tapmamışdır. İşə mahiyyəti üzrə baxılmasını xahiş edir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Vergilər Nazirliyinin tabeliyində müxtəlif qurumlarda vergi əməkdaşı kimi fəaliyyət göstərmiş, cavabdehin 12 iyul 2018-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin 12 iyul 2017-ci il tarixli əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçının vergi orqanlarında işə götürülməsi barədə əmr imzalandığını bildirmiş, lakin əmrin surəti məhkəmə kollegiyasına təqdim edilmədiyindən, habelə iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmadığı və məcburi işburaxma üçün əmək haqqı ödənilmədiyi üçün mübahisənin tam aradan qalxmadığını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Tərəflər arasında mübahisə tam həllini tapmadığından məhkəmə kollegiyası kassasiya şikayəti üzrə işə baxılmasını zəruri hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 1990-cı ildən başlayaraq əmək münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə məxsus orqanlarda vergi orqanının əməkdaşı kimi fəaliyyət göstərmişdir. Bundan sonra tərəflər arasında 29 sentyabr 2010-cu il tarixli əmək müqaviləsi bağlanmış, bu müqavilə ilə iddiaçı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə işə təyin edilmişdir. Əmək müqaviləsi (6 ay müddətində) 29 mart 2011-ci il tarixə kimi qüvvədə olmuş, daha sonralar cavabdehin müvafiq əmrləri ilə müqavilənin qüvvədə olma müddəti uzadılmışdır. Bundan sonra iddiaçı ilə cavabeh arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müşaviri vəzifəsinə keçirilmişdir. Bu əmək müqaviləsinin qüvvədə olma müddəti cavabdehin müvafiq əmrləri ilə uzadılmışdır. İddiaçının mübahisə açdığı cavabdehin 12 iyul 2018-ci il tarixli əmri ilə iddiaçı 11 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək tutduğu Vergilər Nazirliyi yanında Lokal Gəlirlər D epartamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müşaviri vəzifəsindən azad edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində qeyd edilir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Yəni cavabdeh əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı ilə arasında olan əmək müqaviləsinə xitam vermişdir. İşdə sonuncu əmək müqaviləsi 30 dekabr 2016-cı il tarixli müqavilədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 may 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, 30 dekabr 2016-cı il tarixli əmək müqaviləsində “İşçi” qrafasında “İddiaçı” yazısından aşağı hissəd ə yerləşən imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı müqavilədə olan imzanın ona məxsus olmadığını bildirmiş, bu məhkəmə ekspertizasının rəyi ilə sübuta yetmişdir. Ekspert rəyini şübhə altına almaq üçün məhkəmə kollegiyası tutarlı əsas görmür. Cavabdeh də həmin rəyin mötəbərsizliyi ilə bağlı məhkəmələrə sübut-dəlil təqdim edə bilməmişdir. 30 dekabr 2016-cı il tarixli əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmadığından belə müqavilənin qanuniliyi istisna edilir. Odur ki, mübahisəyə Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən hüquqi qiymət verilə bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması g östərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı halda Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilən hallar mövcud olmamışdır. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam e tdiyindən müddətsiz əmək müqaviləsi hesab edilir. Bu səbəbdən cavabdeh müqavilənin müddətinin qurtarması ilə müqaviləyə xitam verməsi barədə qəbul etdiyi əmr qanuni olmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olar aq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh tərəfindən iddiaçı barəsində əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozulduğundan məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının vəzifəsinə bərpa edilməsi barədə gəlinən nəticə əsaslı olmuşdur. Ərazi aidiyyətinin pozulması ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Kəlbəcər rayonunda qeydiyyatda olmasına baxmayaraq məcburi köçkün kimi Bakı şəhərində qeydiyyatda olduğundan, hazırkı iddia növü məcburetmə haqqında (İPM-in 2.2.2-ci maddəsi) iddia olduğundan, İPM-in 8. 1.4-cü maddəsinə əsasən, belə iddialara cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxıldığından mübahisənin ərazi aidiyyəti pozulmamışdır. 29 oktyabr 2010-cu il və 30 dekabr 2016-cı il tarixli müqavilələrdə işçinin əmək funksiyasının fərqli olması 30 dekabr 2016-cı il tarixli müqavilə etibarlı olmadığından işin vəziyyətini dəyişmir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2003/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar