Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-373/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı ərazi filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (əlilliyə görə müavinətın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon şöbəsinə qarşı “xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-378/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı İddiaçı xx.xx.1970-ci ildə Siyəzən Şəhərində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı xx xxxxxx 1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən “xxxx” İstehsalat Birliyinin Tikin ti X1 Quşçuluq Fabrikinin TMM-nin anbarında yükləyici işində işləmişdir. 1991-ci ilin 11 yanvarında avtokranın qaldırıcı strelasını qaldıran zaman avtokranın strelası 10 kv-luq gərginlik xəttinə toxunmuşdur. Hadisə nəticəsində sağ əlinin 4-cü barmağnı amputasiya edilmişdir. Həmçinin onun sol ayağı sağ ayağından 7 sm qısadır. xx xxxxxx 1991-ci ildə TSEK-in qərarı ilə 3-cü qrup əlil kimi ona pensiya təyin edilmişdir. 2011-ci ildən isə 70 % xəsarət dəyməklə 2-ci qrup zəhmət əlili pensiyası təyin edilmişdir. Ona dəymiş zərərin əvəzini almaq üçün dəfələrlə işlədiyi idarəyə, DSMF-nin Siyəzən rayon şöbəsinə müraciət etmişdir. Müraciətilərə imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, onun “xxxx” ASC-də xəsarət almağı ilə əlaqədar heç bir sənəd aşkar edilməmişdir. Birinci instansiya məhkə məsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-290/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx xxxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək əmək xəsarətinə görə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon şöbəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulm uş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəniş üzrə borclarının tənzimlənməsi Qaydalarına» istinad etmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-378/2020 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Telman Məmmədov və Səyyad Qafari) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-290/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışd ır.
9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi sözügedən Qaydalara, eləcə də İnzibati Prosessual Məcəllənin 68.1, 68.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:
10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərar Azərbaycan Respublikası Prezidentinin 2008ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları»nın 2-ci bölməsinə göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bu Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul e dilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borclarına şamil olunur. «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələr Müdiriyyətinin adı həmin qərarda qeyd olunmadığı üçün ona aylıq ödəncin verilməməsi apelyasiya məhkəməsinin nəzərinə çatdırılsa da, məhkəmə tərəfindən bu xüsusata diqqət yetirilməmişdir. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlə Baş İdarəsinə müvafiq sorğular göndərilmiş və həmin so rğulara verilmiş, iş materiallarında olan müvafiq cavab məktublarında «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələr Müdiriyyətinin adının reyestrdə aşkar olunmaması müəyyən edilmişdir. Lakin, bu xüsusatlara məhkəmə tərəfindən diqqət yetirilməmişdir.
11. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(105)-378/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının poz ulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının fa ktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətində yeganə bir dəlil öz əksini tapmışdır ki, bu dəlil də cavabdehin kasasiya şikayətində yazdığı kimi ondan ibarətdir ki, «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları»nın 2-ci bölməsinə göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bu Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borclarına şamil olunur. «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələr Müdiriyyətinin adı həmin qərarda qeyd olunmadığı üçün ona aylıq ödəncin verilməməsi apelyasiya məhkəməsinin nəzərinə çatdırılsa da, məhkəmə tərəfindən bu xüsusata diqqət yetirilməmişdir. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlə Baş İdarəsinə müvafiq sorğular göndərilmiş və həmin sorğulara verilmiş, iş materiallarında olan müvafiq cavab məktublarında «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələr Müdiriyyətinin adın ın reyestrdə aşkar olunmaması müəyyən edilmişdir».
18. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehin bu hüquqi mövqeyi iddiaçıya verdiyi imtina cavab məktubundan başlamaqla bütün məhkəmə instansiyalarında, o cümlədən kasasiya instansiyası məhkəməsində də eyni ilə təkrarlanır.
19. Halbuki apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx xx xxxxxx 1991-ci ildə «xxxx» İstehsalat Birliyinin Tikinti X1 Quşçuluq Fabrikində avtokranın qaldırıcı strelasını qaldıran zaman avtokranın strelası 10 kv-luq gərginlik xəttinə toxunaraq xəsarət almışdır.
20. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xx xxx 1986-cı ildən xx xxxxxx 1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx xxxxx 1990-cı ildə n xx xxxxxx 1992-ci il tarixədək «xxxx» Tikilən idarənin müdiriyyəti tərəfindən Siyəzən quşçuluq fabrikində işə götürülmüşdür.
21. TSEK-nin xx xxxxx 2016-cı il tarixli arayışına əsasən, iddiaçıya həmin tarixdən 3-cü dərəcəli əlillik verilmişdir.
22. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən ƏMDK-nin xx xxxx 2015-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, X2 əsasında yaradılmış «xxxx» ASC-nin səhmləri 2013-cü ilin oktyabr ayında tam olaraq özəlləşdirilmişdir və həmin tarixdən səhmdar cəmiyyəti müstəqil təsərrüfat subyekti kimi fəaliyyət göstərir.
23. X5 Komitəsinin xx xxx 2018-ci il tarixli məktubuna əsasən Dövlət Əmlak Komitəsinin xx xxxxxxx 1998-ci il tarixli sərəncamı ilə «xxxx» Dövlət Şirkətinin Siyəzən X3 əsasında «xxxx» ASC yaradılmış və həmin səhmdar cəmiyy ətin səhmlərinin özəlləşdirilməsi xx xxxxxxx 2013-cü il tarixdə başa çatmışdır.
24. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən X5 Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, dövlət əmlakının Registrində «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələr Müdiriyyəti müəssisəsi ilə bağlı məlumat qeydiyyata alınmamışdır.
25. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş xx xxxx 2018-cu il tarixli məktuba əsasən, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli, 804 saylı Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və y a bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları» qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin siyahısı»na Siyəzən X3 adı daxil edilmişdir. Eyni zamanda sözügedən siyahı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göndərilmişdir.
26. Belə olan halda məhkəmə kollegiyası cavabdehin sözügedən yeganə dəlilini əsassız hesab edir.
27. Belə ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini güclən dirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı verilmiş və həmin Fərmanla «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları» təsdiq edilmişdir.
28. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, bu Qaydalar dövlət müəssisələrinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya b u səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.
29. Həmin Qaydaların 3.1-ci bəndinə görə, bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
30. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr ü çün verilir.
31. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sadalanan normalardan göründüyü istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş müəyyən kateqoriya şəxslərin hüquqları dövlət təminatı altına alınmışdır, iddiaçı xx «xxxx» Tikilən idarənin müdiriyyəti tərəfindən Siyəzən quşçuluq fabrikində işə götürülmüş, 11yanvar 1991-ci ildə «xxxx» İstehsalat Birliyinin Tikinti X1 Quşçuluq Fabrikində xəsarət alınmışdır.
32. Beləliklə, Dövlət Əmlak Komitəsinin xx xxxxxxx 1998-ci il tarixli, 1384 nömrəli sərəncamı ilə «xxxx» Dövlət Şirkətinin «xxxx» quşçuluq fabrikinin bazasında «xxxx» ASC yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməy ə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına uyğun olaraq, X5 Komitəsinin xx xxxxxxx 2008-ci il tarixli, 05-1/8896 nömrəli məktubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən siyahıya «xxxx» ASC-nin də adı daxil edilmiş və qeyd edilən müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsinə dair həmin Nazirliyə məlumat verilmişdir.
33. «xxxx» ASC-nin dövlət mülkiyyətində olan səhmlərinin özəlləşdirilməsi xx xxxxxxx 2013-cü il tarixində başa çatmışdır. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********784900 saylı məktubundan görünür ki, X4 Şirkətinin bazasında yaradılmış hüquqi şəxs barədə idarədə olan reyestrdə «X4 Şirkəti» adlı kommersiya qurumu aşkar edilməmişdir.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-378/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə