Məhkəmə qərarları › İş №2-1(102)-373/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-373/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-373/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “alınmamış pensiyanın ödənilməsi və mart 2021-ci ildən pensiya məbləğinin 459. 46 manat hesablanması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-1(103)-2617/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Dövlət Sosial X1 şəhər şöbəsinə qarşı 2021-ci il 1 mart tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona hesablanmış 2021-ci il 1 mart tarixə kimi almadığı pensiyanın qaytarılmasını və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanmasını xahiş etmişdir.

2. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 2021-ci il 31 m art tarixdə Şəki İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək hesablanmış 2021-ci il 1 mart tarixə kimi almadığı pensiyanın qaytarılmasını və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanmasını xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-1(116)-633/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir

4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 22 iyul tarixli, 2-1(112)-7315/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü iddia tələbi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasl arın mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. İddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 21(103)-2617/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərardadı d əyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçının əvvəlki cavabdehə qarşı müvafiq tələbi ilə bağlı müraciəti olsa da, həmin müraciətə dair verilmiş imtina məktublarından sonra məhkəməyə qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində müraciət edilməmişdir. Həmçinin iddiaçının sözügedən tələblə bağlı hazırkı cavabdehə müraciət etməsi də iş materiallarından müəyyən olunmur, bununla bağlı iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək işin hallarını sadalamış və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-1(103)2617/2021 saylı qərardadını ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati icraat haqqında” Qanun: Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 4.2. İnzibati o rqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Maddə 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququ na malikdirlər. Maddə 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərə fli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSAS İYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Şikayət əsaslıdır və qərardad ləğv edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

17. İşdən göründüyü kimi Dövlət Sosial X1 şəhər şöbəsi müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmadığını müstəqil şəkildə müəyyən edərək, ərizəni başqa inzibati orqana göndərməməklə iddiaçının müraciətinə baxmaqda özünü səlahiyyətli hesab etmiş, m üraciətə mahiyyəti üzrə baxaraq müraciətin təmin olunmasından imtina etmişdir.

18. Başqa sözlə, iddiaçının müraciət etdiyi vaxtda inzibati orqan həmin müraciətə baxmaqda səlahiyyətli olmuşdur.

19. İddiaçının vaxtilə müraciət etdiyi inzibati orqanın vəzifə və səlahiyyətlərinin digər orqana hüquq varisliyi qaydasında ötürülməsi iddiaçının üzərinə həmin orqana eyni məzmunlu ərizə ilə müraciət etmək öhdəliyi qoymur.

20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərinin məhz hansı iddia növünə aid olduğunu əsaslandırmadan və həmin növ iddianın verilməsi üçün “bir aylıq” müddəti nəzərdə tutan hər hansı hüquq normasına istinad etmədən iddiaçı tərəfindən həmin “müddətin” ötürüldüyü qənaətinə gəlmişdir.

21. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı “İnz ibati icraat haqqında” Qanunun 71-ci maddəsi ilə ona verilmiş imkandan istifadə etməklə inzibati orqanın imtinası ilə razılaşmayaraq yuxarı orqana müraciət etmişdir (iş v. 20). Lakin həmin müraciətin təqdim olunduğuna, ona yuxarı inzibati orqan tərəfindən baxıldığına və iddiaçıya cavab verildiyinə dair işdə məlumat yoxdur. Deməli, - iddianın növündən, bu növ iddialara müddətin tətbiq olunmasından asılı olaraq, - iddianın verilməsinin müddətinə əməl olunub-olunmaması ilə bağlı işin halları həm də İPM-in 38.3-cü maddəsinin tələblərinə uyğun yoxlanılmalı idi.

22. Nəzərə alınmalıdır ki, “işin hallarının araşdırılması prinsipi”nin tələbləri iddianın mümkünlüyünə də aiddir.

23. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuld uğundan, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-1(103)-2617/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar