Məhkəmə qərarları › İş №2-1(102)-373/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-373/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-373/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03.02.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-2296/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 26 yanvar 2006-cı il tarixdən Cavabdehndə polis sıravisi olaraq işə qəbul edilmişdir.

2. Cavabdehin xx.xx.2021-ci il tarixli, Ə204ş/h-038-21 nömrəli şəxsi heyət üzrə əmrindən görünür ki, iddiaçı «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə” xidmətdən xaric edilmişdir.

3. Azərbaycan Respublikası Cavabdeh rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı tərəfindən tərtib edilən “X3 Azərbaycan Res publikası Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciəti əsasında aparılmış xidməti araşdırmanın nəticəsinə dair” xx.xx.2021-ci il tarixli Rəydə aşağıdakılar qeyd olunmuşdur: “Mən, Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru S.Hüseynov Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı hərəkətləri ilə əlaqədar araşdırma apararaq aşağıdakıları müəyyən etdim: 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ə.Rəhimov küçəsində yaşayan X4 Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət ünvanlayaraq, həyat yoldaşı İddiaçı onun hamilə olduğunu bilərək atıb getdiyi və atalıq borcunu yerinə yetirməkdən yayındığı barədə məlumat vermişdir. Polis serjantı İddiaçı xx.xx.1976-cı ildə Cəlilabad şəhərində anadan olmuş, subay, ali təhsilli, xx.xx.2006-cı il tarixd ən daxili işlər orqanlarında, həmin tarixdən də Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət aparır. Xidmət zamanı 9 dəfə mükafatlandırılmış, 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Qüvvədə olan intizam tənbehi yoxdur. Kollektivdə mənfi xarakterizə olunur. Toplanmış materiallardan və aparılmış söhbətlərdən məlum olmuşdur ki, 2016-ci ilin oktyabr ayında Nəzakət Həsənova yolla gedərkən ona yaxınlaşan İddiaçılə tanış olmuş və aralarında münasibətlər yaranmışdır. Bir müddətdən sonra onlar Nəzakət Həsənovanın kirayəyə götürdüyü Bayıl qəsəbəsində yerləşən evdə ailə kimi yaşamağa başlamışlar. Cütlük arasında 2019-cu ildə din qaydalarına uyğun nikah bağlanmışdır. 2020-ci ildə qısqanclıq zəminində aralarında mübahisələr baş verməyə başlanmış və İddiaçı Nəzakət Həsənova ilə yaşadığı mənizili tərk edib getmişdir. Həmin ilin dekabr ayında N.Həsənova tibb müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat vermişdir. İddiaçı uşağın onunla birgə yaşayışdan dünyaya gəldiyi faktı təsdiq olduğunu halda onu qəbul edəcəyini bildirmişdir. Bundan sonra hamiləlik dövründə ərizəçi N.Həsənova tibbi müayinələrdən keçmək və dərmanlar almaq zərurətində olduğuna görə maddi köməklik məqsədilə bir neçə dəfə İddiaçı müraciət etmiş və heç bir nəticə əldə etmədiyinə görə yuxarıdakı məzmunlu ərizə ilə BMİ- yə müraciət etmişdir. Polis serjantı İddiaçı izahatında yuxarıdakıları təsdiq etməklə yanaşı Nəzakət Həsənovaya lazımi ehtiyacların ödənilməsində köməklik etməyə hazır olduğunu, keçmiş həyat yoldaşı N.Nağıyevanın uzun müddət onu məhkəmə çəkişmələrinə cəlb etdiy inə görə ərizəçi ilə nikahı rəsmiləşdirmədiyini, komandir heyəti tərəfindən ailə münasibətlərin tənzimlənməsi barədə «Davranış Kodeksi»nin və DİN-in müvafiq göstərişlərinin tələblərini polis nəfərlərinə daim çatdırıldığını bildirmişdir. Nəzakət Həsənova araşdırmaya təqdim etdiyi səsyazmadan məlum olmuşdur ki, polis nəfəri İddiaçı izahatında göstərdiklərinə zidd olaraq ərizəçi ilə telefon danışığı zaman daxili işlər orqanlarına müraciət etdiyinə görə onu və uşağı qəbul etməyəcəyini, onlara köməklik göstərməyəcəyini, araşdırma aparılarkən onun ünvanına səslənən ittihamların hamısının şər olduğunu bildirəcəyini qeyd etmişdir. Arxiv sənədlərin təhlili zamanı aşağıdakılar məlum olunmuşdur. X7 xx.xx.2016-cı il şikayət ərizəsi əsasından Nəsimi RMl-də apanlmış yoxlama zamanı müəyyən olunmuşdur k i, polis serjantı İddiaçı ərizəçinin qızı Nuranə Nağıyeva ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyata qurmuş, birgə nikahdan üç övladların dünyaya gəlmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli Qətnaməsinə əsasən nikahları ləğv edildikdən sonra xx.xx.2014-cü ildə cütlük yenidən əlaqələrini bərpa edərək birgə ailə qurmuş, 2016-cı ilin oktyabr ayında isə yeni yaranmış ailə dağılmışdır. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar anasının himayəsinə verilmiş, ataları ilə görüşmək üçün müəyyən saatlar təyin olunmuşdur. Lakin uşaqlarla görüşmək üçün təyin olunmuş saatlardan sonra övladlarını anasına qaytarmayan İddiaçı barəsində şikayətə zəmin yaratmışdır. Araşdırmanın nəticəsi ilə bağlı qəbul olunmuş qərarda mübahisənin ailə-məişət zəminində baş verdiyini nəzərə al araq ərizəçiyə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuş, polis nəfərinin psixoloji durumunun nəzarətdə saxlanılması üçün bölük komandirinə tapşınqlar verilmişdir. X8 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN və BMl-nin, eləcə də Nəsimi RMl-nin rəhbərliyinə müraciət ünvanlayaraq, keçmiş həyat yoldaşı İddiaçı xx.xx.2018-ci il tarixdə uşaqlarla vaxt keçirmək üçün onları gezməyə apardığını, lakin həmin gün uşaqları qaytarmadığını, növbəti gün icra məmurunun müdaxiləsindən sonra uşaqları geri qaytardığını, nalayiq söyüşlərlə onu və valideyinlərini təhqir etdiyini bildirmişdir. Nəsimi RMl- də aparılmış araşdırma zamanı vətəndaş müraciətində göstərilən xüsusatlann təsdiq olunduğundan, həmçinin sosial şəbəkədə fotoşəkillərini paylaşdığına görə polis nəfəri İddiaçı hərəkətləri İdarənin «Sıravi və kiçik rəis heyəti yığıncağı»na müzakirəyə çıxarılmış və BMl-nin xx.xx.2018-ci il tarixli Ə185-038-18 nömrəli əmri ilə onun xüsusi rütbəsi bir pillə aşağı salınmışdır. X9 xx.xx.2019-cu il tarixdə Nəsimi RMl-yə müraciət edərək polis nəfəri İddiaçı onun ailə işlərinə müdaxilə etdiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, 2017-ci ildə İddiaçı şikayətçinin həyat yoldaşı Həsən Əliyevlə tanış olmuş və aralannda dostluq münasibətləri yaranmışdır. X12 nikahdan kənar uşağı ilə fotoşəkil çəkdirərək sosial şəbəkədə paylaşması sonuncunun qəzəbləndirib və aralarında olan isti münasibətə son qoyulması ilə nəticələnmişdir. Araşdırmanın yekunu ilə əlaqədar qəbul olunmuş qərara əsasən, ərizəçinin şikayəti olmaması barədə təkrar ərizəsi də nəzərə alınaraq, polis nəfəri İddiaçı şikayətə z əmin yaratdığına və sosial şəbəkədə paylaşım etdiyinə görə üzərində olan intizam tənbehi ilə kifayətlənilmişdir. Göründüyü kimi, polis nəfəri İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən Konstitusiyada təsbit olunmuş «Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir» prinsipinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vət. Nəzakət Həsənova ilə uzun müddət qeyri-rəsmi yaşamış, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməmiş, ərizəçinin ha miləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratmış, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərməmişdir. Göstərilənləri nəzərə alaraq Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən ailəməişət normalanna tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik olmaq əvəzinə, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli, verilən suallara tam və dəqiq cavab verməli olmalı olduğu halda daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verərək DİN-in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlan əməkdaşlarının etik davranı ş Kodeksi»nin 1, 3, 12, 17-ci maddələrinin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlannın İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, həmçinin xx.xx.2018-ci il tarixli G51-001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozduğuna görə, xidmətdə mənfi xarakterizə olunduğu da nəzərə alınmaqla daxili işlər orqanlarından xidmətdən xaric olunması məqsədəmüvafiq hesab edilmiş, tabelikdəki əməkdaşlar tərəfindən ailə münaqişəsi zəminində baş verən neqativ hərəkətlərin qarşısının alınması məqsədilə mənəvi-psixoloji təminatın subyektləri taqım komandiri, polis baş leytenantı A.Mahmudlu və İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik- leytenantı E.Muradov tərəfindən məqsədyönlü işlərin görülməsi tələb olunsun və məsuliyyət ləri nəzərlərinə çatdırılsın. Əmr layihəsi hazırlanmaqla araşdırma başa çatmış hesab edilsin, ərizəçiyə məlumat verilsin və toplanmış materiallar BMl-nin Katibliyində işə alınsın”.

4. Cavabdehin “Nəsimi RMİ-nin polis nəfəri İddiaçı DİO-da xidmətdən xaric olunması barədə” xx.xx.2021-ci il tarixli, Ə57-038-21 №li Əmrində aşağıdakılar qeyd edilmişdir: “X3 ərizəsi əsasında Baş İdarədə aparılmış araşdırma zamanı, Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı ailə münasibətlərinin tənzimlənilməsinə nail ola bilməməsi, barəsində keçmiş ailə üzvlərinin çoxsaylı müraciətləri ilə bağlı həyata keçirilmiş profilaktiki tədbirlərdən heç bir nəticə çıxarmadığı, şikayətçi ilə 2016-cı ildə tanış olduğu və aralarında qeyri-rəsmi münasibətlərin yarandığı müəyyən olunmuşdur. Cütlük üç il müddətində qe yrirəsmi yaşamış, 2019-cu ildə aralannda dini kəbin kəsilmiş, 2020-ci ilin əvvəlində isə qısqanclıq zəminində baş vermiş mübahisələr İddiaçı N.Həsənova ilə yaşadığı mənzili tərk etməsi ilə nəticələnmişdir. Həmin ilin sonunda N.Həsənova tibbi müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat verərək atalıq borcunu yerinə yetirməsini xahiş etmişdir. Bu vəzifənin icrasından yayınmaqla yanaşı polis nəfəri İddiaçı qeyri-rəsmi münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməməklə, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik etməməklə DİN- in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»n in, həmçinin xx.xx.2018-ci il tarixli G51-001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, «Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikası DİN-in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1,3, 12, 17-ci maddələrinin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, həmçinin xx.xx.2018-ci il tarixli G51- 001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qanunveriliciyinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sa ğlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə əxlaq normalara və mənəvi dəyərlərə laqeyd münasibət bəsləyərək, eləcə də cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vət. Nəzakət Həsənova ilə uzun müddət qeyri-rəsmi yaşadığına, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərmədiyinə, ərizəçinin hamiləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratdığına, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə, yol verdiyi qəbahətlərlə daxili işlər orqanı əməkdaşının adına və polisin nüfuzuna xələl gətirədiyinə görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmətdə mənfi xarakterizə olunduğu də nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən «daxili işlər orqanlarında xidmətdən xaric edilsin». Tabelikdəki əməkdaşlar tərəfindən ailə münaqişəsi zəminində baş verən neqativ hərəkətlərin qarşısının alınması məqsədilə məqsədyönlü işlərin görülmədiyinə görə taqım komandiri, polis baş leytenantı A.Mahmudlu və İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı E.Muradov ciddi xəbərdar olunsunlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 17 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Re spublikası Cavabdeh rəisinin Ə204ş/h- 038-21 nömrəli, 16 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı sonradan məhkəyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin Ə5738-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlərinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 fevral 1976-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşunaslıq fakültəsini 1999-cu ildə bitirmiş, 26 yanvar 2006-cı il tarixdən Cavabdehndə polis əməkdaşı kimi işə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh rəisi polis genralmayoru Nurullah Məmmədxanlının 16 fevral 2021-ci il tarixli, Ə204ş/h-038-21 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bildirmişdir ki, onun xidmətdən xaric edilməsi daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən hərəkət kimi iddia olunsa da, əslində isə polis əməkdaşı adına ləkə gətirə biləcək heç bir hərəkət və fəaliyyətlə məşğul olmamışdır. Əksinə xidmətdə olduğu müddət ərzində vəzifəsini dərk edib layiqincə icra etmişdir. Polis orqanlarından xidmətdən xaric edilməsinə səbəb vətəndaş X2 iddiaçıdan hamilə qaldığını iddia edərək onunla rəsmi nikaha daxil olmaması barədə X11 ünvanladığı şikayət ərizəsi olmuşdur. İddiaçı qeyd etmişdir ki, 12 dekabr 2009-cu il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından ikisi əkiz olamaqla üç övladı vardır. Nuranə Nağıyeva ilə münasibətləri pisləşdiyinə görə nikahları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqları analarının yanında saxlanılmışdır. Nuranə Nağıyeva ilə nikah pozulduqdan sonra həmyerlisi, qohumu 18 fevral 1977-ci il təvəllüdlü X6 ilə münasibəti yaranmışdır. Qeyd etmişdir ki, Nəzakət əvvəllər nikahda olmuş, həmin nikahından uşağı olmadığı üçün boşanmışdır. Sonuncu dəfə Nəzakət Həsənovanı 2020-ci ilin avqust ayında görmüş və münasibətləri pozulmuş dur. Həmin ilin dekabr ayında Nəzakət ona whatsapp proqramı vasitəsi ilə şəkil göndərərək hamilə olduğunu bildirmişdir. Bu xəbər onun üçün gözlənilməz olduğu üçün sarsılmış, ilk öncə düşünmüşdür ki, yalandır, onunla barışmaq üçün bir hərəkətdir. Nəzakət Həsənova onu hamilə olduğuna inandırmışdır. İddiaçı onun üç uşağı və yaşlı anasının olduğunu, onların maddi ehtiyaclarını belə tam ödəyə bilmədiyini Nəzakət Həsənovaya bildirmişdir. Bildirmişdir ki, sonuncu israrla ondan Türkiyə Respublikasına getməsini və orada işləməsini istəyirdi. İşini, ailəsini və doğmalarını sevdiyi üçün iddiaçı bu təklifi rədd etmişdir. Bütün bunlardan sonra Nəzakət Həsənova elektron qaydada şikayət ərizəsi ilə X11 müraciət etmiş və həmin şikayət ərizəsi əsasında iddiaçını polis orqanlarında xidmətdən xaric etmişlər. Bildirmişdir ki, Nəzakət Həsənova etdiyi şikayətdən peşmandır və hazırda hər hansı bir şikayəti yoxdur. Bundan başqa qeyd etmişdir ki, Nəzakət Həsənovanın şikayəti onun daxili işlər orqanları əməkdaşının adına ləkə gətirməsi anlamına gələ bilməz. Belə ki, Nəzakət Həsənovanı aldatmamış, onun da, razılığı ilə uzun müddət münasibətləri olmuşdur. Xidməti və işi ilə bağlı hər hansısa bir qanunsuz əməl etmədiyi halda cavabdeh qanunsuz olaraq 16 fevral 2021-ci il tarixli, 2204ş/h-038-21 nömrəli əmr verərək onu xidmətdən kənarlaşdırmışdır. Bildirmişdir ki, işlədiyi 16 ildən artıq müddət ərzində hər zaman nümunəvi polis əmədaşı kimi rəislərinin rəğbətini qazanmış və müxtəlif təşəkkürnamələr ilə təltif edilmişdir. Hazırda qanunsuz olaraq işdən azad edildiyi üçün 3 yektinlik yaşlarına çatmayan balal arının alimentini ödəyə bilmir. Bundan başqa, yaşlı və onkoloji xəstəliyi olan anası X1 və İİ qrup əlil qardaşının da, dolanışığını o təmin edir.

8. Cavabdeh iddia ərizəsinə qarşı Azərbaycan Respublikası Cavabdeh rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı tərəfindən tərtib edilən “X3 Azərbaycan Respublikası Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciəti əsasında aparılmış xidməti araşdırmanın nəticəsinə dair” xx.xx.2021-ci il tarixli Rəyinin dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

10. Məhkəmə «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin müvafiq maddələrinə və DİN-in xx.x x.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin müvafiq bəndlərinə istinad edərək qeyd etmişdir ki, iddiaçının xidmətdən xaric edilmə barəsində əmri əsaslı hesab edilir.

11. Belə ki, iddiaçının nikahına xitam verilməsinə və övladlarının analarının yanında saxlanılmasına baxmayaraq övladları ilə ünsiyyət hüququnu həyata keçirtmək adı altında övladlarını anasına qaytarmamış, buna əsasən iddiaçı barəsində Nəsimi RMİ-də aparılmış araşdırma zamanı vətəndaş müraciətində göstərilən xüsusatlar təsdiq olunduğundan, həmçinin sosial şəbəkədə fotoşəkillərini paylaşdığına görə barəsində İdarənin «Sıravi və kiçik rəis heyəti yığıncağı»da müzakirə aparılmış və BMİ-nin xx.xx.2018-ci il tarixli Ə185038-18 nömrəli əmr əsasında onun xü susi rütbəsi bir pillə aşağı salınmışdır. Digər hal üzrə X9nın xx.xx.2019-cu il tarixli Nəsimi RMİ-nə etdiyi şikayəti araşdırılmış, yekunda ərizəçinin şikayəti olmaması barədə təkrar ərizəsi nəzərə alınaraq, iddiaçının şikayətə zəmin yaratdığı və sosial şəbəkədə paylaşım etməsi əsası ilə intizam tənbehi tətbiq edilmişdir. Qeyd olunanlara məhəl qoymayan iddiaçı növbəti dəfə vətəndaş Nəzakət Həsənovaya qarşı polis nəfərinə yaraşmayan hərəkətlərə yol verərək «Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən əsaslı olaraq xaric edilmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya i nstansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2296/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilmişdir.

14. Məhkəmə kollegiyası tərəfindən qeyd edilmişdir ki, iddiaçı DİN-nin Baş Mühafizə İdarəsində polis nəfəri kimi xidmət apararkən “Azərbaycan Respublikasının daxili işlər orq anlarında xidmət keçmə haqqında Əsasnamə”nin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin, İntizam Nizamnaməsinin tələblərini pozmamış və bu iş materialları ilə də öz təsdiqini tapır. Bundan başqa, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2022-ci il təvəllüdlü övladının şəxsiyyət vəsiqəsində ata qrafasında atasının adı Elsəvər olaraq qeyd olunmuşdur.

15. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçının xidmətdən xaric edilməsi barədə əmrlərin qəbul edilməsi öz-özlüyündə qanunauyğun olmadığı, xidməti vəzifəsinin icrası ilə bağlı heç bir nöqsanı olmadığından “arxiv sənədlərinə” əsaslanmış və iddiaçının keçmiş arvadı Nuranə Nağıyevanın xx.xx.2018-ci il tarixli və atası Nofəl Nağıyevin xx.xx.2016-cı il tarixli şikayət ərizəsi əsasında aparıl mış yoxlamalara əsaslanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən nikaha daxil olmaq və nikahın pozulması həmin şəxslərin könüllü ərizəsi əsasında qeydə alınır. Kollegiya bildirmişdir ki, iddiaçının nikaha daxil olmasının və nikahının pozulmasının onun xidməti fəaliyyəti ilə bağlanması doğru deyildir. Belə olan halda iddiaçının Nuranə Nağıyevə və sonuncunun atası Nofəl Nağıyevlə və ya Nəzakət Həsənova ilə olan münasibətlərini ailə-məişət normaları daxilində qiymətləndirmək daha doğru olardı.

16. Həmçinin məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı keçmiş həyat yoldaşı Nuranə Nağıyevanın himayəsində olan 3 azyaşlı övladı ilə bağlı valideyinlik vəzifələrini düzgün və dəqiq icra etmişdir. Onun övladları ilə daha artıq vaxt keçirməsini istəməsi uşaqlarının istəyi ilə olmuşdur.

17. Bundan başqa, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə.

18. Göründüyü kimi, iddiaçının daxili işlər orqanlarından xaric edilməsinə 2 əsas gətirilmişdir. Bunlardan birincisi, iddiaçının birinci arvadının şikayəti olmuşdur ki, iddiaçı buna görə intizam məsuliyyətinə cəlb edilmiş və rütbəsi “serjant” rütbəsinə qədər azaldılmışdır. Mübahisəlndirilən əmr ilə iddiaçı bu şikayət əsas gə tirilərək ikinci dəfə cəzalandırılmışdır. İddiaçının daxili işlər orqanlarından xaric edilməsinə ikinci əsas onun 3 il yaşadığı qadının şikayəti olmuşdur ki, həmin qadın hamilə olmuş və iddiaçı onu bu vəziyyətdə qoyub tərk etmişdir, lakin araşdırma nəticəsində (müvafiq sənədlər: uşağın vəsiqəsi və doğum haqqında şəhadənamə təqdim edilmiş və işə əlavə edilmişdir) müəyyən edilmişdir ki, həmin qadının doğulmuş uşağı iddiaçının uşağı deyildir və həmin qadın Türkiyədə yaşayır.

19. Cavabdeh kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində işin halları və iddia ərizəsinə qarşı təqdim edilm iş etirazın dəlilləri sadalanmışdır. Əlavə olaraq cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88 və 217-ci, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 68-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Polis haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyəti ndən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. 23. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul ed ir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkə məsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ətraflı araşdırma aparmaqla düzgün qənaətə gəlmişdir ki, cavabdehin əmrdə istinad etdiyi hallar iş materialları ilə təsdiq olunmur. İddiaçının xidmətdən xaric edilməsinin səbəbi olaraq daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən hərəkətlər etdiyi iddia olunsa da, əslində polis əməkdaşı adına ləkə gətirə biləcək heç bir hərəkət və fəaliyyətlə məşğul olmamışdır.

32. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2296/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar