Məhkəmə qərarları › İş №2-1(102)-373/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-373/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-373/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasına əlavələrin əvvəlki dövrlər üzrə hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi ə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2-1(105)-769/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının ona əmək pensiyasına əlavənin xidmətdən çıxma tarixindən hesablanaraq ödənilməsinə dair müraciəti ilə əlaqədar cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim olu nmuş aprel 03 aprel 2018-ci il tarixli məlumat vərəqində xidmət illəri 44 il 7 ay 10 gün (təqvimi xidmət illəri 35 il 5 аy, güzəştli xidmət illəri 9 il 2 ay 10 gün), vəzifə maaşı 321,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 225,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 112,35 manat, yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 10 faizi miqdarında əlavə - 78,88 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 931,73 manat göstərilib. Həmin məlumat vərəqinə və ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun o laraq Mərkəzi Filial tərəfindən 9 mart 2018-ci il tarixindən 44 il 7 ay 10 gün xidmət müddəti üçün təminat xərcliyinin (931,73 manat) 100 faizi 973,31 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. 13 mart 2023-cü il tarixində əmək pensiyanın yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 20 fevral 2023-cü il tarixli 403 nömrəli yeni məlumat vərəqinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 432 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə -291,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 151,20 manat, yüksəkliyə görə vəzifə və rütbə maaşı, xidmət illə ri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 20 faizi miqdarında əlavə - 204,84 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla əmək pensiya yenidən hesablanaraq müvafiq təminat xərcliyinin (1293,04 manat) 100 faizi - 1293,04 manat müəyyən edilib və müraciət etdiyi tarixdən (13 mart 2023-cü il) keçmiş üç il müddət üçün yenidən hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesabl anması nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 3953,16 manat fərq məbləğinin 329,43 manat hissəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə ödənilib, qalan 3623,73 manatı isə Mərkəzi Filiala müraciəti nəzərə alaraq cari ilin avqust ayında pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1422,34 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1631,42 manata artırılaraq ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 xidmətdən buraxıldığı 08 mart 2018-ci il tarixindən 2020-ci ilin mart ayınadək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə 9 sentyabr 2021-ci il tarixdə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməs i haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 5-ci bəndinə və onun işlədiyi ərazilərin həmin Qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq ona əmək haqqında artımın (əmsalın) minimum miqdarının 1,2% məbləğində müəyyən edilməsi" barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarı ilə onun “əmək haqqımda artımın minimum miqdarının 1,2% məbləğində müəyyən edilməsi” iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 365/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəm əsinin 1 fevral 2022-ci il tarixli, 2- 1(118)-268/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, xidmətdən buraxıldığı günə aldığını əmək haqqında artımının (əmsal) minimum miqdarı 1,2 məbləğində müəyyən edilərək yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 365/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-A-246367/2023 saylı əmək pensiyasının hesablanması haqqında imtina məktubunda qeyd edilir ki, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 3953,16 manat fərq məbləğinin 329,43 manat hissəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə mənə ödənilib, qalan 3623,73 manatı isə Mərkəzi Filiala müraciəti nəzərə alaraq cari ilin avqust ayında pensiyamın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb, həm də qeyd edilir ki, müraciət etdiyim tarixdən (13 mart 2023-cü il) keçmiş üç il müddət üçün yenidən hesablanıb. Bu, tamamilə absurddur. Halbuki imtina məktubunda qeyd edildiyi kimi Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğ i əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanununun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulub. Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçının ilkin müraciətinə cavab verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən üç il əvvəl müddətində, yəni xx.xx.2018-ci il tarixdən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların(əmsalların) məbləğinin minimu m miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 5-ci bəndinə və iddiaçının işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq ona əmək haqqında artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilməsi” barədə tələbi üzrə ödənilməlidir.

4. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı iddia edir ki, pensiya hüququ yarandığı gündən, xx.xx.2018-ci il tarixdən üç il keçməmiş 2021-ci ilin fevral ayından mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdiyini bildirmişdir. Lakin iddiaçı onu nəzərə almır ki, həmin dövrdə ona Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin məlumat vərəqinə əsasən pensiya təyin ed ilmişdir. Daha sonra iddiaçı “yeni məlumat vərəqinin verilməsi” tələbi ilə Daxili İşlər Nazirliyini cavabdeh qismində qeyd etməklə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmə xx.xx.2022-ci il tarixli, 2-1(102)-2355/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Bundan sonra iddiaçı 13 mart 2023-cü il tarixdə yeni məlumat vərəqi əsasında Fondun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, Mərkəzi Filial tərəfindən Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən həmin tarixdən əvvəlki üç il üzrə yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 20 faizi məbləğində hesablanaraq ödənilmişdir. Göründ üyü kimi iddiaçıya yeni məlumat vərəqinə əsasən həmin tarixdən əvvəlki üç il nəzərə alınmaqla pensiyaya əlavə hesablanaraq ödənilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(118)2261/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya X1 xidmətdən buraxıldığı 08 mart 2018-ci il tarixindən 2020-ci ilin mart ayınadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilməsi y olverilməzdir. İş materiallarından göründüyü kimi, məhz onun pensiya təminatı hüququ digər məhkəmə mübahisəsi əsasında təmin edilmiş, lakin cavabdehin hərəkətləri preyudusial əhəmiyyət daşıyan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarının təftiş edilməsi ilə nəticələnə bilər. Belə olan halda iddiaçı tərəfindən məhkəmə qaydasında qazanılmış hüququn iddiaçının günahı ucbatından olmadan məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, Qanunun 32.1-1-ci maddəsi əmək pensiyalarının ödənilməsi üçün 3 illik müddət müəyyən edib, iddia tələbi isə əmək pensiyası ilə deyil əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlıdır. Göründüyü kimi Qanunun 32.2-1-ci maddəsində əlavələrin ödənilməsi ilə bağlı (məhdudiyyət) hər hansı bir müddəa öz əksini tapmayıb.

7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024cü il tarixli, 2-1(105)-769/2024 nömrəli qərarı ilə (hakimlər G.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(118)-2261/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq inzibati orqan tərəfindən id diaçı barəsində məlumat vərəqi 2018-ci il tarixdə tərtib edilərkən, orada əks olunmuş məlumatlar düzgün qeyd edilməmiş, xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalı olduğu halda, həmin məlumatlar nəzərə alınmadan məlumat vərəqəsi verilmiş, nəticə etibarilə bununla bağlı həmin tərəflər arasında məhkəmə mübahisəsi olmuş, məhz həmin məhkəmə mübahisəsinin nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq məbləğlər nəzərə alınmaqla, yeni məlumat vərəqinin verilməsi müəyyən edilmiş, bu səbəbdən yeni məlumat vərəqəsi 20 fevral 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi in diki halda müvafiq inzibati orqan tərəfindən 20 fevral 2023-cü il tarixdə verdiyi məlumat vərəqində əks olunmuş məlumatlar əslində iddiaçı barəsində xidmətdən xaric edildiyi vaxtda (2018-ci il tarixdə) tərtib edilmiş məlumat vərəqində öz əksini tapmalı idi. Lakin müvafiq inzibati orqanın öz öhdəliklərini lazımi qaydada və vaxtında düzgün icra etməməsi nəticəsində, həmin məlumatları əks etdirən yeni məlumat vərəqi məhkəmənin qərarı əsasında tərtib edilərək, 20 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. Nəticə etibarilə iddiaçının yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanması barədə müraciəti 13 mart 2023-cü il tarixdə olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, yeni məlumat vərəqi 2023-cü il tarixdə tərtib edilsə də, iddiaçının artıq xidmətdən xaric edildiyi vaxtd a (2018-ci il tarixdə) həmin məlumat vərəqində əks olunmuş məlumatlar əsasında (məbləğlər nəzərə alınmaqla) əmək pensiyasının məbləğinin müəyyən edilməsi hüququna malik olmuşdur. Başqa sözlə desək, iddiaçının artıq 2018-ci il tarixdə qeyd edilən məbləğlər nəzərə alınmaqla, əmək pensiya məbləğinin müəyyən edilməsinə dair qazanılmış hüququ mövcud olmuşdur. Lakin həmin hüququn mövcud olduğu (yarandığı) vaxtda realizəsi məhz müvafiq qurumun öhdəliklərini lazımi qaydada və vaxtında icra etməməsi nəticəsində mümkün olmamışdır. Belə olan halda, iddiaçının müraciət tarixinin əsas götürülməklə, müvafiq Qanunun 32.1-1-ci maddəsinin tələbinin tətbiq edilməklə, keçmiş üç il müddət üçün əmək pensiyası məbləğinin yeni məlumat vərəqəsi əsasında hesablanması halı ilk növbədə mütənasiblik prinsipinin tələb lərinə zidd olmuşdur.

10. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayətində iddia tələbinə dair etiraz məktubunda göstərdiyi dəlilləri təkrarlayaraq əlavə olaraq qeyd etmişdir ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuş və bununla bağlı hər hansı istisna hal nəzərdə tutulmamışdır. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən vətəndaşın müraciətinin gecikməsini üzrlü səbəb kimi qiymətləndirib ona əvvəlki dövrlər üçün pensiyasının yenidən hesablamasının qanuni əsası olmamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, müvafiq inzibati orqanın (Azərbaycan Respubli kası Daxili İşlər Nazirliyi) öz öhdəliklərini lazımi qaydada və vaxtında düzgün icra etməməsi nəticəsində, həmin məlumatları əks etdirən yeni məlumat vərəqi məhkəmənin qərarı əsasında tərtib edilərək, 20 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. Bu halda məhkəmə nəzərə almalı idi ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növü nəzərdə tutulmuşdur. İddiaçı həmin iddia növü ilə müvafiq inzibati orqandan itirilmiş əmək pensiyasını tələb etmək hüququ olmuşdur. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçm iş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

14. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətl ərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının əmək pensiyasına əlavənin xidmətdən çıxma tarixindən hesablana raq ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Bununla yanaşı, məhkəmə kollegiyası bir qədər fərqli mövqe nümayiş etdirərək əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının xidmətdən buraxıldığı günə aldığı əmək haqqında artımın (əmsalın) minimum miqdarının 1,2 məbləğində müəyyən edilərək yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyinin müvafiq inzibati orqanın (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin) üzərinə qoyulması qərara alınmışdır. Həmçinin həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı müvafiq inzibati orqanın xx.xx.2018-ci il tarixli əmri ilə xidmətdən azad edilmiş, iddiaçının xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalı, habelə hansı məbləğlərin nəzərə alınması müəyyən edilərək yeni məlumat vərəqinin verilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, iddiaçı hazırkı müraciətlə bağlı 13 mart 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan yeni məlumat vərəqəsinin məhz 20 fevral 2023-cü il tarixdə verilməsi və bununla bağlı iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin 13 mart 2023-cü il tarixdə olması halına istinad edərək Qanunun 32.1-1-ci maddəsinin tələbini əsas götürərək keçmiş üç il üçün müddətə hesablanmanı həyata keçirmişdir.

22. Kollegiya hazırkı işin xüsusi hallarını nəzərə almaqla qeyd edir ki, müraciət edilmə vaxtı kimi Daxili İşlər Nazirliyi tərəfindən yeni məlumat vərəqəsinin verildiyi tarix əsas götürülə bilməz. Çünki həmin məlumat vərəqi iddiaçı ilə Daxili İşlər Nazirliyi arasında yaranmış mübahisəyə əsasən çıxarılmış məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qərarın icrası qaydasında verilmişdir. İddia çının məlumat vərəqəsinin düzgün olmadığına dair müraciəti isə 2021-ci ildə olmuşdur. Belə olan halda isə məhz həmin tarix müraciət tarixi kimi nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının müraciəti Daxili İşlər Nazirliyi tərəfindən təmin olunmadığı üçün tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Odur ki, müraciət tarixi 2021-ci il kimi qəbul edildikdə iddiaçının 3 il əvvəl, yəni pensiyanın təyin olunduğu tarixdən (2018-ci ildən) yenidən hesablanmalı olan məbləği almaq hüququ yaranır.

23. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.

24. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2- 1(105)-769/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar