Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3730/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: vergi münasibətləri ilə bağlı mübahisələr, qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “borcun ümidsiz borc hesab edilməsi” tələbinə dair yeni açılmış hallar üzrə Bakı Apelyasiya Məh kəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 21(103)-2405/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2-1(82)-715/2017 saylı qərarının ləğv edilərək, hazırkı işə yeni açılmış hallar üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmasının təmin edilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli iş № 2-1(84)-2954/2019, (sədrlik edən hakim Z.Tağıyev) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli qərardadının ləğv edilməsini, yeni açılmiş hallar üzrə ərizənin təmin edilməsi barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.10.2019-cu il tarixli, (103)-2405/2019 saylı (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Ka sasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,tərəfindən ərizə təqdim edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» 24 aprel 2019-cu il tarixdə qəbul edilmiş Qərarına istinad edilmişdir. Eyni zamanda əlavə sübut növü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərardadı təqdim edilmişdir. Belə ki, «Bakı şəhər X1 rayonlararası bölməsi» Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 24519,18 manat borcunun ümidsiz borc hesab edilməsi xahişi ilə iddia ərizəsi təqdim etmişdir. Həmin borc məbləği məhkəmə qətnamələrinə əsasən və borcun ödənilməsinin siyahıya alınmış əmlak hesabına ödənil məsi barədə qət edilmiş məbləğlərdən ibarətdir. Məhkəmənin 31 oktyabr 2017-ci il tarixli, 2-1(82)-715/2017 saylı qərarı ilə iddiaçı «Bakı şəhər X1 rayonlararası bölməsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası rədd edilmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti təqdim etmiş və Bakı Apelyasiya Məhkəməsinin 30 mart 2018-ci il tarixli 21(103)-399/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2018-ci il tarixli, 2-1(102)-1337/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün məhkəmə qərarlarında Mülki Məcəllənin 551.2.4-cü maddəsinə istinad edilərək iddia rədd edilmişdir. Məhkəmə he sab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «öhdəliklərin xitamı üçün müddətlərlə bağlı münasibətləri» tənzimləyən 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb 30 il keçdikdən sonra qüvvəsini itirir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» 24 aprel 2019-cu il tarixdə qəbul edilmiş qərarı da Mülki Məcəlləsinin 2.5-ci maddəsinin vergi qanunvericiliyinə tətbiqini istisna edir. Yəni, mülki qanunvericilik vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Eyni zamanda qanunvericilik məhkəmə qərarına əsasən əmələ gələn tələbi nəzərdə tutur. Bizim halda isə borc tələbi məhkəmə qərarı ilə əmələ gəlməyib. Həmin borc vergi ödəyicisinin özünün bə yan etdiyi vergi öhdəlikləridir. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərardad qəbul edərkən yuxarıda qeyd olunan məqamları nəzərə almamışdır, obyektiv qiymət verməmişdir. Xüsusi ilə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» 24 aprel 2019-cu il tarixdə qəbul edilmiş qərarı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2405/2019 saylı qərardadının ləğv edilərək yeni açılmış hallar üzrə ərizənin təmin edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll əsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 10 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2405/2019 saylı qərardadla, iddiaçı «Bakı şəhər X1 rayonlararası bölməsi» MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2-1(82)-2954/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələr kən İnzibati Prosessual Məcəllənin 52, 68.1, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən 10 oktyabr 2019-cu il tarixli qərardadında yazmışdır ki, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qərardadında qeyd olunmuşdur ki, «… Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, məhkəmələr hazırkı işdə Mülki Məcəllənin 551.2.4-cü maddəsini tətbiq etməklə ümumi hüquq münasibətlərinə mülki hüquq normalarının tətbiqini istisn a edən həmin Məcəllənin 2.5-ci maddəsinin tələblərini pozmuşlar. Lakin qeyd olunmalıdır ki, vergi qanunvericiliyinin mövcud normalarında məhkəmə qərarı ilə təmin edilmiş vergi öhdəliyinin icrası müddəti təmin edilməmişdir. Qanuni qüvvə minmiş məhkəmə aktı ilə təmin edilmiş vergi borcunun ümidsiz borc hesab edilərək silinməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmadığından, mübahisələndirilən məhkəmə aktları ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması müəyyən edilməmişdir». Daha sonra apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, «Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd olunmuş hal yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının ərizəsində istin ad etmiş olduğu hal, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qərardadında sadalan hallar yeni açılmış hal deyil, qərarının icrası ilə əlaqədar maddi hüquq normasının tətbiqi ilə bağlı olan məsələlərdir. Yeni açılmış hallar isə işin halları ilə əlaqəli olan yeni sübutların əldə edilməsindən və ya başqa halların ortaya çıxmasından ibarətdir. Yəni ortaya çıxan halla işin halları ilə birbaşa əlaqəli olan haldır. Lakin, hazırkı iş üzrə iddiaçının istinad etdiyi hal ümumi olaraq maddi hüququ normasının tətbiqi qaydaları ilə bağlıdır». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı «Bakı şəhər X1 rayonlararası bölməsi» MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı MMC-nin dövlət büdcəsinə olan 24519,18 manat borcunun ümidsiz borc hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərarı ilə (iş № 21(82)-715/2017) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 mart 2018-ci il tarixli qərarı ilə (iş № 2-1(103)-399/2018) iddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı MMC kasasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmi n edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1337/2018 saylı 24 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçı «Bakı şəhər X1 rayonlararası bölməsi» MMC-nin kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bütün məhkəmə instansiyalarında məhkəmə qərarları onunla əsasıandırılmışdır ki, Mülki Məcəllənin 551.2.4-cü maddəsinə istinad edilərək iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, AR Mülki Məcəlləsinin “öhdəliklərin xitamı üçün müddətlərlə bağlı münasibətləri” tənzimləyən 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn t ələb 30 il keçdikdən sonra qüvvəsini itirir. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair 24 aprel 2019-cu il tarixdə Qararı ilə Mülki Məcəlləsinin 2.5-ci maddəsi şərh edilmişdir. Həmin qərara əsasən mülki qanunvericilik vergi qanunvericiliyinə münasibətdə tətbiq edilə bilməz. İlkin iddia ərizəsinində iddia tələbi məhkəmə qətnamələrinə əsasən və borcun ödənilməsinin siyahıya alınmış əmlak hesabına ödənilməsi barədə qət edilmiş 24.519,18 manat vergi borcunun ümüdsiz borc hesab edilməsi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iddiaçının Konstitusiya Məhkəməsinə müraciət etdiyi ərizəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdi yi 12 iyun 2019-cu il tarixli qərardadında da göstərildiyi kimi, məhkəmələr hazırkı işdə Mülki Məcəllənin 551.2.4-cü maddəsini tətbiq etmişlər. Beləliklə, iddiaçının yuxarıda göstərilmiş iddia tələbinin rədd edilməsinin yeganə əsası Mülki Məcəllənin 551.2.4-cü maddəsində müəyyən edilmiş müddəadır. Məlum olduğu kimi Mülki Məcəllənin 551.2.4-cü maddəsinə görə məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Lakin bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən 12 iyun 2019-cu il tarixli qərardadında birmənalı şəkildə göstərilmişdir ki, «Məhkəmələr hazırkı işdə Mülki Məcəllənin 551.2.4-cü maddəsini tətbiq etməklə ümumi hüqu q münasibətlərinə mülki hüquq normalarının tətbiqini istisna edən həmin Məcəllənin 2.5-ci maddəsinin tələblərini pozmuşlar». Bu arada xatırlatmaq zəruridir ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Qeyd edilməlidir ki, hazırkı münasibətlərindən yaranması şəksizdir. işin tərəfləri arasında münasibətlərin məhz vergi Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyinə əsasən vergi borcunun vergi ödəyicisi tərəfindən bəyan edilərək hesablanmasından və ya vergi orqanı tərəfindən vergi yoxlamaları nəti cəsində hesablanmasından asılı olmayaraq ümidsiz hesab edilməsi üçün 5 il müddətin keçməsi əsas meyardır. Məhkəmə qətnamələri ilə borcun ödənilməsinin əmlak hesabına təmin edilməsi qət edilib. Borcun hansı əsasla yaranmasından asılı olmayaraq 5 illik müddətin keçməsi səbəbindən Vergi Məcəlləsinin 93.2-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların məhkəmə tərəfindən həmin borcun ümidsiz borc hesab edilməsi müddəası öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını müəyyən edir (maddə 1.1). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən vergi orqanları hesablanmış (yenidən hesablanmış) vergi məbləğini vergiyə cəlb e dilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər (maddə 85.4). Bundan əlavə Vergi Məcəlləsinin 93cü maddəsinə əsasən Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda ümidsiz borclar vergi orqanları tərəfindən silinməlidir (maddə 93.1.1). Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş· qaydada silinə bilər (maddə 93.2). Göründüyü kimi vergi orqanı tərəfindən ümidsiz borc kimi silinməli və qanunvericiliyə əsasən 5 illik müddət ötürüldüyü üçün tələb etmək hüququ itirilmiş borc məbləğinin ödənilməsi tələb olunur. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikas i Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, vergi qanunvericiliyi vergi orqanlarına verilmiş hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfındən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilən tələb etmə müddətinə hər hansı bir istisna halı nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Lakin yuxarıda artıq göstərildiyi kimi iddiaçının iddiası Mülki Məcəllənın 551.2.4-cü maddəsinə əsaslanaraq rədd edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Mülki Məcəllənin «öhdəliklərin xitamı üçün müddətlərlə bağlı münasibətləri» tənzimləyən 551.2.4-cü maddəs inə əsasən «məhkəmə qərarına əsasən əmələ gələn tələb 30 il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir» müddəası, məhz məhkəmə qərarına əsasən əmələ gələn tələbi nəzərdə tutur. İddiaçının iddiasında irəli sürülən borc tələbi isə məhkəmə qərarı ilə əmələ gəlməyib. Həmin borc vergi ödəyicisinin özünün bəyan etdiyi vergi öhdəlikləridir. Bununla yanaşı Vergi Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasinin vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasinın, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmçinin Vergi Məcəlləsinin 2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi vergitutma və vergi nəzarəti məsələ lərinə daxil edilən digər qanunvericilik aktlarının siyahısına aid edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunun səbəblərdən Mülki Məcəllənin 551-ci maddəsinə istinad olunması əsassızdır. Bundan başqa «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfındən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 27 noyabr 2003-cü il Qərarına (Plenumun Qərarı əlavə olunur) əsasən vergi ödəyicilərinin vergi borclarının məhkəmə qətnaməsi ilə tutulması faktı onun nə mahiyyətini, nə də məzmununu dəyişmir, həmin borc borcluğunda qalır və digər borclar kimi göstərilən qanunların təsiri altına düşdüyünə görə bu borclar qətnamələr ləğv edilmədən vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada silinməlidir. Məlum olduğu kimi, İnzibati P rosessual Məcəllənin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, işə baxılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarı da nəzərə alınmalı idi. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarın ın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd edilənlərlə yanaşı bildirilməlidir ki, Azərbaycan Respublikasının Vergi Məcələsində dəyişiklik edilməsi haqqında 29.11.2019-cu il tarixli Qanunu ilə məhz qanuni qüvvəyə minmiş qətnamələri üzrə borcların silinməsi müddəası qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinə aşağıdakı məzmunda 93.1.3-cü maddə əlavə edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının q üvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə yuxarıda göstərilmiş yeni açılmış hal mövcud olduğundan kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilməli, bu səbəbdən də iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2405/2019 saylı qərardadı ləğv edilsin. İş yeni açılmış hallar üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3730/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3730/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver