Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3732/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən təyin edilməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1964-cü il təvəllüdlüdür. İddiaçıya məxsus ЖT ****** nömrəli diplomun surətindən görünür ki, o, 1983- 1986-cı2. illərdə Azərbaycan Dəniz Balıq Sənaye Texnikumunda “gəmi soyuducu qurğularının istismarı” ixtisasında təhsil almışdır.
3. İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, ##.##.1989-cu ildən ##.##.1989-cu ilədək 4-cü dərəcəli fəhlə vəzifəsində, ##.##.1990cı ildən ##.##.1990-cı ilədək və ##.##.1990-cı ildən ##.##.1990-cı ilədək çəkməci vəzifəsində, ##.##.1990-cı ildən ##.##.1991-ci ilədək və ##.##.1992-ci ildən ##.##.1992ci ilədək ayaqqabı ustası peşəsində, ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək çəkməci peşəsində, ##.##.1992-ci ildən ##.##.1994-cü ilədək menecer vəzifəsində, ##.##.1994cü ildən ##.##.2006-cı ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından mühafizə orqanlarında xidmət etmiş, ##.##.2006-cı ildən ##.##.2016-cı ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində (fövqəladə hallar orqanlarında) xidmət keçmişdir.
4. Fövqəladə Hallar Nazirliyinin 10.02.20025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubundan görünür ki, iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununun 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifələrdə ##.##.1994-cü il tarixdən ##.##.2016-cı il tarixədək xidmət keçmiş, xidmətkeçməsinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə Qanunun 33.1.11-ci maddəsinə uyğun olaraq xitam verilmişdir.
5. İddiaçının pensiya işində olan Fövqəladə Hallar Nazirliyi tərəfindən əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Dövlət Müdafiə Fonduna təqdim olunan **/**/xr-**** nömrəli məlumat vərəqindən görünür ki, iddiaçının vəzifəsi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarənin “Vixr-7” yanğınsöndürmə gəmisinin 1-ci dərəcəli matros-böyük yanğınsöndürəni”, təqvim üzrə xidmət illəri 22 il 04 ay 03 gün, güzəştli xidmət illəri 02 il 10 ay, cəmi iş stajı və xidməti illəri 25 il 02 ay 03 gün, ehtiyata buraxıldığı tarix ##.##.2016, ehtiyata buraxıldığı maddə - “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.11-ci maddəsi olmuşdur.
6. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin ##.##.2016-cı il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən iddiaçıya ##.##.2021-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir.
7. İddiaçı pensiya məbləğinin hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-D-******/**** nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin ## #### 2017-ci il tarixinədək olan redaksiyasına uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, # #### 1994-cü il tarixdən ## ### 2006-cı il tarixədək Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında, ## ### 2006-cı il tarixdən # ###### 2016-cı il tarixədək Fövqəladə Hallar Nazirliyində, Nazirliyin balansında olan yanğınsöndürən gəmiləri Vixr-10 və Vixr-7-də yanğınsöndürən kimi xidmət etmişdir. # ###### 2016-cı il tarixdən ona əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, onun xidmət və güzəştli xidmət illəri düzgün hesablanmamış, bunun nəticəsində ona yaşa görə əmək pensiyası düzgün təyin edilməmişdir. İddiaçının xidmət dövründə Daxili işlər nazirinin “müharibə zonasında xidmət edən hərbi qulluqçuların 1 günlük xidməti 2 gün hesablanması barədə” daxili əmri olduğunu bildirmişdir. Sözügedən əmrin mövcudluğu barədə Daxili İşlər Nazirliyinə vəkil sorğusu göndərilmiş, lakin həmin sorğuya faktiki olaraq cavab verilməmişdir. ## ####### 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət edilmişdir. ## ###### 2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilən məktubda yuxarıda qeyd edilən məsələlər araşdırılmamışdır. Cavabdehin ## ###### 2023-cü il tarixli *-**-*/*-D-******/**** saylı məktubunda iddiaçının təminat xərcliyinin 1129.2 (bir min yüz iyirmi manat iyirmi qəpik) olduğu bildirilmişdir. Fövqəladə Hallar Nazirliyinin # ###### 2016-cı il tarixli, **/**/xr-**** saylı məktubunda iddiaçının iş stajı 25 il 2 ay 3 gün xidmət müddəti olduğu qeyd edilmişdir.
10. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçıya Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş # ###### 2016-cı il tarixli **/**/xr-**** nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, # ###### 2016-cı il tarixdən Mərkəzi Filial tərəfindən 25 il 2 ay 3 gün (təqvimi xidmət illəri 22 il 4 ay 3 gün, güzəştli xidmət illəri 2 il 10 ay 10 gün) xidmət müddəti üçün müvafiq təminat xərcliyinin 70 faizi - 507,92 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona ödənilmişdir. İddiaçının # #### 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 545,49 manat müəyyən edilmişdir. # #### 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 568,03 manat müəyyən edilmişdir. # ### 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 650,69 manat müəyyən edilmişdir. # ######## 2019-cu il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun cəmi təminat xərcliyi 1129,20 manat təşkil etmişdir. Qanunun 26.3-cü maddəsinin # ###### 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il ####un #dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. # ###### 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərcliyinin 10 faizi. Natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün onun təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının # #### 2018-ci il tarixədək olan təminat xərcliyi (725,60 manat) ilə # ######## 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1129,20 manat) arasındakı fərq məbləğinin (403,60 manat) 65,34 faizi-263,71 manat # #### 2018-ci il tarixədək olan pensiyasının (507,92 manat) üzərinə əlavə olunmaqla 771,63 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Əlavə olaraq, Qanunun # ###### 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 848,79 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar artırılaraq 973,56 manat təşkil edir. Əlavə olaraq, iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxılacaqdır.
11. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçı İddiaçı təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin ## #### 2017-ci il tarixinədək olan redaksiyasına uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinin tətbiqi əsasında əmək pensiyasının hesablanması hüquqi baxımdan əsassız olmuşdur və bu yanaşma qanunvericilikdə müvafiq normativ tənzimləmələrin mahiyyətinə uyğun gəlmir. Qanunun müvafiq müddəalarının təhlili əsasında aydın olur ki, fövqəladə hallar orqanlarında xidmət edən şəxslər xidmətin hüquqi təbiətinə görə fərqli statuslara malik olan üç əsas kateqoriyaya bölünürlər: hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və dövlət qulluqçuları. Bu üçlüyün hüquqi statusları, sosial təminat hüquqları və pensiya təminatı ilə bağlı normativ baza müxtəlifdir və bu səbəbdən hər biri üzrə hüquqi rejim fərqli şəkildə tənzimlənir. Qanunun 20.14.1-ci maddəsi isə yalnız spesifik hallarda, müvafiq kateqoriyaya aid olan şəxslərə münasibətdə tətbiq edilə bilər. İddiaçının pensiya hüququnun müəyyənləşdirilməsi kontekstində, onun xidmət keçdiyi orqan – yəni Fövqəladə Hallar Nazirliyi, və orada tutduğu vəzifə, eyni zamanda daşıdığı xüsusi rütbə, onu “xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan əməkdaş” statusuna aid edir. Bu status isə Qanunun 20.14.1-ci maddəsinin deyil, 20.28.1 və 20.28.2-ci maddələrinin tətbiqini zəruri edir. Bu hüquqi nəticəyə gəlmək üçün zəruri olan hüquqi baza, Qanunun 20.1.20-ci maddəsində konkret olaraq nəzərdə tutulmuşdur ki, həmin maddənin şərtlərinə cavab verən şəxslərə münasibətdə müvafiq pensiya hüquqları yalnız 20.28-ci maddələrin tələbləri ilə müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçının xidmət illəri və xidmət etdiyi vəzifənin xarakteri bu hüquqi meyarlara tam cavab verir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış, xüsusi rütbəli vəzifədə xidmətini başa vurmuş şəxs olduğundan, o, Qanunun 20.1.20-ci maddənin tələblərini tam ödəyir. Bu isə, hüquqi baxımdan onun pensiya təminatının adıçəkilən Qanunun 20.28.1 və 20.28.2-ci maddələri əsasında hesablanmalı olduğuna dəlalət edir. Cavabdehin bu kontekstdə yanlış norma tətbiqi vətəndaşın qanunla təmin olunmuş sosial təminat hüququnun pozulmasına səbəb olur. Nəticə etibarı ilə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək pensiyası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin ## #### 2017-ci il tarixədək olan redaksiyasına uyğun hesablanmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi xidmət stajı ilə bağlı sənədləri və mübahisələndirilməyən halları nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçının fövqəladə hallar orqanlarında keçdiyi xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir. İddiaçının xidmət stajı ümumilikdə 25 ildən artıq olduğu üçün bu xidmət qarşılığında onun pensiyası orta aylıq əməkhaqqının 85 faizi həcmində müəyyən edilir (ilk 5 il üçün 45 %+ sonrakı 20 il üçün+ 2 ay üçün + 3 gün üçün: 20 il × 2 % = 40 %; 2 ay üçün 0,34 % + 3 gün üçün; cəmi: (45 % + 40 %)+ 0,34 %+0,018 %= 85,358 %).
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova – məruzəçi, C.Məmmədov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
18. Kassator əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Qanunun 20.14.1-ci maddəsinin deyil, 20.28.1 və 20.28.2-ci maddələrinin tətbiqinin zəruri olması məsələsi qeyd edilsə də, həmin maddələrin tətbiq olunmasının hüquqi və faktiki əsasları kifayət qədər əsaslandırılmamış, konkret hallar və sübutlarla izah edilməmişdir. Belə yanaşma isə qərarın əsaslandırma tələblərinə cavab vermədiyindən qəbul olunmuş nəticənin obyektivliyi və hüquqi əsasları şübhə altına alınır. Bu isə qərarın hüquqi sabitlik, şəffaflıq və icra olunma baxımından effektivliyini sual altında qoyur.
19. Qanunun tələblərinə əsasən iddiaçıya pensiya təyinatı zamanı 20.28.1 və ya 20.28.2-ci maddəsinin tətbiq edilməsi üçün o, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmalı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmalıdır. Qeyd olunan məsələyə münasibətdə bildirilmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyi halda, məhkəmə tərəfindən bu hal nəzərə alınmadan və hüquqi baxımdan əsaslandırılmadan qərar qəbul edilmişdir. Nəticə də, məhkəmə qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: … 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; (Qeyd – dəyişikliklər: - ## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, # ### 2017-ci il, № **, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № *, maddə 676) ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. - ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## ###### 2024-cü il, “Azərbaycan” qəzeti, ## ###### 2024-cü il, № **, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № *, maddə 137) ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır.) ... - Hazırkı qüvvədə olan redaksiya: 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
- ##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiya: 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.28.3. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. ... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ...
22. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: ... 33.1.11. xidmətdə olmanın son yaş həddinə çatdıqda; … 33.2. Bu Qanunun 33.1.2-ci, 33.1.4-cü və 33.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə əməkdaşın fövqəladə hallar orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya əməkdaş digər vəzifəyə keçirilmədən imtina etdikdə, xidmətkeçməyə xitam verilir. 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. 33.4. Fövqəladə hallar orqanlarının əməkdaşı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 33.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ya ezamiyyətdə olduğu vaxt ərzində fövqəladə hallar orqanının rəhbərinin təşəbbüsü ilə onun xidmətkeçməsinə xitam verilə bilməz.
23. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: ... 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Rlər və Rlar üçün – 45 yaş (hazırda 48 yaş); ... 39.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər. 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, R və Rlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; ...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48. Məhkəmənin və inzibati məhkəmə icraatı iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
28. Cavabdeh iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 70 %-ə görə ##.##.2021-ci il tarixdən ömürlük əmək pensiyası təyin etmişdir.
29. İddiaçının hüquqi marağı “ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin ## #### 2017-ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, pensiyasına əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsidir.
30. Mübahisə olunmur ki, iddiaçının pensiya hüququ 0# ###### 2016-cı il tarixdə yaranmış, xüsusi rütbəli şəxsdir, xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir.
31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı yaşa görə hərbi xidmətdən ehtiyata buraxıldığından # #### 2017-ci il tarixədək qüvvədə olmuş istər “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin, istərsə də 20.28.3-cü maddəsinin tələbinə görə əmək pensiyasına təyin edilən əlavənin miqdarı əmək haqqının 80 faizini üstələyir. Lakin düzgün olmayaraq cavabdeh iddiaçıya təminat xərcliyinin 70 faizi miqdarında əlavə təyin etmişdir.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təyin edilmiş pensiya qanuna uyğun olmamışdır.
33. Apellyasiya məhkəməsinin mövqeyinə görə əgər əməkdaş xüsusi rütbəli vəzifədə 5 il xidmət keçmişdirsə, bu hal ona orta aylıq əməkhaqqının 45 faizi əsasında formalaşdırılır; Əgər əməkdaş xüsusi rütbəli vəzifədə 5 ildən 10 ilə qədər xidmət keçmişdirsə, bu halda pensiyası orta aylıq əməkhaqqının 45 faizi əsasında formalaşdırılır və 5 ildən artıq hər il üçün orta aylıq əməkhaqqının 2 faizi əlavə olunmaqla. İddiaçının xidmət illəri və xidmət etdiyi vəzifənin xarakteri bu hüquqi meyarlara tam cavab verir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış, xüsusi rütbəli vəzifədə xidmətini başa vurmuş şəxs olduğundan, o, Qanunun 20.1.20-ci maddənin tələblərini tam ödəyir. Bu isə, hüquqi baxımdan onun pensiya təminatının adıçəkilən Qanunun 20.28.1 və 20.28.2-ci maddələri əsasında hesablanmalı olduğuna dəlalət edir. İddiaçının əmək pensiyası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin ## #### 2017-ci il tarixədək olan redaksiyasına uyğun hesablanmalıdır. İddiaçının xidmət stajı ümumilikdə 25 ildən artıq olduğu üçün bu xidmət qarşılığında onun pensiyası orta aylıq əməkhaqqının 85 faizi həcmində müəyyən edilir (İlk 5 il üçün 45 %+ sonrakı 20 il üçün+ 2ay üçün+ 3 gün üçün: 20 il × 2 % = 40 %; 2 ay üçün 0,34 % + 3 gün üçün) Cəmi: (45 % + 40 % )+ 0,34 %+0,018 %= 85,358 %). Göstərilənlərə əsasən İddiaçı təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 0# #### 2017-ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini yanlış hesab edərək vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci il tarixədək qüvvədə olmuş 20.28.1-ci maddəsi yalnız 5 il xidmət keçmiş fövqəladə hallar orqanlarının işçilərinə, 20.28.2-ci maddəsi isə yalnız 5 ildən 10 ilə qədər xidmət keçmiş fövqəladə hallar orqanlarının işçilərinə münasibətdə tətbiq edilə bilər. İddiaçı nə 5 il, nə də 5 ildən 10 ilə qədər xidmət keçmiş fövqəladə hallar orqanlarının işçisi olmamışdır. İddiaçının fövqəladə hallar orqanlarında xidmət illəri 25 il 2 aydır, yəni 10 ildən çoxdur. Odur ki, eyni vaxtda hər iki normanı (20.28.1-ci maddə və 20.28.2-ci maddə) iddiaçıya münasibətdə tətbiq etməklə məhkəmə səhvə yol vermişdir.
35. İddiaçının fövqəladə hallar orqanlarında xidmət illəri 25 il 2 ay olduğundan ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.28.3-cü maddəsi tətbiq oluna bilər.
36. # #### 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.28.3-cü maddəsinə görə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə olunmaqla pensiya müəyyən edilir.
37. Apellyasiya məhkəməsi onu da nəzərə almamışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.28-ci maddəsinə əsasən pensiya əməkhaqqının 80 faizi miqdarında deyil, əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir.
38. İddiaçının # #### 2017-ci il tarixədək xidmət illəri 25 il 2 ay olduğundan ona münasibətdə həmin vaxtadək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.28.3-cü maddəsi tətbiq edilməli olduğundan, 10 ilə görə orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, 15 il üçün 75 faiz, əlavə olaraq 2 ay üçün 0,34 faiz tam götürdükdə (55 faiz + 75 faiz + 0,34 faiz) əməkhaqqının 80 faizini keçdiyindən, əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər pensiyası müəyyən edilməlidir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin o dəlilləri ilə razılaşmır ki, iddiaçı pensiya yaşına çatmadığı üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.20-ci maddəsi tətbiq edilə bilməz.
40. Məhkəmə kollegiyası vurğulayır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.28-ci maddəsinin tətbiq edilməsi üçün həmin Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şərtlər ödənilməlidir.
41. Qanunun 20.1.20-ci maddəsində xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış fövqəladə hallar orqanlarının işçilərindən (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla), yaxud xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərindən (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) bəhs olunur.
42. İddiaçı xüsusi rütbələr nəzərdə tutan vəzifədə çalışmış, rütbəsinə görə yuxarıda qeyd olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1.2-ci maddəsinə və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.11ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış və fövqəladə hallar orqanlarının işçisi (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) olmuşdur. 2016-cı ilin noyabr ayında hər üç şərt iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.20-ci maddəsinin iddiaçıya tətbiq edilməli olmaması barədə şikayətin dəlilləri əsaslı olmamışdır.
43. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin ## #### 2017-ci il tarixinədək olan redaksiyasına uyğun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
44. Məhkəmə kollegiyası yuxarıda vurğuladığı kimi iddiaçının vəziyyətinə münasibətdə istinad etdiyi normalara uyğun pensiyasının yenidən hesablanması istisna olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı iddiaçının hüquqi marağını müəyyən etməli, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım etməli, 25 ildən çox xidmət illəri nəzərə alınmaqla əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələri ilə deyil, hüquqi yardımdan sonra həmin Qanunun 20.28.3-cü maddəsinin tələbinə uyğun pensiyanın düzgün hesablanması ilə müraciəti olduğu halda, həmin müraciətə baxmalı, hüquqi yardımdan sonra dəqiqləşdirilmiş iddia olmadıqda mövcud iddiaya baxıb qərar qəbul etməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə baxılarkən “Əmək pensiyaları haqqında” Qanunun pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla 20.28-ci maddəsinin # ###### 2023-cü ilədək qüvvədə olmuş redaksiyasının və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ilin nəzərə alınması barədə 32.1-1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2025-
46. *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya ci il tarixli, məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd olunması hissəsində şikayət təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.