Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3733/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şə hər Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1936-cı il tarixdə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. Cavabdeh, inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəs inə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər XDS İK-nın 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarına əsasən 218 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində 204 M/T nömrəli 0,12 hektar ölçüdə torpaq sahəsi ona ayrılmışdır. O, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh 22.06.2017-ci il tarixli məktubla onun xahişini təmin etmişdir. Birinci instansiya məhkəməsinin xxx saylı (sədrl ik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, xxxnömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx saylı (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 27.02.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçınıniddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində «bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia qaldırmışdır. O, öz iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nin 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qər arına əsasən iddiaçıya verilmiş order əsasında ona 218 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində 204M/T saylı 0,12 hektar bağ sahəsi ayrılmışdır. O, həmin bağ sahəsinin müəyyən hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu imtina edərək bildirmişdir ki, bağ nömrəsi sxematik xəritəyə uyğun gəlmir, iki bağ sahəsi bir hasar daxilindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-690/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı şəhər Ərazi İdarəsi sözügedən qərardan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi qanunsuz və ədalətsiz qərar çıxararaq cavabdehin apelyasiya şikayətini təmin etmişdir. Belə ki, məhkəmə Bakı şəhər XDS İK-nin 03 sentyabr 19 91-ci il tarixli 13/585 saylı qərarına əsasən iddiaçıya verilmiş orderi bağ sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması üçün əsas kimi qəbul etməmişdir, çünki arxiv fondunda iddiaçı və ona ayrılmış bağ sahəsi barədə məlumat tapılmamışdır. Lakin arxiv fondunda tapılmış Bakı şəhər XDS İK-nin 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarına əsasən verilmiş order barədə məlumatın olması və bu orderin məhz İddiaçı verilməsi həmin bağ sahəsinin də İddiaçı məxsus olduğunu sübut etmək üçün kifayətdir. Məhkəmə bu nüansı əsassız şəkildə nəzərə almamış və apelyasiya şikayətini təmin etmişdir. Həmçinin qeyd etmək istəyir ki, bağ nömrəsinin sxematik xəritədə aşkar olunmaması Bakı şəhər XDS İK-nin 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarına əsasən verilmiş orderin daşınmaz əmlak ın dövlət qeydiyyatına alınması üçün əsassız olduğunu sübut edə bilməz. Bakı Apelyasiya Məhkəməsi işi araşdırarkən bütün bu halları nəzərə almamış, bununla da cavabdehin hüquqlarını pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xxx nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkə məsinin 08.08.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hall arının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xxx saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 21(82)-690/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7, 15.1.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1, 73.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının Qanunun qeyd olunan normasında sadalanan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri mövcud deyil. Belə olan halda isə onun həmin bağ sahəsinə dair dövlət qeydiyyatı üçün müraciət etdiyi hüquq, dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz. Bu baxımdan cavabdeh tərəfindən onun ərizəsinin icrasından imtina edilməsi qanunauyğun hesab edilməlidir. Lakin birinci instansiya məhkəməsi cavabdehin imtina məktubunda istinad olunan halların həqiqiliyini araşdırılması istiqamətində heç bir araşdırma aparmamış, İPM-in 12.1-ci maddəsinin tələbindən irəli gələn xidməti vəzifəsinə müvafiq iddiaçının istinad etdiyi bağ dair orderin mötəbərliyini yoxlamamış, bunun üçün zəruri sübutları əldə etməklə, işin bütün faktiki halları aydınlaşdırmamış, yekunda iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi 08 avqust 2019-c u il tarixli qərarında yazmışdır ki, «İşin 6-cı vərəqində olan həmin orderdə isə təsbit olunur ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində, 0,12 hektar sahəsi olan, 204 M/T nömrəli bağ ayrılıb. Məhkəmə kollegiyası tərəfindən cavabdehin qeyd olunan dəlillərinin araşdırılması məqsədilə həm Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu verilərək Bakı şəhər XDS İK-nin həmin qərarı və 218 saylı BTK üzvləri barədə arxiv arayışı tələb olunmuş, eyni zamanda, cavabdehin idarənin arxivində mövcud olduğu təqdirdə belə siyahının məhkəməyə təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunmuşdur. Dövlət Arxivinin Bakı filialı məhkəmənin həmin sorğusuna cavab olaraq ünvanla dığı 19 iyul 2019-cu il tarixli 1359 saylı məktubunda bildirmişdir ki, arxiv fondu üzrə Bakı şəhər XDS İK-nin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarı arxivdə mövcuddur. Lakin həmin qərarda İddiaçı Pirşağıda bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırılmışdır ki, 218 saylı BTK-nın üzvlərinin siyahısının təsdiq edilməsi barədə məlumat keçmiş Bakı şəhər XDS İK-nin arxiv fondu 01 mart 1991-ci il tarixli, 3/75 saylı qərar qeydə alınmışdır. Həmin qərarda da iddiaçı barədə heç bir məlumat yoxdur (Qərarın təsdiq olunmuş surəti və 218 saylı BTK-nın üzvlərinin siyahısı məktuba əlavə olunmuşdur). Eyni zamanda, cavabdehin nümayəndəsi İ.Kəlbiyev tərəfindən məhkəməyə təqdim olunmuş, Bakı şəhər XDS İK-nin 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən 3 nömrəli əlavə üzrə 218 nömrəli BTK-nın Pirşağı bağ tikinti kooperativi üzvləri sırasında iddiaçının nə adı, nə də bağ nömrəsi aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş siyahılar tədqiq olunarkən, həqiqətən 218 saylı BTK-nın üzvləri sırasında iddiaçının adının və 204 M/T nömrəli bağ sahəsinin mövcudluğu aşkar edilməmişdir. Belə olan halda, təbii ki, belə bir bağ nömrəsi (204 M/T) Pirşaği bağlarının sxematik xəritəsində də mövcud ola bilməz». Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən müxtəlif inzibati mübahisələrə dair baxılan işlər üzrə qəbul edilmiş qərarlarda dəfələrlə inzibati mübahisələrin qanuni və əsaslı həlli üçün İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin çox böyük əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Xatırladaq ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məlum olduğu kimi, iddiaçının iddiasının əsasını iş materiallarında olan 6/c nömrəli order təşkil edir (orderin əsli iş in 6-cı səhifəsindədir). Həmin orderdə yazılmışdır ki, 6/c nömrəli order İddiaçı verilir ondan ötəri ki, Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarına əsasən ona Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 204 m/t nömrəli bağ ayrılıb. Sözügedən məsələnin araşdırılması məqsədi ilə apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialına 04 iyul 2019-cu il tarixli sorğu göndərərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarına dair Arxiv arayışının, eləcə də arxiv materiallarında mövcud olduğu təqdirdə 218 saylı BTK-nın üzvlərinin Siyahısının surətinin Bakı Apelyasiya Məhkəməsinə təqdim edilməsini xahiş etmişdir (iş sə hifəsi 51). Burada bir daha xatırlatmaq zəruridir ki, iddiaçının adına verilmiş sözügedən orderdə Bakı Şəhər İcraiyyə Komitəsinin məhz 03 sentyabr 1991-ci il tarixli, 13/585 nömrəli qərarına istinad olunur. Dövlət Arxivinin Bakı Filialının məhkəmənin həmin sorğusuna olan 19 iyul 2019-cu il tarixli cavabında yazılır ki, «04 iyul 2019-cu il tarixli, 2-1(103)-1448/19 saylı sorğunuza cavab olaraq bildiririk ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 03 sentyabr 1991- ci il tarixli, 13/585 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı Pirşağıda bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 218 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilməsi barədə məlumat keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu 01 mart 1991-ci il tarixli, 3/75 saylı qərarda qeydə alınmışdır. Lakin həmin qərarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın və həmin qərara əlavə edilmiş 218 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətləri 7 (yeddi) vərəqdən ibarət Sizə göndərilir». Beləliklə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının adına verilmiş 6/s nömrəli orderdə istinad olunan Bakı Şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/585 nömrəli qərarının Dövlət Arxivinin Bakı Filialı tərəfindən mövcud olduğu bildirilsə də, həmin qərar apelyasiya məhkəməsinə göndərilməmiş, sadəcə qeyd edilmişdir ki, sözügedən qərarda İddiaçı Pirşağı bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur, bunun əvəzində isə Dövlət Arxivinin Bakı Filialı tərəfindən apelyasiya məhkəməsinə iddiaçıya verilmiş orderə heç bir aidiyyəti olmayan Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli, 3/37 saylı qərarının kserosurətini göndərmişdir. Eyni zamanda, 218 saylı BTK-nın üzvlərinin siyahısının təsdiq edilmiş kserosurəti də təqdim edilmişdir. Apelyasiya instansiyası məhkəməsi də sözügedən sənədlərlə kifayətlənərək, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin müddəalarını pozmaqla, işin düzgün həlli üçün lazımi olan Bakı Şəhər İcraiyyə Komitəsinin, iddiaçının adına verilmiş orderdə istinad olunan 03 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarını Dövlət Arxivinin Bakı Filialından əldə etməmiş və nəticə etibarı ilə də adıçəkilən qərarı araşdırmamışdır. Digər tərəfindən məlum olduğu kimi, apelyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən Dövlət Arxivinin Bakı Filialının (iş səhifəsi 62) və cavabdehin (iş səhifələri 66, 67) məhkəməyə təqdim etdikləri «218 nömrəli Pirşağı Bağ-tikinti kooperativi üzvlərinin Siyahısı»na əsaslanmışdır. Məhkəmə kollegiyası xüsusi şəkildə qeyd edir ki, həmin sənədlər normal olaraq məzmunca eyni olmalı olduğu halda, cavabdehin təqdim etdiyi siyahıda kooperativin 18 üzvünün (artıq olan X1), Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi siyahıda isə kooperativin 17 üzvünün (N.X.Nəbiyev yoxdur) adı yazılmışdır. Bununla yanaşı Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi siyahıda Birliyin direktoru T.Allahverdiyevin soyadının önündə imza olduğu Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Katibi «G.Panevski» soyadının önündə isə imza yoxdur. Bundan əlavə, cavabdehin təqdim etdiyi sözügedən siyahıda yenə də eyni vəziyyət mövcuddur. Lakin apelyasiya instansiyası məhkəməsi adıçəkilən siyahıda olan ziddiyyətləri araşdırmamış, onların mötəbərliliyini tam və hərtərəfli yoxlamamışdır. Bundan başqa, mübahisə predmeti olan bağ torpaq sahəsinin mövcud olub-olmaması, mövcuddursa, faktiki olaraq kimin istifadəsində olması da araşdırılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya yazdığı 22 iyun 2017-ci il tarixli imtina məktubunda yazır ki, «iki bağ bir hasar daxilindədir, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir.» Lakin, belə olan halda, cavabdeh orqan bunu, yəni, sözügedən bağ torpaq sahəsinin iddiaçıda ümumilikdə mövcud olmamasını sübut etməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Pro sessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3733/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3733/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver