Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3734/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu tarixdən (##.##.2022-ci il) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın ##.##.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1962-ci ildə anadan olmuşdur. Hazırda 62 yaşı tamam olub. Əmək fəaliyyəti, hərbi xidmət dövrü də daxil olmaqla ##.##.1981-ci ildən hal-hazıradək olan illəri əhatə edir. Ümumilikdə iş stajı 43 il 1 ay 10 gün təşkil edir. Bu məlumatlar əmək kitabçasında aydın şəkildə qeyd edilir. Bu səbəbdən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, ona məxsus olan əmək kitabçasına əsasən qanunla müəyyən edilmiş həm ümumi - 25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının təqdim etdiyi “xxxx” ASC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli, SH**/*-** nömrəli arayışında ##.##.1998 - ##.##.2004-cü il və ##.##.2007 - ##.##.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya Istehsalat X2 Istismarı Müəssisəsinin qəza xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində ##.##.2011-##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində Bakı Sukanal Idarəsi * saylı qəza-bərpa və quraşdırılma sahəsinin qəza xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində, ##.##.2014 - ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində isə Suraxanı Rayon Sukanal Idarəsində yeraltı kanalizasiya şəbəkələrində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, iddiaçıya yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim etdikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşından, yəni ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı ##.##.1962-ci il təvəllüddür. Iddiaçının ##.##.2022-ci il tarixdə 60 yaşı tamam olanda 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajına malik olmuşdur. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Iddiaçıya məxsus əmək kitabçasına və hərbi biletinə əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. 5.2. Hazırkı mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda onun işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarının ** nömrəli bölməsində nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 22 il 10 ay 16 gün təşkil etməsi və arayışda qeyd olunmuş ixtisasın əvvəldən bu günə kimi yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəzabərpa işlərinə aid olması bildirilmiş, bununla da, cavabdehin imtinasında və etirazında göstərilən dəlillər iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təkzib edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır (iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən 22 il 10 ay 16 gün).
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: O.N.Ismayılov /sədrlik edən və məruzəçi/, S.F.Cəfərov və R.Ə.Səmədov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etmişdir: 7.1. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “... sözügedən arayışda iddiaçının qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı bir daha iddiaçının işlədiyi “xxxx” ASC-nin X1 Idarəsinə sorğu verilmiş, həmin sorğuya alınan ##.##.2025-ci il tarixli cavabda iddiaçının işlədiyi ixtisasın əvvəldən bu günə kimi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aid olduğu qeyd edilmişdir. 7.2. Işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iş materiallarındakı sənədlərdən müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı aşağıdakılardan ibarətdir: ##.##.1998 - ##.##.2004 - Bakı Kanalizasiya Istehsalat X2 Istismarı Müəssisəsi qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli iş stajı ixtisasa əsasən, 6 il 5 ay 1 gün hesablanmışdır; ##.##.2004 - ##.##.2004 - “xxxx” ASC Bakı Kanalizasiya Xidməti, kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən 1 ay 20 gündür; ##.##.2007 - ##.##.2011 - “xxxx” ASC Bakı Kanalizasiya Xidməti kanalizasiya şəbəkələrinin istismarı sahəsinin * saylı qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 3 il 9 ay 30 gün hesablanmışdır; ##.##.2011 - ##.##.2012 - Bakı Sukanal Idarəsi, * saylı qəza-bərpa və quraşdırılma sahəsinin qəza xidmətində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli iş stajı ixtisasa əsasən, 7 ay 30 gün hesablanmışdır; ##.##.2012 - ##.##.2013 – “xxxx” ASC Bakı Sukanal Idarəsi, Suraxanı Rayon Sukanal Departamenti, Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 3 ay hesablanmışdır; ##.##.2013 - ##.##.2014 – Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 9 ay 2 gün hesabalanmışdır; ##.##.2014 - ##.##.2022 – Suraxanı Rayon Sukanal Idarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 8 il 4 ay 8 gün hesabalanmışdır; ##.##.2022-##.##.2023 - Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması üzrə qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 5 ay 17 gün hesabalanmışdır. Beləliklə, iddiaçının güzəştli iş stajı ümumilikdə 22 il 10 ay 16 gündür. 7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçının işlədiyi peşə (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) güzəştli şərtlərlə pensiya təyin edilə bilən peşələrə aiddir. Bununla bağlı, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Qeyd edilməlidir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasının, iddiaya etirazının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin yeganə dəlili iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olması barədədir. Beləliklə də, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh iddianın təmin olunması üçün tələb olunan digər dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilməməsi ilə bağlı heç bir mübahisə açmamışdır.
16. Iddiaçının 12 il 6 aydan artıq (22 il 10 ay 16 gün) güzəştli iş stajına malik olması isə işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır.
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
19. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.