Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-374/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-374/2020) (Açar sözlər: tibbi təminat, müalicə və digər hüquqların saxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “tibbi təminat, müalicə və digər hüquqların saxlanılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-1(103)-2165/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək hərbi-tibbi müəssisələrində tibbi təminat, müalicə, müayinə, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 8 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə (Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ) görə, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyət inə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbitibbi müəssislərdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. İddiaçı 2019-cu il 19 aprel tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hərbi-tibbi müəssisələrində tibbi təminat, müalicə, müayinə, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etm işdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1993-cu ildə “C.Naxçıvanski” adına hərbi liseyə daxil olmuş, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan 476 və 41N saylı xüsusi təyinatlı hərbi hissələrdə, 877, N və N saylı motoatıcı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş, mayor rütbəsinə, taborun qərargah rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. 2013-cü ilin may ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2015-ci il 13 avqust tarixli, 822 saylı qərarına əsasən xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda yerləşən döyüş postlarını yoxlayarkən travma almış, bunun nəticəsində “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu təyin edilmişdir. Aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yetirərkən alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xah iş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçının 1996-cı il 27 iyul tarixdən 2013-cü il 21 avqust tarixə kimi Silahlı Qüvvələrdə xidmət müddəti təqvim hesabı ilə 17 il təşkil edir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 17 il xidmət keçməsinə görə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndində və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən “20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətində olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis ol unmuş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi-tibbi müəssisələrdə, tibbi və sanitar kurort müalicəsi almaq hüququna malik” - olan hərbi qulluqçuların kateqoriyasına aid oluna bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 iyul tarixli 2-1(82)-1883/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yalnız 20 il və daha çox xidmət etmiş, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvlərinin belə bir tibbi təminatdan-müalicədən istifadə etmək hüququ vardır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-1(103)-2165/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 12 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 26 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarın təsviri hissəsində xidmət müddətini 17 il hesablamış, lakin 1993-cü ildən 1996-cı ilə kimi olan “C.Naxçıvanski” adına hərbi litseydə olmağını nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsin in mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdeh iddia tələbinə və iddiaçının apellyasiya şikayətinə qarşı etirazlarında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə istinadla iddiaçının “həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə” müddəasına əsasən ehtiyata buraxıldığını qeyd edir. “Hərb i xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinə əsasən, törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. Normanın məzmunundan göründüyü kimi, ehtiyata buraxılmanın əsası kimi yalnız cinayətin törədilməsi deyil, həm də törədilmiş cinayətə görə məhkum edilmə (“a” bəndində azadlıqdan məhrum olunma) nəzərdə tutulur. Lakin işin materiallarında iddiaçının məhkum olunduğuna dair hər hansı sübut (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı) cavabdeh tərəfindən təqdim olunmamış, yaxud məhkəmə belə bir sübutu tələb etməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının ehtiyata buraxılmasına dair əmr hazırkı icraatda mübahisə olunmur. Lakin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinin tətbiqi üçün zəruri şərt olan “azadlıqdan məhrum edilməyə məhkum olunma” faktı (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı) iddiaçıya münasibətdə mövcud deyildirsə, hazırkı məzmunda iddia həmin şərtə görə rədd edilə bilməz və mübahisənin düzgün həlli üçün işin digər halları ilə yanaşı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2015-ci il 13 av qust tarixli Qərarı ilə müəyyən edilmiş məlumatlar tədqiq olunmalı və qiymətləndirilməlidir. Cavabdeh etirazın əsası kimi, həmçinin iddiaçının 1996-2013-cü illərdə hərbi xidmət müddətinin təqvim tarixi ilə 17 il təşkil etdiyini, bu səbəbdən də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsinin iddiaçı barəsində tətbiq oluna bilmədiyini qeyd edir. Həmin maddəyə görə, hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi-tibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı öz tələbinin əsası kimi iddia ərizəsində təkcə 1996-cı ildən 2013-cü ilədək olan xidmət dövrünü deyil, həm də 1993-cü ildən xüsusi təyinatlı təhsil müəssisəsində (C.Naxçıvanski adına Hərbi Liseydə) kursant kimi həqiq i hərbi xidmətini də qeyd etmişdir. İddiaçının istinad etdiyi vaxtda qüvvədə olmuş “Hərbi xidmət haqqında” Qanunun (2011-ci il 23 dekabr tarixli 274-İVQ №-li “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla ləğv edilmişdir) 5-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:...hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti;... Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunda Cəmşid Naxçıvanski adına Hərbi Lisey də qeyd edilmişdir (1.6-cı bənd). Bundan başqa, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində xidmət müddəti ilə bağlı öz tələbinin əsası kimi hərbi hissə komandirinin 2018-ci il 7 okt yabr tarixli arayışına da istinad etmişdir. Həmin arayışda iddiaçının güzəştli xidmət müddəti əksini tapmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində isə 20 illik xidmət müddəti təqvim tarixi kimi təsbit olunmamışdır. Başqa sözlə, həmin norma güzəştli müddətlərin nəzərə alınmasını istisna etmir. İddiaçının həmin dəlilləri apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırma predmeti olmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışd ır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-1(103)-2165/2019 nömrəli qərarı ləğv edilir. İş t əkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-374/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-374/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver