Məhkəmə qərarları › İş №2-1(102)-374/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-374/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-374/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə (bundan sonra mətndə cavabdehlər) qarşı “əmrlərin ləğv edilməsi, onun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1298/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı – iddiaçı övladının səhhəti ilə əlaqədar olaraq 02.12.2019-cu il tarixdən övladının 3 yaşı tamam olanadək uşağaqulluqla əlaqədar sosial məzuniyyətə buraxılmağına icazə verilməsi barədə 20.11.2019-cu il tarixdə raportla DİN-nin Tibbi İdarəsinin rəisinə müraciət etmişdir.

2. Azərbaycan Res publikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə82Ş/H-029-19 saylı 25.11.2019-cu il tarixli əmri ilə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti serjantı İddiaçı 2019-cu ilin dekabr ayının 2-dən 2021-ci ilin aprel ayının 14-dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmişdir. Əmrə əsas kimi İddiaçı 20.11.2019-cu il tarixli raportu və 21.05.2018-ci il tarixli, AZ-İV-116910 nömrəli doğum haqqında şəhadətnamənin surəti göstərilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin DİN-nin Tibb İdarəsinin rəisinə ünvanladığı məktubla bildirilmişdir ki, iddiaçıya 20.11.2019cu il tarixli raportuna əsasən Tibb İdarəsinin müvafiq əmri ilə 02. 12.2019-cu il tarixdən 14.04.2021-ci il tarixədək uşağına qulluqla əlaqədar sosial məzuniyyətə buraxılmışdır. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10.01.2020-ci il tarixli 012-525-1220 nömrəli məktuba əsasən İddiaçı 04.12.2019-cu il tarixdə “Samur X12”ndən tək çıxaraq ölkə hüdudlarını tərk etmiş, 16.09.2016-cı il təvəllüdlü qızı X5 və 14.04.2018-ci il təvəllüdlü oğlu X3 ölkə hüdudlarını tərk etmələri müəyyən olunmamışdır. Odur ki, xidməti təhqiqat zərurəti ilə əlaqədar DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı məzuniyyətinin dayandırılaraq geri çağırılması və bu barədə Daxili Təhqiqatlar İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur.

4. Bununla bağlı Azərbaycan Respublikası D axili İşlər Nazirliyi Tibb İdarəsinin Ə7-02Q-20 saylı 14.01.2020-ci il tarixli əmri ilə xidməti təhqiqat zərurəti ilə əlaqədar olaraq, barəsində DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti baş serjantı İddiaçı 15 yanvar 2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmışdır. Əmrə əsas kimi DİN-in Daxili Təhqiqatlar İdarəsinin 14.01.2020-ci il tarixli, 023-225-1220 nömrəli məktubu əsas göstərilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 14.01.2020ci il tarixli məktubu ilə İddiaçı sosial məzuniyyətdən geri çağırılması barədə Tibb İdarəsinin 14.01. 2020-ci il tarixli əmrinin surəti məlumat üçün DİN-nin Daxili Təhqiqatlar İdarəsinə göndərilmişdir.

6. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 16.01.2020-ci il tarixli məktubla İddiaçı müraciət edilərək onun sosial məzuniyyətdən geri çağırıldığı və təcili olaraq xidməti vəzifəsinin icrasına başlamalı olduğu bildirilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisinə ünvanladığı 16.01.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Baş Prokurorluğuna Qızılgül Hüseynovanın ünvanladığı eyniməzmunlu müraciətinə aidiyyəti üzrə baxılmışdır. Barəsində DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar İddiaçı 15.01.2020ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmış və hazırda İddiaçı mobil telefonuna (***-***-**-**) edilən zənglərə cavab vermir. Qeyd olunan səbəbdən araşdırmanın aparılması mümkün olmamışdır. 8. “Vətəndaş Q.Hüseynovanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” DİN Daxili Təhqiqatlar İdarəsinin 21 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb 01.11.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmış, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətmişdir. “Polis haqqında” Qanunun 3, 5 və 29cu, “Daxili işlər orqanları əməkdaşlarının X17”nin 1, 2, 3, 4, 13 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb 01.11.2019-cu il tar ixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı ciddi intizam tənbehinə layiq olması qərara alınmışdır.

9. Azərbaycan Respublikası daxili İşlər naziri tərəfindən imzalanmış Ə8 6-00120 saylı 23.01.2020-ci il tarixli “DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalı əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” əmrdən görünür ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin 5.3.19-cu bəndini rəhbər tutub, “Polis haqqında” Qanunun 3, 5 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının X17”nin 1, 2, 3, 4, 13 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb 01.11.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniy yət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X7 xidmətdən xaric edilmişdir.

10. DİN Tibb İdarəsinin 24.01.2020-ci il tarixli Ə5ş/h-029-20 nömrəli əmrindən görünür ki, tibb xidməti baş serjantı İddiaçı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Res publika Hospitalının Kardiologiya Şöbəsinin tibb bacısı olaraq 24 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. Əmrə əsas: DİN-in 23.01.2020-ci il tarixli əmri olmuşdur.

11. Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqinin X1 müraciəti əsasında “ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 mart 2020-ci il tarixli qərarından müəyyən olunur ki, aparılmış araşdırma zamanı iddiaçının əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyindən ilkin yoxlama materialı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsi ndəki icraat

12. İddiaçı 24 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ə86-001-20 saylı 23.01.2020-ci il tarixli və Ə5ş/h-029-20 saylı 24.01.2020-ci il tarixli əmrlərin ləğv edilməsi, onun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 16 ilə yaxındır ki, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Azərbaycan Hospitalında tibb bacısı işləyir. Xidməti fəaliyyəti zamanı bir dəfə də olsun barəsində intizam tənbeh tədbiri görülməmiş, nümunəvi işçi kimi həvəsləndirmə tədbiri olaraq, təşəkkür və pul mükafatları almışdır. Həyat yoldaşı ilə nikahı pozulduqdan sonra birgə nikahdan doğulan 3 uşağı onun himayəsi altındadır və ailəni dolandıracaq tək əmək qabiliyyətli şəxsdir. Lakin, bütün bunlara baxmayaraq demək olar ki, bütün ömrünü həsr etdiyi DİN-nin Tibb İdarəsinin rəhbərliyi heç bir əsas olmadan “X7 xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən onu işdən xaric etmişlər. Belə ki, sonuncu oğlu X13 14.04.2018-ci il tarixdə dünyaya gəldikdən sonra 3 uşağa təkbaşına baxmaq eyni vaxtda işləmək çətin olduğu üçün həmin ildə öz arzusu ilə müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Bir müddət keçdikdən sonra dövlət əhəmiyyətli tədbir olan Avropa oyunları respublikada keçirildiyindən və işçi çatışmazlığı olduğundan müvafiq əmrlə məzuniyyətdən geri çağırılmış və oyunlar bitdikdən işlər qaydasına düşdükdən sonra yenidən 03.12.2019-cü il tarixdən öz arzusu ilə müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. 2020-ci ilin yanvar ayının sonlarında övladının səhhəti ilə bağlı Rusiya Federasiyasında olduğu zaman işlədiyi DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalından iş yoldaşları ona işdən xaric olunması barədə söz-söhbətlərin getdiyini bildirmişlər. 2020-ci ilin fevral ayının 20-də hospitala gedib əmrin surətini götürmüşdür. O, qanunvericiliyin tələblərinə uyğun olaraq öz arzusu və müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətdə olduğu halda, heç bir əsas olmadan DİN-nin 23.01.20120-ci il tarixli, Ə86.001-20 nömrəli əmri əsasında DİN-nin Tibb İdarəsinin 24.01.2010-ci il tarixli, Ə5ş/h029-20 nömrəli əmri ilə “X7 Xidmətkeçmə haqqında” Əsasnamənin 13 5-ci maddəsinin 9cu bəndinə əsasən (DİO əməkdaşları adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmə kobud pozuntudur, qeyd olunan əmrlər ləğv edilməli və o, işə bərpa olunmalı, məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ona ödənilməlidir. İddia tələbi “X7 Xidmətkeçmə haqqında” Əsasnamənin 87-1, 125-ci maddələrinə, Əmək Məcəlləsinin 300cü maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, İPM-nin 2.2.1, 8.1.3, 14.1, 32.1, 38.-ci maddələrinə və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır.

14. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının m ümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil X11 (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə 01.11.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. 14.04.2018-ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq edilməsi ilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı 20.11.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİN-nin Tibb İdarəsinin müvafiq əmri ilə 02.12.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı Ç.Hüseynovun himayəsində saxlayıb, 04.12.2019- cu il tarixdə “Samur” X12 vasitəsilə ölkə hüd udlarını özbaşına tərk edib geri qayıtmaması müəyyən edilmiş və o, DİN-nin Tibb İdarəsinin 14.01.2020-ci il tarixli Ə7- 029-20 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Yol verdiyi qəbahətlərə görə tibb xidməti baş serjantı İddiaçı DİN-in 23.01.2020-ci il tarixli, Ə86-001-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının X7 xidmətkeçmə haqqında” Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X7 xidmətdən xaric edilmişdir. Beləliklə, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı barəsində qəbul olunmuş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Göstərilənlərdən aydın olur ki, tibb xidməti baş serjantı İddiaçı “DİN-nin 23.01.2020-ci il tarixli Ə86-001-20 nömrəli əmrinin və həmin əmr əsasında elan olunmuş DİN-nin Tibb İdarəsinin 24.01.2020-ci il tarixli, Ə5ş/h-029-20 nömrəli əmrin ləğv edilməsi” barədə qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur.

15. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3549/2020 saylı iş) 10 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən iddia tələbinin hüquqi əsası kimi qeyd edilən halların məhkəmə araşdırması zamanı sübuta yetirilməməsinə, bununla da, mübahisələndirilən əmrlərin əsassız olmasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına istinad etmişdir.

17. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X9-məruzəçi, Tağızadə Mirzə Nəsib oğlu və X6, 2-1(103)-1298/2021 saylı iş) 14 oktyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

19. İddiaçı 10 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətə uyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək 04.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kardiologiya Şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı Azərbaycan Respublikasının “X7 xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X7 xidmətdən xaric edilmişdir. İddiaçı verdiyi raporta əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 25.11.2019-cu il tarixli Ə82Ş/H-029-19 saylı əmri ilə 2019-cu ilin dekabr ayının 2-dən 2021 -ci ilin aprel ayının 14-dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmiş, lakin sonradan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10.01.2020-ci il tarixli məktuba əsasən iddiaçının 04.12.2019-cu il tarixdə “Samur X12”ndən tək çıxaraq ölkə hüdudlarını tərk etməsi, sonuncunun 16.09.2016-cı il təvəllüdlü qızının və 14.04.2018-ci il təvəllüdlü oğlunun ölkə hüdudlarını tərk etmələrinin müəyyən olunmaması barədə məlumat verildiyi üçün xidməti təhqiqat zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 14.01.2020-ci il tarixli əmri ilə barəsində İddiaçı 15 yanvar 2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmışdır.

21. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı 16 ilə yaxındır ki, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Azərbaycan Hospitalında tibb bacısı işləmiş, Xidməti fəaliyyəti zamanı bir dəfə də olsun barəsin də intizam tənbeh tədbiri görülməmiş, nümunəvi işçi kimi həvəsləndirmə tədbiri olaraq, təşəkkür və pul mükafatları almışdır. Həyat yoldaşı ilə nikahı pozulduqdan sonra birgə nikahdan doğulan 3 uşağı onun himayəsi altındadır və ailəni dolandıracaq tək əmək qabiliyyətli şəxsdir, övladının səhhəti ilə bağlı Rusiya Federasiyasında 2020-ci ilin yanvar ayının sonunadək olmuşdur.

22. Sosial məzuniyyətin verilməsi iddiaçının Konstitusion hüququ olan ölkə hüdudlarından kənara çıxmaq hüququnu məhdudlaşdıra bilməz və uşağa qulluq edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ailənin yeganə gəlir mənbəyidir və bir ana olaraq övladının qayğısına qalır. 23. “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı a dına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında” Əsasnamə:

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; (-).

26. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X17”: 15-ci bənd. Dax ili işlər orqanının əməkdaşı yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. 22-ci bənd. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili X4 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orq anları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikası Daxili X4 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X17”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkli fləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Müb ahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. İ ddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instan siyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddiaçı daxili işlər orqanının əməkdaşı olmuşdur.

33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə82Ş/H-029-19 saylı 25.11.2019-cu il tarixli əmri ilə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti serjantı olan iddiaçıya 2019-cu ilin dekabr ayının 2-dən 2021-ci ilin aprel ayının 14dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmişdir.

34. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10.01.2020-ci il tarixli 012-525-1220 nömrəli məktuba əsasən iddiaçı 04.12.2019-cu il tarixdə “Samur X12”ndən tək çıxaraq ölkə hüdudlarını tərk etmiş, onun 16.09.201 6-cı il təvəllüdlü qızı və 14.04.2018-ci il təvəllüdlü oğlunun ölkə hüdudlarını tərk etmələri müəyyən olunmamışdır. Odur ki, xidməti təhqiqat zərurəti ilə əlaqədar iddiaçının məzuniyyətinin dayandırılaraq geri çağırılması və bu barədə Daxili Təhqiqatlar İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur.

35. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə7-02Q-20 saylı 14.01.2020-ci il tarixli əmri ilə xidməti təhqiqat zərurəti ilə əlaqədar olaraq, barəsində DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar iddiaçı 15 yanvar 2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmışdır. Əmrə əsas kimi DİN-in Daxili Təhqiqatlar İdarəsinin 14.01.2020-ci il tarixli, 023-225-1220 nömrəli məktubu əsas g östərilmişdir.

36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 14.01.2020ci il tarixli məktubu ilə İddiaçı sosial məzuniyyətdən geri çağırılması barədə Tibb İdarəsinin 14.01.2020-ci il tarixli əmrinin surəti məlumat üçün DİN-nin Daxili Təhqiqatlar İdarəsinə göndərilmişdir.

37. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 16.01.2020-ci il tarixli məktubla İddiaçı müraciət edilərək onun sosial məzuniyyətdən geri çağırıldığı və təcili olaraq xidməti vəzifəsinin icrasına başlamalı olduğu bildirilmişdir.

38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisinə ünvanladığı 16.01.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı barəsində Respublika Baş Prokurorluğuna Qızılgül Hüseynovanın ünvanladığı eyniməzmunlu müraciətinə aidiyyəti üzrə baxılmışdır. Barəsində DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar İddiaçı 15.01.2020ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmış və hazırda İddiaçı mobil telefonuna edilən zənglərə cavab vermir. Qeyd olunan səbəbdən araşdırmanın aparılması mümkün olmamışdır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vətəndaş Q.Hüseynovanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” DİN Daxili Təhqiqatlar İdarəsinin 21 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının kardiologiya şöbəsinin tibb bacısı İddiaçı ona sosial ev düzəltmək adı ilə 01.11.2 019-cu il tarixdə 25.000 manatını ələ keçirməsi barədə vət. Qızılgül Hüseynovanın DİN-in rəhbərliyinə ünvanladığı və Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş müraciətləri əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil X11 (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə 01.11.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmış, iddiaçının X7n xaric edilməsi ilə bağlı 23 yanvar 2020-ci tarixli əmrdə həm də bu hala i stinad edilmişdir.

40. Yasamal rayon polis idarəsinin ilkin yoxlama materialı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 31 mart 20220-ci il tarixli qərarında qərarın təsviri hissəsində göstərilənlərə əsasən iddiaçının əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən ilkin yoxlama materialı cinayət təqibinin başlanması rədd edilmişdir.

41. Həmin qərarın ləğv edilməsinə, habelə ləğvi barədə mübahisə açmasına dair cavabdeh sübut təqdim etməmişdir.

42. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməlində vətəndaş Q.Hüseynovanın şikayəti əsasında cinayət tərkibi olması sübuta yetməmişdir.

43. Cavabdehin 23 yanvar 2020-ci il tarixli əmrinin digər hissəsinə görə iddiaçı sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla i darə rəhbərliyinə müraciət edərək ölkə hüdudlarını tərk etdiyinə görə bu hərəkəti ilə daxili işlər orqanı əməkdaşının adına xələl gətirmişdir.

44. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X17”nin 15-ci bəndinə görə daxili işlər orqanının əməkdaşı müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir.

45. Həmin Kodeksin 22-ci bəndinə görə davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxil i X4 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur.

46. İddiaçının sosial məzuniyyətdə olarkən yaşayış yerini dəyişərək ölkə hüdudlarını tərk etməsi mübahisə doğurmur. İddiaçı adı çəkilən Kodeksin tələblərinə əməl etməyərək yaşadığı inzibati rayonu tərk etməsi, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yer barədə cavabdehi məlumatlandırmamışdır. 47. “Daxili işlər orqanları əməkdaşlarının X17”nə görə iddiaçı daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətə yol verdiyindən, “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi xidmətdən xaric edilməsi üçün əsas olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

48. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

49. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1298/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar