Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3741/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinə (üçüncü şəxs X9 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: bələdiyyənin qərarlarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Zaman Səmədovun, üçüncü şəxsin nümayəndəsi xxxvə vəkili Cabbar Bayramovun iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinə (üçüncü şəxs X9 iştirakı ilə) qarşı qərarların ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK- nın xxx il tarixli xxxsaylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinə (üçüncü şəxs X12) qarşı Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinin 22.06.2017-ci il tarixli 07 nömrəli və 25.11.2017-ci il tarixli 12 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 31.10.1975-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş və ona “Mahmudova” soyadı verilmişdir. Göyçay Rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarı il ə İddiaçı, X6, X3, X8, X11 və X5 birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,36 ha torpaq sahəsi verilərək adlarına 14.09.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmış, həmin X20 rayon X14 aktı qeydiyyat kitabında 82 nömrə ilə qeydiyyata alınmışdır. Göyçay Rayon Məhkəməsinin xxx nömrəli qətnaməsi ilə müəyyən edilir ki, cavabdeh iddiaçının mərhum əri olan cavabdeh X4 qarşı zəbt edilmiş 0,12 ha torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı 0,12 ha torpaq sahəsinin X1 faktiki istifadəsində olması, həmin torpaq sahəsinin bir hissəsinin mülkiyyətə verilmiş pay torpağına, qalan hissəsinin isə su arxının mühafizə zolağına düşməsi müəyyən edilmiş və mübahisələndirilən 0,12 ha torpaq sahəsinin b ələdiyyə mülkiyyətində olmaması əsas gətirilərək iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının əri X6 10.03.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdehin 22.06.2017-ci il tarixli 07 nömrəli qərarı ilə cavabdeh orqanın kənd yaşayış məntəqəsi altında istifadə olunmaqla alqı-satqı predmeti olan 0,10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması ilə bağlı açıq müsahibənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmış, torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına Göyçay RİH başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi etiraz etməyərək 05.07.2017-ci il tarixli 57 nömrəli rəy, Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsi həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətin ə aid olmaqla yaşayış məntəqəsi təyinatlı alqı-satqı predmeti olması barədə 15.09.2017-ci il tarixli 436 nömrəli rəy vermişlər. Bundan sonra torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 25.07.2017-ci il tarixli müayinə (baxış) aktı hazırlanaraq LTİ-nin rəisi, mühəndisi, bələdiyyənin, ƏMDK-nin ərazi şöbəsinin, DƏDRX-nin ərazi idarəsinin nümayəndələri tərəfindən imzalarla və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 10.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdehin 25.11.2017-ci il tarixli 12 nömrəli qərarı ilə sözügedən 0,10 ha torpaq sahəsinin həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə satılması qərara alınmış, tərəflər arasında 14.12.201 7-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 18.01.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 12.11.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı, X6, X3, X8, X11 və X5 adlarına hazırlanmış 14.09.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 2,36 ha torpaq sahəsinin koordinatları ilə cavabdehin adına hazırlanmış 10.10.2017-ci il tarixli və üçüncü şəxsin adına hazırlanmış 18.01.2018-ci il tarixli çıxarışlarda qeyd olunan 0,10 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin xxxx saylı (sədrlik edən hakim R.Məcidov) qərarı ilə iddia təmin edilmiş, Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinin 22.06.2017-ci il tarixli 07 nömrəli və 25.11.2017-ci il tarixli 12 nömrəli qərarları ləğv edilmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh və üçüncü şəxsapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx saylı (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 07.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxskasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 14.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xxxxsaylı (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, A.Hüseynov və X.Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xxxil tarixli qərarınınləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya ş ikayətinin qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xxx saylı (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov) qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xxxxqərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinə (üçüncü şəxs X16) qarşı Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin 22 iyun 2017-ci il tarixli 07 nömrəli və 25 noyabr 2017-ci il tarixli 12 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1 998-ci il tarixli 39 nömrəli qərarı ilə X6, X3, İddiaçı, X8, X11 və X5 birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,36 hektar torpaq sahəsi verilərək adlarına 14 sentyabr 1998-ci il tarixli JN seriyalı 0098 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmış, həmin X20 rayon X14 aktı qeydiyyat kitabında 82 nömrə ilə qeydiyyata alınmışdır. Həyat yoldaşı olan X7 10 mart 2017-ci il tarixdə vəfat etmişdir. 22 iyun 2017-ci il tarixdə Cavabdeh 22 iyun 2017-ci il tarixli 07 nömrəli qərarı ilə Cavabdeh kənd yaşayış məntəqəsi altında istifadə olunmaqla 0,10 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması ilə bağlı açıq müsahibənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlamış və bununla bağlı Cavabdehnə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh 25 noyabr 2017-ci il tarixli 12 nömrəli qərarı ilə həmin torpaq sahəsini üçüncü şəxs xxxx oğluna satmışdır. xxxx oğluna sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh mərhum əri X4 qarşı zəbt edilmiş 0,12 hektar torpaq sahəsinin boşaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı 0,12 hektar torpaq sahəsinin X1 faktiki istifadəsində olması, həmin torpaq sahəsinin bir hissəsinin mülkiyyətə verilmiş pay torpağına, qalan hissəsinin isə su arxının mühafizə zolağına düşməsi müəyyən edilmiş və mübahisələndirilən 0,12 he ktar torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması əsas gətirilərək iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göyçay rayonu Ləkçılpaq Bələdiyyəsi tərəfindən verilmiş 35 saylı 26 iyul 2013-cü il tarixli məktubda qeyd edilir ki, sözügedən sahənin dəfələrlə müxtəlif komissiyalarla ölçülməsinə və həmin sahədə naturada bələdiyyə torpağı olmaması müəyyən edildiyi halda Aqil Məmmədov torpağın satın alınmasında israrlıdır. Yəni bələdiyyə öz məktubunda qeyd edir ki, həmin ərazidə bələdiyyə torpağı yoxdur. Göyçay rayon İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən imzalanmış 801 saylı 29 dekabr 2013-cü il tarixli məktubda qeyd edilir ki, Aqil Məmmədovun həyətyanı torpaq sahəsi kimi verilməsi tələb etdiyi ərazidə layihədə göstərilməsinə baxmayaraq, naturada sərbəst bələd iyyə torpağının olmaması dəfələrlə müvafiq komissiyanın iştirakı ilə ölçülərək dəqiqləşdirilmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-977/2016 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ünvanlanmış **********28 saylı 06 aprel 2018-ci il tarixli məktubla göndərilmiş mütəxəssis rəyi ilə də həmin ərazidə bələdiyyə torpağının olmaması sübut olunmuşdur. X2 22 iyun 2017-ci il tarixli 07 saylı qərarı ilə bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmış və müvafiq rəylərin alınması üçün Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 16 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Torpaq sahəsinin satılmasına razılıq bildirilməsi ilə bağlı Memarlıq və Tikinti şöbəsi tərəfindən 08 iyul 2017-ci il tarixli 57 saylı müsbət rəy verilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xxx il tarixli, xxxsaylı qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Z.Səmədov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şi kayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs vəkili C.Bayramov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xxx il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Q.Məmmədov da vəkili C.Bayramovun çıxışına uyğun iza hat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, üçüncü şəxsin nümayəndə və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti t əmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əs aslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xxx il tarixli, xxxsaylı qərarla, cavabdeh Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsi və üçüncü şəxs xxxx oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2-1(84)-1574/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Göyçay rayon Ləkçıplaq Bələdiyyəsinə (üçüncü şəxs: X16) qarşı Göyçay Rayon Ləkçıplaq Bələdiyyəsinin 22 iyun 2017-ci il tarixli 07 nömrəli və 25 noyabr 2017-ci il tarixli 12 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən İn zibati Prosessual Məcəllənin 1.1, 2.1, 2.2.1, 8.1, 32, 38.1, 78-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 6.5, 9.1-ci maddələrinə, «Torpaq bazarı haqqında» Qanunun 8-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, cavabdeh Ləkçıplaq Bələdiyyəsi üçüncü şəxsə həyətyanı torpaq sahəsini satarkən qüvvədə olan qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xxx il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılmış və bununla bağlı 11 iyun 2019-cu il tarixli, 2-1(102)1694/2019 saylı qərar qəbul edilmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2-1(102)1694/2019 saylı qərarı ilə üçüncü şəxs xxxx oğlunun kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxil tarixli 2-1(107)-158/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının «Əsaslandırma hissəsi»ndə qeyd edilmişdir ki, «Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı və ailə üzvlərinə məxsus Dövlət Aktında qeyd olunan 2,36 hektar torpaq sahəsin in koordinatları ilə üçüncü şəxsin adına hazırlanmış çıxarışda qeyd olunan 0,10 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi ilə bağlı qeyd edir ki, bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan və Göyçay Rayon Məhkəməsində mübahisələndirilən 0,12 hektar torpaq sahəsinin bir hissəsidir. Bununla yanaşı mülki iş üzrə iddiaçı qismində Ləkçıplaq Bələdiyyəsi olmuşdur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması, torpağın bir hissəsinin mülkiyyətdə olan pay torpağı, bir hissəsinin isə su arxının mühafizə zolağına düşməsi Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmi ş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən nəzərə almamışdır ki, üçüncü şəxs A.Məmmədov Göyçay rayon Məhkəməsində baxılmış xxx saylı iş üzrə məhkəmə icraatının tərəfi olmamışdır. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində qeyd edilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göyçay rayon Məhkəməsində baxılmış xxx saylı işdə üçüncü şəxs A.Məmmədov həmin işin iştirakçısı olmadığı halda, həmin qərar A.Məmmədov üçün məcburi xarakter daşıya bilməzdi. O da vurğulanmalıdır ki, oxşar münasibətləri tənzimləyən Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəm ə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü mad dəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi qərarında vurğulamışdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Mülki Prosessual Məcəll ənin 233.3-cü maddəsinin tətbiqi baxımından göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Məhkəmə kollegiyası eynilə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin mənası baxımından qey d edir ki, hazırkı işdə üçüncü şəxs A.Məmmədov Göyçay rayon Məhkəməsində baxılmış xxx saylı işin iştirakçısı olmadığından preyudisiallıq prinsipi ona aid edilə bilməz. A.Məmmədova məhkəmə qərarının preyudisiallığı aid edilməsi istisna olunur. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə Göyçay rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 5 iyul 2017-ci il tarixli məktubuna (səhifə 34), Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin rəyinə (səhifə 35), iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2,36 hektar torpaq sahəsinin koordinatları ilə bələdiyyənin mülkiyyətində, sonra isə A.Məmmədovun adına işlənmiş sənədlərdə olan 0,10 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi barədə Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti «xxxx» MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssislərinin tərtib etdiyi rəyə (səhifə 81), ərazidə qeyd olunan həyətyanı torpaq sahəsi kəndaltı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması barədə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 22 noyabr 2012-ci il 1 iyul 2013-cü il, 2 oktyabr 2014cü il, 10 mart 2015-ci il tarixli məktublarına (səhifə 157–167) münasibət bildirməmişdir. O da vurğulanmalıdır ki, işdə olan Göyçay rayon İcra Hakimiyyəti başçısının müavinləri tərəfindən imzalanmış 29 dekabr 2013-cü il və 17 dekabr 2014-cü il tarixli məktublarda ərazidə pay torpağından başqa əlavə bələdiyyə torpağının olmadığı bildirilmiş, məhkəmə tərəfindən bu məktublarla bağlı da hüquqi qiymətləndirmə aparılmamışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Həmin Qanunun 6.5-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 7-ci bəndinə əsasən,...Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud te xniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, «Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. «Torpaq bazarı haqqında» Qanunun 8-ci maddəsinin birinci bəndinə görə, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Oxşar norma «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhk əməsi iddiaçının mübahisə açdığı torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair işdə olan sənədlərə sadalanan qanunvericilik aktlarına uyğun hüquqi qiymət verməmişdir». Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsaslanmaqla, Ali Məhkəmənin hazırkı iş üzrə olan hüquqi mövqeyindən irəli gələn və məcburi xarakter daşıyan yuxarıda yazılmış göstərişlərini tam və hərtərəfli yerinə yetirmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən vurğulanm ışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı və ailə üzvlərinə məxsus Dövlət Aktında qeyd olunan 2,36 hektar torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsin adına hazırlanmış çıxarışda qeyd olunan 0,10 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi ilə bağlı qeyd edir ki, bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan və Göyçay Rayon Məhkəməsində mübahisələndirilən 0,12 hektar torpaq sahəsinin bir hissəsidir. Bununla yanaşı mülki iş üzrə iddiaçı qismində Ləkçıplaq bələdiyyəsi olmuşdur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması, torpağın bir hissəsinin mülkiyyətdə olan pay torpağı, bir hissəsinin isə su arxının mühafizə zolağına düşməsi Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətn aməsi ilə artıq müəyyən edilmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmaq olmaz. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən nəzərə almamışdır ki, üçüncü şəxs A.Məmmədov Göyçay Rayon Məhkəməsində baxılmış 10 avqust 2016-cı il tarixli, 2(046)-977/2016 saylı iş üzrə məhkəmə icraatının tərəfi olmamışdır. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində qeyd edilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburid ir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Göyçay Rayon Məhkəməsində baxılmış 10 avqust 2016-cı il tarixli, 2(046)-977/2016 saylı işdə üçüncü şəxs A.Məmmədov həmin işin iştirakçısı olmadığı halda, həmin qərar A.Məmmədov üçün məcburi xarakter daşıya bilməzdi. Belə ki, oxşar münasibətləri tənzimləyən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi qərarında vurğulamışdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün prey udisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin tətbiqi baxımından göründüyü kimi, preyudisiallıq prinsipi yalniz əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, eynilə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin mənası baxımından qeyd edir ki, hazırkı işdə üçüncü şəxs A.Məmmədov Göyçay rayon Məhkəməsində baxılmış xxx saylı işin iştirakçısı olmadığından preyudisiallıq prinsipi ona aid edilə bilməz. A.Məmmədova məhkəmə qərarının preyudisiallığı aid edilməsi istisna olunur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Göyçay rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 5 iyul 2017-ci il tarixli 57 saylı məktubuna (rəy) əsasən Azərbaycan Respublikasının «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında» Qanununa və Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında» Əsasnaməyə uyğu n olaraq Ləkçıplaq Bələdiyyəsinin mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilmir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin 15 sentyabr 2017-ci il tarixli, 436 saylı rəyinə əsasən müsabiqə və hərraca çıxarılması yolu ilə mülkiyyət verilməsi nəzərdə tutulan 1000 kvadrat metr (0,10 hektar) torpaq sahəsi Göyçay rayon Ləkçıplaq bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri kateqoriyasına aiddir və alqı-satqı predmetidir. Mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı, ərazi yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğundur. Torpaq sa həsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. Üzərində məhdudiyyəti (yüklülük) mövcud deyildir. Həmin torpaq sahəsinin (yer quruluşu planından çıxarış əlavə olunur) mülkiyyətə istifadəyə icarəyə verilməsinə baxıla bilər. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 12 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı və onun ailə üzvlərinin adlarına hazırlanmış 14 sentyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 2,36 hektar torpaq sahəsinin koordinatları ilə cavabdehin adına hazırlanmış 10 oktyabr 2017-ci il tarixli və üçüncü şə xsin adına hazırlanmış 18 yanvar 2018-ci il tarixli çıxarışlarda qeyd olunan 0,10 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üçüncü şəxsə ünvanladığı 22 noyabr 2012-ci il tarixli 17-10/1469 saylı məktubuna əsasən arxiv və kartoqrafiya materialları və GPS ölçü cihazı vasitəsi ilə araşdırma aparılarkən məlum olmuşdur ki, həqiqətən də ərazidə qeyd olunan həyətyanı torpaq sahəsi kəndaltı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Lakin həmin torpaq sahəsindən mülkiyyətinə torpaq sahəsindən mülkiyyətinə torpaq sahəsi torpaq payının az verildiyi iddiası ilə kənd sakini Rafiq Məmmədov qeyri-qanuni istifadə edir. Az ərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 1 iyul 2013-ci il tarixli, 17-10/977 saylı, 2 oktyabr 2014-cü il tarixli, 17-10/1469-2 saylı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvetmə komissiyasının 10 mart 2015-ci il tarixli, 2k-498 sayli məktublarından da mübahisəli torpaq sahəsinin Ləkçıplaq bələdiyyəsinin mülkiyyətində olmaqla kəndaltı torpaq sahəsi olduğu məlum olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan 0,10 hektar torpaq sahəsi kəndaltı, kateqoriyasına (məqsədli təyınatına) görə yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla Ləkçıplaq bələdiyyəsinin mülkiyyətində olmuşdur, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfat ı təyinatlı torpaq sahəsi, mübahisəli torpaq sahəsi isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Bundan başqa işdə olan Göyçay rayon İcra Hakimiyyəti başçısının müavinləri tərəfindən imzalanmış 29 dekabr 2013-cü il və 17 dekabr 2014-cü il tarixli məktublarda ərazidə pay torpağından başqa əlavə bələdiyyə torpağının olmadığı bildirilmiş, lakin həmin məktublarda göstərilənlər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 12 noyabr 2018-ci il tarixli mütəxəssis rəyi, Göyçay rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 5 iyul 2017-ci il tarixli, 57 saylı məktubu (rəyi), Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsinin 15 sentyabr 2017-ci il tarixli, 436 saylı rəyi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 22 noyabr 2012-ci il tarixli, 17-10/1469 saylı, 1 iyul 2013-ci il tarixli, 17-10/977 saylı, 2 oktyabr 2014-cü il tarixli, 17-10/1469–2 saylı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvetmə komissiyasının 10 mart 2015-ci il tarixli, 2k-498 saylı məktubları ilə təkzib olunur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların» hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barəd ə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 7-ci bəndinə əsasən, …Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə h üquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, «Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. «Torpaq bazarı haqqında» Qanunun 8-ci maddəsinin birinci bəndinə görə, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hə rracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Oxşar norma «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh Ləkçıplaq bələdiyyəsi üçüncü şəxsə həyətyanı torpaq sahəsini satarkən qüvvədə olan qanunvericiliyin tələbləri pozulmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri bilavasitə Ali məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarında Ali Məhkəmənin hazırki iş üzrə olan hüquqi mövqeyində toxunulan məsələlərlə bilavasitə əlaqə olduğundan və apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhk əmənin hüquqi mövqeyi üzrə verdiyi məcburi xarakter daşıyan göstərişləri tam icra olduğundan, həmin dəlillər isə Ali Məhkəmənin hüquqi mövqeyinə tamamilə əks olduğundan, əsaslı sayıla bilməz, buna görə də kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxx il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xxx il tarixli, xxxsaylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3741/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3741/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver