Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3742/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ##.##.1962-ci il tarixdə doğulmuşdur.
2. ИТ-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı ##.##.1979-cu ildən ##.##.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, ##.##.1979-cu ildən ##.##.1980-cı ilə qədər nəqliyyat təsərrüfatında elektromexanika sürücüsü peşəsində, ##.##.1980-cı ildən ##.##.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işləmişdir. O, ##.##.1983-cü ildən ##.##.1990-cı ilədək * nömrəli Avtobus Parkında avtoçilingər və avtoelektrik vəzifələrində, ##.##.1990-cı ildən ##.##.1991-ci ilədək Hərəkət və rabitə Xidməti “xxxx” ASC-də avto elektrik peşəsində, ##.##.1991-ci ildən ##.##.1992-ci ilədək həmin ASC-də elektro montajçı peşəsində, ##.##.1992-ci ildən ##.##.1995-ci ilə qədər “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexində (##.##.1992-ci ildən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır) texnoloji boru kəmərlərinin 4-cü dərəcəli (##.##.1993-cü ildən isə 5-ci dərəcə) quraşdırıcısı vəzifəsində işləmişdir. ##.##.1995-ci ildən ##.##.2006-cı ilədək Beynəlxalq sərnişin daşıma Avtokombinatında (##.##.1998-ci ildən “Magistral-Ekspress” adlandırılmışdır) avtoçilingər vəzifəsində işləmişdir. İddiaçı ##.##.2007-ci ildən ##.##.2012-ci ilədək “xxxx” MMC-də çilingər peşəsində, ##.##.2012-ci ildən ##.##.2012ci ilədək xxxxnda mexanik peşəsində, ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək xxxx MMCdə mexanik peşəsində işləmişdir. ##.##.2016-cı ildən ##.##.2016-cı ilədək “xxxx” ASCdə akkumlaytorçu peşəsində, ##.##.2016-cı ildən ##.##.2017-ci ilədək xxxx MMC-də akkumlaytorçu peşəsində, ##.##.2017-ci ildən ##.##.2020-ci ilədək “xxxx” ASC-də akkumlaytorçu peşəsində, ##.##.2020-##.##.2024-cü il tarixlərində “X1” MMC-də akkumlyatorçu vəzifəsində işləmişdir. İddiaçı ##.##.2024-cü ildən hal-hazıradək “TIR PARK SERVİS” MMC-də akkumlaytorçu vəzifəsində işləyir.
3. НЗ seriyalı, ******* nömrəli Hərbi biletin surətinə əsasən iddiaçı ##.##.1981- ##.##.1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
4. “Azneft” İstehsalat Birliyinin məhkəmə sorğusuna cavab olaraq ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş ##.##.2024-cü il tarixli, **-*/*-M-***-*/**** nömrəli arxiv arayışında iddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki 'Kirovneft" NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində ##.##.1979-cu il tarixdən ##.##.1979-cu il tarixədək və 06.11,1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd edilir. Qeyd edilən dövrlər üzrə “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan iddiaçıya aid kadr əmrlərində, T-* nömrəli şəxsi uçot vərəqələrində və şəxsə məxsus ИT-l № ******* nömrəli əmək kitabçasında (surəti əlavə olunur) peşənin adı boru kəməri çilingəri (слесарь-трубопроводчик) olaraq qeyd olunur. Bundan başqa, 1987-ci ildə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi uzrə fəhlə peşələri və işlərin Vahid Tarif İxtisas Sorğu Kitabçasının (VTİSK) “Cari nəşrdəki bölmədə qeyd olunan peşə adlarının 1969-cu ildə nəşr olunan və qüvvədə olan peşə adları ilə müqayisəli siyahısında boru kəməri çilingəri peşə adı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşə adı ilə əvəz olunduğu qeyd olunur (surəti əlavə olunur). İddiaçının ##.##.1979-cu il tarixdən ##.##.1979-cu il tarixədək və ##.##.1980-cı il tarixdən ##.##.1981-ci il tarixədək işlədiyi boru kəməri çilingəri (слесарь-трубопроводчик) peşəsinin adı rus dilindən tərcümə edilən zamanı səhvən arayışda boru kəməri quraşdırıcı çilingər olaraq qeyd edilmişdir. Həmçinin sözügedən VTİSK-ya əsasən iddiaçının işlədiyi boru kəməri çilingəri (слесарь-трубопроводчик) peşəsi hal-hazırda qüvvədə olan normativ-hüquqi sənədlərdə nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi ilə eynilik təşkil edir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft” NQÇİ) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və * №-li Siyahıları"nın “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin Neft-qaz və qaz kondensatının hasilatı" yarımbölməsində, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və “Ümumi peşələr" bölmələrində nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etmir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft" NQÇİ) ##.##.1979-cu il tarixdən ##.##.1979-cu il tarixədək (02 ay 15 gün), ##.##.1980-cı il tarixdən ##.##.1981 -ci il tarixədək (05 ay 21 gün), ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək (03 il 08 ay 17 gün) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a” (fəhlələr) bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.4-cü bəndi ilə əlavə olunmuş “texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi ilə uyğunluq təşkil edir.
5. SOCAR-ın ## ###### 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı ##.##.1979cu ildə (əmr № **, ##.##.1979-cu il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. ##.##.1979-cu ildə (əmr № **, ##.##.1979-cu il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1980-cı ildə (əmr № ***, ##.##.1980-ci il) “Kirovneft” NQÇİnin Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. ##.##.1981-ci ildə (əmr № *** k, ##.##.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. ##.##.1992-ci ildə (əmr № ** k, ##.##.1992-ci il) “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexinə texnoloji boru kəmərlərinin 4-cü dərəcəli quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** №-li Qərarına və “Azərineft” Birliyinin ##.##.1992-ci il tarixli, *** №-li əmrinə əsasən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. ##.##.1993-cü ildə (əmr № *** k, ##.##.1993cü il) 5-ci dərəcə verilmişdir. ##.##.1995-ci ildə (əmr № *** k, ##.##.1995-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur.
6. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı ##.##.2012ci ildə (əmr №***-kş, ##.##.2012-ci il) xxxxnın Xüsusi Maşınların İstehsalı və Təmiri Departamentinin Maşınqayırma Zavodunun Akkumlyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexinə mexanik vəzifəsinə təyin edilib və ##.##.2012-ci ildə (Əmr №-48/6-kş, ##.##.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilmişdir. ##.##.2016-cı ildə (Əmr № **/* 1-irş, ##.##.2016-cı il) Avtomobil Nəqliyyatı və Maşın-Mexanizmlərin İstismarı İdarəsinin Təmir sexinin Yük və Xüsusi Təyinatlı Mexanizmlərin təmiri sahəsinə akkumlyatorçu peşəsinə qəbul edilib və ##.##.2016-cı ildə (Əmr № **/***-irş, ##.##.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. ##.##.2017-ci ildə (Əmr №**/**-irş, ##.##.2017-ci il) Avtomobil Nəqliyyat və Maşın-Mexanizmləri İstismarı İdarəsinin təmir sexinə akkumlyatorçu peşəsinə qəbul edilib və ##.##.2020-ci ildə (əmr №- 07/114-irş, ##.##.2020-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr’’ fəslinə əsasən akkumlyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 10 ay, 08 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2008-ci il *** №-li Sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır.
7. “xxxx” MMC-nin ** saylı, ## ###### 2024-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı “xxxx” MMC-nin Xüsusi maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində ##.##.2012-ci il tarixindən (əmr ***-kş saylı) ##.##.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində ##.##.2012-ci il tarixindən (əmr **-kş saylı) ##.##.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. İddiaçı avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib ##.##.2016-cı il tarixindən (əmr **-kş saylı) ##.##.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkkumulyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 4 (dörd) il, 6 (altı) ay, 25 (iyirmi beş) gün təşkil edir.
8. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdeh “X1” MMC-yə qarşı güzəştli arayışın verilməsi barədə iddiası təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh “X1” MMC-nin üzərinə qoyulmuşdur.
9. Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli məktubunda həmin qətnamədən ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün müvafiq yuxarı instansiya məhkəməsinə göndərildiyi bildirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu ## ###### 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlüdür. O, ##.##.1979-cu ildən etibarən bugünə qədər müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmişdir və hazırda da işləyir. Belə ki, ##.##.1979-cu ildən ##.##.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, ##.##.1980-cı ildən ##.##.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı TikintiQuraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işləmişdir. O, ##.##.1981-##.##.1983- cü illərdə hərbi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı ##.##.1992-ci ildən ##.##.1995- ci ilə qədər “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexində (##.##.1992-ci ildən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır) texnoloji boru kəmərlərinin 4-cü dərəcəli (##.##.1993-cü ildən isə 5-ci dərəcə) quraşdırıcısı vəzifəsində işləmişdir. ##.##.2020- ##.##.2024-cü il tarixlərində X1 MMC-də akkumlyatorçu vəzifəsində işləmişdir. O, ##.##.2024-cü ildən “TIR PARK SERVİS” MMC-də akkumlaytorçu vəzifəsində işləyir. İddiaçı hal-hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istəyir. Bu məqsədlə ## #### 2024-cü il tarixində cavabdehə müraciət etmiş, müraciətinə verilmiş imtina məktubunda bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (##.##.1992-##.##.1995-ci il, ##.##.2016-##.##.2016-cı il, ##.##.2016- ##.##.2017-ci il, ##.##.2017-##.##.2020-ci il, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Həmçinin həmin məktubda məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh ##.##.1979-cu ildən ##.##.1979-cu ilə qədər və ##.##.1980- ci ildən ##.##.1981-ci ilə qədər olan dövrlədə iş stajını heç bir qanuni əsas olmadan nəzərə almamışdır.
12. Cavabdeh iddiaya dair etirazını təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, onun güzəştli stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (##.##.1992-##.##.1995-ci il, ##.##.2016-##.##.2016-cı il, ##.##.2016-##.##.2017-ci il, ##.##.2017-##.##.2020-ci il, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın ##.##.2024-cü il tarixli, **-*/*-M-***-*/**** nömrəli və ##.##.2024-cü il tarixli, **-*-*/*-M-**- */**** nömrəli arayışlarında ##.##.1979- ##.##.1979-cu il və ##.##.1980- ##.##.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Boru kəməri quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil.
14. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə aldığı 08 il 03 ay 02 günün üzərinə iddiaçının ##.##.1979-cu ildən ##.##.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, həmçinin ##.##.1980-cı ildən ##.##.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi dövrləri, həmçinin xxxx” MMC-də ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək, həmçinin ##.##.2016cı il tarixdən ##.##.2017-ci il tarixədək mexanik və akkumulyatorçu vəzifələrində işlədiyi dövrləri (cəmi 05 il 03 ay 05 gün) əlavə etsək onun 60 yaşının tamam olduğu tarixə ümumi güzəştli stajı 12 il 06 aydan artıq olur ki, bu da ona güzəştli şərtlərlə pensiya təyini üçün kifayət edir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ona güzəştli arayışın verilməsi öhdəliyinin “X1” MMC-yə həvalə edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh “X1” MMC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamədən və iddiaçının əmək kitbaçasında olan qeydlərdən görünür ki, iddiaçı ##.##.2020-##.##.2024-cü illərdə “X1” MMC-d “akkumulyatorçu” vəzifəsində işləmişdir. Həmin qətnamə qanuni qüvvəsini alacağı təqdirdə iddiaçının ##.##.2020-ci ildən ##.##.2022-ci ilə qədər olan stajı da güzəştli staj kimi nəzərə alına bilər.
16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/,VəkilM.Abbasova və A.P.Oruczadə) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarının nəticə hissəsinə “İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ## #### 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan, yəni ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan, yəni ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı mövcud olmalı; c. 60 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır. Belə ki, onun 08 il 03 ay 02 gün (##.##.1992 - ##.##.1995-ci il, ##.##.2016-##.##.2016-cı il, ##.##.2016-##.##.2017-ci il, ##.##.2017-##.##.2020-ci il, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş dövrü kimi nəzərə alınmış, cavabdeh iddiaçının ##.##.1979-##.##.1979-cu il və ##.##.1980-##.##.1981-ci il tarixləri arasındakı işlədiyi iddia olunan dövrləri nəzərə almamış və bu halı onunla əsaslandırmışdır ki, “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfat hesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “texnoloji boru kəmərlərinin quraşdırıcıları” vəzifəsinə uyğun deyil. Eyni zamanda iddiaçının “xxxx” MMC-də ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək, həmçinin ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək mexanik və akkumulyatorçu vəzifələrində işləməsi “xxxx” MMCnin arayışı ilə təsdiq edilir. Lakin, cavabdeh iddiaçının həmin dövr üzrə iş stajını güzəştli staj kimi nəzərə almamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir.
20. Cavabdehə təqdim edilən iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın ##.##.2024-cü il tarixli, **-*/*-M-***-*/**** nömrəli və ##.##.2024-cü il tarixli, **- *-*/*-M-**-*/**** nömrəli arayışlarında ##.##.1979-##.##.1979-cu il və ##.##.1980- ##.##.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfat hesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Boru kəməri quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (12 il 6 ay) güzəştli iş stajı yoxdur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi Azneft” İB, SOCAR, “xxxx” ASC və “xxxx” MMC tərəfindən verilən arayışla, həmçinin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışda qeyd olunmuşdur ki, "Arayış verilir İddiaçı (FİN *******) ondan ötrü ki, o, həqiqətən "xxxx" MMC-nin Xüsusu maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində ##.##.2012-ci il tarixindən (əmr ***-kş saylı) ##.##.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının,hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində ##.##.2012-ci il tarixindən (əmr **-kş saylı) ##.##.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. Avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib ##.##.2016-cı il tarixindən (əmr **-kş saylı) ##.##.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkumulyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin" 2N°li siyahısının XXXIII. Ümumi peşələr fəslinin 23200000—10047 koduna əsasən akkkumulyatorçular peşəsi xüsusi zərərli əmək şəraiti işlər hesab edildiyinə görə güzəştli pensiya hüququna malikdir.
21. Həmçinin məhkəmənin ##.##.2025-ci il tarixli sorğusuna verilmiş cavab məktubunda iddiaçının ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək, həmçinin ##.##.2016-cı ildən ##.##.2017-ci ilədək işlədiyin mexanik və akkumlyatorçu vəzifəsinin üzrə gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci fəslində müəyyən edilmiş “Ümumi peşələr” sahəsinin 19-cu sətrində göstərilən “akkumulyatorçular”ın işi ilə eyni olduğu qeyd edilmişdir.
22. Beləliklə də, yuxarıda qeyd edilən peşələrdə 4 il 6 aydan çox güzəştli iş stajının olduğu nəzərə alındıqda və mübahisəsiz güzəştli iş stajı (8 il 3 ay) da hesablandığı halda 12 il 6 aydan çox güzəştli iş stajına malik olduğu müəyyən olunur.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Belə ki, Mərkəzi Filiala təqdim edilmiş iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın ##.##.2024-cü il tarixli **-*/*-M-***-*/**** nömrəli və ##.##.2024-cü il tarixli **-*-*/*-M-**-*/**** nömrəli arayışlarında ##.##.1979- ##.##.1979-cu il və ##.##.1980-##.##.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində İddiaçı boru kəməri quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Boru kəməri quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. Həmçinin apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin İddiaçı həmin müəssisədə fəaliyyəti barədə ##.##.2024-cü il tarixli ** nömrəli arayışı təqdim edilmiş və Mərkəzi Filialın ##.##.2025-ci il tarixli*-**-*/*-*-*****/**** nömrəli məktubuna əsasən “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli ** nömrəli arayışında ##.##.2012-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə mexanik vəzifəsində işlədiyi, həmin mexanik vəzifəsinin sözügedən arayışda istinad edilən, müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumlyatorçular peşəsinə aid olmadığı qeyd edilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 3 gün (##.##.1992-##.##.1995-ci il, ##.##.2016-##.##.2017-ci il, ##.##.2017-##.##.2020-ci il, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövr)) təşkil edir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
28. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Bənd 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar. “Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
29. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
34. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir.
35. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
36. İstinad olunan qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmalı, ikincisi azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, üçüncüsü isə stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləmiş olmalıdır.
37. İddiaçının ümumi iş stajının 25 ildən artıq olması və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajıdır.
38. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının ##.##.1979-##.##.1979-cu il və ##.##.1980-##.##.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində boru kəməri quraşdırıcı çilingər vəzifəsinin iş yeri tərəfindən verilmiş arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) qeyd olunan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun olmamasıdır. Həmçinin cavabdeh iddiaçının “xxxx” MMC-də ##.##.2012- ##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi mexanik vəzifəsinin də həmin MMC tərəfindən verilmiş arayışda istinad edilən, müvafiq Qərarla təsdiq edilmi Siyahıda nəzərdə tutulan akkumlyatorçular peşəsinə aid olmadığını qeyd etmişdir.
39. Kollegiya cavabdehin mübahisələndirdiyi ##.##.1979-##.##.1979-cu və ##.##.1980-##.##.1981-ci illərin güzəştli staj dövrünə aid edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır. Həmin hissədə apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmış, müvafiq əsaslandırılmış arayışlar əldə edilmiş və yekun olaraq həmin hissədə düzgün nəticəyə gəlinmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin həmin hissədə araşdırmaları yetərli hesab olunur.
40. Kollegiya iddiaçının “xxxx” MMC-də işlədiyi ##.##.2012-##.##.2016-cı il tarixləri arasındakı dövrün isə güzəştli staj dövrünə aid edilməsi ilə bağlı isə apellyasiya instansiya məhkəməsinin araşdırmasını yetərli hesab etmir.
41. Belə ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda qeyd olunmuşdur ki, "Arayış verilir İddiaçı (FİN *******) ondan ötrü ki, o, həqiqətən "xxxx" MMC-nin Xüsusu maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində ##.##.2012-ci il tarixindən (əmr ***-kş saylı) ##.##.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində ##.##.2012-ci il tarixindən (əmr **-kş saylı) ##.##.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. Avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib ##.##.2016-cı il tarixindən (əmr **-kş saylı) ##.##.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkumulyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin" 2N°li siyahısının XXXIII. Ümumi peşələr fəslinin 23200000—10047 koduna əsasən akkkumulyatorçular peşəsi xüsusi zərərli əmək şəraiti işlər hesab edildiyinə görə güzəştli pensiya hüququna malikdir.
42. Həmçinin apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab verilmiş məktubda da iddiaçının ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək, həmçinin ##.##.2016cı ildən ##.##.2017-ci ilədək işlədiyin mexanik və akkumlyatorçu vəzifəsinin gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci fəslində müəyyən edilmiş “Ümumi peşələr” sahəsinin 19-cu sətrində göstərilən “akkumulyatorçular”ın işi ilə eyni olduğu qeyd edilmişdir.
43. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək işlədiyin mexanik vəzifəsinin gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci fəslində müəyyən edilmiş “Ümumi peşələr” sahəsinin 19-cu sətrində göstərilən “akkumulyatorçular”ın işi ilə eyni olduğu qeyd edilmiş, lakin nə arayış da, nə də məhkəmənin sorğusuna cavab məktubunda bu eyniliyin nədən ibarət olduğu əsaslandırılmamışdır.
44. Həmçinin “xxxx” MMC tərəfindən apellyasiya instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı “əmək funksiyaları”nı təsdiqləyən vəzifə təlimatı arxivdə aşkar edilmədiyi üçün sorğu olunan məlumatı məhkəməyə təqdim etmək imkan xaricindədir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının işlədiyi mexanik vəzifəsinin siyahıda nəzərdə tutulan “akkumulyatorçu” vəzifəsi ilə eyni olması və ya iddiaçının mexanik vəzifəsində işləyərkən akkumulyatorçuların gördüyü işlə eyni xüsusiyyətli iş görməsi işəgötürən tərəfindən verilmiş əsaslandırılmış məlumat əsasında qəbul edilə bilər.
45. Kollegiya vurğulayır ki, kassasiya instansiya məhkəməsinin formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
46. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, 2-1(103)-1972/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.