Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3748/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Tapdıq oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“koordinatların uyğunlaşdırılması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Tapdıq oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan ərazi idarəsinə qarşı “koordinatların yerinə uyğunlaşdırılması və üçüncü şəxs X3 məxsus plan ölçünün ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarından və ona əlavə olunmuş plan-çizgidən görünür ki, Rayon Soveti Torpaq Komissiyasının ##.##.1994-cü il tarixli, ** saylı iclasının tövsiyyəsi nəzərə alınmış, İmişli şəhər sakini İddiaçı Tapdıq oğluna ev tikmək üçün və həyətyanı təsərrüfat üçün İmişli şəhəri, Şərq küçəsi, ** nömrəli evdə yaşayan qohumu X6 həyətyanı təsərrüfatından 0,05 hektar torpaq sahəsi kəsilib verilmişdir.
2. İmişli şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Üçüncü şəxs, X7 və onun ailə üzvləri X1, X2 ayrılmış 0.07 ha torpaq sahəsi xəritədə 112 nömrə ilə qeyd edilmişdir.
3. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi ayrılan zamanı torpaqların mülkiyyət növü müəyyən edilmədiyinə görə həmin həyətyanı torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını təyin etmək mümkün olmadı. Mövcud baza məlumatlarına əsasən, qeyd olunan həyətyanı sahə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı Tapdıq oğlunun istifadəsindədir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin koordinatları elektron məlumat bazasına görə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN-112 A) Üçüncü şəxs xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı Tapdıq oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, koordinatların yerinə uyğunlaşdırılması və plan ölçünün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Şirvan İnzibati qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona İmişli rayon X5 Rəyasət Heyyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında ayrılmış həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə müraciətindən cavabdeh tərəfindən imtina olunmuşdur. Digər halda üçüncü şəxs Üçüncü şəxs həyətyani torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin kodları İmişli rayon X5 Rəyasət Heyyətinin ##.##.1994-cü il tarixli *** saylı qərarı əsasında ona verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşür. Halbuki Üçüncü şəxs məxsus olan həyətyani torpaq sahəsi İmişli rayon X5 Rəyasət Heyyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında ona verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsindən kənar məsafədə tamamilə ayrı yerdə yerləşir. Ona görə də həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə ala bilmir. Yəni onun 0.05 hektar torpaq sahəsinin koordinatlarını axtaranda üçüncü şəxs Üçüncü şəxs həyətyani torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin kodları çıxır.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında, yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Tapdıq oğluna məxsus koordinatların yerinə uyğunlaşdırılması və üçüncü şəxs X3 məxsus plan ölçünün ləğv edilməsi, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan ərazi idarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm mütəxəssis və ekspert rəylərindən, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3- **-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əlavə edilmiş “mübahisəli torpaq sahəsinin yerquruluşu planı”ndan görünür ki, məhz Üçüncü şəxs və onun ailə üzvləri X7 X1, X2 ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Beləliklə, təsdiq olunur ki, İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı ilə ayrılmış 0,05 hektar torpaq sahəsi üzərində iddiaçı İddiaçı Tapdıq oğlunun sahiblik, istifadə və sərəncam vermək hüquqları həm cavabdeh inzibati orqan, həm də üçüncü şəxs tərəfindən pozulmuşdur. Həmçinin üçüncü şəxs Üçüncü şəxs iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
10. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 adına işlənmiş JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə koordinatların İmişli rayon X5 Rəyasət Heyyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı tapdıq oğluna verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, İ.Q.Əsədov və T.S.Kərimov) 2025-ci il ## ######## tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilməsi, X4 adına işlənmiş JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə koordinatların İmişli rayon X5 Rəyasət Heyyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndən silinməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, nə iş materiallarında, nə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin arxivində JN-***A nömrəli şəhadətnamə, eyni zamanda üçüncü şəxsin adına işlənməsi qeyd olunan plan və ölçü sənədi müvcud deyil. Bu halda mövcud olmayan plan və ölçü sənədinin ləğv edilməsi, həmçinin iddiaçıya məxsus torpaq sahəsinin koordinatları bəlli olduğundan, sadəcə həmin sahənin koordinatlarının digər şəxsin adına işlənməsi halında torpaq sahəsinin koordinatlarının yerində uyğunlaşdırılması iddiaçının maraqlarına xidmət etmir və onun üçün hər-hansı hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsinin icraata qəbul edilməsini və həmin tələb üzrə qərar qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ .
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fıziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutıılmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvcriciliyə uyğun gəlməyən, flziki və ya hüqııqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfındən etibarsız sayıla bilər. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyiııdən öz əmlakını geri tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdallə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
18. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, ## #### 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: Bənd 1.1. bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Bənd 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
19. Azərbaycan Respublikasın Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”: Maddə 15. Hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar.
20. Azərbaycan Respublikası Prezidentinin # ### 2015-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə: Maddə 3.0.9. Mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı X4 adına işlənmiş JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə koordinatların İmişli rayon X5 Rəyasət Heyyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı tapdıq oğluna verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
29. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanan Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi ayrılan zamanı torpaqların mülkiyyət növü müəyyən edilmədiyinə görə həmin həyətyanı torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını təyin etmək mümkün olmadı. Mövcud baza məlumatlarına əsasən, qeyd olunan həyətyanı sahə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı Tapdıq oğlunun istifadəsindədir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsinin koordinatları elektron məlumat bazasına görə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN-112 A) Üçüncü şəxs xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir; İmişli rayon X5 Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, *** saylı qərarı əsasında İddiaçı Tapdıq oğluna ayrılmış 0,05 hektar həyətyanı torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir.
30. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ##.##.1994-cü il tarixdə verilmiş, bundan sonra torpaq islahatı zamanı üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları elektron bazada iddiaçıya verilmiş sahəyə işlənmişdir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, hər iki şəxs faktiki olaraq fərqli torpaq sahələrindən istifadə edir.
31. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan sahənin koordinatlarının üçüncü şəxsin adına işlənməsi iddiaçının həmin sahəyə dair hüquqlarını məhdudlaşdırır.
32. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, 2-1(106)-343/2025 qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.