Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-375/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi GİRİŞ HİSSƏ 04.03.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, 3-cü şəxs Fondun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1i İdarəsinə və 3cü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi haqqınd a iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından 3-cü şəxs Fond tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublika Təhsil Nazirliyinə və 3-cü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin hərəkətsizliyinin qanunsuz hesab edilməsi; iddiaçıya məxsus “BMW” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(82)-1772/2019) iddianın təmin edilməsi; cavabdeh İdarənin hərəkətsizliyinin qanunsuz hesab edilməsi; iddiaçıya məxsus “BMW 525İ” markalı, **-MA*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 21(103)-2508/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Fond kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3-cü şəxs Fondun kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən 3-cü şəxs Fondun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi v ə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanun la müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iş materiallarına əlavə edilmiş, iddiaçı ilə «xxxx» ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 001461 №-li kredit müqaviləsi və eyni tarixli ipoteka müqaviləsinə əsasən, iddiaçıya məxsus «BMW 525i» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Daha sonra ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı iddia qaldıraraq həmin müqavilə üzrə əsas borc kimi 10.821,51 manat, faiz borcu 9.159,49 manat, dəbbə pulu kimi 2.800 manat, cəmi 22.781 manat pul vəsaitinin ondan tutularaq Fonda verilməsini, tutmanın ipoteka predmeti olan mübahisəli avtomobilə yönəldilməsini tələb etmişdir. Həmin işə baxmış Yasamal rayon məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddianın rədd olunmasına əsas kimi, əsas öhdəliklə yanaşı əlavə öhdəlik olan ipoteka müqaviləsi üzrə iddia müddətinin keçməsi olmuşdur. Bundan sonra iddiaçı cavabdeh İdarəyə müraciət edərək, ona məxsus “BMW” markalı, **-MA*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi xahiş etsə də, bu müraciətinə hər hansı cavab verilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyas iya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə Bank arasında bağlanmış ipoteka müqaviləsi üzrə iddia müddəti tətbiq edilməklə tələb rədd edilmişdir. Bu əsasdan mübahisəli avtomobillə bağlı ipoteka dövlət qeydiyyatı ləğv edilməlidir. Ona görə də, 1-ci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ipoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona k eçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düz gündür, 3-cü şəxs Fondun kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-375/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-375/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver