Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-375/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi; yaşayış sahəsi norması; yaşayış sahəsinə ehtiyacı olan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 2-1(103)2397/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 16.06.2006-cı ildən 09.06.2012-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0165 saylı 09.06.2012-ci il tarixli əmrinə əsasən istefaya buraxılmışdır.
2. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın sürətindən görünür ki, iddiaçıya 1 qrup əlillik təyin edilmişdir.Əlilliyin səbəbi hərbi xidmət dövründə aldığ ı xəstəlik qeyd edilmişdir.
3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ilə İddiaçı ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup əlil kimi 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə (özü, arvadı, qızı və oğlu) mənzil növbəsinə götürülməsi, onun ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup əlil olması nəzərə alınaraq güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi, mənzillə təmin olunanadək ona mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır.
4. İddiaçı, 28.06.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Ünvan1 nömrəli binada yerləşən 62,08 kv.m. ümumi sahəsi olan və X1, X2 və İddiaçı 28 saylı mənzildən ümumi birgə paylı mülkiyyət hüququ üzrə öz ünə məxsus olan hissəni qızı X4 bağışlamışdır.
5. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27.09.2019-cu il tarixli 187 nömrəli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 12.08.2014-cü il tarixli 172 saylı sərəncamının ləğv olunması qərara alınmışdır. Buna əsas kimi iddiaçının paylı mülkiyyət hüququ əsasında ona məxsus olmuş Ünvan1 saylı binanın 28 saylı mənzili 28.06.2014-cü il tarixli müqaviləyə əsasən qızı Mədinə Qırxlarovaya bağışlamasına baxmayaraq o, mənzil növbəsinin ailə tərkibinə salınmışdır. İddiaçı 25.07.2014-cü il tarixində mənzil növbəsinə götürülməsi barədə ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərkən yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİ LMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 27.09.2019cu il tarixli 187 saylı sərəncamının ləğv edilməsi, mənzil növbəsinə götürülməsi bərpa edilməklə Binəqədi Rayon İcra Hakimiyyətinin 12.08.2014-cü il tarixli, 172 nömrəli sərəncamı ilə güzəştli şərtlə 4 nəfər ailə üzvü ilə mənzil növbəsinə götürülməsinin qanuni və əsaslı olmasına, mənzil növbəsinə götürülməsinin bu tarixdən hesablanmasına, həmin tarixdən ona kirayə pulu verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o və 4 nəfərdən ibarət ailə üzvü Binəqədi Rayon İcra Haki miyyəti tərəfindən 12.08.2014-cü il tarixli, 172 nömrəli sərəncam əsasında mənzil növbəsinə götürülüblər. Bu tarixdən sonra elə sərəncamın özünə görə İcra Hakimiyyəti ona kirayə pulu verməli idi. İddiaçıda mənzil kirayə müqaviləsi var və həmin müqavilədə onun kirayədə yaşadığı təsdiq olunur. Bununla belə, 12.08.2014-cü il tarixindən bu günə kimi tələb etməsinə baxmayaraq ona kirayə pulu ödənməyib. Halbuki, “Əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna, Mənzil Məcəlləsinə, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna və “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə əsasən cavabdeh bunu etməli idi. Elə sərəncamın özündə iddiaçıya “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil sahəsi ilə təmin olunana kimi mənzil kirayə haqqı ödənməsi qərara alınıb (sərəncamın 3 -cü bəndi). İcrası isə imtina və iddiaya dair etiraz məktublarını imzalayan birinci müavin İlqar Süleymanova həvalə edilib. Sərəncamın ləğvi isə heç vaxt gündəmdə olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. 12.03.2021-ci il tarixində məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi bir sərəncam surəti təqdim etmişdir ki, guya 2014-cü ildə sərəncam 27.09.2019-cu il tarixli, 187 saylı sərəncamla ləğv edilmişdir. Bu sənədin qanuniliyi ciddi şübhə doğurur. Sərəncamda 30 gün müddətinə şikayət vermək hüququnun olması göstərilsə də, bu barədə ona məlumat verilməmişdir. Sərəncam onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olmuş və 28.06.2014-cü il tarixində müqavilə əsasında qızı Mədinəyə bağışlan mışdır. Ona görə də, 5 il sonra növbəyə götürülə bilərdi. İddiaçı hesab edir ki, bu sərəncamın 2019-cu ildə verilməsi şübhəlidir. Belə sərəncam olsa idi vaxtında üzə çıxardı. Sərəncamın qeydi ilə bağlı kitaba baxış keçirilsə məsələyə aydınlıq gələr. Digər tərəfdən sərəncamın mətni ilə də sənədin qanunsuzluğu öz təsdiqini tapır. Əgər doğurdan da göstərilən səbəbdən 28.06.2014-cü il tarixindən 5 il sonra uçota götürmə hüququ yaranırdısa, 28.06.2019-cu il tarixində 5 il tamam olur və belə hüququ yaranır. Sərəncamın imzalandığı 27.09.2019-cu il tarixində iddia olunan tarixdən 3 ay keçmiş olur. Belə vəziyyətdə cavabdehin dəlilləri təsdiq olunsa idi belə, iddiaçı 2019-cu ildə növbəyə götürülməli idi. Halbuki, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olması sərəncamda düz göstərilməyib, orada başqa ailə yaşamaqla 1/3 hissədə payı olub. Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən mənzil uçotundan şəxsi o vaxt çıxartmaq olar ki, müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşa yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilmiş olsun. Göründüyü kimi, vərəsəlik yolu ilə keçmiş, miras qalmış torpağa və ya evin bir hissəsinə görə uçotdan çıxarma qanunda nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən uçotdan çıxarma əsasları olduqda 30 iş günü ərzində çıxarılmalıdır və 3 günə şəxsə məlumat verilməlidir. Göründüyü kimi, qanunun bu tələbləri də pozulmuş, cavabdehin yazdığına görə qovluqda olan və 2014-cü ildə təqdim edilən sənədə görə 30 gün ərzində yox, 5 il 3 ay sonra qərar qəbul edilməklə nəinki 3 gün ərzində, ümumiyyətlə ona belə məlumat verilməmişdir.
8. İddiaçının qeydiyyatının bərpası ilə bağlı tələbinə dair iddiasında ona istinad olunmuşdur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Qusar rayonu İmamqulular kəndində olan fərdi yaşayış evi yaşanılacaq vəziyyətdə deyil, 1901-ci ildə inşa edilən o evin hazırkı vəziyyəti ilə maraqlanmadan evin özgəninkiləşdirilməsini əsas gətirmək əsassızdır. Bundan başqa, iddiaçı uzun illərdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Övladları burda məktəbə gedir. Həmin kəndlə onun heç bir əlaqəsi olmadığı üçün və həmin ev yaşamaq üçün tam yararsız vəziyyətdə olduğundan onu satmışdır. Uzun müddət hərbi xidmətdə olmaqla ölkəyə xidmət etməsi, xidməti nəticəsində əlillik alması inzibati orqan tərəfindən nəzərə alınmamışdır.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazını əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(112)-1839/2021 nömrəli qərarı ilə (hakim Aytən Oruczadə) iddia qismən təmin edilmiş, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 187 nömrəli, 27.09.2019-cu il tarixli sərəncamı ləğv edilmiş, iddiaçı və onun ailə üzvlərinin ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunması, 30.04.2019-cu il tarixindən ödənilməyən aylar üzrə kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Azadlıq prospekti 30 say lı binanın 28 saylı mənzilində olan payının 28.06.2014-cü ildə qızına bağışlaması iddiaçının müraciətini təmin etməkdən imtina üçün əsas ola bilməz. İddiaçı həmin mənzildən cüzi paya sahib olmuşdur ki, həmin sahə də elə həmin vaxt onun yaşayış sahəsinə ehtiyacı olmasına əsas hesab edilməli idi. Beləliklə, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi barədə sərəncamın ləğv edilməsi formal xarakterli olmaqla, iddiaçının qazanılmış hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, iddiaçı 12.08.2014-cü ildən kirayə xərclərinin ödənilməsini tələb etsə də, iş materiallarına sübut qismində iddiaçının kirayədə yaşamasını təsdiq edən 30.04.2019-cu il tarixli kirayə müqaviləsinin surəti əlavə edilmişdir. Belə olan halda, kirayə xərləri də 30.04.2019-cu il tarixindən ödənil məlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 21(103)-2397/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Yusifov Cahangir, hakimlər – Həmidov Həmid və Nağıyeva Elmira) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 21(112)-1839/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması və iddianın rədd edilməsi qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti 12 avqust 201 4-cü il tarixli,172 saylı sərəncamı ilə iddiaçı mənzil növbəsinə götürülmədən əvvəl DƏDRX-nin 06.10.2012-ci il tarixli, ******* saylı çıxarışa əsasən onun mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi olmuş, mənzil növbəsinə götürülməsinə dair 12.08.2014-cü il tarixli sərancam qəbul edilməmişdən ay yarım əvvəl onu özgəninkiləşdirmişdir. Bundan əlavə, Qusar rayonu İmamqulu kəndində onun istifadəsində torpaq sahələri də mövcud olmuş, həmin torpaq sahələrini o, həmin sərəncamın qəbulundan sonra öz adına rəsmiləşdirmiş, sonra da özgəninkiləşdirmişdir.
15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 2-1(103)-2397/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Avropa Konvensiyasının 1, 6 və 7-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 76, 88-ci, İnzibati Prosessual Məcəllənin 11-15, 58, 69, 80-ci maddələrinin tələblərinə uyğun deyil. Belə ki, inzibati orqan tərəfindən verilmiş sərəncam 5 il sonra, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etdikdən sonra ləğv edilmişdir. Məhkəmə isə bu hala heç bir qiymət verməmişdir. Məhkəmə qərarında 12.08.2014-cü il tarixli sərəncamın ləğvinin əsaslarından biri kimi iddiaçının istifadəsində Qusar rayonunun İmamqulular kəndində torpaq sahələrinin mövcud olmasına istinad etməsi də əsassızdır. Məhkəmə qərarı ilə müəyyən olunmur ki, hansı sübuta əsasən məhkəmə həmin torpaqların 2014-cü ildə bu torpaqların iddiaçının istifadəsində olması qənaətinə gəlib. Digər tərəfdən, həmin torpaq sahəsi iddiaçının adına 08.08.2017-ci il tarixindən vərəsəlik əsasında keçərək qeydə alınıb. Belə olduqda, məhkəmənin 2014-cü ildə bu torpağın iddiaçının istifadəsində olması fikrinə gəlməsinə əsas yoxdur.
17. Bundan başqa, yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması əsaslarından bəhs edən Mənzil Məcəlləsinin 55-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu maddənin yalnız 55.1.6-cı maddəsi mübahisələndirilə bilər ki, həmin maddə iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu maddədə qeyd olunur ki, uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə vətəndaş uçotdan çıxarıla bilər. İddiaçı isə həqiqətə uyğun olmayan, uçota alınmağa əsas vermiş sənəd təqdim etməmişdir. Əksinə, 1/3 hissəyə paylı mülkiyyətə dair sənədi komissiyaya təqdim etmişdir.
18. Sərəncamda nəzərdə tutulan Mənzil Məcəlləsinin 52-ci maddəsinə nəzərdə tutulan əsaslar olsa idi, bunu Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən iddiaçıya uçota götürüldüyü 2014-cü ildə qanunsuz və əsassız tətbiq etmək olardı. Həmin maddədə göstərilir ki, vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayı ş sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göründüyü kimi, 2014-cü ildə həmin qanuna əsasən imtinaya əsas olmamışdır. Cavabdehin istinad etdiyi mənzildəki 14,52 kv.m. payının uçota götürdüyü 4 nəfər ailə üzvü ilə və mənzildə başqa ailələrin yaşadığı şəraitdə normal yaşamasına yetərli olmasını, mənzilə ehtiyacının olmamasını sübut etməlidir. Belə sübut isə yoxdur. Bu formal əsas iddiaçının 4 ailə üzvü ilə 2014-cü ildə uçota götürülməsinə maneə ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qul luqçuların statusu haqqında” Qanun Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (-)
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır (-) Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və mi çmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçular ın yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbay can Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. (-) 21. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun (31.05.2018-ci il tarixində ləğv edilmişdir) Maddə
43. Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzil-məişət xidməti Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verili r. (-) 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
23. Mənzil Məcəlləsi Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilə n aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı ol an qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-) 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. (-) Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27.11.2019-cu il tarixli, 459 nömrəli qərarı (-) Sosial kirayə müqaviləsi əsasında dö vlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. 25. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orq an maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (-) Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzi bati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. (-) 67.6. Maraqlı şəxs aşağ ıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
26. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü il ə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri ol duğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
30. Birinci növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi 27.09.2019cu il tarixli 187 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, onun 12.08.2014-cü il tarixində mənzil uçotuna qanuni əsaslarla götürülməsi, onun mənzil uçotuna bərpa edilməsi və həmin tarixdən ona kirayə haqqının hesablanması olmuşdur.
31. Burada ilk növbədə mübahisə predmeti olan cavabdehin 27.09.2019-cu il tarixli 187 nömrəli sərəncamının qanuniliyinə və həmin inzibati orqanın hərəkətlərinin “İnzibati icraat haqqında” Qanunun hazırkı qərarın 23-cü bəndində göstərilən normalarına uyğun olub-olmamasına qiymət verilməlidir.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlumdur ki, 06.10.2012-ci il tarixindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,08 m2, o cümlədən 43 kv.m. yaşayış sahəsi olan mənzil X1, X3 və hazırkı işdə iddiaçı olan İddiaçı ümumi birgə mülkiyyətlərində olmuşdur.
33. İddiaçı, 28.06.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Ünvan1 nömrəli binada yerləşən 62,08 kv.m. ümumi sahəsi olan və X1, X2 və İddiaçı 28 saylı mənzildən ümumi birgə paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəni qızı X4 bağışlamışdır.
34. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ilə İddiaçı ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup əlil kimi 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə (özü, arvadı, qızı və oğlu) mənzil növbəsinə götürülməsi, onun güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısı na daxil edilməsi, mənzillə təmin olunanadək ona mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır.
35. Bundan 5 il 3 ay keçdikdən sonra 27.09.2019-cu il tarixində həmin sərəncam cavabdeh tərəfindən ləğv edilmiş, səbəb kimi Bakı şəhəri, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzilində olan payını 28.06.2014-cü ildə qızına bağışlaması göstərilmiş və hesab edilmişdir ki, iddiaçının mənzil növbəsinə götürülməsi qanunsuz olmuşdur. Yəni, iddiaçı mənzil uçotuna götürülən zaman Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət olunmamışdır.
36. Belə ki, həmin maddənin məzmununa əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə y ol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının 12.08.2014-cü il tarixli 172 nömrəli sərəncamla mənzil növbəsinə götürülməmişdən əvvəl daşınmaz əmlakın dövlət reyestrində 06.10.2012-ci il tarixində aparılmış qeydiyyata əsasən mülkiyyətində yaşayış sahəsi olmuş, həmin mənzili iddiaçı qızına bağışlamış və İddiaçı mənzil növbəsinə götürülərkən Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət olunmamışdır. İddiaçı məxsus olmuş mənzilin bir hissəsi bağışlama müqaviləsinə əsasən onun qızı Mədinə Qırxlarovaya keçmişdir ki, bu da öz növbəsində hüquq pozuntusudur. İddiaçının yaşa yış sahəsinə ehtiyacı olan hərbi qulluqçu və ya vətəndaş kimi qiymətləndirilməsi istisna edilir.
38. Lakin bu nəticəyə gələrkən məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş “yaşayış sahəsinə ehtiyacı olan” statusunun 2014-cü ildə, yəni mənzilin birgə mülkiyyətində olan payını qızına bağışladıqdan sonra, hazırkı qərarın 20-ci bəndində qeyd olunan normanın tələblərinə uyğun olaraq iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi statusa malik olub-olmamasına, yəni mənzil payını bağışlamasının mənzilə ehtiyacı olan şəxs statusuna təsir etməsinə qiymət verməli olduğu halda, bunu etməmişdir.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da məlumdur ki, iddiaçı 4 nəfər ailə üzvü, qardaşı və bacısı ilə birlikdə yaşayır. Hazırkı qərarın 24-cü bəndində istinad edilən qanunvericilik aktınd an isə görünür ki, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması kimi 16 kvadratmetr müəyyən edilmişdir.
40. Ali Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş və sonradan qızına bağışlanmış mənzil payı cüzi olmuş, mənzil köməkçi sahələrlə birlikdə 62,08 kv.m. olmuşdur. İddiaçı 4 nəfər ailə üzvündən ibarət olmuş və həmin mənzil digər 2 nəfər şəxsin birgə mülkiyyətində olmuşdur.
41. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncam qəbul olunan vaxt cavabdeh iddiaçının mənzildə ona məxsus cüzi payı özgəninkiləşdirilməsindən 5 il 3 ay keçdikdən sonra ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil olan iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi barədə sərəncamın ləğv ed ilmişdir.
42. Bundan əlavə 21-23-cü bəndlərində qeyd olunan normaların məzmunundan görünür ki, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir.
43. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mənzil növbəsinə götürülmüş iddiaçının yaşayış sahəsi olmuş, onun istifadəsində və sonradan mülkiyyət hüququnu rəsmiləşdirdiyi torpaq sahəsi də mövcud olmuş, lakin onları özgəninkiləşdirmişdir ki, bu səbəbdən cavabdehin 1 2.08.2014-cü il tarixli 172 nömrəli sərəncamının qanunsuz olduğu üçün ləğvi əsaslı olmuşdur.
44. Halbuki, işin araşdırılmış hallarından iddiaçı 2014-cü ildə torpaq sahəsinin mülkiyyətçisi kimi müəyyən olunmur, bu istiqamətdə məhkəmə araşdırması aparılmamışdır. Belə ki, işə əlavə edilmiş 28.06.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən torpaq sahəsinin bağışlanması 2019-cu ildə olmuş və sahənin nə zaman və hansı əsasla iddiaçının adına qeydə alındığı işdən müəyyən olunmur.
45. Apellyasiya instansiyası məhkəməsi isə işə baxarkən yuxarıda sadalanan hallar hüquqi qiymət verməmiş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, nəticədə əsassız qərar qəbul etmiş, bununla da hazırkı qərarın 26-cı bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
46. Məhkəmə kollegiy ası hesab edir ki, mübahisəyə mahiyyətə üzrə qiymət verərkən ilk növbədə iddiaçının 2014-cü ildə “yaşayış sahəsinə ehtiyac olan” şəxs olubolmadığı hazırkı qərarın 20-24-cü bəndlərində göstərilən maddi hüquq normaları nəzərə alınmaqla müəyyən edilməli, həmin normaları və hazırkı qərarın 25-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 27.09.2019-cu il tarixli 187 saylı sərəncamının qanuniliyinə qiymət verilməlidir.
47. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 2-1(103)-2397/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün həmin məhkəməyə qayta rılmalıdır.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 21(103)-2397/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.