Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-375/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.03.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1444/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamdan görünür ki, İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Elektron Çıxarışdan görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış sahəsi, sahə 110 ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli, 148 saylı Sərəncamından göründüyü kimi, İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 306 saylı 16 avqust 2018-ci il tarixli və 303 saylı 16 avqust 2018-ci il tarixli sərəncamların ləğv edilməsinə əsas kimi İddiaçı həmin ərazidə X3 verdiyi order əsasında ona məxsus 0,12 ha torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsi ayrılmasını xahiş etməsi və sonradan məlum olmuşdur ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlərin ona aid olmadığı və qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsə məxsus torpaq sahəsi olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhk əməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər Cavabdeh başçısının 6 iyul 2020-ci il tarixli, 148 saylı Sərəncamının İddiaçı münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 2-1(112)-3022/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu ray onu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədi ilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı ona torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın xx.xx.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq Cavabdeh başçısı tərəfindən İddiaçı Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı 306 saylı xx.xx.2018-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********19 qeydiyyat nömrəli Çıxarış verilmişdir.
8. Sonradan o, sözügedən torpaq sahəsinə istifadə hüququnu özgəninkiləşdirmək istədikdə DƏDRX tərəfindən verilən məlumat əsasında ona məlum olmuşdur ki, Cavabdeh başçısı xx.xx.2020-ci il tarixli 148 saylı sərəncam ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı özünün xx.xx.2018-ci il tarixli sərəncamını ləğv etmişdir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə müraciət edərək məsələ barəsində məlumat verilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2020-ci il tarixli 148 saylı sərəncamın surətini xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim etmişdir. İddiaçı hesab edir ki, Cavabdeh başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 148 saylı sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, mübahisələndirilən sərəncamdan görünür ki, xx.xx.2018-ci il tarixli 306 saylı sərəncamın ləğv edilməsinə əsas kimi guya İddiaçı düzgün olmayan məlumat və sənədlər təqdim edərək həmin ərazidə X4 verdiyi order əsasında ona məxsus 0,06 ha torpaq sahəsinin olduğunu bildirərək ona əlavə torpaq sahəsinin ayrılmasını xahiş etməsi və bunun əsasında torpağın ayrılması, lakin sonradan həmin torpağın başqa şəxsə məxsus olmasının aşkar edilməsi göstərilmişdir. Əvvəla, İddiaçı tərəfindən cavabdeh orqana belə bir məlumat və sənəd təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 306 saylı sərəncamının məzmunundan da göründüyü kimi, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq ona Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Yəni, xx.xx.2020-ci il tarixli sərəncamda qeyd olunanlar həqiqəti əks etdirmir.
9. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli 148 saylı sərəncam əsassız olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 306 saylı sərəncamın ləğv edilərkən “İnzibati icraat haqqında” Qanununun tələbləri gözlənilməmiş və inzibati icraat barədə iddiaçıya heç bir məlumat verilmədən torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilməsi barədə yeni sərəncam verilmişdir. Həmin sərəncamın surəti də iddiaçıya təqdim olunmamış, bu hal iddiaçıya yalnız onun özünün dövlət orqanlarına müraciətində s onra məlum olmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3022/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, mübahisə olunan 06 iyul 2020-ci il tarixli sərəncam verilənə qədər iddiaçı ona ayrılan torpaq sahəsindən istifadə etməyərək hərəkətsizlik nümayiş etdirmiş, qeyd olunan sərəncamın göstərişlərindən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, yalnız xx.xx.2020-ci ildən etibarən həmin sərəncamın göstərişləri istiqamətində bir sıra addımlar atmağa başlamışdır. İddiaçının ona 16 avqust 2018-ci ildə ayrılmış torpaq sahəsindən 2020-ci ilə qədər cavabdehin təqsiri üzündən faktiki olaraq istifadə etməməsi işdə olan sübutlarla təsdiq olunmamışdır. O cümlədən iddiaçının torpaq sahəsindən istifadə etm əsinə cavabdeh tərəfindən hər hansı müdaxilə olunması da iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçının 16 avqust 2018-ci il tarixli sərəncam əsasında ona torpaq sahəsi ayrıldıqdan sonra 06 iyul 2020-ci il tarixli mübahisələndirilən sərəncam qəbul edilənə kimi, ilkin sərəncamdan irəli gələn göstərişlərin yerinə yetirilməsi istiqamətində real hərəkət edilməmiş, torpaq sahəsini istifadəsiz saxlamışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1444/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhər Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamı İddiaçı münasibətdə ləğv edilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamdan görünür ki, İddiaçı Cavabdeh başçısına ərizə ilə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Kürdəxanı qəsəbəsinin şimal hissəsində ona torpaq sahəsinin ayr ılmasını xahiş etmiş, Cavabdeh başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2018-cı il tarixli 12 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və Cavabdeh başçısının 30 noyabr 2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın xx.xx.2018ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq ona 0,06 ha torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncamda göstərilən əsaslar iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamda öz əksini tapmamış və həmin sərəncamın ləğv edilməsinə əsas olmamışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi ba rədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti ilə bağlı, icraatla bağlı iddiaçının məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakı, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli tam və obyektiv aparmasına dair məhkəməyə sübut təqdim edilməmişdir.
17. Lakin məhkəmə qeyd olunan halı təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Belə ki, İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsinə dair inzibati icraat zamanı o, Cavabdehnə dəvət olunmuş və dindirilmişdir.
18. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə k i, İddiaçı tərəfindən Kürdəxanı qəsəbə nümayəndəsi olmuş Azərə torpaq sahəsinə dair mülki etibarnamənin niyə verilməsi araşdırılmamışdır.
19. Hazırkı qərarda maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməmişdir. İş materiallarında iddiaçı tərəfimdən Sabunçu Rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsinin nümayəndəsi Azər adlı şəxsə etibarnamənin hansı məqsədlə verilməsi və daha sonra iddiaçı tərəfimdən niyə ləğv edilməsi araşdırılmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının 06 iyul 2020-ci il tarixli, 148 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh kassasiya şikayətində göstərir ki, apellyasiya məhkəməsi qərarında cavabdehin inzibati icraatda iddiaçının iştirakının təmin edilməsinə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv aparmasına dair məhkəməyə sübut təqdim etməməsini qeyd etsə də, lakin məhkəmə qeyd olu nan halı təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir, belə ki, İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsinə dair inzibati icraat zamanı o, Cavabdehnə dəvət olunmuş və dindirilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, cavabdeh tərəfindən sözügedən məsələyə dair hər hansı bir inzibati icraatın aparılmasını, o cümlədən iddiaçının Cavabdehnə dəvət olunmasını və dindirilməsini təsdiq edən heç bir sübut mövcud deyildir.
27. Bundan başqa xüsusi olaraq qeyd edilməlidir ki, ərizəçinin inzibati məsələ ilə bağlı inzibati orqana dəvət edilməsi və onun dindirilməsi ilə inzibati icraat yekunlaşmır. Bu geniş və çoxsahəli prosesdir.
28. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaə tə gəlmişdir ki, mübahisələndirilən sərəncamın qəbulu zamanı “İnzibati icraat haqqında” Qanunun tələbinə riayət edilməmişdir.
29. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.
30. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
31. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nüm ayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
32. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
33. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;
34. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
35. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
36. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
37. Həmin Qanunun 25.1-ci maddəsinə görə Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat alma q hüququna malikdirlər.
38. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;
39. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır.
40. Həmin Qanunun 28.4-cü maddəsinə müvafiq olaraq bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
41. Həmin Qanunun 31.1-ci maddəsinə görə inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.
42. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən inzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur.
43. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının müraciəti ilə bağlı inzibati icraat aparması, icraatla bağlı iddiaçını məlumatlandırması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki h alları hərtərəfli, tam və obyektiv araşdırma aparmasına dair məhkəməyə sübut təqdim etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur.
45. Cavabdeh kassasiya şikayətində həmçinin göstərmişdir ki, “iş materiallarında iddiaçı tərəfindən Sabunçu rayon Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsinin nümayəndəsi Azər adlı şəxsə etibarnamənin hansı məqsədlə verilməsi və daha sonra iddiaçı tərəfindən niyə ləğv edilməsi araşdırılmamışdır”.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, cavabdeh sözügedən məsələnin hazırkı inzibati mübahisənin maliyyətinə nə kimi aidiyyətinin olmasını ümumiyyətlə qeyd etməmiş və bunu özü aydınlaşdırmamışdır.
47. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhə ri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamına əsasən, İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır.
48. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, həmin sərəncamının əsaslandırıcı hissəsində yazılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2 may 2016-cı il tarixli, 169 saylı sərəncamı ilə Sabunçu rayon, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədilə Cavabdeh istifadəsinə verilmişdir.
49. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfində n müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Elektron Çıxarışa əsasən, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış sahəsi, sahə 110 ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
50. Həmçinin apellyasiya məhkəməsi tərəfindən öz qərarında göstərilmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının “İddiaçı və X1 Kürdəxanı qəsəbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 306 və 303 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə” 06 iyul 2020- ci il tarixli 148 saylı Sərəncamda aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər İcra Hak imiyyəti başçısının xx.xx.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha tor sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı həmin ərazidə X3 verdiyi order əsasında ona məxsus 0,12 ha torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq Cavabdeh başçısının 303, 306 saylı 16 avqust 2018-ci il tarixli sərəncamlar ilə Kürdəxanı qəsəbəsinin şimal hissəsində İddiaçı 0,06 ha yaxın qohumu X2 isə 0,06 ha torpaq sahələri ayrılmışdır. Sonradan məlum olmuşdur ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlər ona aid deyil və qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpa q sahəsidir. Komissiya İddiaçı qeyd etdiyi torpaq sahəsinin digər vətəndaş məxsus olduğunu nəzərə alaraq Sabunçu RİH başçısının 306 saylı 16 avqust 2018-ci tarixli və 16 avqust 2018-ci il tarixli 303 saylı sərəncamlarının ləğv edilməsini məqsəd uyğun hesab etmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı və X2 Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 306 saylı 16 avqust 2018-ci il tarixli və 303 saylı 16 avqust 2018-ci il tarixli sərəncamları ləğv edilməsi, sərəncam əsasında verilmiş torpaq sahələrinin yerləşmə sxemlərinin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri alınması, torpaq sahəsinə aid plan və ölçüsünün tərtib edilməsi, istifadə hüquqların geri alınması və daşınmaz əmlaka ünvan verilməsinin dayandırılması ilə bağlı Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması, Sərəncamın icrasına nəzarətin Rayon İcra Hakimiyyəti başçısının Təsərrüfatı şöbəsinə tapşırılması qərara alınmışdır.
51. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamından göründüyü kimi İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 306 saylı 16 avqust 2018-ci il tarixli və 303 saylı 16 avqust 2018-ci il tarixli sərəncamların ləğv edilməsinə əsas kimi İddiaçı həmin ərazidə X3 verdiyi order əsasında ona məxsus 0,12 ha torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsi ayrılmasını xahiş etməsi və sonradan məlum olmuşdur ki, İddiaçı C avabdehnə təqdim etdiyi sənədlərin ona aid olmadığı və qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsə məxsus torpaq sahəsi olması göstərilmişdir.
52. Bununla əlaqədar apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamdan görünür ki, İddiaçı Cavabdeh başçısına ərizə ilə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Kürdəxanı qəsəbəsinin şimal hissəsində ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Cavabdeh başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2018-cı il tarixli 12 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyy atda olmaqla yaşayır və Cavabdeh başçısının 30 noyabr 2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın xx.xx.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq ona 0,06 ha torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilmişdir.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisələndirilən sərəncamda göstərilən əsaslar iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamda öz əksini tapmamış və həmin sərəncamın ləğv edilməsinə əsas olmamışdır.
54. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmalıdır.
55. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1444/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.