Məhkəmə qərarları › İş №2-1(102)-375/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-375/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-375/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi; sərəncam olsa da, konkret ünvan, sxem, vəsiqə yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1724/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli, 34 nömrəli Səbail Ra yon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 2 yaşayış massivi, 865 nömrəli 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib və imza edilmiş, Səbail RİHB tərəfindən təsdiq edilmişdir.

2. İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə ona Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m. fərdi ev tikmək üçün torpaq sahəsi ayrıldığını əsas gətirməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.

3. Cavabdeh tərəfindən həmin müraciətin təmin olunmasından imtina edilmiş və bildirilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin neft kəmərinin və yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmı şdır ki, o, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 26 ildir sahibliyində olan 600 kv.m sahədən ibarət torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 01 fevral 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat ərizəyə heç bir münasibət bildirməmişdir. Cavabdeh təşkilatın bu hərəkətsizliyi artıq imtinaya bərabər tutulur. Səbail Rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli, 880 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin zamandan etibarən sözügedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Bugünədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Bu hal isə onun Azərbaycan Respublikası Konstitusiyasında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilə n torpaq sahəsinin üzərindən 110000 Voltluq yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 600.0 kv.m olsa da, faktiki olaraq 262.0 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçının etibarnamə üzrə nümayəndəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********00 saylı, xx.xx.2021-ci il tarixli bildiriş ünvanlanmışdır. İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, ********** nömrəli müraciəti zamanı fərqli sahə göstərilmişdir. Belə ki, naturada göstərilmiş torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Milli El mlər X3 Bağı ilə Badamdar şosesi arasında yerləşən dövlət torpağıdır və X8 məxsus tikili həmin torpaq sahəsində yerləşir. Həmçinin Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi və konfiqurasiya dəyişikliyi mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış iddiaçıya **********01 saylı, xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 3-cü bəndinə əs asən gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi; sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi; b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələr qədər mühafizə zonaları müəyyən edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV - xətlərin gərginliyi; L, m - məsafələrdir. Un, kV İ>20, 35, 110, 150, 220, 330-500; L, m - 10, 15, 20, 25, 25,

30. Azərbaycan Respublikası Tor paq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstə sna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA01774-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşlara, o cümlədən İddiaçı “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 880 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Sərəncama cizgi sənədləri əlavə edilməmişdir.

8. Həmin məktubla göndərilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il tarixli 880 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamından təsdiq edilmiş arxiv çıxarışına əsasən Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m. fərdi ev tikmək üçün... İddiaçı,... torpaq sahəsi ayrılmışdır. Qeyd: Sərəncama cizgi sənədləri əlavə edilməmişdir. Əsas: Fond-139, siy-1, iş-557, vər-16.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaçının cavabdehə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişd ir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi həm də neft quyularının mühafizə zonasında yerləşdiyindən təhlükəsizlik cəhətdən əlverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aiddirlər. Belə olan halda yuxarıda sadalanan normalara əsasən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. 1

2. Məhkəmə hazırkı iş üzrə torpaq sahəsinin tam ölçüdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Bibiheybətneft” NQÇİ-nin ərazisində yerləşdiyi müəyyən olunduğundan və təkcə bu halın mülkiyyət hüququnun qeydiyyatına əsas vermədiyini nəzərə alaraq, cavabdehin iddia etdiyi torpaq sahəsinin tam ölçüdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilinə əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət görmür.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1724/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli, 880 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahibi onun, qanuni istifadəsində və sahibliyindədir. Göstərilən əra zidə olan torpaq sahələri qeydiyyata alınaraq bir çox şəxslərə çıxarış verilmişdir. Lakin, cavabdeh heç bir tutarlı sübut təqdim etmədən mülahizələrə əsaslanaraq torpaq sahəsini qeydiyyata almaqdan imtina etmişdir.

18. İddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 110000 Voltluq yüksək gərginlikli elektrik hava xətti keçmir. Həmçinin torpaq sahəsi neft kəmərinin mühafizə zolağından olduqca kənardadır. Qərarda iddiaçıya məxsus torpaq sahəsinin Azərbaycan Milli Elmlər X3 Bağı ilə Badamdar şosesi arasında yerləşən dövlət torpağıdır və X8 məxsus tikili həmin torpaq sahəsində yerləşir göstərilməsi də, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Üçüncü şəxsin göstərdiyi hər iki neft quyuları işlək vəziyyətdə deyildir və həmin torpaq sahəsi 78 metr kənarda yerləşir. Bun dan başqa həmin ərazidə yaşayış sahələri mövcuddur.

19. Məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən, cavabdehin və üçüncü şəxsin yanlış məlumatlarına əsaslanaraq araşdırılmayan məlumatlara istinad etmiş, eyni zamanda sərəncamı qəbul edən Səbail rayon İcra Hakimiyyətini işə cəlb etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir.

20. İş materiallarından görünür ki, iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmasına dair Səbail rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli, 880 saylı sərəncamı cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şi kayətin təmin edilməməsi və apellyasiya məhkəmsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməs ini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində t əsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məlum olduğu kimi, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tarixli 880 nömrəli sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dö vlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

28. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1724/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-736/2022 nömrəli, 02 dekabr 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdı r.

30. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş qənaətə gələrkən iş üzrə qəbul etdiyi 21 sentyabr 2023-cü il tarixli qərarda göstərmişdir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin mövcudluğu işin mübahisəsiz halıdır. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaşa sözügedən ərazidə torpaq sahəsi ayrılmışdır. Lakin üçüncü şəxsin təqdim etdiyi və iş materiallarına əlavə olunan 15 aprel 1976-cı il tarixə aid olan xəritədən məlumdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamının verilməsindən uzun müddət əvvəl mübahisəli ərazi neft-qaz əməliyyatlarının aparılması üçün Bibiheybət NQÇİ-yə verilmişdir. Bu torpaq sahəsi aidiyyəti olaraq yerli icra hakimiyyəti orqanına geri qaytarılmış torpaq sahələrinə aid deyil və hal-hazırda “Azneft” İstehsalat Birliyinin istifadəsindədir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilk öncə iddiaçının hazırkı iddia ilə bağlı istinad etdiyi sənədlər tam və hərtərəfli araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir.

32. Şübhəsiz ki, həmin sənədlərin arasında ən önəmlisi və hüquq münasibətlərinin yaranmasına səbəb olmuş, işin 29-cu səhifəsində olan Səbail rayon İcra Hakimiyyətinin başçısının 15 mart 1995-ci il tarixli, 880 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamdır.

33. Həmin Sərəncamın 1-ci bəndində deyilir ki, “Badamdar qəsəbəsində f ərdi evin tikintisi üçün İddiaçı 600 (altı yüz) kv.m. torpaq sahəsi ayrılsın.”

34. Sərəncamın 2-ci bəndində isə göstərilmişdir ki, “Tikinti işləri ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılsın.”

35. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, sözügedən sərəncamın 1-ci bəndində Abidə Əhmədağa qızına fərdi evin tikintisi üçün 600 (altı yüz) kv.m. torpaq sahəsinin Badamdar qəsəbəsinin harasında ayrılması göstərilməmiş, sadəcə Badamdar qəsəbəsi yazılmış, yəni hər hansı bir ünvan (küçə, döngə, dalan) ümumiyyətlə qeyd edilməmişdir.

36. Bununla yanaşı həmin sərəncamla 600 (altı yüz) kv.m. ayrılmasına dair ayrıc aktı və ya digər heç bir texniki sənəd mövcud deyildir.

37. Bundan başqa 15 mart 1995-ci il tarixli, 880 nömrəli sərəncamının 2-ci bəndində nəzərdə tutulm uş “təsdiq edilmiş tipləşdirilmiş layihə” ümumiyyətlə işdə yoxdur.

38. Eyni zamanda qeyd edilməlidir ki, işin 28-ci səhifəsində olan Səbail RİHB-nin 1-ci müavini V.Muxtarov tərəfindən təsdiq edilmiş 25 mart 2004-cü il tarixli, 34 nömrəli “Səbail rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, 15 mart 1995-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, cizgidə torpaq sahəsinin ölçüsü 300,0 kv.m. olaraq göstərilmiş (halbuki məlum sərəncamda iddiaçıya 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılması müəyyən edilmişdir), bundan əlavə “2 yaşayış massivi” yazılmaqdan başqa heç bir konkret ünvan göstərilməmişdir.

39. Burda xatırlatmaq zəruridir ki, iddiaçı iddiasında 600 (altı yüz) kv.m. torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin ca vabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir.

40. Beləliklə iddiaçının 600 (altı yüz) kv.m. torpaq sahəsi ilə bağlı, torpaq sahəsinin yerləşdiyi ünvana dair heç bir qeyd olmayan məlum sərəncamdan başqa hər hansı bir hüquqmüəyyənedici mötəbər sənədi yoxdur.

41. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 880 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyindədir. Göstərilən ərazidə olan torpaq sahələri qeydiyyata alınaraq bir çox şəxslərə çıxarış verilmişdir. Lakin, cavabdeh heç bir tutarlı sübut təqdim etmədən, mülahizələrə əsaslanaraq torpaq sahəsini qeydiyyata almaqdan imtina etmişdi r.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, əvvəla, həmin şəxslərin çıxarış alınmasının əsaslarının və səbəblərinin iddiaçının işindən fərqli olması ola bilər, digər tərəfdən işin 179-cu səhifəsində olan X2 (ad çıxarışda bu cür qeyd olunub - Qeyd: Ali Məhkəmənindir) adına olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX №0326210 çıxarışdan görünür ki, həmin çıxarışın “ünvan” hissəsində yazılmışdır: “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 4-cü dalan, ev 276, mənzil 5”.

43. Bununla yanaşı işin 189-cu səhifəsində olan X5 adına olan eyni tipli çıxarışın “ünvanı (olduğu yer)” hissəsində yazılmışdır: “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 4-cü dalan 276”.

44. X1 adına verilmiş eyni tipli çıxarışın “Daşınmaz əmlakın ünvanı (olduğu yer)” hissəsində yazılmışdır: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi” (iş səh. 56).

45. Göründüyü kimi yuxarıda göstərilmiş çıxarışlarda konkret ünvan qeyd edilmişdir.

46. Lakin iddiaçıya 600 kv.m. torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli, 880 nömrəli sərəncamda Badamdar qəsəbəsindəki ümumiyyətlə heç bir ünvan göstərilməmişdir.

47. İddiaçı kassasiya şikayətində daha sonra göstərmişdir ki, “məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən, cavabdehin və üçüncü şəxsin yanlış məlumatlarına əsaslanaraq araşdırılmayan məlumatlara istinad etmiş, eyni zamanda sərəncamı qəbul edən Səbail rayon İcra Hakimiyyətini işə cəlb etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir”.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır.

49. Belə ki, ilk öncə qeyd edilməlidir ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması İPM-in 28-ci maddəsi ilə tənzimlənir.

50. Yəni həmin məcəllənin 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

51. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

52. Lakin hazırkı işdə İPM-in 28.1, 28.2-ci maddələrində nəzərdə tutulmuş müddəalar mövcud olmadığından, Səbail rayon İcra Hakimiyyəti haqlı olaraq iş üzrə 3-cü şəxs qismində cəlb edilməmişdir, belə ki, sözügedən sərəncam ümumiyyətlə ləğv edilməmiş, yəni qəbul edilmiş məhkəmə qərarları Səbail rayon İcra Hakimiyyətinin hüquqlarına toxunmamışdır.

53. Digər tərəfdən mübahi səli torpaq sahəsinə ən azından iş üzrə məhkəmə ekspertizası keçirildiyi zaman baxış keçirilmiş və bu fakt ekspert rəyində öz əksini tapmışdır.

54. Eyni zamanda iddiaçı kassasiya şikayətində göstərmişdir ki, məlum sərəncam cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır.

56. Belə ki, işin 33-35-ci səhifələrində olan cavabdehin yazılı etirazından aşkar şəkildə göründüyü kimi, cavabdeh iddiaçının iddiasına etiraz etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehin həmin hüquqi mövqeyi həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində davam etmişdir.

57. Beləliklə, iddiaçının iddiasının əsasını təşkil edən Səbail rayon İcra Hakimiyyətinin 15 mart 1995-ci il tar ixli, 880 nömrəli sərəncamından iddiaçıya Badamdar qəsəbəsinin fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin harasında ayrılması məlum deyil, hər hansı bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.

58. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 21 sentyabr tarixli, 2-1(103)-1724/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar