Məhkəmə qərarları › İş №2-1(102)-3750/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3750/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3750/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1964-cü il təvəllüdlüdlü olmaqla, ##.##.1981-ci ildən ##.##.1990-cı ilə qədər “Bakı Baş Tikinti” ** nömrəli Trestinin ** nömrəli Tikinti Idarəsində bənna, tikinti ustası və iş icraçısı vəzifələrində, ##.##.1990-cı ildən ##.##.1991-ci ilə qədər “Bakı Təmir Tikinti” Trestində baş mühəndis, ##.##.1991-ci ildən ##.##.1992-ci ilə qədər ** nömrəli Trestin * nömrəli Tikinti Idarəsində iş icraçısı, ##.##.1992-ci ildən ##.##.1992-ci ilə qədər “xxxx” IK-nın tikilməkdə olan müəssisələr müdiriyyətində mühəndis, ##.##.1992-ci ildən ##.##.1993-cü ilə qədər “xxxx” MMC-nin nəzdində Təmir-Tikinti Trestinə daxil olan * nömrəli Təmir-Tikinti Idarəsində rəis, ##.##.1994-cü ildən ##.##.1996-cı ilə qədər Baş Istehsalat Təmir-Tikinti Idarəsinin Mənzil Mühəndis Təmir-Tikinti Trestinin * nömrəli Xüsusi Təyinatlı Tikinti Idarəsində baş mühəndis, ##.##.1996-cı ildən ##.##.2000-ci ilə qədər “Bakı Baş Tikinti” ** nömrəli Trestinin * nömrəli Tikinti Idarəsində iş icraçısı, ##.##.2000-ci ildən ##.##.2004-cü ilə qədər ** nömrəli Trestin ** nömrəli Tikinti Idarəsində iş icraçısı, ##.##.2010-cu ildən ##.##.2013-cü ilə qədər “xxxx” şirkətində mühəndis, ##.##.2014-cü ildən ##.##.2015-ci ilə qədər “xxxx” MMC-də iş icraçısı, ##.##.2017-ci ildən hazıradək isə “xxxx” MMC-də iş icraçısı vəzifəsində işləyir. Yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı, sonuncu iş yerindən verilmiş arayışla da öz təsdiqini tapmışdır. Həmin arayışda onun işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarının 29-cu bölməsinə uyğun olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malik olduğu və ümumi iş stajının 36 il 06 ay 15 gün, güzəştli iş stajının isə 18 il 20 gün təşkil etdiyi qeyd edilmişdir. O, cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli, *-**-*/*-B-******/**** nömrəli cavab məktubu ilə qeyd edilənlərin icrasından imtina etmişdir. Imtinanın əsası kimi 3 hal əsas göstərilmişdir: 1. ümumi iş stajının 25 ildən az olması; 2. zərərli iş stajının 12 il yarımdan az olması; 3. sığorta kapitalının pensiya təyinatı üçün əsas verən minimum kapitaldan aşağı olması. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Həmçinin, işəgötürən müəssisə tərəfindən ona sonuncu iş yerindən verilmiş arayışda qeyd edilmişdir ki, işlədiyi sahə zərərli peşə hesab edilir. Cavabdehin stajla bağlı ümumi mövqeyi ondan ibarətdir ki, onun ##.##.1996-cı ildən ##.##.2004-cü ilə qədər işlədiyi müddət üzrə sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Bu əsasla həmin dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, əmək fəaliyyətinə dair sənədlərin dövlət arxivinə təhvil verilməməsi onun deyil, işəgötürənin təqsiri olmuşdur. Həmçinin, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, iş stajını təsdiq edən yeganə sənəd əmək kitabçasıdır. Əmək kitabçasındakı qeydlərin isə mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin, hesab edir ki, ona münasibətdə pensiya kapitalı şərti əsaslı olmamışdır.

3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ##.##.1982-ci il tarixli, ИТ-IN ******* nömrəli əmək kitabçasında ##.##.1996 - ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində BBTI * saylı və ** saylı Tikinti Idarələrində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin Milli Arxiv Idarəsinin bununla bağlı ##.##.2024-cü il tarixli arayışında sözügedən müəssisələrin 1996-2004-cü illərə dair sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda, iş stajına dair məlumatların araşdırılması ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisələrin iş qovluqlarının Fondun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında mövcud olmadığı bildirilmişdir. Göründüyü kimi, ##.##.1982-ci il tarixli əmək kitabçası iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (##.##.1996-##.##.2004-cü illər ərzində) müddətlərdə BBTI * saylı və ** saylı Tikinti Idarələrində iş içraçısı vəzifəsində işləməsi faktını özü-özlüyündə qeyd-şərtsiz təsdiq etmir. Milli Arxiv Idarəsinin ##.##.2024-cü il tarixli arayışında isə sözügedən müəssisələrin 1996-2004-cü illərə dair sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Odur ki, iddiaçının yuxarıda qeyd olunan dövrlər ərzində işləməsinə əsaslı şübhələr yarandığından mübahisələndirilməyən ümumi iş stajı 25 ildən az, yəni (21 il 7 ay 26 gün (##.##.1981- ##.##.1990-cı il, ##.##.1990-##.##.1991-ci il, ##.##.1991-##.##.1992-ci il, ##.##.1992- ##.##.1992-ci il, ##.##.1992-##.##.1993-cü il, ##.##.1994-##.##.1996-cı il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixdən sonra 8 il 3 ay) təşkil etmişdir. Eyni zamanda, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli arayışına əsasən, iddiaçı İddiaçı güzəştli iş stajı da 12 il 6 aydan az (6 il 7 ay (##.##.2017-##.##.2023-cü il tarixləri arasındakı dövr) təşkil etmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, müraciət olunan tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28415,01 manat təşkil etmişdir. Məhz bu səbəblərə görə də, iddiaçı İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

4. Bakı Inzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ##.##.2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, həmçinin fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması tərəflər arasında mübahisəli deyil. Bununla belə, işdə olan sənədlərdən də iddiaçının ##.##.2024-cü il tarixdə 60 yaşının tamam olduğu və qanunla tələb olunan pensiya kapitalının yığılmadığı (40320,00 manat tələb olunduğu halda, 28415,01 manat pensiya kapitalı mövcuddur) müəyyən edilir. Işin mübahisəli halı iddiaçının əmək kitabçasında qeyd edilmiş ##.##.1996-##.##.2004-cü illərdə “Bakı Baş Tikinti” Idarəsinin ** nömrəli trestinin * nömrəli və ** nömrəli Tikinti Idarələrindəki əmək fəaliyyəti dövrü ilə bağlıdır. Cavabdeh iddiaçının həmin müəssisədə iş icraçısı vəzifəsində işlədiyi dövrü onun ümumi və güzəştli iş stajına daxil etməmiş və mövqeyini sözügedən müəssisələrin 1996-2004-cü illərə dair sənədlərinin dövlət arxivinə təhvil verilməməsi ilə əsaslandıraraq, əmək kitabçasındakı mübahisəli dövrə aid qeydləri şərtsiz olaraq əmək stajına daxil edilməsi üçün yetərli hesab etməmişdir. Iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Iddiaçının əmək kitabçasında ##.##.1996 - ##.##.2000-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Baş Tikinti”nin ** nömrəli trestinin * nömrəli Tikinti Idarəsində və ##.##.2000 - ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində “Bakı Baş Tikinti”nin ** nömrəli trestinin ** nömrəli Tikinti Idarəsində işlədiyi əmək fəaliyyəti dövrləri ilə bağlı onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmış, aparılan araşdırma ilə müəssisənin mövcudluğu təsdiqlənmişdir. Belə ki, əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı ##.##.1981-ci ildən ##.##.1992-ci il tarixədək Bakı Baş Tikinti Idarəsinin ayrı-ayrı idarələrində fəhlə, bənna, tikinti ustası, iş icraçısı, mühəndis işləmiş və cavabdeh həmin dövrləri onun ümumi iş stajına daxil etmişdir. Lakin mübahisəli dövrə münasibətdə cavabdeh eyni davranışı sərgiləməmiş, bunu müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi ilə əlaqələndirmişdir. Halbuki, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqləndiyindən və cavabdeh tərəfindən bu qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyindən həmin dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Formalaşmış məhkəmə təcrübəsi də bu yöndədir ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməlidir. Çünki, arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Əgər məsələ sosial sığorta ödənişlərinin həyata keçirilməməsi ilə əlaqələndirilirsə, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan, iddiaçının ##.##.1996- ##.##.2004-cü il tarixləri arasında işlədiyi dövr (3 il 11 ay 12 gün) onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının ümumi iş stajı qanunla tələb edilən 25 ildən artıq olur (21 il 7 ay 26 gün (mübahisələndirilməyən) + 3 il 11 ay 12 gün= 25 il, 7 ay, 8 gün). 5.2. Güzəştli staja gəlincə, məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki, bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Lakin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən o da nəzərə alınmalıdır ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də, peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmalı və nəzərə almalıdır. Bu xüsusat inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). 5.3. Bakı Baş Tikinti Idarəsi və onun ayrı-ayrı idarələri (o cümlədən, ** nömrəli Trestin 23 və * nömrəli) artıq mövcud olmadığından iddiaçı tərəfindən həmin müəssisədən güzəştli arayışın təqdim edilə bilməməsi işin obyektiv hallarından irəli gəldiyindən mübahisəli dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Belə ki, hazırkı işin hallarına görə, işdə mövcud olan digər sübutların məcmusu əsasında iddiaçının məhz işlədiyi yerdən güzəştli iş stajına dair arayış olmadan da, onun ən azı 1996-2004-cü illərdə işlədiyi iş icraçısı vəzifəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən vəzifələrə aid etmək olar. Belə ki, işin məhkəmə araşdırması zamanı tikinti sahəsində fəaliyyət göstərən analoji müəssisə kimi “xxxx” MMC-yə sorğu edilmiş və iddiaçının Bakı Baş Tikinti Idarəsində ##.##.1981- ##.##.2004-cü illər arasında işlədiyi bənna, tikinti ustası, iş icraçısı, baş mühəndis vəzifələrinin güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid edilib-edilməməsi barədə məlumat verilməsi istənilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş məktubda sözügedən vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin, a) yarımbəndinə əsasən bənnalar, b) yarımbəndinə əsasən isə iş icraçıları peşələrinə uyğun olması konkret olaraq göstərilmişdir. Həm Bakı Baş Tikinti Idarəsinin, həm də “xxxx” MMC-nin təmir-tikinti sahəsində ixtisaslaşdığı onların adlarından bəlli olması ilə yanaşı, hər iki idarədə iş icraçısı vəzifəsinin nəzərdə tutulması, həmin idarələrin təmir-tikinti işləri ilə məşğul olmasına dəlalət edir. Göstərilənlərə əsasən, analoji müəssisədən alınmış məlumatların həqiqətə uyğun olmaması ilə bağlı tutarlı dəlil təqdim edilmədiyindən həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. 5.4. O da qeyd olunmalıdır ki, iddiaçının güzəştli iş stajına daxil edilən “xxxx” MMCdə ##.##.2017-##.##.2023-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi iş icraçısı vəzifəsinin onun Bakı Baş Tikinti Idarəsində işlədiyi eyni vəzifənin funksionallıq və müəssisələrin fəaliyyət istiqamətləri baxımından bir-birindən nə ilə fərqlənməsi barədə inzibati orqan tərəfindən hər hansı dəlil də gətirilməmişdir. Odur ki, iddiaçının müxtəlif illərdə, başqa müəssisələrdə, eyni vəzifə üzrə fərqli peşə funksiyalarını həyata keçirməsinə dair cavabdeh inzibati orqan tərəfindən tutarlı dəlil təqdim edilmədiyindən onun “Bakı Baş Tikinti” Idarəsinin ** nömrəli trestinin * nömrəli və ** nömrəli Tikinti idarələrində təcrübə zavodunda ##.##.1996-##.##.2004-cü il tarixləri arasındakı (7 il 10 ay 23 gün) işlədiyi iş icraçısı vəzifəsi güzəştli şərlərlə əmək pensiyası almağa imkan verən staj kimi qəbul edilməlidir. Belə olan halda iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı tamamlanmış olur (mübahisələndirilməyən 6 il, 7 ay stajı + 7 il, 10 ay, 23 gün = 14 il, 5 ay, 23 gün).

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və P.A.Hüseynov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar