Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3752/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx-cu il tarixli qərarı ndan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı Cavabdehnə qarşı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun pensiya kapitalını düzgün hesablamamışdır. Belə ki, pensiya kapitalı hesablanarkən 01.09.1984-cü il tarixdən - 25.06.1987-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddət iş stajı kimi nəzərə alınmamışdır. Hesab edir ki, təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu səbəbdən təhsil aldığı illər də sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə pensiya təyin olunmalıdır. İddiaçıya 21.12.2018-ci il tarixdən - 21.12.2023-cü ilədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan 12.208 manat kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 11.460,88 manat pensiya kapitalının olması səbəbindən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna ziddir. Birinci instansiya məhkəməsinin xxx saylı (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 01.09.1984-cü il tarixdən 25.06.1987-ci il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx saylı (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Zaur Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.Göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılma lıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlam alıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 21.12.2018-ci il tarixdən - 21.12.2023-cü ilədək iddiaçıya 3-cü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı üçüncü dərəcəli əlil olduğundan istinad olunan normanın tələbinə görə ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ən azı 5 il sığorta stajına ma lik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdehin iddiaya qarşı etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı qanunla tələb olunan pensiya kapitalına malik deyildir. Cavabdeh iddiaçının toplamalı olduğu sosial sığorta stajını deyil, pensiya kapitalını mübahisələndirmişdir. Bu isə o deməkdir ki, əgər iddiaçı qanunla tələb olunan pensiya kapitalına malik olmuş olsaydı ona pensiya təyin oluna bilərdi. Hazırda iddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona əmək pensiyasının təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası«Əmək pensiyaları haqqında» Qanununun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 11 il 08 ay (50 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 35 yaş x 4 ay =140 ay: 12 ay = 11 il 08 ay ) sığorta stajı olmalıdır ki, iddiaçının əmək kitabçasına əsasən iddiaçı 11 il 0 8 aydan artıq sosial sığorta stajına malikdir. İddiaçının təhsil aldığı vaxt qüvvədə olan 04.08.1956-cı il tarixli “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdir. 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda ixtisasartırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil ald ığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12.208 manat pensiya sığorta kapitalına qarşı, fərdi hesabının sığorta hissəsində 11.460,88 manat pensiya sığorta kapitalının olması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir ki, iddiaçının çatışmayan pensiya kapitalı 12.208 – 11.460,88 =747,12 manat təşkil edir. Azərbaycan Respublikası«Əmək pensiyaları haqqında» Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi qanunverici, “qazanılmış hüquq” konsepsiyasını tətbiq etməklə 2006-cı il yanvarın 1-dək sığort aolunanlara, qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi hüququnu vermişdir. Hazırda da iddiaçının təhsil aldığı müddət 2 ildən artıqdır (02 il 09 ay 24 gün) ki, «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan təhsil aldığı hər il üçün 2 il x hər il üçün 701,48 manat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2017-ci ilə məbləği) = 1.402,96 manat + 09 ay üçün 526.11 manat, cəmi 1.929,07 manat təşkil edir. Bu məbləğ isə ona pensiya təyini üçün çatışmayan pensiya kapitalından artıq olduğu üçün (çatışmayan məbləğ 747,12 manat təşkil edir) onun əlilliyə görə pensiya hüququ yaranmış olur. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 01.10.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3752/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3752/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver