Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3753/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi idarəsinə qarşı “ünvan 2ndə yerləşən 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- **/**** nömrəli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 2003-cü il ## ### tarixli ** saylı və ## ###### 2017-ci il tarixli *** nömrəli sərancamlarının surətindən görünür ki, İddiaçı mağaza binası tikmək üçün Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) m2 torpaq sahəsi ayrılması və həmin torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır.
2. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli tikinti obyektinin istismarına icazə aktı” ilə ##.##.2021-ci il tarixdən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan ərazi İdarəsinin iddiaçıya ünvanladığı ## #### 2022-ci il tarixli ************ nömrəli məktubunda göstərilmişdir ki, müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının 1.5 (bir onda beş metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən gərginliyi 10 kv olan elektrik xətlərdə 10.0 (on) metr mühafizə zonası müyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyriyaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 3.4x6.9 olmaqia 58.0 kv.m olmasi qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 62.0 kv.m təşkil edir. Aparılan araşdırmalar zamanı X5 Uçotu İnformasiya. Sistemində adıçəkilən qeyriyaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan şəhəri, S.Qazıyeva küçəsində yerləşən qeyri-yaşayış binası üzərində etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ## ### 2022-ci il tarixli müraciətinin icrasından imtina edilir.
4. X1 İstismar İdarəsinin ##.##.2017-ci il tarixli **/*** nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fiziki şəxs İddiaçı mülkiyyətində olan 58 m2 torpaq sahəsinin yerləşdiyi ərazidə qaz xətti mövcud deyil.
5. X2 Cəmiyyətinin Beyləqan Elektrik Şəbəkəsinin ##.##.2017-ci il tarixli **/**** nömrəli arayışında göstərilmişdir ki, Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ona ayrılmış 58 m2 torpaq sahəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına daxildir. Lakin yenidənqurma işləri zamanı həmin xəttin yerinin dəyişdirilməsi nəzərdə tutulmuşdur.
6. X2 Cəmiyyətinin Beyləqan Elektrik Şəbəkəsinin ##.##.2019 cu il tarixli **/*** nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan şəhəri S.Qazıyeva küçəsində yerləşən,ümumi sahəsi 52,0 kv.m olan qeyri-yaşayış binasının İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Qarabağ regional X3 İdarəsinin ## ###### 2020-ci il tarixli, YTNİŞ-0007 nömrəli aktında göstərilmişdir ki, tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər.qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 ‘İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, “X9 Qaydalarının, 2.02.01-97' “Bina və qurğuların yanğın təhlükəsizliyi” yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir.
8. xxxx” Açıq Səhmdar Cəmiyyətin ##.##.2025-ci il tarixli, 13-13/2-2/15-M *****- */**** nömrəli məktubunda bildirilir ki, ünvan 2ndə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsi və onun üzərində inşa olunan qeyri-yaşayış obyektinin yaxınlığından keçən 10 kVluq hava elektrik verilişi xətti özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik veriliş xətti (SİP-3) ilə əvəz edilmiş, hazırda qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış obyekti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”lə müəyyən edilmiş, ərazidə mövcud olan “xxxx”ASC-ə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2023-cü il tarixli **/*** №-li ekspert rəyində göstərilmişdir: -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir; Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası (məqsədli təyinatı) isə yaşayış məntəqələrinin torpaqlarıdır; Beyləqan rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin kordinatları daxilində tikili mövcuddur və həmin tikili tam həcmdə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşir; Beyləqan rayon İcra Hakimiyyəti başçısının ## ### 2003cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikilinin kordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri və tikililəri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir;Beyləqan rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikili həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olduğu müəyyən edilmişdir; Beyləqan rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikinin qeyri-yaşayış binası olmaqla, mişar daşından inşa edildiyi və bir mərtəbədən ibarət olduğu müəyyən edilmişdir. İnşa edilmiş tikinti Beyləqan rayon İHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və layihəsi təsdiq edilmiş. İnşa edilmiş tikilinin insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsi və digər şəxslərin hüququnun pozulub pozulmaması məsələsinin müəyyənləşdirilməsi tikintitexniki ekspertinin səlahiyyətlərinə aid deyildir; Beyləqan rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı Tahr oğluna ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikilinin (qeyri-yaşayış binasının) sənəd üzrə ümumi sahəsi ilə faktiki sahəsi arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir; Beyləqan Sukanal idarəsinin ## ###### 2017-ci il tarixli **/*-*** saylı arayışına, X1 İstismar İdarəsinin ## ###### 2017-ci il tarixli **/*** saylı məktubuna, X4 (xxxx) ## ###### 2017ci il tarixli **/**** saylı arayışına və ## ###### 2019-cu il tarixli **/*** saylı məktubuna, X10 ## ###### 2017-ci il tarixli **/*** saylı arayışına, Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ## ###### 2017-ci il tarixli **-*/*** saylı rəyinə və * saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ## ####### 2018-ci il *** saylı rəyinə əsasən, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikilinin hər hansı xəttin və o cümlədən tikilinin istismarı və dövlət qeydiyyatına alınmasına maneə olan digər mühafizə zonalarına düşməsi müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: - iş materiallarında olan məlumatlara, o cümlədən tədqiq olunan obyektin çəkilməzdən əvvəl mövcud olduğunu, həmçini tədqiq olunan obyektə bitişik olan digər tikililərə mülkiyyət hüququnun verilməsini nəzərə alaraq, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikilinin hər-hansı xəttin və o cümlədən tikilinin istismarı və dövlət qeydiyyatına mane olan digər mühafizə zonalarına düşməsi müəyyən edilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, Beyləqan rayonunda yerləşən, iddiaçı tərəfindən inşa olunmuş tikilinin elektrik xəttindən 3.0 metr məsafədə yerləşdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə müəyyən edilmiş yüksək gərginlikli elektrik xəttinin 10 metrlik mühafizə zolagında yerləşdiyi müəyyən edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2ndə yerləşən 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə Beyləqan Rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında, məhkəmə kollegiyasının qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
İddiaçının əsaslandırması:
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qeyri-yaşayış binasının tikintisi üçün Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının ## ### 2003-cü il tarixli ** saylı sərəncamı əsasında Beyləqan şəhəri,Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) kv.metr torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsi İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində qeydiyyatdan keçirilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli, *** nömrəli sərəncamı ilə Beyləqan şəhəri,S.Qazıyeva küçəsində baş planda göstərilən 58,0 kv.metr torpaq sahəsində qeyriyaşayış binasının tikintisinə icazə verilmiş, 2017-ci ildə Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ayrılmış S=58 kv.m torpaq sahəsinin situasiya sxemi-baş planı tərtib edilmiş və torpaq sahəsinin situasiya sxemi Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı, Beyləqan rayon İHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. ##.##.2016-cı il tarixli, ****** nömrəli lisenziya əsasında layihələndirmə fəaliyyəti ilə məşğul olan, “xxxx” MMC tərəfindən həmin torpaq sahəsində tikinti sahəsi S=57,96 kv.m,ümumu sahəsi S=52,0 kv.m olan 1 girişli, 1 mərtəbəli qeyriyaşayış obyektinin inventar nömrəsi 214 olan lahiyəsi Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsi Baş Memarı ilə razılaşdırılmaqla “MEMAR-T’ MMC tərəfindən və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsi Baş Memarı tərəfindən təsdiq edilmişdir. 2018-ci ildə həmin qeyri yaşayış binası şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilmişdir. Həmin qeyriyaşayış binasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin Baş Dövlət tikinti Müfəttişliyi tərəfindən baxış keçirilməklə tikintinin istismara hazırlığını təsdiq edən ##.##.2021 -ci il tarixli, ö\****** nömrəli istismara hazırlıq aktı verilmiş və Tikintilərin Dövlət Reyestri tərəfindən qeyd edilən tikinti obyektinə 60701014-1-2501-003826\0921 kod nömrəsi verilmiş, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli tikinti obyektinin istismarına icazə məktubu ilə həmin inşa edilmiş qeyri yaşayış binasından təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq, ##.##.2021-ci il tarixdən ona tikinti obyektinin istismarına icazə verilmişdir. Həmin qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı * saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, lakin, cavabdeh tərəfindən qeyri-yaşayış binasının 1,5 (bir onda beş) metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsinin müəyyən edildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən gərginliyin 10 kv olan xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edildiyi, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyriyaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olmasının müəyyən edildiyi, belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olmasının müəyyən edilməsi, Beyləqan rayon icra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 8.4x6.9 olmaqla 58.0 kv.m olması qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 62.0 kv.m təşkil etməsi, X5 Uşotu İnformasiya sistemində adıçəkilən qeyriyaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsinin müəyyən edilməsi göstərilməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir.
Cavabdehin etirazı:
14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının 1.5 metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən gərginliyi 10 kv olan elektrik xətlərdə 10.0 (on) metr mühafizə zonası müyyən edilmişdir. Sözügedən qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyriyaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 3.4x6.9 olmaqia 58.0 kv.m olmasi qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 62.0 kv.m təşkil edir. X5 Uçotu İnformasiya Sistemində adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi müəyyən edilmişdir.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli, ** saylı sərəncamı ilə ünvan 2ndə ayrılmış 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş ümumi sahəsi S=52.0 kv.m olan 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyektinin iddiaçı İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi idarəsinin üzərinə qoyulması, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 1700326621, X8, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22. Hesab №AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
18. Cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, T.X,Heydərov və P.T.Əhmədov) 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə aşağıdakıları qeyd etmişdir.
21. Kollegiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyini qismən mötəbər hesab edərək qeyd etmişdir ki, həmin rəy üzrə ekspertin gəldiyi nəticə qüvvədə olmayan Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə müəyyən edilmiş tələblərə söykənmişdir.
22. Bununla yanaşı həmin rəydə xəttin obyekdən hansı məsafədən keçməsi müəyyən edilmişdir ki, bu da hazırda qüvvədə olan “Tələblər” baxımından mühafizə zonasını müəyyənləşdirməyə imkan verir. Göründüyü kimi, iddiaçı tərəfindən inşa edilmiş və hazırda dövlət qeydiyyatına alınması tələb olunan qeyri-yaşayış obyekti yüksək gərginlikli elektrik xəttindən 3 metr məsafədə yerləşdiyindən və qeyd olunan xətt üçün mühafizə zolagı 2 metr müəyyən edildiyindən, obyekt həmin xəttin mühafizə zolagına düşmür. Bu baxımdan həmin tikilinin iddiaçının adına qeydiyyata alınması ilə bağlı cavabdehin imtinası əsassızdır.
23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 2.3-cü bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: -2.3.1. gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 1 metr. -2.3.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr.
24. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətlərinin dəlilləri
25. Kassasiya şikayətləri bir-biri ilə oxşar məzmunda olub, apellyasiya şikayətinə uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1, 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
30. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
33. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazrki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Kollegiya qeyd edir ki, ünvan 2ndə yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Əlavə olaraq Kollegiya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin “iddiaçının torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 2003-cü il ## ### tarixli ** saylı və ## ###### 2017-ci il tarixli *** nömrəli sərancamlarının surətindən görünür ki, İddiaçı mağaza binası tikmək üçün Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) m2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır.
40. Eyni zamanda iş materiallarında olan hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə “icarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “icarəçi” İddiaçı arasında bağlanılmış 2026-cı il ## ##### tarixli, ***** nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir.
41. Göründüyü kimi, iddiaçının iddia etdiyi əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüququ mövcuddur və kassatorun qeyd etdiyi dəlili öz həllini tapmışdır.
42. Odur ki, məhkəmə Kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur.
43. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayətləri təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.